Məhkəmə qərarları › İş №1(017)-16/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-16/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-16/2024 08.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1986-cı il tarixdə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olumuş və məhkumluğu ödənilməmiş, Ağdam rayonunun Şıxbabalı kəndində qeydiyyatda olan, Ağcabədi rayonu, 556 saylı qəsəbə, bina 9, mənzil 59-da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə, günorta saatlarında Şahid1 təqaüd düzəldəcəyini bildirib yalan vəd verməklə sonuncunun atası Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Ağcabədi rayonu, 556 saylı qəsəbənin həyətində 4000 manat məbləğində pul vəsaitini ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onunla eyni qəsəbədə, qonşu binada yaşayır. 2023-cü ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə söhbət edərkən Yediyar oğlu Şahid1 müharibə iştirakçısı olmasını və ona əlillik düzəltdirmək istədiyini ona demiş və o da bu iş üçün 4000 manat pul lazım olmasını Yediyara bildirmişdir. Yediyar onunla razılaşmış və 14 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxsla yaşadıqları Ağcabədi rayonu, 556 saylı qəsəbənin həyətində görüşmüşlər. Həmin vaxt Yediyar ona 4000 manat pul vermişdir. O, Yediyardan aldığı 4000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra Yediyarla görüşərkən ondan 3500 manat borc pul istəmiş və Yediyar da həmin pulu ona borc vermişdir. X2 Əmiraslanova əlillik düzəltdirmək üçün aldığı 4000 manat pulu tam olaraq qaytarmışdır. Lakin, Zərərçəkmiş şəxs olan 3500 manat borcunu qaytarmadığı üçün Yediyar onunla barışmamışdır. Göstərdiyi kimi hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmiş, lakin Zərərçəkmiş şəxs olan 3500 manat borcunu ödəyə bilməmişdir və yaxın vaxtlarda həmin borcu tam olaraq ödəyəcəkdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. İİ qarabağ müharibəsi iştirakçısı olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu Şahid1 Vətən Müharibəsi iştirakçısıdır. Təqsirləndirilən şəxs onunla eyni qəsəbədə yaşayır. Təqsirləndirilən şəxsla görüşüb söhbət edərkən oğlu Gündüzün qazi olduğu üçün ona əlillik dərəcəsini düzəltmək istədiyini bildirmiş, Xəlil də bu işdə ona köməklik edəcəyini və bu iş üçün 4000 manat pul lazım olduğunu demişdir. 14 aprel 2023-cü il tarixdə yaşadıqları qəsəbədə Təqsirləndirilən şəxsla görüşüb ona həmin pulu vermişdir. Bundan 4-5 gün sonra Təqsirləndirilən şəxs ondan 3500 manat borc pul istəmiş və o həmin 3500 manat pulu da Xəlilə borc vermişdir. Lakin, Təqsirləndirilən şəxs oğluna əlillik dərəcəsi düzəltməmiş və ondan aldığı pulu qaytarmadığı üçün şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı, yəni 4000 manatı tam olaraq ödəmişdir. Lakin, Təqsirləndirilən şəxs ona olan 3500 manat borcu ödəmədiyi üçün o, Təqsirləndirilən şəxsla barışmamışdır. Təqsirləndirilən şəxs pulu verərkən yanlarında heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı 3500 manat pulu qaytarmadığı üçün o, Təqsirləndirilən şəxsla barışmır və məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs onlarla bir qəsəbədə yaşayır. O, “Vətən Müharibəsi” iştirakçısıdır və boynunda qəlpə qalmışdır. 2023cü ilin aprel ayının əvvəllərində evdə olarkən atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vasitəsi ilə ona əlillik düzəltdirəcəyini bildirmişdir. Həmin vaxt o, atasına müharibədə yaranlandığı üçün ona rəsmi yollarla qazilik veriləcəyini bildirsə də, atası bu işin tez düzəlməsi üçün Xəlillə danışıb ona 4000 manat pul vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs atasından əlavə olaraq 3500 manat borc pul da almışdır. Təqsirləndirilən şəxs ona əlillik düzəltdirməmiş və aldığı 4000 manat pulu atasına qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs onlarla bir qəsəbədə yaşayır. 2023-cü ilin aprel ayının əvvəllərində evdə olarkən əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vasitəsi ilə oğlu Şahid1 əlillik düzəltdirəcəyini və bunun üçün 4000 manat pul istədiyini bildirmişdir. Həmin vaxt o, ərinə narazılığını bildirsə də, əri Zərərçəkmiş şəxs həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə gün sonra Xəlil əri Zərərçəkmiş şəxs 3500 manat borc istəmiş və o ərinə həmin pulu Xəlilə verməməsini bildirərkən əri Yediyar Xəlili çoxdan tanıdığını, yaxşı münasibətdə olduğunu bildirib həmin 3500 manat pulu da Xəlilə vermişdir. Təqsirləndirilən şəxs oğluna əlillik düzəltdirməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 4000 manat pulu oğlu Şahid1 əlillik düzəltdirməsi üçün, 3500 manatı isə borc kimi vermişdir. Təqsirləndirilən şəxs 4000 manat pulu Zərərçəkmiş şəxs qaytarmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Qasımov X5 Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 7(017)-84/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə hesablanmaqla 03 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 fevral 2010-cu il tarixdə anadan olmuş X6, 30 dekabr 2011-ci il tarixdə anadan olmuş X4 və 23 yanvar 2015-ci il tarixdə anadan olmuş X7 adlı üç nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş AO ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 29 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs 13 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4000 manat ziyan tam olaraq ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, 14 aprel 2023-cü il tarixdə, günorta saatlarında Şahid1 təqaüd düzəldəcəyini bildirib yalan vəd verməklə sonuncunun atası Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Ağcabədi rayonu, 556 saylı qəsəbənin həyətində 4000 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, “Vətən Müharibəsi” iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar