Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-157/2024 19.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə qanunsuz olaraq özgə əmlakını talamaq məqsədi ilə 24 iyul 2024-cü il tarixdə saat 02 radələrində Ağcabədi şəhəri, Sultanbəy küçəsi ərazisində yerləşən, abonentlərin istifadə etdikləri ictimai əhəmiyyətli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Aran regional filialına məxsus 1 metri 3 manat 96 qəpik olmaqla 106 manat 92 qəpik dəyərində 27 metr uzunluğunda TPP 50x2 tipli kabeli, 1 metri 1 manat 008 qəpik olmaqla 37 manat 30 qəpik dəyərində 37 metr uzunluğunda TPP 10x2 tipli kabeli, 25 manat 96 qəpik məbləğində 18% əlavə dəyər vergisi daxil olmaqla ümumilikdə 170 manat 18 qəpik dəyərində rabitə xəttini özü ilə gətirdiyi kəlbətin ilə kəsərək oğurlamış, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən tamah niyyəti ilə qanunsuz olaraq özgə əmlakını talamaq məqsədi ilə 24 iyul 2024-cü il tarixdə saat 02 radələrində Ağcabədi şəhəri, Qarabağ küçəsi ərazisində yerləşən, abonentlərin istifadə etdikləri ictimai əhəmiyyətli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Aran regional filialına məxsus 1 metri 3 manat 96 qəpik olmaqla 102 manat 96 qəpik dəyərində 26 metr uzunluğunda TPP 50x2 tipli kabeli, 1 metri 11 manat 16 qəpik olmaqla 3794 manat 40 qəpik dəyərində 340 metr uzunluğunda TPP 100x2 tipli kabeli, 701 manat 52 qəpik məbləğində 18% əlavə dəyər vergisi daxil olmaqla ümumilikdə 4598 manat 88 qəpik dəyərində rabitə xəttini özü ilə gətirdiyi kəlbətin ilə kəsərək oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Aran regional filialına ümumilikdə 4769 manat 06 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, o, xalası X5 ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 24 iyul 2024-cü il tarixdə saat 02 radələrində Ağcabədi şəhəri Sultanbəy küçəsi ərazisində piyada hərəkətdə olanda görmüş ki, İsmayılın marketinin yaxınlığında şalbanın üzərindən üzü aşağıya naqil sallanaraq yerə düşmüş və ağlına fikir gəlmiş ki, həmin naqili kəsib satsın. Bunun üçün ünvan 3 ünvanında yerləşdiyi evinə getmiş ki, oradan kəlbətin götürsün. Kəlbətini götürüb həmin yerə qayıdıb həmin kabeli kəsmiş, bundan sonra o, piyada hərəkət edərkən Qarabağ küçəsi ərazisində, qaranlıq olduğundan dəqiq xatırlamadığı yerdə görmüş ki, yerə şalban düşüb, üstündə isə uzun naqil xətti var. O da kəlbətini ilə həmin naqili kəsib götürmüşdür. Ümumilikdə kəsib götürdüyü naqillərin uzunluğunu dəqiq bilməmiş, təxminən 350-400 metr uzunluğu ola bilər. O, həmin naqilləri Ağcabədi şəhəri ərazisində yerləşən Üç Qapı deyilən yerdə yerləşən sahəliyə aparmış və orada naqilləri əridib misləri naqilin qabığından çıxarmış. Səhər saat 07-08 radələrində misləri naqillərdən tam ayırmışdır. Həmin misləri orada yerləşən kanala salmış ki, isti mislər soysun, bundan sonra həmin misləri sahəlikdən tapdığı yerdə olan 02 ədəd torbalara yerləşdirmiş və həmin torbalar ilə yaşadığı evə doğru gətirmiş və Ağcabədi şəhəri, Təbriz küçəsində piyada hərəkətdə olduğu zaman, görmüş ki yolun kənarında taksi kimi fəaliyyət göstərən Fərid adlı şəxs dayanmışdır. O, VAZ-2106 markalı avtomobili idarə edirmiş. O, Fəridin avtomobilinə yaxınlaşıb metal qəbulu məntəqəsinə getmək istədiyini bildirmişdir. Fərid də onunla razılaşmış və o, avtomobilə əyləşmiş, mislə dolu 02 ədəd torbaları isə avtomobilin arxasına yerləşdirmişdir. Yol getdikləri zaman o, Fəridə demiş ki, məsləhət bildiyi metal gəbulu məntəqəsi varsa, ona desin. Fərid də dəmir alqı-satqısı ilə məşğul olan Zaur adlı əmisinə zəng etmişdir. Zaur məsləhət görmüş ki, onlar Seyidoğlu marketin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə getsinlər. Onlarda həmin yerə getmişlər. Həmin vaxt Fəridin avtomobilində Rahil adlı Ağcabədi şəhər sakini də olub. Fərid Rahili ondan əvvəl götürmüş ki, Rahili lazım olan yerə çatdırsın. Metal qəbulu məntəqəsinə çatdıqda isə onları orada tanımadığı şəxs qəbul etmişdir. Sonradan bilmiş ki, həmin şəxsin adı Şahid1 olub. O, Zamana yaxınlaşmış və onda mis olduğunu bildirmişdir. Zaman isə ona həmin misləri haradan əldə etdiyini soruşduqda, o, Zamana həmin misləri Ağcabədi şəhəri, Üç Qapı deyilən yerdən tapdığını bildirmişdir. Bundan sonra, Zaman ona misin bir kilosuna görə 10 manat verə biləcəyini bildirmişdir. O da onunla razılaşmış və avotomobilin yaxınlığında onu gözləyən Fəridnən Rahilə yaxınlaşmışdır. Fərid ona kömək etmiş, onlar misləri avtomobildən gətirib tərəzinin üstünə qoymuş və Fərid avtomobilinə doğru getmişdir. Həmin misləri tərəzidə çəkmişlər, çəkisi 54 kq olub, bunun müqabilində metal qəbulu məntəqəsində işləyən ona 540 manat pul verə biləcəyini demiş, o da Zamanla razılaşmış və 540 manat pulu almışdır. Bundan sonra isə onlar avtomobilə oturmuş və oradan uzaqlaşmışlar. X7 marketdə, onu isə Ağcabədi şəhərində yerləşən Kapital Bankın qarşısında düşürtmşdür. O, Fəridə göstərdiyi taksi xidmətinə görə 10 manat pul vermişdir. Əldə etdiyi pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda tutduğu əməldən çox peşman olmasını, özünün yetkinlik yaşına çatmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyandan 1000 manat ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, O, Aztelekom MMC-də 2016-cı il tarixdən hüquqşünas kimi çalışır. 2024-cü ilin fevral ayından isə Aztelekom MMC-nin Aran regional filialına hüquşünas kimi işləyir. O, işin mahiyyəti üzrə bildirmişdir ki, 24 iyul 2024-cü il tarixdə saat 2 radələrində Ağcabədi şəhəri, Qarabağ küçəsi ərazisində istismarda olan 340 metr TTP 100x2, 26 metr TPP 50x2, Ağcabədi şəhəri, Sultanbəy küçəsi ərazisində istismarda olan 27 metr TTP 50x2, 37 metr TTP 10x2 kabelkabelini naməlum şəxs(lər) tərəfindən kəsilərək aparılması barədə onların filiala məlumat daxil olmuşdur. Sonradan bilmişlər ki, kabelləri kəsən şəxs Ağcabədi şəhəri sakini Təqsirləndirilən şəxsdur. Oğurluq nəticəsində onalrın filialına ümumilikdə 4769,06 manat məbləğində maddi ziyan dəymişdir. Bu günə kimi Təqsirləndirilən şəxs tərəfindən “Aztelekom MMC-nin Aran regional filialına oğurluq nəticəsində dəymiş maddi ziyandan 1000 manat ödəməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, o, Aztelekom MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinin xətt qurğuları istismarı sektorunun (XQİS) mühəndisi vəzifəsində işləyir və həmçinin rayon ərazisində rabitə xətlərinə nəzarət edir. 24 iyul 2024-cü il tarixdə, saat 12 radələrində Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən rabitə xətlərinə nəzarət edərkən, TPP 100x2 tipli 340 metr uzunluğunda və TPP 50x2 tipli 26 metr uzunluğunda kabellərin naməlum şəxs(lər) tərəfindən kəsildiyini aşkar etmişdir. Bundan başqa, 25 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Ağcabədi şəhəri, Sultanbəy küçəsində yerləşən rabitə xətlərinə nəzarət edərkən, TPP 10x2 tipli 37 metr uzunluğunda və TPP 50x2 tipli 27 metr uzunluğunda kabellərin naməlum şəxs(lər) tərəfindən kəsildiyini aşkar etmişdir. Aşkar etdiyi oğurluq barədə işlədiyi Aztelekom MMC-nin Aran regional filialını Ağcabədi şöbəsinə və DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində Aztelekom MMC-yə 4041 manat 65 qəpik məbləğində maddi ziyan dəymişdir. Sonradan bilmiş ki, oğurluq hadisəsini törədən şəxs Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxsdur. O, həmin kabellər dəqiq olaraq nə vaxt oğurlanmasını bilmədiyini, kabellərin oğurlanmasını 24 iyul 2024-cü il tarixdə, saat 12 radələrində Ağcabədi şəhəri, Qarabağ küçəsində və 25 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Ağcabədi şəhəri, Sultanbəy küçəsində yerləşən rabitə xətlərinə nəzarət edərkən bildiyini, sonradan həmin kabelləri Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs tərəfindəni oğurlandığını bildiyini bildirmişdir. O, Aztelekom xətləri sakinlərin internet (Wi-Fi) və ev telefonla istifadə etmələrini təmin etdiyini, xətlərdə hər hansısa nasazlıq yarandıqda isə sakinlərdən kütləvi şəkildə zənglər və şikayətləri daxil olduğunu, həmin an onlar başa düşürlər ki, xətlərdə hər hasnısa problem var və xətləri yoxlamaq üçün şikayət verən sakinlərin yaşadığı ünvana getdiklərini və Təqsirləndirilən şəxs xətləri oğurlayanda, onlara həmin ünvanlardan, yəni Sultanbəy və Qarabağ küçəsində yaşayan sakinlərdən çoxlu sayda şikayətlər daxil olduğunu və həmin yerə getdikdə isə kabellərin oğurlandığını bilmişdir. O, oğurluq nəticəsində Aztelekom MMC-nin Aran regional filialına 4769 manat 06 qəpik məbləğində maddi ziyan dəydiyini və həmin maddi ziyanın tam ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərdi ki, 10-15 gün olarmış ki, atasının etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı **-BX-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə taksi sürücüsü kimi fəaliyyət göstərir. 24 iyul 2024-cü il tarixdə Ağcabədi şəhəri Təbriz küçəsi ərazisində avtomobili idarə edərkən, avtomobilini bir nəfər tanımadığı şəxs saat 11 radələrində saxlatmış və ondan xahiş etmiş ki, metal qəbulu məntəqəsinə aparsın. O da razılaşmış və həmin şəxs avtomobilin arxasına 02 ədəd torbanı qoymaq istədiyini bildirmiş, o da avtomobilin arxasını açmış, həmin şəxs isə torbaları avtomobilin arxasına yerləşdirmişdir. O həmin şəxsin adını Natiq olduğunu bilsədə, aralarında heç bir dostluq münasibəti, həmçinin ədavət və düşmənçilik olmamışdır. O, Natiqdən torbada nə olduğunu soruşduqda, Natiq ona torbada mislərin olduğunu və həmin mislərin özünə məxsus olduğunu bildirmişdir. Natiq ondan həmin misləri satmaq üçün metal qəbulu məntəqəsini axtardığını bildirmişdir. O da ona əmisi Zaurun dəmir alqı-satqısı ilə məşğul olduğunu bildirmiş və əmisi ilə əlaqə saxlamış ki onlara məsləhətdi metal qəbul məntəqəsi yerini desin. Əmisi Zaur məsləhət görmüş ki, o Natiqi Seyidoğlu marketin yaxınlığındaki metal qəbulu məntəqəsinə aparsın. Eyni zamanda həmin an avtomobildə Rahil adlı taksi sifarişçisidə olub və ondan xahiş etmiş ki, onu MegaStore marketə aparsın. O, Rahili Natiqdən əvvəl götürmüşdür. Onlar birlikdə əmisi Zaur məsləhət gördüyü yerə getmişlər və həmin yerə çatmışlar. O, avtomobildən düşüb avtomobilin arxasını açmış ki, Natiq torbaları götürə bilsin. Natiq ona demiş ki, getməyib onu gözləsin. O, Natiqə həmin misləri tərəziyə qoymaqda kömək etmiş, sonra isə yaxınlaşmış avtomobilinə və orada Natiqi gözləmişdir. Natiq metal qəbulu məntəqəsini işlədənlə söhbət edərkən, o avtomobilinin qarşısında onu gözləyib. Sonradan bilmiş ki, metal qəbulu məntəqəsini işlədən şəxsin adı Şahid1dur. Natiq həmin misləri neçə manata satdığını və həmin mislərin çəkisini bilməmişdir. Bundan sonra Natiq yaxınlaşıb avtomobilə oturub və onlar oradan uzaqlaşmışlar. Sonra o, Rahili Megastore marketdə düşürtmüş, Rahil ona bunun müqabilində 3 manat pul vermişdir. Rahili düşürtdükdən sonra Natiq ona demiş ki, Ağcabədi şəhəri, Təbriz küçəsində yerləşən evinə aparsın. Həmin ünvana yol gedərkən isə o fikirini dəyişmiş və demiş ki, o. Natiqi “Kapital Banka” yanına aparsın. O da Natiqi “Kapital Banka” aparmış və orada düşürtmüşdür. Bunun müqabilində Natiq ona 10 manat pul vermiş. O isə oradan uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri sakini kimi tanımış, onların yaxın münasibətləri olmadığını, Təqsirləndirilən şəxski olan mislərin oğurluq olduğunu bilmədiyini, Natiq ona həmin mislərin özünə məxsus olduğunu, həmin misləri Ağcabədi şəhəri Üç Qapı deyilən yerdən tapdığını dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi şəhərinə təxminən iki il yarım olarmış ki, Ağcabədi şəhəri, Nərimanov küçəsi, Seyidoğlu ərzaq mağazasının yaxınlığında metal qəbulu məntəqəsini işlədir. 24 iyul 2024cü il tarixdə, səhər saat 10-11 radələrində üç nəfər tanımadığı şəxslər onun məntəqəsinə VAZ-2106 markalı avtomobil ilə yaxınlaşmışlar, onlardan biri ona yaxınlaşaraq, mis olduğunu və həmin misləri satmaq istədiyini bildirmişdir. Sonradan bilmiş ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Onlardan biri isə qudasının əmisi oğlu Zaurun qohumu olduğunu bildirmişdir. Sonradan bilmiş ki, həmin şəxsin adı Şahid3dur. Üçüncü şəxs isə Rahil adlı şəxs olub. O da Natiq ilə razılaşmış və demiş ki misin kilosunu 10 manata alıram. Natiq məntəqənin qapısından çıxıb həyətdən 2 ədəd torba gətirmişdir. Torbanı gətirməkdə Fərid Natiqə kömək etmişdir. Torbaları açıb baxdıqda orada mislərin olduğunu görmüşdür. Həmin misləri tərəzidə çəkmişlər-ümumi çəkisi 54 kq olmuşdur. 54 kilo misin müqabilində o 1 kilosu 10 manat olmaqla Natiqə cəmi 540 manat pul vermişdir. 25 iyul 2024-cü il tarixdə təxminən saat 11 radələrində polis əməkdaşları ona yaxınlaşmış kabel xəttlərinin oğurlanmasını və onun məntəqəsinə son günlərdə çox çəkili dəmir (metal, mislərin və s.) gətirib-gətirilmədiyini soruşmuşlar. O da polis əməkdaşlarına dünən, yəni 24 iyul 2024-cü il tarixdə saat 10-11 radələrində Təqsirləndirilən şəxs 54 kilo çəkidə mis aldığını bildirmişdir. Sonradan bilmiş ki, o Natiqdən aldığı mislər "xxxx" MMC-yə məxsus və Təqsirləndirilən şəxs Əllədin oğlu tərəfindən oğurlanmış kabellərdən ayrılmış mislərdir. O, Təqsirləndirilən şəxs həmin misləri aldığı zaman, mislərin oğurluq olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs aldığı misləri 02 ədəd torbadan boşaldıb 03 ədəd kapron qablara yerləşdirdiyini, hazırda həmin misləri öz məntəqəsində saxladığını bildirmişdir. Misin alqı-satqısı ilə bağlı olan bütün danışıqları Natiqlə apardığını, Fərid ilə Rahil isə kənarda gözlədiklərini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, 24 iyul 2024-cü il tarixdə Ağcabədi şəhəri, Sultanbəy və Qarabağ küçələri ərazisinə baxış keçirilmiş, baxış zamanı Ağcabədi şəhəri, Sultanbəy və Qarabağ küçələri ərazisində yerləşən kabellərinin oğurlanması faktı təsdiq olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, 24 iyul 2024-cü il tarixdə oğurlanmış kabellərdən yandırılaraq ayrılmış mislər Ağcabədi şəhəri, Seyidoğlu marketin yaxınlığında yerləşən metal alqı-satqısı ilə məşğul olan Şahid1 satılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" məktublarından görünür ki, Aztelekom MMC-nin balansında olan Ağcabədi şəhəri, Sultanbəy küçəsi ərazisində istismarda olan 27 metr TPP 50x2, 37 metr TPP 10x2 tipli, Ağcabədi şəhəri, Qarabağ küçəsi ərazisində istismarda olan 340 metr TPP 100x2, 26 metr TPP 50x2 tipli kabellərin oğurlanması nəticəsində Aztelekom MMC-yə ümumilikdə 4769 manat 06 qəpik məbləğində maddi ziyan dəymişdir. Cinayətin tam və obyektiv araşdırılması üçün iş üzrə bir sıra hallara əməliyyat yolu ilə aydınlıq gətirilməsi üçün əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi rayon ərazsində başqa cinayət hadisələri törətməsi və ya törədilmiş cinayət hadisələrində iştirak etməsi, onun qeyd olunan cinayət hadisəsinin törətməsində digər şəxs və ya şəxslərin iştirak etmələri və ya ona cinayət hadisəsini törətməyə təhrik edən şəxs (şəxslər) olması, törətdiyi cinayət hadisəsi zamanı onunla birlikdə digər şəxslərin iştirakı müəyyən edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 sentyabr 2024-cü il tarixli tibbi arayışdan görünür ki, Xəlilov X4 RMX-da ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş 08 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 avqust 2024-cü il tarixli Ağcabədi RİHB Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə-psixiatrik ekspertizasının 20 sentyabr 2024-cü il tarixıi rəyində görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zamanı ANLAQLİ olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındarır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 27 iyul 2024-cü il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 iyul 2024-cü il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının məsul katibi Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 28 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş və 29 iyul 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 sentyabr 2024-cü il tarixli süburların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid3 barəsində AR CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 sentyabr 2024-cü il tarixli süburların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid3 əməlində AR İXM-nin 332.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, Şahid3 barəsində AR İXM-nin 332.2-ci maddəsi ilə inzibati qaydad tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin DYPB-nə göndərilib. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 sentyabr 2024-cü il tarixli süburların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid4 əməlində AR İXM-nin 335.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, Şahid4 barəsində AR İXM-nin 335.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 sentyabr 2024-cü il tarixli süburların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 01 kapron qabda və 02 ədəd sellofan torbalarda olan və müvəqqəti olaraq onun metal qəbulu məntəqəsində saxlanılan mislər iş üzrə maddi sübut hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Poçt vasitəsi ilə oğurluq nəticəsində dəymiş ziyandan 1000 manat X1 Cəmiyyətin hesabına ödəmişdir. Məhkəmə mövcud sübutları araşdırıb hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. İstintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 06 saylı Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli konvensiyasının 40-cı maddəsinin 3-cü bəndində göstərilir ki, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, prosedurlar, orqanlar və müəssisələr yaradılmasına, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara, insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə təhqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsinə çalışırlar. Həmin Konvensiyanın 40-cı maddəsinin 4-cü bəndində göstərilir ki, uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, sınaq müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı proqramları və müəssisələrdə uşağa qulluğu əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunlarda məqsəd uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə vəziyyətinə və cinayətin xarakterinə uyğun olsun. Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin icrasına aid minimal standart qaydalarının (Pekin qaydaları) 3-cü hissəsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə təhqiqatı yetkinlik yaşına çatmayanın mənafeyinə cavab verməli və yetkinlik yaşına çatmayanın iştirak etməsinə və öz nöqteyi-nəzərini ifadə etməsinə imkan verən anlaşma şəraitində həyata keçirilməlidir. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin məqsədləri ilk növbədə yetkinlik yaşına çatmayanın əminamanlığının təmin edilməsinə, yetkinlik yaşına çatmayan qanun pozucularına hər-hansı təsir tədbirlərinin həmişə qanun pozucusunun şəxsiyyətinə, həm də qanun pozuntusuna şəraitinə uyğun olmasına yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və dəymiş zərərin qismən ödənilməsini barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, yaşadığı ərazidə müsbət xarakterizə olunması, vurulmuş ziyanın qismən ödənilməsi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 iyul 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Republikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən iş üzrə Şahid1 metal qəbulu məntəqəsində müvəqqəti saxlanılan maddi sübut kimi tanınmış 01 ədəd kapron qabda və 02 ədəd sellofan torbalarda olan mislər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom MMC-nin Aran regional filialına qaytarılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom MMC-nin Aran regional filialına 4769 manat 06 qəpik maddi ziyan dəymiş, həmin ziyandan 1000 manat ödənilmiş, 3769 manat 06 qəpik ödənilməmiş qalmışdır. Həmçinin zərərçəkmiş hüquqi şəxs tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş hüquqi şəxs göstərilən qanuna riayət etmədiyi üçün ona izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməmiş qalan hissəsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüququ vardır. İşdə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib, ona bir il iki ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Republikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən iş üzrə Şahid1 metal qəbulu məntəqəsində müvəqqəti saxlanılan maddi sübut kimi tanınmış 01 ədəd kapron qabda və 02 ədəd sellofan torbalarda olan mislər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom MMC-nin Aran regional filialına qaytarılsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-157/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-157/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver