Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-154/2024 14.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X8 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X8 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs (xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonunun Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Vətən müharibəsi iştirakçısı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonunun Qaradolaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə saat 11 radələrində BC kateqoriyalı AE915431 seriya nömrəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi “VAZ-21074” minik markalı, **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Ağcabədi şəhəri, H.Əliyev prospekti ilə X14 istiqamətində asfalt yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etmədən 70 km/saat sürətlə hərəkət etdirərək həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq hərəkətin intensivliyini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almayaraq, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olan sürətlə sürərək hərəkət üçün təhlükə yarandığını gördüyü halda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən yolu sağdan sola keçən piyada X5 ehtiyatsızlıqdan avtomobilinin sol ön hissəsi ilə vuraraq ona baş beyinin yumşaq qişasında ocaqlı qansızmalar, sağ bud sümüyünün qapalı, qəlpəli sınığı, sağ üst göz qapağında qançır, sağ dodaq bucağında səthi əzilmiş yara, sağ qasıq nahiyəsində sıyrılmış yara, sağ əlin arxa səthində əzilmiş yara, sol sağrıda qançır, sol baldırın aşağı üçdə birində cırılmış yara ilə nəticələn Mələk Aslanovanın ölümü ilə birbaşa əlaqəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək sonuncunun ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində yaşayır. “VAZ-21074” minik markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə ilə idarə edir. Avtomobili idarə etmək üçün BC kateqoriyalı AE915431 seriya nömrəli sürücülük vəsiqəsi var. Həmin avtomobil ilə “*0222” taksi xidmətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində evdən taksi fəaliyyəti ilə məşğul olmaq üçün çıxmışdır. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının qarşısından keçərək Heydər Əliyev prospektinə gəlmişdir. “Azpetrol” yanacaqdoldurma məntəqəsinə benzin tökmək üçün gedərkən avtomobili Heydər Əliyev prospekti ilə X14 istiqamətində təxminən 70 km/saat sürətlə hərəkət etmişdir. X2rşındakı işıqforun yaşıl işığını keçdikdən sonra markasını və nömrəsini xatırlamadığı avtomobili ötmə əməliyyatı etmiş, qarşı hərəkət zolağına çıxaraq həmin avtomobili ötmə edərək öz hərəkət yoluna qayıtdığı anda ondan 15 metr məsafədə X3 yolun ortasında dayandığını və yolu sağ tərəfdən sol tərəfə keçmək istədiyini görmüşdür. Onun arxa hissəsindən keçmək istəmiş, bu zaman X10 arxaya, yəni sağa tərəf hərəkət etmiş, avtomobilinin sol qabaq tərəfi ilə onu vurmuşdur. Sonra idarəetməni itirərək yolun sağında dayanmış “Mercedes” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin arxa sol tərəfi ilə toqquşaraq dayanmışdır. Avtomobildən düşərək avtomobili ilə vurduğu X6 yaxınlaşaraq onu qaldırmaq istəmişdir. Bu zaman həmin yerə adamlar toplaşmışlar. Təcili yardımın gec gələcəyini fikirləşərək tez yoldan keçən tanımadığı və nömrəsini xatırlamadığı “VAZ-21074” markalı avtomobili saxlatdırmış, X5 avtomobilin arxa oturacağına əyləşdirmişdir. Həmin avtomobil Mələyi xəstəxanaya aparmışdır. Özü isə hadisə yerində qalmışdır. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər, foto şəkillər çəkmişlər. Bu barədə protokol tərtib olunmuşdur. Doğruluğunu imzası ilə təsdiq etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ilə barışmışdır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, qızı Mələk İsmayılova əvvəllər ailəli olsa da ailəsindən ayrılaraq təxminən 9 aydır ki, onunla birlikdə yaşamışdır. 2023-cü ilin sentyabr ayında Mələk Ağcabədi şəhəri Heydər Əliyev prospektində yerləşən kompüter kursuna gedirdi. Mələk tanışları Səməddin adlı taksi ilə kursa gedirmiş. 29 may 2024-cü il tarixdə Mələk yenə 10:30-da evdən çıxaraq taksi ilə kursa getmişdir. Həmin günü Mələyin getdiyi taksi saat 11:30 radələrində ona zəng edərək Mələyin ona zəng etdiyini, lakin eşitmədiyini, hal-hazırda isə Mələyin telefona cavab vermədiyini bildirmişdir. Mələyin telefonuna nə qədər zəng etsə də cavab verən olmamışdır. Bir qədər sonra baldızı Failəyə zəng gəlmiş və Mələyi avtomobil vurduğunu, xəstəxanaya apardığını bildirmişlər. Onlar tez Ağcabədi rayon Mərkəzi Xəstəxanasına getmişlər və orada Mələyin ağır vəziyyətdə olduğunu görmüşlər. Bir qədər sonra Mələyi reanimasiyaya almışlar. Daha sonra onu Bərdə rayon mərkəzi Xəstəxanasına təcili tibbi yardım avtomobili ilə apararaq yoxlanışdan keçirmişlər və təkrar Ağcabədi RMX-na qaytarmışlar. Həmin müddəti Mələk reanimasiyada qalmışdır. Mələk başından xəsarət almış və ayağı qırılmışdır. Bundan sonra Bakı şəhərindən təcili tibbi yardım avtomobili gəlmiş və onlar Mələyi həmin avtomobillə Bakı şəhərində yerləşən “İstanbul NS” klinikasına aparmışlar. Orada Mələyi reanimasiyaya götürmüşlər və 30 may 2024-cü il tarixdə Mələyi əməliyyat eləmişlər. 31 mart 2024-cü il tarixdə onlara klinikadan Mələyin beyin ölümünün baş verdiyini, artıq xəstəxanada saxlamağın mənasız olduğunu bildirmişlər. Bundan sonra onlar Mələyin öldüyünü başa düşmüşlər və onun cənazəsini götürərək yaşadıqları evə gətirmişlər. 29 may 2024-cü il tarixdə saat 11 radələrində Ağcabədi şəhəri, Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 21074” minik markalı, **-GA-*** avtomobillə piyada yolu keçən zaman qızı Mələyi vurmuş, sonuncu aldığı xəsarətdən ölmüşdür. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı hər hansı bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, “Milliön”ün Ağcabədi rayon ərazisində yerləşən filialında işləyir. Təqsirləndirilən şəxs və X5 tanımır. Onun onlarla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Qardaşının adına olan, “Daimler Chrysler” minik markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə ilə idarə edir. Onun həmin avtomobili idarə etmək üçün B1,B,C1,C kateqoriyalı BD808874 seriya nömrəli sürücülük vəsiqəsi var. Həmin avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 09 radələrində işə gəlmiş, avtomobili iş yerinin yaxınlığında Ağcabədi şəhəri, H.Əliyev prospektində yolun sağ kənarında saxlamış, saat 11 radələrində səs gəldiyini eşidib çölə çıxmışdır. Çölə çıxanda artıq ora adamların toplaşdığını, “VAZ-21074” markalı avtomobilin yolu keçən piyadanı vurduqdan sonra onun avtomobilinə dəydiyini görmüşdür. Baxdıqda həmin avtomobilin onun avtomobilinin arxa və sol yan hissələrini zədələdiyini görmüşdür. Orada olan adamlar piyadanı tanımadığı bir avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Bundan sonra piyadanı və onun avtomobilini vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və hadisə yerinə baxış keçirmişlər, foto şəkillər çəkmişlər. Daha sonra hadisə nəticəsində xəsarət alan şəxsin Ağcabədi rayon Aşağı Avşar kənd sakini X10 olduğunu öyrənmişdir. 31 may 2024cü il tarixdə gecə saatlarında Mələyin xəstəxanada vəfat etdiyini öyrənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli, 20 nömrəli rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsinə, əlavə laborator müayinələrin cavablarına, hadisə haqqında qərarın təsviri hissəsində verilən ilk məlumatlara əsaslanaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir:
1. X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: - baş beyinin yumşaq qişasında ocaqlı qansızmalar. - sağ bud sümüyünün qapalı, qəlpəli sınığı. - sağ üst göz qapağında qançır. - sağ dodaq bucağında səthi əzilmiş yara. - sağ qasıq nahiyəsində sıyrılmış yara. - sağ əlin arxa səthində əzilmiş yara. - sol sağrıda qançır. - sol baldırın aşağı üçdə birində cırılmış yara.
2. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X3 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxta və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə (bamper) piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər.
3. X3 ölümünə səbəb bədənin küt travması nəticəsində əmələ gəlmiş baş beyin toxumasına ocaqlı qansızma və sağ bud sümüyünün sınığı olmuşdur.
4. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X3 ölümü onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən 8-10 saat əvvəl, yəni xx.xx.2024-cü il tarixdə baş vermişdir.
5. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında etil spirti aşkar edilməmişdir. (1896/K saylı, xx.xx.2024-cü il tarixli məhkəməkimyəvi akt). İş materiallarında olan 29 may 2024-cü il tarixdə sərxoşluq hallarının müəyyən edilməsi üçün keçirilmiş testin nəticəsindən görünür ki sürücü Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmiş, hədisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 8/2410 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “VAZ-21074” minik markalı **-GA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli, 8/2410 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma barədə qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” minik markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və Ağcabədi rayon Polis şöbəsinin cərimə meydançasına yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” minik markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, DİN-nin BDYPİ Qeydiyyat imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək BC kateqoriyalı AE915431 nömrəli sürücülük vəsiqəsi qeydə alınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayətinin olmadığını və onunla barışdıqlarını göstərmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğuna görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, Vətən müharibəsi iştirakçısı olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, barışıq əldə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə az ağır cinayət törətməsi, Vətən müharibəsi iştirakçısı olması və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələbi və şikayətinin olmaması, barışıq əldə olunmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli çəzaçəkmə müəssisələrində çəkməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ- 21074” minik markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim Etibar Quliyev