Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-153/2024 31.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə 16 avqust 1996-cı il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin X2 Hissəsində zabit olaraq işə düzəldəcəyini sonuncunun atası Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət zamanı vəd edərək, 08 noyabr 2022-ci il tarixdə günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Heydər Əliyev” adına parkın yaxınlığında Zərərçəkmiş şəxs1 15000 manat pulunu alaraq ələ keçirmiş, bundan sonra vahid niyyətlə cinayət əməlini davam etdirərək 25 may 2023-cü il tarixdə günorta saatlarında Ağcabədi şəhəri, R.Tağıyev küçəsinin girişində onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid2 vasitəsilə Şahid1 atası Zərərçəkmiş şəxs1 8000 manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni ümumilikdə 23000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 "xxxx" ASC-dən götürdüyü kredit ödənişini gecikdirdiyinə görə ümumi bank sistemində adına yaranmış daxili kredit tarixçəsindəki mənfi katerqoriyadan çıxardacağını vəd edərək, 06 may 2024-cü il tarixdə saat 17:30 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən “Yol üstü” marketin qarşısında Zərərçəkmiş şəxs2 1790 manat pulunu alaraq ələ keçirərək Zərərçəkmiş şəxs2 1790 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi şəhər sakini Zərərçəkmiş şəxs1 Şahid2 vasitəsi ilə tanımışdır. Təxminən 2 il bundan əvvəl Zərərçəkmiş şəxs1 oğlu Şahid1 işsiz olduğunu və iş axtardıqlarını ona demiş, o da Qalibi FHN-nə işə düzəldə biləcəyini və bunun üçün 25000 manat pul lazım olduğunu demişdir. Onlar 23000 manata razılaşmışlar və 08 noyabr 2022-ci il tarixdə günorta saatlarında Sahil, Qabil və Qabilin oğlu Qaliblə Ağcabədi şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında görüşmüşlər. Həmin vaxt Qalibi FHN-nin X2 şöbəsinə zabit kimi işə düzələcəyini bir daha onlara demiş və Qabil ona 15000 manat pul vermişdir. Qabil həmçinin Qalibin hərbi biletini, ali təhsil diplomunu və şəxsiyyət vəsiqəsini də ona vermişdir. Bundan 4-5 ay sonra Qabillə əlaqə saxlayaraq qalan pulu istəmiş və 25 may 2023-cü il tarixdə Ağcabədi şəhəri, R.Tağıyev küçəsində Sahillə görüşərək Sahil qalan 8000 manat pulu ona vermişdir. Aldığı pulu öz ehtiyaclarına xərcləmiş və Qalibi işə düzəltməmişdir. Bundan başqa, Ağcabədi rayon Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs2 tanıyır. Raufla söhbət edərkən Rauf adında kredit olduğunu, lakin gecikməyə düşdüyü üçün ona kredit verilmədiyini və yenidən kredit götürmək istədiyini demişdir. O, da Raufa tanışının olmasını və həmin adamın vasitəsi ilə gecikməni sildirə biləcəyini demişdir. O, Raufa ilkin olaraq qalan krediti bir dəfəyə bağlamağı bildirərək Raufdan 06 may 2024-cü il tarixdə 1790 manat pul almışdır. Həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan yaxın qohumları tərəfindən tam olaraq ödənilmiş, bu işlə əlaqədar zərər çəkmiş şəxslərdən üzr istəmiş və onlarla barışmışdır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğlu Şahid1 2021-ci il tarixdə Azərbaycan Turizm və Menecment universitetini bitirmişdir. Qalibi işə düzəlmək istəmiş, lakin iş tapa bilməmişdir. Bu barədə qaynı Şahid2 demiş, 2022-ci ilin noyabr ayının əvvəllərində Sahil ona Amil adlı şəxsin vasitəsi ilə Qalibi işə düzəldə biləcəklərini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Amil Qalibi işə düzəltmək üçün 25000 manat pul lazım olmasını demiş və onlar 23000 manata razılaşmışlar. O, 15000 manat pulu düzəltmiş, bu barədə Amilə demiş və 08 noyabr 2022-ci il tarixdə günorta saatlarında qaynı Sahil, oğlu Qaliblə birlikdə Ağcabədi şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında Amillə görüşərək pulu Amilə vermişdir. Həmçinin Qalibin sənədlərini də Amilə vermişdir. Təxminən 2022-ci ilin may ayının axırlarında Amil artıq işin düzəldəyini və qalan pulu da verməsini bildirmişdir. 25 may 2022-ci il tarixdə 8000 manat pulu düzəldərək Sahildən Amilə göndərmişdir. Ümumilikdə Amilə 23000 manat pul vermiş, lakin Amil oğlu Qalibi işə düzəltməmişdir. Bundan sonra, Amildən pulunu tələb etsə də, Amil aldığı pulu ona qaytarmamışdır. Ona görə də, bu barədə Ağcabədi RPŞ-yə müraciət etmişdir. Hazırda Amilin yaxın qohumları tərəfindən ona dəymiş həmin 23000 manat ziyan tam olaraq ona ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu işləyir. Təqsirləndirilən şəxs tanıyır. Adına kredit olmuş, lakin ödəmədə gecikmə olduğu üçün yenidən kredit götürə bilməmişdir. Amillə görüşərkən bu barədə Amilə demiş, Amil də tanışlarının vasitəsi ilə ona kömək edə biləcəyini bildirmişdir. Onun Rabitə banka 1790 manat kredit borcu olmuş və Amil həmin borcu birdəfəyə bağlamaq lazım olduğunu da ona demişdir. 06 may 2024-cü il tarixdə saat 17 radələrində Ağcabədi rayonu, Dörd yol adlanan ərazidə Amillə görüşərək 1790 manat pulu Amilə vermiş, Amil də pulu Elvin adlı şəxsin adına olan karta göndərmişdir. Amil 25 may 2024-cü il tarixədək adının gecikmədən çıxarılacağını bildirsə də, heç bir iş görməmişdir. Hazırda ona dəymiş 1790 manat ziyan Amilin yaxın qohumları tərəfindən tam olaraq ona ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluq və ədavəti yoxdur. 2021-ci il tarixdə Azərbaycan Turizm və Menecment universitetini bitirmiş və bundan sonra işə düzəlmək istəsə də, iş tapa bilməmişdir. Atası Qabil bu barədə dayısı Şahid2 da demişdir. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində Sahil Amil adlı şəxsin vasitəsi ilə onu işə düzəldə biləcəklərini demiş, onlar Amillə görüşərək bu barədə söhbət etmişlər və Amil onu X2 şöbəsinə zabit rütbəsi ilə işə düzəldəcəyini, bunun üçün 25000 manat pul lazım olduğunu demişdir. Amillə atası Qabil 23000 manata razılaşmışlar və 08 noyabr 2022-ci il tarixdə günorta saatlarında dayısı Sahil, atası Qabil və o, Ağcabədi şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında Amillə görüşərək atası 15000 manat pulu Amilə vermişdir. Atası həmçinin ona aid sənədləri də Amilə vermişdir. 25 may 2022-ci il tarixdə qalan 8000 manat pulu da atası Qabil dayısı Sahillə Amilə göndərmişdir. Lakin, Amil onu işə düzəltməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, FHN-nin X2 Hissəsində sürücü işləyir. Zərərçəkmiş şəxs1 onun kürəkənidir. Təqsirləndirilən şəxs tanıyır. Təxminən iki il bundan əvvəl Qabil oğlu Qalibi FHN-yə işə düzəltmək istədiyini ona demiş, o da bu barədə Amilə demişdir. Bundan sonra, onlar görüşmüşlər və Amil Qalibi işə düzəltmək üçün 25000 manat pul lazım olduğunu demişdir. Amillə Qabil 23000 manata razılaşmışlar və təxminən 2022-ci ilin noyabr ayının ortalarında Amillə yenidən görüşmüşlər. Həmin vaxt Qabil 15000 manat pul və Qalibə aid sənədləri Amilə vermişdir. Təxminən 2023-cü ilin may ayının axırlarında Qabil ona 8000 manat pul verərək Amilə verməsini demiş və o, da Amillə görüşərək həmin 8000 manat pulu Amilə vermişdir. Lakin, Amil Qalibi işə düzəltməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş 23000 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş 1790 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin X2 Hissəsində zabit olaraq işə düzəldəcəyini sonuncunun atası Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət zamanı vəd edərək, 08 noyabr 2022-ci il tarixdə günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Heydər Əliyev” adına parkın yaxınlığında Zərərçəkmiş şəxs1 15000 manat pulunu alaraq ələ keçirməsi, bundan sonra vahid niyyətlə cinayət əməlini davam etdirərək 25 may 2023-cü il tarixdə günorta saatlarında Ağcabədi şəhəri, R.Tağıyev küçəsinin girişində onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid2 vasitəsilə Şahid1 atası Zərərçəkmiş şəxs1 8000 manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni ümumilikdə 23000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, bundan başqa, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 "xxxx" ASCdən götürdüyü kredit ödənişini gecikdirdiyinə görə ümumi bank sistemində adına yaranmış daxili kredit tarixçəsindəki mənfi katerqoriyadan çıxardacağını vəd edərək, 06 may 2024cü il tarixdə saat 17:30 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən “Yol üstü” marketin qarşısında Zərərçəkmiş şəxs2 1790 manat pulunu alaraq ələ keçirərək Zərərçəkmiş şəxs2 1790 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 20 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdən bu günə kimi, yəni 31 oktyabr 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 02 ay 12 gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından 04 ay 24 gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, barəsində seçiləcək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin maddələrlə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdən bu günə kimi, yəni 31 oktyabr 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) ay 12 (on iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 24 (iyirmi dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-153/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-153/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver