Məhkəmə qərarları › İş №1(017)-159/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-159/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-159/2023 03.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 20 avqust 1983-cü il tarixdə Ağcabədi rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında, günü istintaqa məlum olmayan tarixdə faktiki olaraq yaşadığı Ağcabədi şəhəri, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi, Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun müvafiq miqdarları əks etdirən İİİ siyahısının 1.2-ci bəndinə əsasən əkibbecərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarından qəsdən fərdi yaşayış evinin sağ yan tərəfindəki həyətyanı torpaq sahəsində qanunsuz olaraq xeyli miqdar hesab edilən 04 (dörd) ədəd olan çətənə (kannabis) bitkilərini əkib mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivatsiya etmiş, 24 may 2023-cü il tarixdə saat 18:00-dan başlayaraq Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə və kultivasiya etməkdə şübhəli bilinərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən qəsdən həyətyanı sahəsində qanunsuz olaraq əkilmiş, xeyli miqdar hesab edilən ümumilikdə 4 (dörd) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 415,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 237.1-ci madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağcabədi rayonu Hindarx qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 20 ilə yaxındır ki, narkotik vasitə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuana qəbul edir. O, narkotik vasitə istifadəçisi olduğu üçün yaşadığı evin həyətində “nəşə” kolu əkib qurudaraq istifadə edir. 2023-cü ilin aprel ayının əvvəllərində özündə olan “nəşə” toxumundan yaşadığı fərdi yaşayış evinin sol tərəfində həyətyanı sahəsində dörd ədəd əkmiş və onlara qulluq etməyə başlamışdır. 24 may 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək həyətyanı sahəyə və evə baxış keçirtmək istədiklərini bildirmişlər. O, razılaşmışdır. Ondan yaşadığı evdə və ya həyətyanı sahədə narkotik vasitə və psixotrop maddə olub-olmamağı soruşulmuşdur. O, həyətyanı sahədə dörd kol “nəşə” əkdiyini bildirmişdir. Sonra o, həmin nəşə əkdiyi yeri göstərmişdir. Həmin yerə baxış zamanı bir ədəd böyük kol və 3 ədəd balaca kol olmaqla ümumilikdə 4 ədəd kol aşkar olunmuşdur. O, həmin kolların nəşə kolu olduqlarını bildirmişdir. Həmin nəşə kolları sellofan torbada qablaşdırılmış, elektron tərəzi ilə çəkilmiş və çəkisi 635 qram olmuşdur. Sonra həyətyanı sahəyə və evə baxış keçirilmişdir. Heç bir narkotik tərkibli əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Doğruluğu imzalarla təsdiq edilmişdir. Sonra onu Ağcabədi rayon polis şöbəsinə gətirmişlər və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından hər hansı birinin hüquqlarının dövlət hesabına müdafiə olunması üçün etiraz etmədiyini bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X3 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlərlə müdafiəçinin iştirakı ilə tanış olmuş və düzgün tərtib edildiyi üçün imza etmişdir. Bundan sonra Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 415,0 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. O, narkotik maddələr qəbul etsədə heç kəsə narkotik maddələr satmamış və ya pay verməmişdir. Həmin narkotik tərkibli çətənə bitkilərini o, əkmiş, özü qulluq etmiş, əkməkdə məqsədi gələcəkdə özünün istifadə etməyi olmuşdur. Başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Onun yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməyi barədə heç kimin məlumatı olmamışdır. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, o, Ağcabədi rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxsla heç bir münasibəti, ədavət və düşmənçiliyim olmamışdır. Ona Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik xassəli bitkiləri becərməsi, kultivasiyası ilə məşğul olması, narkotik vasitələrin istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon X12 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X11 və PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayon Hindarx qəsəbəsindəki fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün tədbirlər görülmüş və bunun üçün Ağcabədi RİHB aparatının X7 təhlil və proqramlaşdırılması şöbəsinin baş məsləhətçisi, ali təhsilli aqranom Şahid3 mütəxəssis qismində dəvət edilmişdir. 24 may 2023-cü il tarixdə onlar Təqsirləndirilən şəxs yaşadığı Ağacabədi rayonu, Hindarx qəsəbəsinə yola düşmüşlər. Təqsirləndirilən şəxs yaşadığı evə çatmışlar və qapını döymüşlər. Qapını Təqsirləndirilən şəxs özü açmışdır. Onlar ona xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduğuqlarını bildirmişlər və yaşadığı evə və həyətyanı sahəyə baxış keçirəcəklərini demişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra həmin günü saat 18:00-da video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Tacəddin Heydərovun yaşadığı evin həyətyanı sahəsində, fərdi yaşayış evinin sağ yan tərəfindən bostana daxil olduqda və təxminən 10-15 metr məsafədə yabanı bitkilərin arasında 1(bir) ədəd böyük ölçüdə çətənə koluna bənzər bitki kolu aşkar edilmişdir. Həmin kolun ətraflarına baxış keçirildikdə əlavə olaraq 3 (üç) ədəd çətənə koluna bənzər kol aşkar edilmişdir. Həmin kollara aqronom Şahid3 baxış keçirdiyi zaman həmin 4 ədəd çətənəyə bənzər bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin 4 ədəd bitki kolları torpaqdan çıxarılmış və aşkar olunduğu qaydada 1 ədəd göy rəngli sellofan torbada qablaşdırılmış və üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənib tərkibi öyrənmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X8 Bölməsinə göndərilmək üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilmiş və həyətyanı sahəsində narkotik tərkibli çətənə kolu aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Heydarov X2 rayon Polis Şöbəsinə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şöbənin inzibati otaqlarının birində ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışlar. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predment olmadığını bildirmişdir. Onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən başqa heç bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayon İHBA-nın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi işləyir. 24 may 2023-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları onu dəvət edərək bir nəfər Ağcabədi rayon Hindarx qəsəbə sakininin yaşadığı evə baxış keçirilən zaman mütəxəssis qismində iştirak etməyini xahiş etmişlər. O, da heç bir etiraz etməmiş və onlarla birlikdə sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxsin yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində, fərdi yaşayış evinin sağ yan tərəfindən bostana daxil olduqda və təxminən 10-15 metr məsafədə yabanı birkilərin arasında 1(bir) ədəd böyük ölçüdə çətənə koluna bənzər bitki kolu aşkar edilmişdir. Həmin kolun ətraflarına baxış keçirildikdə əlavə olaraq 3 (üç) ədəd çətənə koluna bənzər kol aşkar edilmişdir. Ümumilikdə 4 (dörd) ədəd çətənə koluna bənzər kollar aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları qablaşdırılmış, üzəri yazılmış, bu barədə protokol tərtib edilmiş və onlar imza etmişlər. Bundan sonra baxış davam etdirilmiş. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahədən başqa bir narkotik vasitə və ya psixotrop maddə, eləcə də hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş ümumilikdə 4 ədəd sayda bitkilər narkotik tərkibli çətənə bitkiləri olmuş və həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinə həvalə edilmiş, həmin bölmənin 25 may 2023-cü il tarixli, 18/548 nömrəli rəyinin nəticə hissəsindən göstərilmişdir ki;

1. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs həyətindən...” sözləri yazılmış və imzalar olan polietilen torbada cəmi 4 ədəd yaş vəziyyətdə ümumi çəkisi 415,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə bitkilərinin ümumi çəkisi 415,0 qram, cəmi tədqiqata sərf edildi – 0,2 qram, qalıq-414,8 qram. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı evin həyətində narkotik xassəli bitkilərin əkib-becərməsi, kultivasiyası ilə məşğul olması ilə əlaqədar olaraq əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, TB-nin təhqiqatçısı polis baş leytenantı Quliyev Çingiz oğlu, PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 daxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 24 may 2023-cü il tarixli baxış keçirilməsi barədə tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərədindən baxış keçirilmiş, Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində, fərdi yaşayış evinin sağ yan tərəfindən bostana daxil olduqda və təxminən 10-15 metr məsafədə yabanı birkilərin arasında 1(bir) ədəd böyük ölçüdə çətənə koluna bənzər bitki kolu aşkar edilmişdir. Həmin kolun ətraflarına baxış keçirildikdə əlavə olaraq 3 (üç) ədəd çətənə koluna bənzər kol aşkar edilmişdir. Ümumilikdə 4 (dörd) ədəd çətənə koluna bənzər kollar aşkar edilmişdir. Aşkar edilən narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları götürülmüş və qablaşdırılaraq üzəri DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı protokolda qeyd edilən xüsusatlar öz əksini tam olaraq tapmışdır. İstintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş çətənə bitkisinin toxumlarını haradan əldə etməsi, narkotik vasitənin əldə edilməsində ona kömək edən şəxsin olub-olmaması, həmin narkotik vasitədən yaşadığı evində, yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş çətənə bitkisinin toxumlarını haradan, kimdən, hansı məqsədlə və necə əldə etməsi, satması və narkotik vasitələrin qanunsuz dövriyyəsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 26 may 2023-cü il tarixdə azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad olunmuşdur. İş materiallarında olan 24 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyani sahədən 04 ədəd aqrotexniki qaydada qulluq edilmiş, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 24 may 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə tərdib edilmiş protokoldan görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Ağcabədi rayon Polis Şöbəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 414,8 qram olan əkilib-becərilməsi qadağan olunmuş 4 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin cinayət işinə əlavə edilmiş 24 may 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində aparılmış baxış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli təlabnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2023-cü il tarixli, 1352 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ağcabədi rayon X9 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, , Heydarov X2 RMX Publik Hüquqi şəxsin poliklinika şöbəsinin ruhiəsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi RİHB-nın Hindarx qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Heydarov X2 rayonu, Hindarx qəsəbəsində yaşayır. İş materiallarında olan Ağcabədi RİHB-nın Hindarx qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, 20 avqust 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB-nın Hindarx qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı (Heydərova Aylin 2010-cu il təvəllüdlü, Heydərov Məhəmmədəli 2015-ci il təvəllüdlü) və bir yetkinlik yaşına çatmayan (Heydərova Tofiqə 2008-ci il təvəllüdlü) övladları var. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan 4 ədəd yaş vəziyyətdə ümumi çəkisi 415,0 qram olan çətənə (kannabis) bitkisini aqrotexniki qaydada əkib-becərməsi özünün etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görədə təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 237-ci madəsində işlədilən narkotik xassəli, yəni təkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir ; Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən nakotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ – qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığından başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə – bu növ bitkilərin əkildiyi, yetişdiridiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür». Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. İnsan Hüquqları və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla islah olunmasının mümkün olmasını nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 24 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci madəsində göstərilir ki, azadlığın məhdudlaşdırılmsı növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi rayon X9 Hüquqi Şəxs”in poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan, Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan çəkisi 414,8 qram olan 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN**********, AZ 41 NABZ ********************, X4, KOD 210005 SWİFT BİK STREAZ 22 keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 24 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzanın dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il on beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “Ağcabədi rayon X9 Hüquqi Şəxs”in poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülsün. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan çəkisi 414,8 qram olan 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN**********, AZ 41 NABZ ********************, X4, KOD 210005 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar