Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-15/2025 26.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə saat 11 radələrində ictimai yer hesab edilən Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən “avtoyuma” məntəqəsinin yanında heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında istifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək avtoyuma mənqətəsinə gəlmiş şəxslərin oturub stolüstü oyunlar oynaması üçün qoyulmuş masada əyləşən həmkəndlisi Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək qəsdən iki dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin sol yarısında döş boşluğuna keçməyən bir ədəd kəsilmiş yara, sağ və sol əlin barmaqlarında səthi kəsilmiş yara xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə təmin edilmiş Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduğu, həmçinin nitqində ciddi qüsurlar olması səbəbindən ifadə vermək iqtidarında olmadığı üçün dindirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən və anlaqsız vəziyyətdə törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar, şahidin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailəsilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 01 fevral 2024-cü il tarixdə hadisənin baş verdiyi avtoyuma məntəqəsinə yaxın ərazidə yerləşən stolun ətrafında Zərərçəkmiş şəxs və digər adlarını xatırlamadığı həmkənliləri ilə duraraq stolüstü oyuna tamaşa etmişdir. Təqsirləndirilən şəxs onların yanına gələrək qəflətən bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyyəsindən vurmuş və bundan sonra, onlar Qoşqarla Eldarı aralaşdırmışlar. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs mübahisəsi 15-20 dəqiqə davam etmişdir. Məhkəmə istintaqında iştirak etməsə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 01 fevral 2024-cü il tarixdə saat 11 radələrində Ağcabədi rayon Avşar kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinə özünə məxsus avtomobili yuduzdurmaq üçün vermiş, özü də həmin avtoyuma məntəqəsinin yaxınlığında qoyulmuş stolun ətrafında oturmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onların yanına gələrək arxadan ona yaxınlaşıb onun boyun nahiyyəsindən tutmuş və üzərində gətirdiyi bıçağı onun sinə nahiyyəsinə vurmuş, Təqsirləndirilən şəxs arxaıs ilə gələn Nəsibov X3 əlindən bıçağı almaq istəyən zaman Qoşqar yenə də onu vurmaq istəmiş, əllərini qabağa vermiş və bıçaq onun barmaqlarını kəsmişdir. Daha sonra, Qoşqar yenə də onu vurmaq istəyərkən o, hadisə yerindən uzaqlaşaraq özünə məxsus avtomobilə əyləşib Ağcabədi rayon mərkəi xəstəxanasına müraciət etmişdir. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra sinə nahiyyəsinin üzərində olan kəsilmiş kissəyə tikiş atılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 07 fevral 2025-ci il tarixli ərizəsində səhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayətinin olmamasını göstərmişdir. Məhkəmə istintaqında iştirak etməsə də Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 01 fevral 2024-cü il tarixdə saat 11 radələrində hadisənin baş verdiyi avtoyuma məntəqəsinə yaxın ərazidə yerləşən və icarə əsasında istifadə etdiyi meyvə-tərəvəz dükanında olan zaman Təqsirləndirilən şəxs dükana gəlmiş və meyvə yeməyə başlamışdır. Təqsirləndirilən şəxs ruhi əsəb sistemində pozuntu olduğu üçün Qoşqara heç nə deməmişdir. Qoşqar dükandan çıxan zaman əlində bıçaq olduğunu görmüş və Qoşqarın arxası ilə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oturduğu stula yaxınlaşmış və Zərərçəkmiş şəxs bir bıçaq zərbəsi vurduqdan sonra həmkəndlisi Şahid2 ilə onları ayırmışlar. Daha sonra, Təqsirləndirilən şəxs onların əlindən çıxaraq Zərərçəkmiş şəxs masanın ətrafında vurmaq istəmiş, o, Şahid2 və masanın ətrafında olan şəxslər Qoşqarın qarşısını kəsmiş və Zərərçəkmiş şəxs oradan uzaqlaşıb avtomobili ilə getmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri 15-20 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə iştirak etməsələr də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid1 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 mart 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Aanatomiya Birliyi” publik hüquqi şəxsi Ağcabədi rayon şöbəsinin 14 fevral 2024-cü tarixli, 75 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısında döş boşluğuna keçməyən bir ədəd kəsilmiş yara, sağ və sol əlin barmaqlarında səthi kəsilmiş yaralar-iti kənarlı əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 02 fevral 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 4(017)-22/2024 saylı qərarından görünür ki, xx xxxxxx 1981-ci il tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs məcburi qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzinə yerləşdirilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Kompleks Stasionar Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 18 mart 2024-cü il tarixli, 48 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Paranoid Şizofreniya” xroniki psixi xəstəliyi müəyyən edilir. Həmin psixi xəstəlik Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməzdən əvvəl yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Paranoid Şizofreniya” xroniki psixi xəstəliyinin gedişində kəskinləşmə mərhələsi olduğundan psixotik vəziyyət nəticəsində öz hərəkətlərinin faktiki xaraketini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 23 dekabr 2024-cü il tarixli tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində onun qardaşı Qanuni nümayəndə təyin edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 4(017)-118/2024 saylı qərarından görünür ki, xx xxxxxx 1981ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş cinayət əməlinin tövsüf edilməsi haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə tövsüf olunması və cinayət işinin istintaqının həmin maddə ilə davam etdirilməsi qərara alınmışdır. Beləliklə, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, şahidin ifadəsini, məhkəmə ekspertizasının rəylərini, istintaq hərəkətlərinin protokollarını və iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, yuxarıda şərh olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Kompleks Stasionar Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 18 mart 2024-cü il tarixli, 48 nömrəli rəyinə əsasən hesab edir ki, qeyd olunan ictimai təhlükəli əməli törədərkən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır, buna görə də onun əməli ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalı, “Paranoid Şizofreniya” xroniki psixi xəstəlik davam etdiyinə görə Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Şərh olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Kompleks Stasionar Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 93.2-ci maddəsinin tələbinə görə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaradır. Həmin Məcəllənin 93.1.1-ci maddəsinə görə isə, həmin hal bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Həmin Məcəllənin 94-cü maddəsinin tələbinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsində məqsəd, həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.4-cü maddəsinə görə məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Hüquq pozucuları ilə davranış və cinayətkarlığa qarşı mübarizə” üzrə BMT-nin 30 avqust 1955-ci il tarixdə qəbul edilmiş “Məhkumlarla davranışın minimal standart qaydaları”nın 82-ci bəndində göstərilmiuşdir ki, psixi xəstə hesab edilənlər həbsxanaya salınmamalı və eyni zamanda onların psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir. BMT-nin Baş Assambleyasının 17 dekabr 1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Psixi xəstələrin müdafiəsi və psixiatrik yardımının yaxşılaşdırılması prinsipləri”nin 20-ci bəndində də müəyyən edilmişdir ki, cinayət qanunu ilə qadağan edilmiş əməl törətmiş şəxslərə münasibətdə, əgər onların psixi xəstəlikdən əziyyət çəkmələri ehtimal edilirsə və ya müəyyən edilmişdirsə, onların hüquqlarına xələl gətirmədən belə hallarda zəruri dəyişikliklər və məhdudiyyətlər, ümumi müdafiə prinsipləri tam həcmdə tətbiq edilməlidir. Göstərilənlər “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli qərarının tövsiyyələrində də müəyyən edilmişdir. Məhkəmə, göstərilən konstitusion və beynəlxalq normaları, habelə CPM-nin göstərilən maddələrini rəhbər tututaraq və işin hallarına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilməli, həmin əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməli, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalı, qərarın icra edilməsi Ağcabədi Rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsə həvalə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, iş üzrə maddi sübut olan və zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd diskin materiala əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat aparılan şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 468 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilsin. Qərarın icrası Ağcabədi Rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd diskin materiala əlavə edilərək saxlanılması nəzərə alınsın. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-15/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-15/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver