Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-163/2024 26.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Ağcabədi rayonu Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə və vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkisi toxumlarını qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 2024-cü ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda yaşadığı Ağcabədi rayonu, Kürdlər kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində torpaqda əkib suvarmaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla qulluq göstərib həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 03 (üç) ədəd çətənə (kannabis) bitkilərinə qəsdən qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 20 sentyabr 2024-cü il tarixdə saat 13:30 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı Ağcabədi rayonu, Kürdlər kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman qəsdən qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdiyi, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 03 (üç) ədəd yaş vəziyyətdə təmiz çəkisi - 1300,0 qram təşkil edən çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 237.1-ci madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ev təmiri ilə məşğul olur, təxminən 2-3 ildir hərdən bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2024-cü ilin aprel ayında işğaldan azad edilmiş Ağdam rayonunda tikintidə işləyən zaman yerdən 7-8 ədəd çətənə bitkisinin toxumunu tapmış, həmin vaxt tapdığı toxumları yaşadığı Ağcabədi rayonu, Kürdlər kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində görünməyən yerdə ağaclığın arasında əkmişdir. O bundan sonra əkdiyi toxumları bir neçə dəfə sulamış, artıq bir müddətdən sonra əkdiyi toxumlardan 03 ədədi cücərib yerdən çıxmağa başlamış, digər toxumlar bitməmişdir. Sonra cücərmiş çətənə bitkilərinin dibində bitən alaq otlarını təmizləmiş və suvarmışdır. Həmin 03 ədəd çətənə bitkiləri artıq böyüyüb inkişaf etmişdir. 20 sentyabr 2024-ci il tarixdə saat 13:30 radələrində yaşadığı evin yanında olan vaxt tanımadığı şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları həyətində narkotik tərkibli çətənə bitkiləri əkməyində şübhəli olduğu üçün yaşadığı evin həyətinə baxış keçirməyi bildirmişlər. O da etirazı olmadığını demişdir. Bundan sonra polis əməkdaşları və mütəxəssisin iştirakı ilə yaşadığı evin həyətyani sahəsinə daxil olub evin qarşısından keçib həyətin aşağı hissəsində ağaclar olan tərəfə getmişlər, oraya video çəkilişlə baxış keçirən zaman əkdiyi 03 ədəd çətənə bitkilərini aşkar etmişlər. Bundan sonra həyətin digər tərəflərinə də baxış keçirilmiş, lakin başqa çətənə bitkiləri aşkar edilməmişdir. Həmin vaxt orada iştirak edən mütəxəssis çətənə bitkilərinə baxış keçirib əkdiyi çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş 03 ədəd çətənə bitkiləri torbaqdan çıxarılmış, ağ kisəyə qablaşdırılıb möhürlənmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onun üstü yoxlanılmış, yaşadığı evə baxış keçirilmiş, üzərindən və evindən hər hansı bir narkotik vasitə və ya qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Baxış zamanı aşkar edilmiş çətənə bitkilərinin ona məxsus olmağını bildirmiş, bu barədə protokol tərtib edilmiş, protokola imza etmişlər. Onun çətənə bitkisinin toxumunu əkməyini heç kəs görməmiş, bundan heç kimin məlumatı olmamış, bu işdə heç kim köməklik etməmişdir. O əvvəllər bu cür çətənə bitkisi əkib-becərməmiş, hazırda aşkar edilmiş 03 ədəd çətənə bitkisinin də dibini yumşaldıb, alaq otundan təmizləyib, dəfələrlə suvarmaqla qulluq etmiş, heç kəsə narkotik maddələr satmamış və pay verməmiş, ancaq özü qəbul etmək üçün çətənə bitkilərini əkmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını bildirib, ona yüngül cəza verilməsini məhkəməndən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Ağcabədi rayon X9 rayonu, Kürdlər kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitki əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 20 sentyabr 2024-cü il tarixdə saat 13:30 radələrində rayon polis şöbəsinin əməkdaşlarının və mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Kürdlər kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı həyətə girişdən qarşı tərəfdə yerləşən fərdi yaşayış evinin arxa tərəfində olan bağ hissədə üç ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis Azamin Abdullayev həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həyətin digər tərəflərinə də baxış keçirilmiş və hər hansı bir narkotik tərkibli çətənə bitkisi aşkar edilməmişdir. Həmin çətənə bitkiləri torpaqdan çıxarılıb götürülmüş və çətənə bitkiləri sellofan kisədə qablaşdırılıb möhürlənmişdir. Həmin çətənə bitkiləri eketron tərəzidə çəkilmiş və çəkisi 2,015 kq olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə hər hansı bir narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə üstü yoxlanılmış, yaşadığı evə baxış keçirilmiş, hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinin özü əkib becərdiyini və özü istifadəsi üçün əkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Ağcabədi rayonu, Kürdlər kənd sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə şəxsi axtarış aparılması və həyətyani torpaq sahəsinə baxış keçirilməsi, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və KTQ-nun baş inspektor-kriminalisti, polis mayoru Şahid3 ibarət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 sentyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və fərdi yaşayış evinin həyətyani torpaq sahəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və KTQ-nun baş inspektor-kriminalisti, polis mayoru Şahid3, Ağcabədi rayon DAİM-in bitkiçilik sektorunun müdiri, mütəxəssis X4 və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyani torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı oradan 03 ədəd, narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2024-cü il tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 21 sentyabr 2024-cü il tarixli, 18/817 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs həyətyani torpaq sahəsindən...” sözləri və imzaları olan sintetik torbada cəmi 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi 1300,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) birkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aşkar edilmiş çətənə bitkilərinin ümumi çəkisi 1300,0 qram, tədqiqata sərf olundu 0,15 qram, qalıq 1299,85 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan marixuanadan mütəmadi olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Kürdlər kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsindən aşkar edilmiş 03 ədəd becərilməsi qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkiləri onun özünə məxsus olmuş, həmin çətənə bitkilərini əkib-becərməkdə Təqsirləndirilən şəxs kənar şəxs kömək etməmiş, Təqsirləndirilən şəxs əkdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinin toxumlarını, istifadəsi üçün narkotik vastələri əldə etdiyi mənbəni, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli təlabnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X3 08 oktyabr 2024-cü il tarixli, 1659 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abbasov X5 RMX X14 poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nın Kürdlər kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nın Kürdlər kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı X8 (xx.xx.2020-ci il təvəllüdlü) və X7 (xx.xx.2023-cü il təvəllüdlü) övladları var. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 1300,0 qram olan çətənə (kannabis) bitkisini aqrotexniki qaydada əkib-becərməsi özünün etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görədə təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla islah olunmasının mümkün olmasını nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 20 sentyabr 2024-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci madəsində göstərilir ki, azadlığın məhdudlaşdırılmsı növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barədə məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X14 poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan, Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan çəkisi 1299,85 qram olan 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN**********, AZ 41 NABZ ********************, X1, KOD 210005 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 20 sentyabr 2024-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzanın dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X14 poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan çəkisi 1299,85 qram olan 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN**********, AZ 41 NABZ ********************, X1, KOD 210005 SWİFT BİK STREAZ 22 keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-163/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-163/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver