Məhkəmə qərarları › İş №1(017)-162/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-162/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-162/2024 17.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Bərdə rayonunun Cumalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Susuzluq kəndində qeydiyyatda olmaqla Ağcabədi şəhəri Şəhriyar küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə qanunsuz olaraq özgənin əmlakını talamaq məqsədilə 14 iyul 2024-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində təmizlik işləri aparan zaman yataq otağındakı saxlanc yeri hesab edilən dolabın çəkməcəsini əli ilə açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan 3000 manat dəyərində “750” əyarlı qızıl materialdan olan bir ədəd 5 qram çəkidə üzük və bir cüt 10 qram çəkidə sırğa olmaqla üzərində birliyant qaşlar olan bir ədəd üzük və sırğa dəstini və 600 manat dəyərində “585” əyarlı qızıl materialdan olan bir ədəd 2 qram çəkidə üzük və bir cüt 5 qram çəkidə sırğa olmaqla bir ədəd üzük və sırğa dəstini oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 3600 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, altı ildir ki, Ağcabədi şəhərində övladları ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, rəsmi olaraq evli olsada hal-hazırda həyat yoldaşı ilə birlikdə yaşamır. Onun iki uşağı var. Onlardan biri azyaşlı, bir isə X3 2004-cü il təvəllüdlüdür. Balaca oğlu X4 2016-cı il təvəllüdlüdür. Hər iki oğlu onun himayəsindədir. O, fərdi qaydada müxtəlif işlərdə işləyib özünü və uşaqlarını dolandırır. Soğan sahələrində alaq edir, restoranda qab yuyan işləyir və evləri təmizləməyə getmişdir. O, iki ildir ki, Ağcabədi şəhər sakini Sevinc Hüseynovanın evinə təmizliyə getmişdir. O, onların həyətlərini və evlərini təmizləyib bunun müqabilində onlardan pul alır. 14 iyul 2024cü il tarixdə Sevinc xanım onunla telefonla əlaqə saxlayaraq Bakı şəhərində olduğunu, onların həyətini gedib təmizləməyini bildirmişdir. O, saat 14 radələrində onlara getmişdir. Həmin zaman evdə Sevinc xanımın böyük oğlu Əlövsət olmuşdur. O, birinci həyəti təmizləmişdir. Sonra isə o, evi təmizləmək üçün evə girmiş, o zaman Əlövsət evdən çıxaraq getmişdir. O, evləri təmizləmişdir. Onun balaca oğlu Səid xəstədir və onun müalicəsi üçün pul lazım olduğuna görə o, evdən oğurluq etmək qərarına gəlmişdir. O, əvvəllər də evi təmizləyən zaman yataq otağında olan dolabın çəkməcəsində qızıl əşyası olduğunu görmüşdür. O, həmin yataq otağına keçərək dolabın çəkməcəsini açmış və qabdan iki ədəd qızıl üzük, həmçinin çəkməcədə olan iki cüt qızıl sırğanı götürüb cibinə qoymuşdur. Bu zaman saat 16 radələri olmuşdur. Sonra o, işlərinə davam etmiş və Əlövsət gələndən sonra evdən çıxıb kirayə yaşadığı evə getmişdir. Bundan iki gün sonra o, əvvəllər də müştəri kimi getdiyi taksi işləyən Elxan adlı şəxsə zəng edərək onu taksi ilə Ağcabədi rayon bazarına aparmasını demişdir. Bir qədər sonra Elxan özünə məxsus “VAZ-21011” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə gəlmişdir. O, onunla birlikdə Ağcabədi rayon bazarına getmişdir. Onun ora getməkdə məqsədi oğurladığı qızılları satmaq olmuşdur. Lakin o, şübhə çəkməsin deyə oğurladığı qızılların hamısını götürməmişdir. O, oğurladığı bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanı özü ilə götürmüşdür. Bazarda qızıl alış və satışı ilə məşğul olan mağazaya düşərək onda satmaq üçün qızıllar olduğunu bildirmişdir. Lakin mağazada ona qızıl satmaq üçün şəxsiyyət vəsiqəsi lazım olduğunu demişlər. O, bundan sonra Elxana yaxınlaşaraq onda qızıl olduğunu, həmin qızılları satmaq istəyidiyini və uşağın müalicəsi üçün ona pul lazım olduğunu demişdir. Ona görə Elxana şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirərək onun şəxsiyyət vəsiqəsi ilə qızılları satmağını xahiş etmişdir. Elxan onunla razılaşmış və onlar birlikdə qızıl mağazasına girib qızılları satmaq istədiklərini bildirmişlər. Həmin oğurladığı üzüyü 160 manata razılaşmışlar. Lakin sırğanın qiymətində razılaşmamışlar. O, həmin üzüyü Elxanın şəxsiyyət vəsiqəsi ilə 160 manata sataraq pulunu götürmüşdür. Bundan sonra onlar digər mağazaya girmiş və orada sırğaları 330 manata satmışlar. Həmin pulu da o, götürmüşdür. O, Elxana yol pulu kimi 10 manat pul vermişdir. O, həmin pulları uşağının müalicəsi üçün xərcləmişdir. Bundan bir neçə gün sonra o, Xızı rayonuna fermada işləmək üçün getmişdir. Həmin zaman oğurladığı digər bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı özü ilə götürmüşdür. O, Bakı şəhərində 3-cü mikrorayon dairəsi deyilən ərazidə düşmüşdür. Bundan sonra o, orada olan tanımadığı mağazaya girərək onun özünə məxsus qızıllarının olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan sonra o, həmin tanımadığı mağazada oğurladığı bir ədəd qızıl üzüyü 180 manata və qızıl sırğanı 320 manata satmışdır. Həmin pulları o, götürərək şəxsi ehtiyacları üçün və uşağının müalicəsi üçün xərcləmişdir. Etdiyi əməldən peşmançılıq çəkdiyini, gələcəkdə bir daha belə bir əmələ yol verməyəcəyini bildirmişdir. O, ilk dəfə idi ki, oğurluq etmişdir. Hazırda törətdiyi əməldən çox peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmişin ondan tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cıza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Ağcabədi RMX-nın Poliklinika Şöbəsində həkim işləyir. Təqsirləndirilən şəxs təxminən iki ildir ki tanıyır. Onun Türkanla normal münasibətləri olmuşdur. Türkan onun yaşadığı evə gələrək ev işlərində ona kömək edib, həyəti və evi təmizləmişdir. Bunun əvəzində isə o, həmişə Türkana gördüyü işin qarşılığında pul vermişdir. 2024-cü ilin iyul ayının əvvəllərində o, oğlanları ilə birlikdə Bakı şəhərinə getmişdir. O, səhhəti ilə bağlı orada müalicə almış, böyük oğlu Əlövsət isə Ağcabədi şəhərində qalmışdır. 14 iyul 2024cü il tarixdə Türkan onunla telefonla əlaqə saxlayaraq evi təmizləmək lazım olubolmadığını soruşmuşdur. O, da Türkana gedib həyəti təmizləməsini bildirmişdir. Türkan da həmin günü Əlövsət evdə olan zaman onlara gedərək ilk öncə həyəti, sonra isə girib evi təmizləyib çıxıb getmişdir. O, Türkanla əlaqə saxlayaraq ona gördüyü işlərin qarşılığında pulunu göndərməyi bildirsədə Türkan daha sonra verməyini demişdir. 2024-cü il iyul ayının sonlarında onlar Ağcabədi şəhərinə yaşadıqları evə qayıtmışlar. 30 iyul 2024-cü il tarixdə o, yataq otağında olan dolabın siyirməsinə baxan zaman orada olan iki qızıl sırğa-üzük dəstinin, yəni bahalı iki ədəd qızıl üzük və iki ədəd qızıl sırğanın yerində olmadığını görmüşdür. O, oğlanlarından maraqlandıqda onlar da qızılları görmədiklərini bildirmişlər. Bundan sonra o, qızılların Türkan tərəfindən götürüldüyünü fikirləşmişdir. Çünki Türkandan başqa onlara gələn olmamışdır. O, buna görə Türkana zəng etsə də Türkan zənglərinə cavab verməmişdir. Bundan sonra o, Türkanın onların evindən ona məxsus iki ədəd qızıl üzük və iki cüt qızıl sırğanı oğurladığını başa düşmüşdür. Buna görə də, oğlu Şahid2 DİNnin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. O və ailə üzvləri Türkanın onların evindən qızılları oğurlamasını görməmişdir. Lakin Türkan onların evləri təmizləyən zaman həmin qızılları görmüşdür. Həmçinin həmin müddətdə onların evinə Türkandan başqa əlavə adam gəlməmişdir. Təqsirləndirilən şəxs qızılları yataq otağında qapısı örtülü saxlanc yeri olan dolabın siyirməsindən götürmüşdür. Türkanın dolablara və ya digər saxlanc yerlərinə brliyant qaşlar olmuşdur. İkinci dəstdə olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa 585 əyar olmaqla qızıl üzük təxminən 2 qram, qızıl sırğa isə təxminən 5 qram çəkidə olmuşdur. Ona məxsus olan birinci dəstin, yəni üzərində brliyant qaşlar olan qızıl üzük və qızıl sırğanın qiyməti 3000 manat, ikinci dəstin qiyməti 600 manat olmaqla ona ümumilikdə 3600 manat məbləğində maddi ziyan dəymişdir. Türkan onların yaşadıqları evdən başqa heç bir şey oğurlamamışdır. Hazırda Türkan dəymiş ziyandan heç bir ödəniş etməmiş və ona qarşı mülki iddia vermir və heç bir tələbi yoxdur. Məhkəmədən ona qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Onun Türkanla normal münasibətləri olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Türkan onların yaşadıqları evə gələrək ev işlərində anası Sevincə kömək edirək, həyəti və evi təmizləmişdir. Bunun əvəzində isə anası Türkana gördüyü işin qarşılığında pul vermişdir. 2024-cü ilin iyul ayının əvvəllərində anası və onlar birlikdə Bakı şəhərinə getmişlər. Anası səhhəti ilə bağlı orada müalicə almışdır. Qardaşı Əlövsət isə Ağcabədi şəhərində evdə qalmışdır. 14 iyul 2024-cü il tarixdə Türkan anası ilə əlaqə saxlayaraq evi təmizləmək lazım olub-olmadığını soruşmuşdur. Anası da Türkana gedib həyəti təmizləməsini bildirmişdir. Türkan da həmin günü Əlövsət evdə olan zaman onlara gedərək ilk öncə həyəti, sonra isə evi təmizləyib çıxıb getmişdir. Anası Türkanla əlaqə saxlayaraq ona gördüyü işlərin qarşılığında pulunu göndərməyi bildirsə də Türkan sonra verməyini demişdir. 2024-cü il iyul ayının sonlarında onlar Ağcabədi şəhərinə yaşadıqları evə qayıtmışlar. 30 iyul 2024-cü il tarixdə anası yataq otağında olan dolabın siyirməsinə baxan zaman orada olan iki qızıl sırğa üzük dəstinin, yəni iki ədəd qızıl üzük və iki ədəd qızıl sırğanın yerində olmadığını görmüşdür. Bu barədə onlardan soruşmuş və onlar qızılları görmədiklərini bildirmişlər. Bundan sonra onlar qızılların Türkan tərəfindən götürüldüyünü fikirləşmişlər. Çünki Türkandan başqa onlara gələn olmamışdır. Anası Türkana zəng etsədə Türkan zənglərə cavab verməmişdir. Bundan sonra onlar Türkanın evdən anasına məxsus iki ədəd qızıl üzük və iki cüt qızıl sırğanı oğurladığını başa düşmüşlər. Buna görə də, qardaşı Səid DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları yaşadıqları evə gəlmişlər və evdə ondan başqa heç kəs olmadığından o, qızılların oğurlanması ilə bağlı ərizə yazmışdır. Onun iştirakı ilə baxış keçirilmiş, foto şəkillər çəkilmiş, bu barədə protokol tərtib edilmişdir. O, həmin oğurlanan qızılların anası Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, Ağcabədi şəhərində aptekdə əczaçı işləyir. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Türkan onların yaşadıqları evə gələrək ev işlərində anasına kömək edir, həyəti və evi təmizləmişdir. Bunun əvəzində isə anası Türkana gördüyü işin qarşılığında pul vermişdir. 2024-cü ilin iyul ayının əvvəllərində anası və onlar birlikdə Bakı şəhərinə getmişdir. Anası səhhəti ilə bağlı orada müalicə almışdır. Qardaşı Əlövsət isə Ağcabədi şəhərində qalmışdır. 14 iyul 2024-cü il tarixdə Türkan anası ilə əlaqə saxlayaraq evi təmizləmək lazım olub-olmadığını soruşmuşdur. Anası da Türkana gedib həyəti təmizləməsini bildirmişdir. Türkan da həmin günü Əlövsət evdə olan zaman onlara gedərək ilk öncə həyəti, sonra isə evi təmizləyib çıxıb getmişdir. Anası Türkanla əlaqə saxlayaraq ona gördüyü işlərin qarşılığında pulunu göndərməyi bildirsə də Türkansonra verməyini demişdir. 2024-cü il iyul ayının sonlarında onlar Ağcabədi şəhərinə yaşadıqları evə qayıtmışlar. 30 iyul 2024-cü il tarixdə anası yataq otağında olan dolabın siyirməsinə baxan zaman orada olan iki qızıl sırğa üzük dəstinin, yəni iki ədəd qızıl üzük və iki ədəd qızıl sırğanın yerində olmadığını görmüşdür. Bu barədə onlardan soruşmuş və onlar qızılları görmədiklərini bildirmişdir. Bundan sonra onlar qızılların Türkan tərəfindən götürüldüyünü fikirləşmişlər. Çünki Türkandan başqa onlara gələn olmamışdır. Anası buna görə Türkana zəng etsə də Türkan zənglərə cavab verməmişdir. Bundan sonra onlar Türkanın onların evindən anasına məxsus iki ədəd qızıl üzük və iki cüt qızıl sırğanı oğurladığını başa düşmüşlər. Buna görə də, o, DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Türkan onların yaşadıqları evə gələrək ev işlərində anasına kömək edir, həyəti və evi təmizləmişdir. Bunun əvəzində isə anası Türkana gördüyü işin qarşılığında pul vermişdir. 2024-cü ilin iyul ayının əvvəllərində anası qardaşları ilə birlikdə Bakı şəhərinə getmişdir. Anası səhhəti ilə bağlı orada müalicə almışdır. O, isə Ağcabədi şəhərində qalmışdır. 14 iyul 2024-cü il tarixdə Türkan anası ilə əlaqə saxlayaraq evi təmizləmək lazım olubolmadığını soruşmuşdur. Anası da Türkana gedib həyəti təmizləməsini bildirmişdir. Anası bu barədə ona da demişdir. O, da, evdə olduğunu bildirmişdir. Həmin günü günorta radələrində Türkan yaşadıqları evə gəlmişdir. Türkan ilk öncə həyəti təmizləmişdir. Daha sonra Türkan evə qalxaraq evi süpürməyə və silməyə başlamışdır. O, Türkanı evdə qoyub mağazaya getmişdir. Bir qədər sonra o, evə qayıtmışdır. Türkan həmin zaman evdə işləmiş, saat 16 radələrində Türkan işlərini bitirib getmişdir. O, Türkana pul təklif etsə də Türkan anası ilə danışacağını bildirmişdir. 2024-cü il iyul ayının sonlarında anasıgil Ağcabədi şəhərinə yaşadıqları evə qayıtmışlar. 30 iyul 2024-cü il tarixdə anası yataq otağında olan dolabın siyirməsinə baxan zaman orada olan iki qızıl sırğa üzük dəstinin, yəni iki ədəd qızıl üzük və iki ədəd qızıl sırğanın yerində olmadığını görmüşdür. Bu barədə onlardan soruşmuş və onlar qızılları görmədiklərini bildirmişlər. Bundan sonra onlar qızılların Türkan tərəfindən götürüldüyünü fikirləşmişlər. Çünki Türkandan başqa onlara gələn olmamışdır. Anası buna görə Türkana zəng etsə də o, zənglərə cavab verməmişdir. Bundan sonra onlar Türkanın onların evindən anasına məxsus iki ədəd qızıl üzük və iki cüt qızıl sırğanı oğurladığını başa düşmüşlər. Buna görə də, qardaşı Səid DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək göstərdi ki, o, Ağcabədi şəhəri, H.Hacıyev küçəsində özünə məxsus “Natiq Gold” qızıl-zinət əşyaları mağazası işlədir. 14 iyul 2024-cü il tarixdə saat 18:20 radələrində tanımadığı bir nəfər kişi və bir nəfər qadın mağazaya girmişlər. Onlar özlərinə məxsus bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa olduğunu bildirmişlər. O, həmin qızıllara baxmış və qızıl üzüyü 160 manata ala biləcəyini, bir cüt qızıl sırğaya isə 400-500 manat pul verə biləcəyini demişdir. Lakin o, sırğanın pulunu verməyi üçün bir qədər gözləməklərini demişdir. Onlar qızıl üzüyü satmağa razılaşmışlar. Lakin sırğanı başqa yerə satacaqlarını bildirmişlər. Bundan sonra 14 iyul 2024-cü il tarixdə saat 18:25-də o Şahid6 məxsus şəxsiyyət vəsiqəsi ilə ondan 160 manata bir ədəd qızıl üzük almışdır. Bundan sonra həmin şəxslər mağazadan çıxmışlar. Üzüyü aldığı şəxs Şahid6 olmuş, lakin onun yanındakı qadını tanımamışdır. Bundan təxminən 10 gün sonra o, qızılı tanımadığı şəxsə 185 manata satmışdır. Bir neçə sonra gün polis əməkdaşları onu Ağcabədi rayon Polis Şöbəsinə dəvət edən zaman o, Şahid6 ona satdığı qızılın oğurluq olduğunu bilmişdir. O, əvvəlcədən həmin qızılın oğurluq olduğunu bilməmişdir. Onlar ona qızıl satarkən qızılın özlərinə məxsus olduqlarını demişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadə verərək göstərdi ki, Ağcabədi şəhəri, H.Hacıyev küçəsində özünə məxsus “Zərgərlik” qızıl-zinət əşyaları mağazası işlədir. 15 iyul 2024-cü il tarixdə saat 13 radələrində tanımadığı bir nəfər kişi və bir nəfər qadın mağazaya girmişlər. Onlar özlərinə məxsus bir cüt qızıl sırğa olduğunu bildirmişlər. O, həmin sırğaya baxmış və bir cüt qızıl sırğaya 330 manat pul verə biləcəyini demişdir. Onlar digər mağazanın 400 manat pul verdiyini demişlər. O, onlara daha artıq pul verə bilməyəcəyini demişdir. Onlar mağazadan çıxmışlar və bir qədər sonra geri qayıtmışlar. Oğlan həmin qızılı Rusiya Federasiyasından aldığını, həyat yoldaşına məxsus olduğunu demişdir. O, daha artıq pul verə bilməyəciyini demişdir. Bundan sonra onlar razılaşmışlar və o, oğlanın şəxsiyyət vəsiqəsini almışdır. O, 15 iyul 2024-cü il tarixdə xx.xx.1984-cü il təvəllüdlü Ağcabədi rayonu Hüsülü kənd sakini Şahid6 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə 4,7 qram olan bir cüt qızıl sırğanı 330 manata almışdır. Bundan sonra o, pulu vermiş və onlar mağazadan çıxaraq getmişlər. Daha sonra 20 iyul 2024-cü il tarixdə o, həmin qızılı tanımadığı bir nəfər qadına 380 manata satmışdır. Polis əməkdaşları onu Ağcabədi rayon Polis Şöbəsinə dəvət edən zaman o, Şahid6 ona satdığı qızılın oğurluq olduğunu bilmişdir. O, həmin qızılın oğurluq olduğunu əvvəlcədən bilməmişdir. Onlar ona qızıl satarkən qızılın özlərinə məxsus olduqlarını demişdirlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilən Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən iki ilə yaxındır ki, tanıyır. Belə ki, onun özünə məxsus “VAZ- 21011” markalı avtomobili var və o, həmin avtomobillə taksi işləyir. Türkanı da Ağcabədi şəhərində müştəri kimi aparan zaman tanımışdır. Daha sonra Türkan onun telefon nömrəsini götürmüş və ona taksi lazım olduqda onunla əlaqə saxlamışdır. O, onu getdiyi yerə apararaq yol pulunu almışdır. Təxminən 15 gün əvvəl o, özünə məxsus avtomobillə Ağcabədi şəhərində olan zaman Türkan ona zəng edərək onu Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən bazara aparmağını xahiş etmişdir. O, Türkanın yaşadığı Ağcabədi şəhəri, Şəhriyar küçəsinə gedərək onu götürmüşdür. Bundan sonra onlar birlikdə Ağcabədi şəhərində bazara gəlmişlər. O, orada avtomobildə gözləmişdir. Türkan isə düşərək orada yerləşən “Natiq Gold” qızıl mağazasına girmişdir. Bir qədər sonra Türkan geri qayıdaraq ona yaxınlaşıb onda özünə məxsus qızıllar olduğunu, həmin qızılları satmaq istəyidiyini və uşağı xəstə olduğu üçün müalicəsinə pul lazım olduğunu demişdir. Türkan ona şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirərək onun şəxsiyyət vəsiqəsi ilə qızılları satmağını xahiş etmişdir. O, Türkanın balaca oğlunun xəstə olduğunu bilirmiş və buna görə də Türkanla razılaşmışdır. Bundan sonra o, avtomobildən düşmüş və onlar birlikdə qızıl mağazasına girmişlər. Bundan sonra Türkan bir ədəd qızıl üzüyü vermiş və onlar 160 manata razılaşmışlar. Türkan həmçinin bir cüt qızıl sırğanı da satmaq istədiyini demiş, lakin sırğanın qiymətində razılaşmamışlar. Daha sonra o, özünə məxsus şəxsiyyət vəsiqəsini vermiş və üzüyün əvəzində Türkana 160 manat pul vermişlər. Bundan sonra onlar digər mağazaya girmişlər və orada sırğaları onun şəxsiyyət vəsiqəsi ilə Türkan 330 manata satmışdır. Həmin pulu da Türkan götürmüşdür. Onlar avtomobilə getmişlər və o, Türkanı qaldığı evə aparmışdır. Türkan da yol pulu kimi ona 10 manat pul vermişdir. Bundan sonra o, Türkanı görməmiş və onunla əlaqə saxlamamışdır. 31 iyul 2024-cü il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər və o, yalnız həmin zaman Türkanın oğurluq etdiyini və həmin qızılları oğurladığını bilmışdir. Türkan onun yanında bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa satmışdır. Onun Türkanın həmin evdən tam olaraq nə oğurlaması barədə heç bir məlumatı olmamışdır. Onun Təqsirləndirilən şəxs oğurluq etməyi barədə məlumatı olmamışdır. Türkan ona özünə məxsus qızıllar olduğunu, uşağı xəstə olduğu üçün satmaq istədiyini, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və həmin qızılları onun şəxsiyyət vəsiqəsi ilə satmaqda ona kömək etməyini xahiş etmişdir. Türkan həmin qızılların oğurluq olması barədə ona heç nə deməmişdir. Türkan həmin qızılların özünə məxsus olduğunu demişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01.08.224-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilkin sübutların məcmusu ilə kifayət qədər sübuta yetirildiyi üçün 01 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 01 avqust 2024-cü il tarixdə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, 25 sentyabr 2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında qərardan görünür ki, 14 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi elə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona yenidən həmin məcəllənin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərardan görünür ki, 14 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində 01 avqust 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işinin tam, hərtərəfli və obyektiv aparılması məqsədi ilə tərəfimdən əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğurluq hadisəsi törətməsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs oğurladığı bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı Bakı şəhrində yerləşən qızıl əşyalarının alqı satqı mağazasına satdığı, lakin mağazanın yeri və satdığı şəxsin şəxsiyyətini müəyyən etməmək mümkün olmamışdır. Həmçinin Şahid6 oğurluq hadisəsindən xəbərinin olmaması, Şahid4 və Şahid5 Təqsirləndirilən şəxs oğurlayaraq onlara satdıqları qızıl zinət əşyalarının oğurluq olmasını bilməmələri müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RMX-dan verilmiş xx.xx.2024-cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon MXda ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş “Əli” firmasından alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2024-cü ilin iyul ayı ərzində “Əli” firmasında 750 əyar bir ədəd 5 qram qızıl üzük və bir cüt 10 qram qızıl sırğa olmaqla üzərində birliyant qaşlar olan bir ədəd qızıl dəsti 3000 manata və 585 əyar bir ədəd 2 qram qızıl üzük və bir cüt 5 qram qızıl sırğa olmaqla bir ədəd qızıl dəsti 600 manata satılmışdır. Odur ki, 2024-cü ilin iyul ayı ərzində 750 əyar bir ədəd 5 qram qızıl üzük və bir cüt 10 qram qızıl sırğa olmaqla üzərində birliyant qaşlar olan bir ədəd qızıl dəstinin və 585 əyar bir ədəd 2 qram qızıl üzük və bir cüt 5 qram qızıl sırğa olmaqla bir ədəd qızıl dəstinin satış qiyməti ümumilikdə 3600 manat təşkil etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş 06 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, xx xxxxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağcabədi şəhəri Şəhriyar küçəsində yaşayış. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş 06 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1987-ci il təvəllüdlü Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş 06 oktyabr 2024-cü il tarixli arayışdan və işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1987-ci il təvəllüdlü Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı X4 (xx.xx.2016-cı il təvəllüdlü) adlı uşağı var. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli AR CM-nin 177.2.3-cü madəsilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədi ilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə , habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və sair kimi hərəkətlər də aiddir. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmadan nəzarət altında saxlanmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxs göstərilən qanuna riayət etmədiyi üçün ona izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs maddi imkanı olmadığına görə məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirənin olamamsı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 344-349, 351-356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirənin olamamsı nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar