Məhkəmə qərarları › İş №1(017)-152/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-152/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-152/2024 07.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1969-cu il tarixdə İmişli rayonunun Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonunun Çahar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Ağcabədi rayon Mənzil istismar Sahəsinə süpərgəçi kimi işə düzəldəcəyini yalan vəd verməklə onun etibarından suiistifadə edib aldadaraq dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda, yəni 2023-cü ilin noyabr ayının ortalarında Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən “Qarabağ” kafesində onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 Əsəd oğlunun vasitəsi ilə Zərərçəkmiş şəxs1 1000 manat pulunu qəsdən ələ keçirərək Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Ağcabədi rayon Mənzil istismar Sahəsinə süpərgəçi kimi işə düzəldəcəyini yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda, yəni 2023-cü ilin noyabr ayının sonlarında Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən “Qarabağ” kafesində 1000 manat pulunu qəsdən alaraq ələ keçirərək Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Mehrablı kənd sakini Şahid1 Əsəd oğlunu xeyli vaxtdır ki, tanıyır. Pula ehtiyacı olduğu üçün 2023-cü ilin noyabr ayının əvvəllərində Şahid1la görüşərkən Vəkalətə tanış olarsa, Ağcabədi rayonu Mənzil İstismar Sahəsində süpürgəçi işinə düzəldə biləcəyini demişdir. Bundan bir neçə gün sonra Vəkalət ona zəng edərək həmkəndlisi Zərərçəkmiş şəxs1 həmin süpürgəçi işinə düzəlmək istədiyini bildirmiş, Vəkalətə heç bir problem olmadığını, bunun üçün Ülviyə aid sənədlər və 1000 manat pul lazım olduğunu demişdir. Bundan bir neçə gün sonra Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Qarabağ” kafesində Vəkalətlə görüşmüşlər və Vəkalət Ülviyə aid sənədləri və 1000 manat pulu ona vermişdir. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2023-cü il noyabr ayının axırlarında Vəkalət ona zəng edərək həmkəndlisi Zərərçəkmiş şəxs2 da Ağcabədi rayon Mənzil İstismar Sahəsində süpürgəçi işinə düzəltmək istədiyini demişdir. O, Vəkalətə heç bir problem olmadığını bildirmiş, bundan bir neçə gün sonra Vəkalətlə Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Qarabağ” kafesində görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 da Vəkalətin yanında olmuşdur. Zərərçəkmiş şəxs2 özünə aid sənədləri və 1000 manat pulu ona vermişdir. Həmin pulu da öz ehtiyaclarına xərcləmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 işə düzəltməmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmiş, bu işlə əlaqədar zərər çəkmiş şəxslərdən üzr istəmiş və onlarla barışmışdır. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində həmkəndlisi Şahid1 Əsəd oğlu ilə görüşərkən, Vəkalət Ağcabədi rayon Mənzil İstismar Sahəsində süpürgəçi işinin olduğunu və tanışı İmişli rayon sakini Təqsirləndirilən şəxs vasitəsi ilə onu həmin işə düzəldə biləcəyini demişdir. Vəkalət həmçinin ona bu iş üçün Mehmanın 1000 manat pul istədiyini də demişdir. O, Vəkalətə razılıq vermiş, Vəkalət Mehmanla telefon əlaqəsi saxlamış və Mehman onu işə düzəldəcəyini Vəkalətə demişdir. O, da bankdan 1000 manat kredit götürərək özünə aid sənədlərlə birlikdə 2023-cü ilin noyabr ayının ortalarında Vəkalətə vermiş, Vəkalət də sənədlərlə pulu Mehmana vermişdir. Lakin, Təqsirləndirilən şəxs onu işə düzəltməmişdir. Bundan sonra, Mehmandan pulunu tələb etsə də, Mehman aldığı pulu ona qaytarmamışdır. Ona görə də, bu barədə Ağcabədi RPŞ-yə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş həmin 1000 manat ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Əsəd oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun həmkəndliləridir. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Təqsirləndirilən şəxs Şahid2 vasitəsilə tanımış və münasibətləri yaranmışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Mehmanla telefon vasitəsi ilə danışarkən Mehman tanışı olarsa, Ağcabədi rayon Mənzil İstismar Sahəsinə süpürgəçi işinə düzəldə biləcəyini demişdir. O, Mehmana işsiz olan həmkəndlilərinə bu barədə deyəcəyini və ona xəbər edəcəyini demişdir. Bundan sonra, o kənddə söhbət zamanı həmkəndlisi Zərərçəkmiş şəxs1 Ağcabədi rayon Mənzil İstismar Sahəsində süpürgəçi işinin olduğunu, əgər istəyərsə tanışı vasitəsi ilə onun həmin işə düzəlməsinə köməklik göstərə biləcəyini demişdir. Ülvi də ona həmin işdə işləmək istədiyini deyərək, həmin tanışından onu işə düzəltməsini xahiş etməsini demişdir. O, Ülvinin yanında Mehmana zəng edərək ona bu barədə bildirmiş, Mehman da heç bir problem olmadığını, həmin şəxsə aid sənədləri və işin düzəlməsi üçün 1000 manat pul verməli olduğunu demişdir. Ülvi də razılaşmışdır. 2023-cü ilin noyabr ayının ortalarında Ülvi kənddə onunla görüşərək Mehmanın onu işə düzəltmək üçün istədiyi sənədləri topladığını və 1000 manat pulu düzəltdiyini bildirərək ona vermişdir. Bundan sonra, o Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Qarabağ” kafesində Mehmanla görüşərək Ülviyə aid sənədləri və 1000 manat pulu Mehmana vermişdir. Bundan başqa, 2023-cü ilin noyabr ayının sonlarında həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə söhbət edən zaman ona da Ağcabədi rayon Mənzil İstismar Sahəsinə süpürgəçi işinin olduğunu, əgər istəyərsə tanışı vasitəsi ilə onun həmin işə düzəlməsinə köməklik göstərə biləcəyini demişdir. Vaqif də həmin işdə işləmək istədiyini deyərək, həmin tanışından onu işə düzəltməsini xahiş etməsini ona demişdir. O, da Vaqifin yanında Mehmana zəng edərək bu barədə Mehmana demiş, Mehman da heç bir problem olmadığını, həmin şəxsin sənədlərini və işin düzəlməsi üçün 1000 manat da pul verməli olduğunu demişdir. Bir müddət sonra Mehmanla əlaqə saxlamış və dediyi sənədlərin hazır olduğunu demişdir. 2023-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs2lə birlikdə Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Qarabağ” kafesində Təqsirləndirilən şəxsla görüşmüşlər və Vaqif özünə aid sənədləri və 1000 manat pulu Mehmana vermişdir. Lakin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 işə düzəltməmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs1 və Əliyev X2 barəsində Ağcabədi RPŞ-yə ərizə vermişlər və Təqsirləndirilən şəxs həbs olunandan sonra Zərərçəkmiş şəxs1 aldığı 1000 manat pulu və Zərərçəkmiş şəxs2 aldığı 1000 manat pulu qaytarmışdır. Zərərçəkmiş şəxs2 onun qohumudur və hazırda Rusiya Fedarasiyasındadır və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır. Təqsirləndirilən şəxs təxminən bir ildən artıq müddətdir ki, tanıyır. O, Mehmanla Ağcabədi rayonunda tanış olmuşdur. Mehman İmişli rayon sakini olsa da, Ağcabədi rayonuna tez-tez gəlib-getmişdir. Təxminən bir il bundan əvvəl Mehmanı Şahid1 Əsəd oğlu ilə də tanış etmişdir. Bundan sonra, onların da münasibəti yaranmışdır. 2024-cü ilin yanvar ayında Vəkalət Mehmanın onun həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Ağcabədi rayon Mənzil İstismar Sahəsinə süpürgəçi işinə düzəldə biləcəyini bildirərək onların hər birindən 1000 manat pul aldığını, lakin verdiyi vədə əməl etmədiyini, onları aldadıb pullarını ələ keçirdiyini ona demişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmədə iştirak etməsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Ağcabədi rayon Mənzil istismar Sahəsinə süpərgəçi kimi işə düzəldəcəyini yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda, yəni 2023-cü ilin noyabr ayının ortalarında Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən “Qarabağ” kafesində onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 Əsəd oğlunun vasitəsi ilə Zərərçəkmiş şəxs1 1000 manat pulunu qəsdən ələ keçirərək Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi və bundan başqa təkrarən, qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Ağcabədi rayon Mənzil istismar Sahəsinə süpərgəçi kimi işə düzəldəcəyini yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda, yəni 2023-cü ilin noyabr ayının sonlarında Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən “Qarabağ” kafesində 1000 manat pulunu qəsdən alaraq ələ keçirərək Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 28 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Ağcabədi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdən bu günə kimi, yəni 07 noyabr 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 02 ay 11 gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından 04 ay 22 gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, barəsində seçiləcək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdən bu günə kimi, yəni 07 noyabr 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) ay 11 (on bir) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 22 (iyirmi iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar