Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-155/2024 05.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1995-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, ev 355, mənzil 15-də qeydiyyatda olan, ünvan 2-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi, 373 nömrəli evdə əmisi Şahid1 X1 xüsusi amansızlıqla qəsdən öldürməsinə dair xüsusilə ağır cinayətin törədilməsindən sonra Şahid1lə sövdələşmədən və cinayətin gizlədilməsini qabaqcadan vəd etmədən, yəni cinayətə köməkçilik və ya iştirakçılığın digər növlərinin əlamətləri olmadan həmin cinayəti ört-basdır etmək, obyektiv həqiqətin ortaya çıxmasına mane olmaq, zərərçəkmiş şəxsin guya öz ehtiyatsızlığından yıxılaraq başının yerə dəyməsi nəticəsində xəsarətlər almaqla ölməsi görüntüsünü yaratmaq və bununla da Şahid1 qanunsuz olaraq cinayət məsuliyyətindən yayınmasını və cəzadan xilas olmasını təşkil etməkdə ifadə olunan şəxsi niyyətlə, həmin gün saat 17 radələrində yuxarıda göstərilən ünvanda yerləşən cinayətin törədildiyi həyətyanı evə gedərək, iş üzrə əhəmiyyətli maddi sübut olan, cinayətin törədilməsində istifadə olunmuş aləti, evin qonaq otağında xalçanın üzərində olmaqla səthində insan qanı ləkələri olan və cinayətin aləti olduğu açıq-aşkar surətdə məlum olan təsərrüfat-məişət təyinatlı baltanı götürməklə həmin evin həyət sahəsinin arxa hissəsində yerləşən, hasarla soyuducunun arasına qoyaraq qəsdən gizlətməklə qabaqcadan vəd etmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayəti gizlətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 onun əmisidir. Əmisi Əliyarla onun yaşadığı ev yaxın ərazidə yerləşir. 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evin küçəsində olarkən Əliyarın qızı ağlaya-ağlaya anası Dəstəgülün yıxılmasını ona demiş, Əliyarın evinə getmiş və Dəstəgülü evin qonaq otağının döşəməsində uzanmış halda görmüşdür. Dəstəgülün sifəti və üst-başı qan olmuş, başının bir neçə yerində açıq yaralar olmuşdur. Həmin vaxt əmisi Əliyar evdə olmamışdır. O, qonşularla birlikdə Dəstəgülü rayon mərkəzi xəstəxanasına aparmışlar. Həkimlər Dəstəgülün öldüyünü təsdiq etmişlər. Həmin vaxt o, Dəstəgülün yaxılaraq ölməsini bilmiş və əmisi tərəfindən balta ilə öldürülməsini bilməmişdir. Xəstəxanada olarkən ona evə gedib evdə təmizlik işləri aparmasını demişlər və o, da Əliyarın evinə getmişdir. Evin girəcəyində olan pilləkənin yanında, üzərində qan izləri olan baltanı götürüb həyət sahəsinin arxa tərəfində, divarın küncündə olan soyuducu ilə divarın arasına qoymuşdur. Həmçinin, pilləkənlərin yanında olan xalçanı da götürüb həyət sahəsinin arxa tərəfinə qoymuşdur. Bundan sonra, yenidən xəstəxanaya qayıtmış və polis əməkdaşlarının, prokurorluq işçilərinin xəstəxanada olduğunu görmüşdür. Daha sonra yenidən əmisi Əliyarın evinə qayıtmışlar və evdə olarkən polis əməkdaşları Dəstəgülün Əliyar tərəfindən balta ilə öldürülməsini bilmişlər. Sonradan polis əməkdaşları onun gizlətdiyi baltanı da tapmışlar. Səhəri gün Dəstəgülü dəfn etmişlər və bundan sonra baltanı həmin yerə onun tərəfindən qoyulmasını polis əməkdaşlarına bildirmişdir. Baltanı gizlətməkdə məqsədi cinayəti gizlətmək olmamış, məqsədi yalnız baltanı qonşuların və uşaqların görməməsi üçün həmin yerə qoymuşdur. Hazırda əmisi Əliyar saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuş və 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X4 öldürəcəyini qabaqcadan bilməmiş və Əlyarla aralarında baltanı gizlətməyi ilə bağlı qabaqcadan heç bir razılaşması olmamışdır. Baltanı gizlətməyi ona heç kim deməmiş və bu əməlin cinayət olmasını da bilməmişdir. Hazırda baltanı gözlətdiyi üçün peşmandır. Lakin, baltanı gözlətməkdə məqsədi cinayətin gizlədilməsi olmamışdır. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü qismən təqsirli bilsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində Şahid2 ifadəsində göstərdi ki, Şahid1 onun atası, mərhum Dəstəgül Mehdiyeva isə anasıdır. O, ailəsi ilə birlikdə valideynlərinin yanında yaşayır. 14 yanvar 2023-cü il tarixdə arvadı Samirə ilə birlikdə Bakı şəhərinə getmişlər. 15 aprel 2023-cü il tarixdə saat 16-17 radələrində Ağcabədi şəhərinə qayıdarkən Hacıqabul rayonunun ərazisində, qohumları onunla telefon əlaqəsi saxlayaraq anası Dəsdəgülün yıxılaraq başından xəsarət aldığını demişlər. Bundan sonra, birbaşa Ağcabədi rayon mərkəzi xəstəxanasına getmiş, daha sonra evə gəlmişdir. Evə gələrkən də ona anasının yıxılaraq aldığı xəsarətlərdən öldüyünü demişlər. Lakin, həyətdə olan polis əməkdaşları anası Dəstəgülün atası Əliyar tərəfindən öldürüldüyünü ona demişlər. Atası Əliyar cinayətin törədilməsində istifadə etdiyi bir ədəd baltanın Təqsirləndirilən şəxs tərəfindən gizlədilməsindən və nə məqsədlə gizlədilməsindən məlumatı olmamış və yalnız sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən həmin balta gizlədilmiş və polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Şahid1 atası, mərhum Dəstəgül Mehdiyeva isə anasıdır. Valideynləri onunla qonşu yaşayır. 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində evdə olarkən qonşuluqda yaşayan bacısı İlahə həyəcanlı vəziyyətdə onun yaşadığı evə gələrək anasının yıxıldığını və başının dolaba dəydiyini, qan içində olduğunu demişdir. O, dərhal valideyinlərinin yaşadığı evə getmiş, evdə xeyli adamların olmasını, anasının yaşadıqları evin qonaq otağında qan içində uzanmış vəziyyətdə və başında yaraların olmasını görmüşdür. Onlar anasını rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada anasının öldüyü məlum olmuşdur. Anası yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkdiyindən əvvəllər də tez-tez özünü itirərək yıxılmışdır. Onlar yenə də anasının qan təzyiqi qalxdığından yıxılaraq öldüyünü düşünmüşlər. Qohumlar və qonşular yas mərasiminə görə evi təmizləmiş, hadisənin olduğu otağın döşəməsi üzərində olan xalçanı da yığışdırıb həyətin arxasına qoymuşlar. Qonaq otağında və həmin xalçanın üzərində balta görməmişdir. Həmin balta prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış aparılarkən aşkar olunmuşdur. Baltanın aşkar edilməsindən sonra anasının atası tərəfindən öldürüldüyünü bilmişdir. Sonradan həmin baltanın əmisi oğlu Sahil tərəfindən gizlətdiyini bilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid1 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun kriminalistika və informasiya idarəsinin 17 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vahid məlumat-axtarış sistemində məhkumluğu haqqında məlumat aşkar olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən 373 saylı həyətyanı evə baxış aparılarkən evin qonaq otağının divarlarında qan sıçrantıları aşkar olunmuş, həmçinin həmin otağın döşəməsi üzərində olmuş və üzərində qan ləkələri ilə yanaşı insan beyninin dağılmış toxumaları olan xalçanın yerinin dəyişdirilərək həyətin arxasında yerləşən altıaçığa yerləşdirilməsi müəyyən edilərək həmin əşyalar götürülmüş, üzərində qanabənzər ləkələr olmaqla cinayətin aləti olan balta isə həmin evin həyət sahəsinin arxasında hasarla soyuducunun arasındakı kiçik hissədə gizlədilmiş halda aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(099)-455/2023 saylı hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 14 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 13 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü qismən təqsirli bilsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, 15 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış aparılması haqqında protokolla da öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməl üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə yaşayır. Əliyar onun əmisi, Dəstəgül isə əmisinin arvadı olmuşdur. Əmisi Əliyar metalların qəbulu və satışı ilə məşğul olmuş, bibisi Dəstəgül isə təqaüdçü olmuş, işləməmişdir. Onların ailə münasibətləri qaydasında olmamış, mütəmadi olaraq münaqişə etmişlər. Münaqişələr adətən ailə-məişət məsələlərinə görə olmuşdur. Əliyarın yaşadığı evlə özünün yaşadığı ev yan-yana yerləşdiyi üçün tez-tez bir-birinin evinə gedib-gəlmişlər. Əliyarı sonuncu dəfə 14 yanvar 2023-cü il tarixdə axşam saatlarında görmüşdür. Həmin gün Əliyar onların yaşadığı evə gəlib onun atası ilə söhbət etmiş, həmin vaxt ailə daxilində hər hansı münaqişəninin olması barədə söhbət etməmişdir. 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdən küçəyə çıxanda qonşuların qışqırıb-bağırdığını, hər kəsin Əliyarın evinə qaçdığını görmüşdür. O, da qonşuların arxasınca həmin evə daxil olduqda Dəstəgülü evin qonaq otağının döşəməsində uzanmış halda görmüşdür. Dəstəgülün sifəti və üst-başı qana bulanmış, başının bir neçə yerində açıq yaralar olmuşdur. Həmçinin meyitin yanında, xalçanın üstündə də bir ədəd balta olmuşdur. Həmin balta kiçik ölçülü olmaqla, əsasən ət doğramaq üçün mətbəxlərdə istifadə olunan tipdə olmuşdur. Baltanın üzərində qan ləkələri olmuşdur. Görünən vəziyyətdən açıq-aşkar məlum olmuşdur ki, Dəstəgülün başına həmin balta ilə vuraraq qəsdən öldürmüşlər. Həmin vaxt əmisinin nəvəsi Şəhruz da orada olmuşdur. Qonşularla köməkləşib Dəstəgülü evdən çıxarmış, Şəhruzun “VAZ 2107” markalı avtomaşına yerləşdirməklə rayon mərkəzi xəstəxanasına aparmışlar. Özü də həmin xəstəxanaya getmişdir. Həkimlər Dəstəgülün öldüyünü təsdiq etmişlər. O, bibisi Dəstəgülün əmisi Əliyar tərəfindən öldürüldüyünü başa düşmüşdür. Çünki onların münaqişəli ailə olduqlarını bilmişdir və Əliyar da ortalıqda görünməmiş, hadisəni törətdikdən sonra evdən çıxaraq getmişdir. Həmin vaxt qohumları aralarında söhbət edərək həkimlərə və polislərə Dəstəgülün pilləkənlərdən yıxılaraq başının yerə dəyməsi nəticəsində öldüyü barədə məlumat verməyi planlaşdırmışlar. Belə də olmuş və Dəstəgülü xəstəxanaya təhvil verən qohumları ilkin məlumatda sonuncunun həyətdə pilləkənlərdən yıxılmaqla başının yerə dəyməsi nəticəsində öldüyünü demişlər. Daha sonra həmin xəstəxanaya polis və prokurorluq əməkdaşları gələrək Dəstəgülün meyitini morqa aparmışlar. O, morqda olarkən polis əməkdaşlarının öz aralarında apardıqları danışıqlardan başa düşmüşdür ki, Dəstəgülün yıxılaraq ölmədiyi, sonuncunun qəsdən öldürüldüyü polis əməkdaşlarına artıq məlumdur. Buna görə də, dərhal morqdan çıxaraq yenidən Əliyargilin evinə qayıtmışdır. Məqsədi isə prokurorluq və polis əməkdaşları hadisə yerinə gələnə qədər cinayətin izlərini itirmək, Dəstəgülün guya yıxılaraq öldüyü fərziyyəsini möhkəmləndirmək olmuşdur. Belə ki, Dəstəgülü əmisi Əliyarın qəsdən öldürdüyü məlum olsa sonuncunun cinayət məsuliyyətinə cəlb olunub azadlıqdan məhrum ediləcəyini bilmişdir. O, evə çatanda qadınlar evdə təmizlik işi görməyə başlamış, qonaq otağının döşəməsində olan xalçanı da çıxararaq pilləkənlərin yanına qoymuşlar. Cinayətin törədilməsində istifadə edilmiş balta da xalçanın üzərində olmuşdur. Həmin vaxt Əliyarın azyaşlı nəvəsi Dövlət də evdə olmuş, törədilmiş hadisəyə şahid olmuşdur. Dövlət, Əliyarın Dəstəgülü məhz həmin balta ilə vuraraq öldürdüyünü demişdir. O, qonşular və qohumların köməyi ilə pilləkənlərin yanına qoyulan xalçanı götürüb həyət sahəsinin arxa tərəfində yerləşən altıaçığa qoymuş, daha sonra isə baltanı da götürərək gizlətmişdir. Həyət sahəsinin arxa tərəfində, divarın küncündə soyuducu olmuşdur. O, həmin baltanı götürüb yan tərəfdən soyuducu ilə divarın arasına qoyaraq gizlətmişdir. Baltanın olduğu yerin görünməməsi üçün həyət sahəsində olan velosipedi baltanı gizlətdiyi yerin qarşısına qoymuşdur. Daha sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Onlar cinayətin alətini axtararkən baltanı gizlətdiyini bildirməmiş, cinayətin alətinin tapılmasını və Əliyarın məsuliyyətə cəlb olunmasını istəməmişdir. Lakin, baxış zamanı həmin balta onun gizlətdiyi yerdən aşkar olunaraq götürülmüşdür. Bundan sonra Əliyar da polis və prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuş, həbs edilmişdir. Məhkəmə tərəfindən Əliyara 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hadisədən sonra Əliyarla telefon danışığı aparmamış və sonuncunu hadisədən sonra görməmişdir. Əliyar hadisəni törətdikdən sonra hadisə yerindən çıxaraq getmişdir. Əliyarın Dəstəgülü öldürəcəyini qabaqcadan bilməmiş, sonuncu ilə arasında bu məzmunda danışıq olmamışdır. O, da baltanı gizlətməyi Əliyara qabaqcadan vəd etməmiş, sadəcə hadisədən sonra cinayətin Əliyar tərəfindən törədildiyini bilərək sonuncunu məsuliyyətdən xilas etmək üçün cinayətin alətini gizlətmək qərarına gəlmişdir. Belə ki, həm meyitin yanına qoyulmuş qanlı baltadan, həm meyitin başında olan açıq yaralardan, həm də hadisəyə şahid olmuş Dövlətin danışıqlarından Dəstəgülü Əliyarın balta ilə vuraraq öldürdüyünü başa düşmüş, buna görə də Dəstəgülün yıxılaraq ölməsi fərziyyəsini möhkəmlətmək, həqiqəti ört-basdır etmək, Əliyarın ifşa olunaraq cinayət məsuliyyətinə və cəzaya məruz qalmasının qarşısını almaq üçün cinayətin izini itirmək qərarına gəlmiş, bu məqsədlə cinayətin törədilməsində istifadə olunmuş baltanı hadisənin törədildiyi yerdən götürüb evin arxa tərəfində müəyyən olunması çətin bir yerdə gizlətmişdir. Cinayətin törədilməsində istifadə edilmiş baltanın üzərində Əliyarın barmaq izlərinin ola biləcəyini və istintaq orqanının əməkdaşlarının asanlıqla Əliyar ifşa edə biləcəklərini, əgər həmin balta tapılmasa Dəstəgülü kimin öldürdüyünün aşkar olunmayacağını düşünmüşdür. Həmin əməli törətməyə təkbaşına qərar vermişdir, hər hansı şəxs ona cinayətin alətini gizlətməyi tapşırmamışdır. Hərəkətlərinin cinayət hesab olunduğunu dərk etsə də, həmin vaxt əməlinin ictimai təhlükəliliyini qavramamış, az əhəmiyyətli olduğunu düşünmüşdür. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 15 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi, 373 nömrəli evdə əmisi Şahid1 X1 xüsusi amansızlıqla qəsdən öldürməsinə dair xüsusilə ağır cinayətin törədilməsindən sonra Şahid1lə sövdələşmədən və cinayətin gizlədilməsini qabaqcadan vəd etmədən, yəni cinayətə köməkçilik və ya iştirakçılığın digər növlərinin əlamətləri olmadan həmin cinayəti ört-basdır etmək, obyektiv həqiqətin ortaya çıxmasına mane olmaq, zərərçəkmiş şəxsin guya öz ehtiyatsızlığından yıxılaraq başının yerə dəyməsi nəticəsində xəsarətlər almaqla ölməsi görüntüsünü yaratmaq və bununla da Şahid1 qanunsuz olaraq cinayət məsuliyyətindən yayınmasını və cəzadan xilas olmasını təşkil etməkdə ifadə olunan şəxsi niyyətlə, həmin gün saat 17 radələrində yuxarıda göstərilən ünvanda yerləşən cinayətin törədildiyi həyətyanı evə gedərək, iş üzrə əhəmiyyətli maddi sübut olan, cinayətin törədilməsində istifadə olunmuş aləti, evin qonaq otağında xalçanın üzərində olmaqla səthində insan qanı ləkələri olan və cinayətin aləti olduğu açıq-aşkar surətdə məlum olan təsərrüfat-məişət təyinatlı baltanı götürməklə həmin evin həyət sahəsinin arxa hissəsində yerləşən, hasarla soyuducunun arasına qoyaraq qəsdən gizlətməklə qabaqcadan vəd etmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayəti gizlətməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 05 dekabr 2024-cü il tarixdən hesab edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan təsərrüfat-məişət təyinatlı bir ədəd baltanın Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(099)-455/2023 saylı hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 05 dekabr 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-155/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-155/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver