Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-150/2023 12.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərər çəkmiş Ağcabədi bələdiyyəsinin nümayəndəsi X3, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1965-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ağcabədi rayonunun Qaradolaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs mülkiyyət, istifadə və icarə hüququ olmadan Ağcabədi bələdiyyəsinin mülkiyyətində olmaqla Ağcabədi şəhər sakini Zərərçəkmiş şəxs1 icarəsində olan Ağcabədi şəhəri, keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisində yerləşən 4,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 2021-ci ilin noyabr ayının istintaqa dəqiq məlum olmayan günündə buğda əkib becərməklə həmin torpaq sahəsini tutmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onunla qonşu ərazidə yerləşən torpaq sahəsi vardır. O, qardaşları ilə torpaq sahələrini birləşdirib birlikdə heyvandarlıqla və həmçinin taxıl və pambıq əkməklə məşqul olurlar. Onların yaxınlığında olan pay torpaq sahələrini Zərərçəkmiş şəxs1 icarəyə götürmüşdür. X1 qonşu kimi yaxşı münasibətləri olmuşdur. Təxminən 15 il bundan əvvəl İsrəfil gediş-gəliş yolunu şumlatdırıb yonca əkmiş və bununla da onların yolunu kəsmişdir. Bundan sonra aralarında narızılıq yaranmışdır. İsrəfillə onun yerinin arasında kanal vardır və həmin kanal dolmuş, sonradan su idarəsindən gəlib təmizləmişlər. Həmin yer təxminən 9 km 300 metr uzunluğunda, 20 metr enindədir. 2021-ci ildə həmin yerin təxminən 0,50-0,60 ha sahəsinə buğda əksə də bitməmişdir. O, əvvəllər zəbt etmiş olduğu sözü gedən torpaq sahəsinin su idarəsinin balansında olduğunu bilmiş və buna görə də Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsindən istifadə etməsinə imkan verməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Ağcabədi bələdiyyəsinin mülkiyyətindədir və Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini icarəyə götürmüşdür. Hazırda mübahisəli torpaq sahəsini Zərərçəkmiş şəxs1 təhvil vermiş, bu işlə əlaqədar Zərərçəkmiş şəxs1la və Ağcabədi bələdiyyəsi ilə barışmışdır. Hazırda da Zərərçəkmiş şəxs1 və Ağcabədi bələdiyyəsinin nümayəndəsinin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, zərər çəkmiş Ağcabədi bələdiyyəsinin nümayəndəsi X3 və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun keçmiş Ü.Hacıbəyli adına kolxozun yerində 30 hektar torpaq sahəsi varıdır və həmin torpaq sahəsində kənd təsərrüfatı ilə məşqul olur. Bundan əlavə 2006-cı ildə Ağcabədi bələdiyyəsi ilə müqavilə əsasında 4,0 hektar torpaq sahəsini icarəyə götürmüşdür. Təqsirləndirilən şəxs torpaq sahəsi onunla qonşuluqda yerləşir. Belə ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon Qaradolaq kənd sakinidir, ona məxsus torpaq sahəsi həmin kənd ərazisinə düşür. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində heyvandarlıqla məşqul olur. Ağcabədi bələdiyyəsindən icarəyə götürdüyü 4,0 hektar torpaq sahəsi Təqsirləndirilən şəxs məxsus fermanın yaxınlığında yerləşir. Həmin yerdən su kanalı keçir. Həmin su kanalından təxminən 300 hektar torpaq sahəsinə su verilir. Təxminən 2 il olar ki, Təqsirləndirilən şəxs onun icarə müqaviləsi əsasında bələdiyyədən götürdüyü həmin 4,0 ha yeri zəbt edib, orada olan kanalı doldurub və əkin işləri aparır. O, dəfələrlə Təqsirləndirilən şəxs xəbərdarlıq etsə də, ona məhəl qoymadan zəbt etməkdə davam etmişdir. Təqsirləndirilən şəxs həmin 4,0 hektar torpaq sahəsinin onun icarəsində olmasını, onun sənədləri olmasını desə də, Təqsirləndirilən şəxs həmin yerin 0,50-0,60 hektar hissəsini şumladaraq buğda əkmişdir. Bundan əlavə Paşa özünə məxsus xırda buynuzlu heyvanları dəfələrlə ona məxsus sahələrdə otararaq ona maddi ziyan vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsini ona təhvil vermiş və bir daha həmin sahəyə girməyəcəyinə söz vermişdir. O, da Təqsirləndirilən şəxsla barışmış və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş Ağcabədi bələdiyyəsinin nümayəndəsi X5 ifadəsində göstərdi ki, Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 4,0 hektar torpaq sahəsi Ağcabədi şəhər sakini Zərərçəkmiş şəxs1 icarəsindədir. Belə ki, Zərərçəkmiş şəxs1 2006-cı il tarixdə rayon bələdiyəsi ilə müqavilə bağlayaraq qeyd olunan ərazidə 4,0 hektar torpaq sahəsini 20 il müddətinə icarəyə götürmüşdür. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs1 həmin torpaqdan istifadə etmişdir. 2021-ci ilin noyabr ayından Ağcabədi rayon Qaradolaq kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq həmin ərazini şumlayaraq əkib zəbt etmişdir. Təqsirləndirilən şəxsla Ağcabədi bələdiyyəsi arasında hər hansı bir müqvailə olmamışdır. Qeyd olunan ərazi Zərərçəkmiş şəxs1 20 il müddətinə icarəyə verilmişdir. Hazırda Təqsirləndirilən şəxs zəbt etdiyi həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 təhvil vermişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Ağcabədi rayonu ərazisində qardaşı İsrəfilə məxsus və icarəyə götürdüyü torpaq sahəsində iri və xırda buynuzlu heyvan saxlayırlar. Bundan əlavə əkinçiliklə də məşğul olurlar. Ağcabədi rayon Qaradolaq kənd sakini Təqsirləndirilən şəxs da tanıyır və aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Əlavə olaraq İsrəfilin fermanın ərazisindən başqa Ağcabədi rayon Qaradolaq kəndi ərazisinə qonşu yerləşən Ağcabədi rayon Bələdiyyə mülkiyyətində olmaqla icarəsində olan torpaq sahəsi də vardır. Təqsirləndirilən şəxs dəfələrlə heyvanlarını İsrəfilə məxsus torpaq sahəsində otardığını görmüşdür. Bundan əlavə İsrəfilə məxsus torpaq sahəsini zəbt edib buğda əkmişdir. İllərdir ki, İsrəfil torpaq sahəsini bir hissəsini istifadə edə bilmir. Belə ki, Təqsirləndirilən şəxs öz heyvanlarını İsrəfilə məxsus sahədə otarır və əkib-becərir. İsrəfil dəfələrlə Təqsirləndirilən şəxs onun yerini əkməməsini, heyvanlarını onun yerində otarmamasını bildirsə də, Təqsirləndirilən şəxs İsrafilə əhəmiyyət verməmişdir. Hazırda Təqsirləndirilən şəxs zəbt etdiyi Ağcabədi Bələdiyyəsinin mülkiyyətində olan və Zərərçəkmiş şəxs1 icarəsində olan həmin 4,0 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs1 təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs da tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, fərdi əməklə məşqul olur. Belə ki, müxtəlif şəxslərə məxsus fermalarda çobanlıq edir. Təxminən 2 ildən artıqdır ki, Ağcabədi şəhəri «Üzeyir kolxozu» adlanan ərazidə İsrəfilə məxsus fermada çoban işləyir. İsrəfilin fermanın ərazisindən başqa Ağcabədi rayon Qaradolaq kəndi ərazisinə qonşu yerləşən Ağcabədi Bələdiyyəsini mülkiyyətində olan torpaq sahəsini icarəyə götürmüşdür. Təqsirləndirilən şəxs heyvanlarını İsrəfilə məxsus torpaq sahəsində otardığını dəfələrlə görmüş, bundan əlavə İsrəfilə məxsus torpaq sahəsini zəbt edib buğda əkmişdir. Hazırda Təqsirləndirilən şəxs zəbt etdiyi Ağcabədi Bələdiyyəsinin mülkiyyətində olan və Zərərçəkmiş şəxs1 icarəsində olan həmin 4,0 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs1 təhvil vermiş və o, da İsrafilə məxsus heyvanları həmin ərazidə otarır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs da tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, fərdi əməklə məşqul olur. Belə ki, müxtəlif şəxslərə məxsus torpaq sahəsini suvarmaqla məşqul olur. Təxminən 2000-ci ildən İsrəfilin yerini sulayır. O, İsrəfilin yerini suvaran zaman Paşanın dəfələrlə heyvanlarını İsrəfilə məxsus torpaq sahəsində otardığını görmüş, bundan əlavə İsrəfilə məxsus torpaq sahəsini zəbt edib buğda əkmişdir. Hazırda Təqsirləndirilən şəxs zəbt etdiyi Ağcabədi Bələdiyyəsinin mülkiyyətində olan və Zərərçəkmiş şəxs1 icarəsində olan həmin 4,0 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs1 təhvil vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi bələdiyyəsinin 06 mart 2023-cü il tarixli 94 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsi Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid olan örüş-otlaq torpaq sahəsidir. Sözü gedən torpaq sahəsi Ağcabədi bələdiyyəsi sədrinin 27 aprel 2006-cı il tarixli 20 saylı sərəncamı ilə Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs1 icarəyə verilmişdir. Ağcabədi bələdiyyəsi ilə Təqsirləndirilən şəxs arasında heç bir icarə müqaviləsi bağlanmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi Dairəsinin 22 avqust 2022-ci il tarixli, **********83 nömrəli məktubundan görünür ki, Ağcabədi rayon Qaradolaq kənd sakini Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinin kimə məxsus olması, zəbt edilib-edilməməsi və sərhədlərinin müəyyən edilməsini müəyyən etmək üçün mütəxəssis ayırlması barədə müraciətə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi Dairəsində baxılmış, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözü gedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl öçmə) işləri aparılmış və aparılmış inventarlaşdırma işləri zamanı mübahisəli torpaq sahəsinin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları Ağcabədi şəhəri Ü.Hacıbəyov kolxozuna aid islahatın kompleks yerquruluşu xəritəsi və X4 Uçotu Sistemi ilə eyniləşdirilən zaman həmin mübahisəli ərazinin bədəliyyə mülkiyyətinə aid örüş ərazisi olduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında protokolundan görünür ki, 14 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs iştirakı ilə sözü dedən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı ərazinin Təqsirləndirilən şəxs tərəfindən şumlanaraq arpa əkməsi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi 4,0 hektar olmaqla Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi haqqında müqavilənin sürətindən görünür ki, Ağcabədi bələdiyyəsinin sədri ilə Zərərçəkmiş şəxs1 arasında 27 aprel 2006-cı il tarixdə müqavilə imzalanmış və həmin müqaviləyə əsasən bələdiyyənin mülkiyyətindən 4,0 ha torpaq sahəsi 20 il müddətinə Zərərçəkmiş şəxs1 icarəyə verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 02 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilir, zəbt etdiyi torpaq sahəsini təhvil vermiş və Zərərçəkmiş şəxs1 ilə barışmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun icarəsində olan 4,0 ha torpaq sahəsini ona təhvil vermiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs köməklik olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş Ağcabədi bələdiyyəsinin nümayəndəsi X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 icarəsində olan 4,0 ha torpaq sahəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil vermiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək mülkiyyət, istifadə və icarə hüququ olmadan Ağcabədi bələdiyyəsinin mülkiyyətində olmaqla Ağcabədi şəhər sakini Zərərçəkmiş şəxs1 icarəsində olan Ağcabədi şəhəri, keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisində yerləşən 4,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 2021-ci ilin noyabr ayının istintaqa dəqiq məlum olmayan günündə buğda əkib becərməklə həmin torpaq sahəsini tutması məhkəmə istintaqında tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.3-cü maddəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi iqtisadi sistemdə çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişilməsinə səbəb olur, torpağın möhtəkirlik obyektinə çevrilməsinə gətirib çıxarır. Şərh olunan cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq hüquqi və fiziki şəxslərin, dövlətin və bələdiyyələrin mülkiyyətində ola bilər. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir (Torpaq Məcəlləsinin 49-51-ci maddələri). Təhlil edilən cinayətin obyektiv cəhəti torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud başqa üsullarla özbaşına tutmada ifadə olunmuşdur. Torpaq sahəsini özbaşına becərmə dedikdə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət, özbaşına tutma dedikdə isə torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülməlidir. Belə olan halda məhkəmə ibtidai istintaq zamanı toplanmış sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 18 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 may 2023-cü il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən 19 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı bir gün həbsdə saxlanılması azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından iki gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən 19 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq bir gün həbsdə saxlanılması azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasından iki gün çıxılaraq üzərində qəti olaraq iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-150/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-150/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver