Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-154/2023 21.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 ünvanda yerləşən Abşeron rayon Polis İdarəsində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Xəqani küçəsi, ev 35də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində isthesal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı vəziyyətdə «Kalaşnikov» konstruksiyalı avtomat oldu yivli silahı, həmin avtomatın komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatların komplekt hissəsi-darağı hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları hesab edilən və atəş üçün yararlı döyüş sursatı olan 04 ədəd ədəd patronları əldə edib daşıyaraq üzərində və özünə məxsus geyim çantasında saxlamış, 16 iyun 2023-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhərinin girişində, yolun kənarında saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasına gətirilib saat 17:40-dan başlayaraq üzərində və ona məxsus olan geyim çantasına şəxsi axtarış aparılan zaman, qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq geyim çantasında saxladığı həmin 01 ədəd «Kalaşnikov» konstruksiyalı avtomat oldu yivli silah, 01 ədəd darağ və 04 ədəd ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, yaşadığı Abşeron rayon ərazisində olarkən parçaya və sellofana bükülmüş halda bir ədəd «Kalaşnikov» markalı avtomat silahı, bir ədəd sandıqça və dörd ədəd patron tapmışdır. Həmin silahı satmaq məqsədi ilə yaşadığı evə aparmış, həmin vaxt evdə heç kim olmamış və silahı həyətində torpağa basdırmışdır. Lakin, müştəri tapa bilmədiyi üçün silahı sata bilməmişdir. Daha sonra, yenə də azadlıqdan məhrum edilmişdir. Silah isə basdırdığı yerdə qalmışdır. Azadlığa çıxdıqdan sonra pula ehtiyacı olduğu üçün silaha müştəri tapıb satmaq istəsə də müştəri tapa bilməmişdir. Bundan sonra silahı rayonlardan birinə aparıb satmaq qərarına gəlmiş və bu məqsədlə 16 iyun 2023-cü il tarixdə silahı basdırdığı yerdən götürüb özünə məxsus olan geyim çantasına qoyaraq Ağcabədi rayonuna gəlmişdir. Saat 17 radələrində Ağcabədi rayonunun girişində taksidən düşmüş, yolun kənarında yerləşən dayanacağa tərəf gedərkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onu Ağcabədi rayon Polis Şöbəsinə dəvət etmişlər. Ağcabədi RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkliş aparılmaqla onun üzərinə və geyim çantasına şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Ona məxsus olan geyim çantasında şəxsi axtarış keçirilən zaman həmin çantanın içərisindən Ağcabədi rayonuna satmaq üçün gətirdiyi bir ədəd “Kolaşnikov” tipli avtomat, həmin avtomata məxsus bir ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan sonra, polis əməkdaşları həmin avtomata baxış keçirmişlər, baxış zamanı silahın üzərində nömrənin silindiyi müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş avtomat, patron darağı və patronlar qablaşdırılmış, üzəri yazılmış və möhürlənmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 16 iyun 2023-cü il tarixdə Abşeron rayon sakini Təqsirləndirilən şəxs Ağcabədi rayonuna satış məqsədi ilə odlu silah gətirməsi barədə keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Həmin gün, yəni 16 iyun 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Ağcabədi rayonunun Avşar kəndi istiqamətində, 4 yol deyilən ərazinin yaxınlığında saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində geyim çantası da olmuşdur. Polis şöbəsidə Təqsirləndirilən şəxs üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan geyim çantasına şəxsi axtarış keçirilmiş, həmin çantanın içərisinə baxan zaman oradan bir ədəd «Kalaşnikov» markalı avtomat silahı, silahın üzərində bir ədəd daraq və 4 ədəd 7,62 mm kaliblri patronlar aşkar edilmişdir. Aşkar edilmiş «Kalaşnikov» markalı avtomat silahı qablaşdırılmış və üzəri yazılmış, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin silahı Abşeron rayon ərazisindən tapdığını və Ağcabədi rayonuna satmaq üçün gətirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 iyun 2023-cü il tarixli “Şəxsi axtarış, götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 16 iyun 2023-cü il tarixdə saat 17:40-dan başlayaraq saat 17:55-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə və əlində olan geyim çantasına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus olan geyim çantasına şəxsi axtarış keçirilərkən həmin çantanın içərisindən bir ədəd «Kalaşnikov» markalı avtomat silahı, silahın üzərində bir ədəd daraq və 4 ədəd 7,62 mm kaliblri patronlar aşkar edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 16 iyun 2023-cü il tarixli, 23/449 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş 01 ədəd nömrəsi silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı AKMS modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. Təqdim edilmiş 04 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 24 iyun 2023-cü il tarixli, 3-13-11/2- 7939/2023 saylı məktubundan görünür ki, 01 ədəd 7,62 mm kalibrli №-si silinmiş «Kalaşnikov» konstruksiyalı AKMS modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 Publik Hüquqi şəxsi X5 Şöbəsinin 01 avqust 2023-cü il tarixli, 465 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda X3 Pozuntusu, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Abşeron MRX PHŞ-dan verilmiş xx.xx.2023-cü il tarixli arayış), anamnestik məlumatlar və hal-hazırdakı psixiatrik müayinələrin nəticələri (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, tez qıcıqlanması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, xırda qıcığa affektiv reaksiyalarla cavab verməsi, əsəbilik zamanı özünə təkrarı xəsarətlər yetirməsi, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması və s.) sübut edir. -Təqsirləndirilən şəxs X3 Pozuntusu, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. -Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. -Təqsirləndirilən şəxs hal-hazırda X3 Pozuntusu, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkir. -Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində isthesal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı vəziyyətdə «Kalaşnikov» konstruksiyalı avtomat oldu yivli silahı, həmin avtomatın komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatların komplekt hissəsi-darağı hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları hesab edilən və atəş üçün yararlı döyüş sursatı olan 04 ədəd ədəd patronları əldə edib daşıyaraq üzərində və özünə məxsus geyim çantasında saxlaması və 16 iyun 2023-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhərinin girişində, yolun kənarında saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasına gətirilib saat 17:40-dan başlayaraq üzərində və ona məxsus olan geyim çantasına şəxsi axtarış aparılan zaman, qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq geyim çantasında saxladığı həmin 01 ədəd «Kalaşnikov» konstruksiyalı avtomat oldu yivli silah, 01 ədəd darağ və 04 ədəd ədəd patronlar aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və X3 Pozuntusu, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 18 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 16 iyun 2023-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində isthesal olunmuş, «Kalaşnikov» konstruksiyalı avtomat silahı, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, «Kalaşnikov» konstruksiyalı avtomatların komplekt hissəsi-darağı hesab edilən 01 ədəd darağ və ekspertiza tədqiqatından sonra qalıq qalan 01 ədəd (ilkin sayı 04 ədəd) zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah- Sursat anbarına təhvil verilməlidir. İşdə mülki iddia, maddi ziyan, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 16 iyun 2023-cü il tarixdən hesab edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində isthesal olunmuş, «Kalaşnikov» konstruksiyalı avtomat silahı, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, «Kalaşnikov» konstruksiyalı avtomatların komplekt hissəsi-darağı hesab edilən 01 ədəd darağ və ekspertiza tədqiqatından sonra qalıq qalan 01 ədəd (ilkin sayı 04 ədəd) zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-154/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-154/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver