Məhkəmə qərarları › İş №1(017)-156/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-156/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-156/2024 10.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, əməli törətmiş şəxsin müdafiəçisi Ağcabdi rayon Vəkil bürosunun vəkili Müdafiəçi və zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 20 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində Laçın rayonu, Sadınlar kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Qaradolaq kəndində yaşayan Zərərçəkmiş şəxs çoban işlədiyi fermanın heyvanlarını çöl sahədə otaran zaman onun işlədiyi fermaya yaxın ərazidə yerləşən digər fermada çoban işləyən Təqsirləndirilən şəxs işlədiyi fermanın heyvanlarını onların otlaq sahəsində otardığını görmüş, Təqsirləndirilən şəxs heyvanları onun işlədiyi fermanın otlaq sahəsindən çıxarmasını tələb etmiş, həmin vaxt Təqsirləndirilən şəxs onu nalayiq ifadələr işlədərək təhqir etmiş, bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs heyvanları otarmaq üçün istifadə etdiyi ağacla Zərərçəkmiş şəxs sol gözünün alt hissəsinə ağacla bir dəfə, daha sonra bir neçə dəfə yumruqla sifətinin müxtəlif nahiyyələrindən və bir dəfə sol ayağından ağacla qəsdən vuraraq, sol yanaqda əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran, başın orta təpə və sol təpə nahiyyələrində, sağ üst göz qapağında, sağ yanaqda, sol alt göz qapağında və sol baldırda qançırlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, aralarında qohumluq əlaqəsi və düşmənçilik yoxdur. Təxminən 2 aya yaxın müddət olar Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən X2 məxsus olan fermada çoban işləyib. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində çöl sahədə heyvan otaran zaman onun işlədiyi fermaya yaxın ərazidə yerləşən digər fermada çoban işləyən Zərərçəkmiş şəxs onun otardığı heyvanları onların otlaq sahəsinə salıb otardığını bildirərək onun olduğu yerə gəlmiş, Fazil onun olduğu yerə gəldikdən sonra nalayiq ifadə işlədərək onu təhqir edərək əlində olan dəyənəklə onu vurmuşdur. Bundan sonra Fazilin əlindən dəyənəyini alaraq, dəyənəyin uc tərəfi ilə Zərərçəkmiş şəxs sol gözünün alt hissəsindən vurmuş, Fazil yenə onu təhqir etmiş və o da yumruqla Zərərçəkmiş şəxs bir neçə dəfə sifətinə vurmuşdur. Sonra Zərərçəkmiş şəxs onun haqqında şikayət edəcəyini bildirmiş və öz heyvanlarını qaytararaq çıxıb getmişdir. Bundan sonra o öz işlədiyi fermaya getmişdir. Zərərçəkmiş şəxslə aralarında münaqişə olan zaman orada kənar kimsə olmamış, dava-dalaş və münaqişə 2-3 dəqiqə davam etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş ziyanı tam olaraq ödəməsini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət yoxdur. Təxminən 4 aya yaxın müddət olar Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən X1 məxsus olan fermada çoban işləyir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində çöl sahədə heyvan otaran zaman işlədiyi fermaya yaxın ərazidə yerləşən digər fermada çoban işləyən Təqsirləndirilən şəxs öz işlədiyi fermanın heyvanlarını onların otlaq sahəsinə salıb otardığını görmüş və Babagülə öz iradını bildirmiş, heyvanlarını nə üçün onların otlaq sahəsində otardığını soruşmuş və heyvanlarını onların otlaq sahəsindən çıxarmasını tələb etmişdir. Sonra Babagülə yaxınlaşmış, əlində olan dəyənəklə Babagülü vurmuş, Babagülü vurduqdan sonra Babagül onu nalayiq ifadələrlə təhqir etmiş və əlində olan dəyənəyi ondan alıb uc hissəsi ilə onun sol gözünün alt hissəsindən vurmuş, sonra geri qayıtmaq istəyən zaman Babagül arxadan gəlib yumruqla onun bədənin bir neçə hissəsindən vuraraq döymüş, zərbənin təsərindən yerə yıxılmış, Babagül yenə də yerə yıxılmış vəziyyətdə ona bir neçə dəfə əli ilə zərbələr endirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs əlindən çıxıb oradan qaçıb uzaqlaşaraq Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermişdir. O, göstərmişdir ki, Babagül Bünyatov ona xəsarət yetirən zaman orada kənar kimsə olmamış, dava-dalaş və münaqişə 2-3 dəqiqə davam etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə-tibbi ekspertizanın 21 sentyabr 2024-cü il tarixli, 594 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – başın orta təpə və sol təpə nahiyyələrində, sol yanaqda əzilmiş yara, sağ üst göz qapağında, sağ yanaqda, sol alt göz qapağında və sol baldırda qançırlar - küt əşya(lar)nın təsirindən törənmişdir, kənar şəxs tərəfindən ağacla və əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 20 sentyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə - sol yanaqda olan əzilmiş yara – sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya; digər qançırlar isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib, Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş ziyanı tam olaraq ödəməsini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, əməli törədən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnnun barəsində xx.xx.2024-cü il tarixdə məhkəmə iclasına məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadığı və olduğu yer müəyyən olmadığı üçün Ağcabədi Rayon məhkəməsinə gətirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnnun barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu ərazisində tutularaq aidiyyəti üzrə Ağcabədi rayon polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin icraatı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu ərazisində tutularaq aidiyyəti üzrə Ağcabədi rayon polis şöbəsinin X3 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatı təzələnmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. Hazırkı işin materiallarından görünür ki, iş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs maddi imkanı olmadığına görə məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar