Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-161/2024 26.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hacıbədəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə xeyli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,72 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki göy rəngli cins şalvarın sol yan cibində daşıyaraq saxlamış, 05 avqust 2024-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək həmin gün saat 12:30 dəqiqədən etibarən Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisində üzərində yoxlanış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sol yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,72 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Ağcabədi rayonu, Hacıbədəlli kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Hərdən bir narkotik vasitə kimi tanıdığı qurudulmuş marixuana qəbul edir. 04 avqust 2024-cü il taraixdə günün ikinci yarısında özünə məxsus Ağcabədi rayon Hacıbədəlli kəndi ərazisində yerləşən sahədə olmuş, saat təxminən 17 radələrində sahədən piyada evinə gələn zaman yolun kənarında bir ədəd kibrit qutusu diqqətini cəlb etmişdir. Yerdən həmin qutunu götürüb, içərisində nə olmasını yoxlamaq üçün açmış, qutunu açan zaman içərisində qurudulmuş marixuana olduğunu görmüş və istifadə etmək üçün üzərində saxlamışdır. 05 avqust 2024-cü il tarixdə saat 12 radələrində Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən avtomobil yolunun kənarında yerləşən işlədiyi meyvə-tərəvəz mağazasında olmuşdur. Bir gün əvvəl tapdığı bir ədəd kibrit qutusu da üzərində olmuş, bu vaxt bir neçə nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Ona məxsus meyvə-tərəvəz obyekti asfalt yolun kənarında yerləşdiyi, həmçinin avtomobillər intensiv hərəkətdə olduğu üçün obyektin arxa hissəsinə gedərək təxminən 15 metr məsafədə dayanmışlar. Polis əməkdaşları videoçəkiliş ilə onun üzərini yoxlayacağını bildirmiş və ona hüquq və vəziflərini izah etmişilər. Həmin vaxt polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, yaxud başqa predmet varsa təqdim edə biləcəyini demişlər. O, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və əynindəki boz rəngli cins şalvarın sol yan cibində şəxsi istifadəsi üçün saxladığı içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8.7 qram olmuşdur. Sorğu zamanı qutudakı kütlənin özünə məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra üzərinə əlavə yoxlama aparılmış və şalvarının sağ yan cibindən 01 ədəd Samsung A13 markalı mobil telefon, 212 manat 40 qəpik pul əskinazı aşkar olunmuşdur. 212 manat 40 qəpik pul özünə geri qaytarılmışdır. Mobil telefonun üzərində nömrə olmadığı və övladının istifadəsində olduğu üçün təhqiqat zamanı geri qaytarılmışdır. Sonra üzərindən aşkar olunmuş maddi sübut ilə birlikdə Ağcabədi RPŞ-yə gətirilmış və təqdim edilmiş siyahıdan X1 tərəfindən hüquqlarının müdafiə olunmasını xahiş etmişdir. Əbülhəsən Əmirovun müdafiəçi qismində iştirakı təmin edilməklə ona təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı və müdafiəçinin iştirakı ilə üzəri yoxlanılan zaman çəkilmiş video çəkilişə və maddi sübuta baxış keçirilmişdir. Üzərindən aşkar edilmiş marixuana ilə bağlı təyin edilmiş ekspertizanın 05 avqust 2024-cü il tarixli, 18/721 saylı rəyi ona elan edilmiş və üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kibrit qutusunda olan kütlənin təmiz çəkisi 5,72 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olmasını öyrənmişdir. Saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan heç kəsə satmamış, əvəzsiz olaraq heç kimə verməmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Polis əməkdaşları onu Ağcabədi rayon Polis Şöbəsinə apararkən, həmçinin Şöbənin inzibati binasında ona heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını, ilk dəfə olaraq cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinə 05 avqust 2024-cü il tarixdə Ağcabədi rayonu, Hacıbədəlli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında ondan, Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Ağcabədi rayon polis şöbəsinin KTQ-nun baş inspektoru, polis mayoru Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ətrafında əməliyyat fəaliyyəti keçirməyə başlamışlar. Həmin gün, yəni 05 avqust 2024-cü il tarixdə saat 12:30 radələrində Muradov X6 rayonu, Hacıbədəlli kəndi ərazisində yol kənarında işlətdiyi meyvə-tərəvəz satış məntəqəsində saxlanılmış və ona saxlanma səbəbi izah edilmişdir. Məntəqənin yol kənarında yerləşməsi səbəbindən hərəkətin intensiv olması, orda olan sakinlərin toplaşması nəzərə alınaraq, məntəqədən 15 metr kənarda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Video çəkilişlə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusu açılıb baxıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan kibrit qutusu elektron tərəzisində çəkilmiş, kibrit qutusu içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə 8,7 qram çəkidə olmuşdur. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq üzəri yazılıb möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, onun üzərindən bir ədəd Samsung A13 markalı mobil telefon, 212 manat 40 qəpik pul və bir qutu üzərindən istifadə olunmuş “PALL MALL” markalı siqaretı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 212 manat 40 qəpik pul və “PALL MALL” siqareti onun özünə geri qaytarılsada, Samsung A13 markalı mobil telefon əhəmiyyət kəsb edəcəyindən götürülmışdür. Bundan sonra Təqsirləndirilən şəxs özləri ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib etmiş, tərtib etdiyi protokol Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra toplanan materiallar araşdırma aparılması üçün pols şöbəsinin təhqiqat bölməsinə verilmış və həmin bölmənin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən müdafiçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi rayonu, Hacıbədəlli kənd sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və şöbənin KTQ-nun baş inspektorkriminalisti Şahid4 ibarət ibarət əməliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 avqust 2024-cü il tarixli əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına dair protokoldan görünür ki, Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Ağcabədi rayon polis şöbəsinin KTQ-nun baş inspektoru, polis mayoru Şahid4 ibarət olan əməliyyat qrupu tərəfindən Ağcabədi rayonu, Hacıbədəlli kəndi sakini Təqsirləndirilən şəxs həmin kənd ərazisində yol kənarında işlətdiyi meyvə-tərəvəz satışı məntəqəsində saxlanılmış, məntəqənin yol kənarında yerləşməsi, hərəkətin intensiv olması, insanların sıx olması səbəbəbindən həmin gün saat 12:30-dan 12:45-dək olan müddət ərzində məntəqədən 15 metr kənarda Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə yoxlanış keçirilmiş, onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda 8,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və bir ədəd Samsung A13 markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 avqust 2024-cü il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin gün saat 13:35-dən 13-45-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərindən götürülərək bir ədəd ağ rəngli zərfdə qablaşdırılan içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan kibrit qutusuna və Təqsirləndirilən şəxs saxlanılıb üzərinə yoxlama keçirilməsi görüntüləri olan bir ədəd DVD diskə baxış keçirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 avqust 2024-cü il tarixli diskə baxış keçirilməsinə dair protokoldan aydın olur ki, diskdə olan görüntülərdə 05 avqust 2024-cü il tarixdə saat 12:30-dan 12:45-dək olan müddət ərzində Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Ağcabədi rayon polis şöbəsinin KTQ-nun baş inspektoru, polis mayoru Şahid4 ibarət olan əməliyyat qrupu tərəfindən Ağcabədi rayonu, Hacıbədəlli kəndi sakini Təqsirləndirilən şəxs həmin kənd ərazisində yol kənarında işlətdiyi meyvə-tərəvəz satışı məntəqəsində saxlanılması, məntəqənin yol kənarında yerləşməsi, hərəkətin intensiv olması, insanların sıx olması səbəbəbindən məntəqədən 15 metr kənarda Təqsirləndirilən şəxs video çəkilişlə üzərinə yoxlanış keçirilməsi, onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda 8,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və bir ədəd Samsung A13 markalı mobil telefon aşkar edilərək götürülməsi müşahidə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab verilmiş, 30 sentyabr 2024-cü il tarixli cavab raportundan görünür ki, əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması müəyyən edilsədə, onun narkotik vasitələri kimdən əldə etməsini, narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 avqust 2024-cü il tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 06 avqust 2024-cü il tarixli, 3-16-16/2- 18/721 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzaları olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,72 qram olan bitki mənşəli kütlə tərkinində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Həmin rəydə göstərilmişdir ki, marixuananın təmiz çəkisi 5,72 qram, tədqiqata istifadə olundu 0,02 qram, qalıq 5,70 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X5 09 oktyabr 2024-cü il tarixli, 1663 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X9 Şəxs”in xx.xx.2024-cü il tarixli, 18-1-23/2-1143/2024 nömrəli verdiyi tibbi arayışdan görünür ki, Muradov X6 RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Hacıbədəlli kənd İƏDsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 1991-ci il təvəllüdlü Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Hacıbədəlli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı X10 (2012-ci il təvəllüdlü) və X8 (2015-ci il təvəllüdlü) adlı övladları var. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 5,72 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 05 avqust 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 5,70 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 5,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-161/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-161/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver