Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-160/2024 31.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 iştirakı ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə X3 cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasında şikayətə və ona əlavə olunmuş materiallara baxaraq, m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə X3 cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və onun vəkili və nümayəndəsi Nümayəndə1 elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə şikayətdən imtina barədə ərizə göndərərək barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 ilə xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 barışdığını və xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində şikayət edilən şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə görə məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Belə olan halda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və onun nümayəndəsinin məhkəmə hazırlıq iclasında şikayətdən imtina barədə ərizəsinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə müvafiq olaraq, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 299, 300.1.3, 300.5, 302.1.8-cı və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X1 X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-160/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-160/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver