Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-164/2023 12.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili Ağcabdi rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonunun Pərioğullar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zərərçəkmiş şəxs 10 avqust 2023-cü il tarixində saat 07 radələrində Ağcabədi rayon Pərioğullar kəndinin çöl ərazisində yerləşən 0,40 ha yonca sahəsini suvarmağa gedərkən həmkəndlisi Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq ona alın nahiyəsində əzilmiş yara, sağ said nahiyəsində isə qançırla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Əvvəllər həmin şəxslə heç bir ədavətləri olmamışdır.10 avqust 2023-cü il tarixində təxminən saat 07 radələrində Zərərçəkmiş şəxs ona zəng edib nəyə görə yonca sahəsinə gedən suyun kəsildiyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs sudan istifadə etmək növbəsinin onda olduğunu demişdir. Bunu deyəndə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlədərək demişdir ki, “heç kim mənim suyumu kəsə bilməz, suyumu kəsəni cəzalandıraram”. Ona görə də Zərərçəkmiş şəxs olduğu yeri öyrənib həmin şəxsin yonca sahəsinin yanına getmişdir. Gedəndə onların yonca sahəsinə gedən suyun kəsilərək Zərərçəkmiş şəxs əkin yerinə axdığını görmüşdür. Nəyə görə onların yonca sahəsinə gedən suyun kəsildiyini soruşduqda Zərərçəkmiş şəxs onu söymüşdür. Bununla da onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, hirsli olduğundan özünü ələ ala bilməmiş və əlindəki ağac parçasını Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs başından qan axdığını görüb həyəcanlanmış və həmin şəxsdən aralanıb evlərinə getmişdir. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs ondan Ağcabədi rayon polis şöbəsinə şikayət ərizəsi verib. Hadisə yerində Zərərçəkmiş şəxs və ondan başqa heç kimin olmadığını, Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurduğu ağac parçasını kəndlərinin çöl sahəsinə tulladığını bildirmişdir. Hazırda o, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və dəymiş zərəri tam ödəmişdir. Ona görə də onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 10 avqust 2023-cü il tarixində təxminən saat 07 radələrində kəndlərinin çöl ərazisində ona məxsus olan 0,40 ha torpaq sahəsində əkib-becərdiyi yonca yerinə getmişdir. Məqsədi yonca sahəsini suvarmaq olmuşdur. Sahədə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs zəng edib nəyə görə onun yonca yerinə gedən suyun kəsildiyini soruşmuş və demişdir ki, onun yonca yerinə gedən suyu kəsəni cəzalandıracaqdır. Təxminən 10 dəqiqə keçmiş Təqsirləndirilən şəxs zəng edib onun harada olduğunu soruşmuşdur. O, Təqsirləndirilən şəxs yonca yerində olduğunu demişdir. Sonra da suyun bir hissəsini yonca yerinə buraxmışdır. Bu zaman Cavad ona yaxınlaşmış və ona demişdir ki, ”telefonda nə deyirdin”? O, əlində iş görə-görə Cavada əsəbi halda demişdir ki,“mənim yonca sahəmə gələn suyu kəsəni cəzalandıraram”. Bunu deyəndə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Cavad əlindəki ağac parçası ilə onun başına zərbə endirmişdir. Zərbə nəticəsində onun başından qan axmağa başlamışdır. Onun başından qan axdığını görən Cavad qaçaraq ondan aralanıb evləri tərəfə getmişdir. O da DİN-in 102 xidmətinə zəng edərək Cavadın ona xəsarət yetirməsi barədə məlumat vermişdir. O, 10 avqust 2023-cü il tarixində təxminən saat 07 radələrində kəndlərinin çöl ərazisində baş vermiş insidentin təxminən 2-3 dəqiqə davam etdiyini, hadisə yerində Cavad və ondan başqa heç kimin olmadığını, Təqsirləndirilən şəxs onun baş nahiyəsinə zərbə vurduğu ağac parçasını özü ilə apardığını, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət yetirmədiyini bildirmişdir. Sonradan qonşusu Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Hazırda əməli törətmiş şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan işə xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizəsini verdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X2-Təcrubi və X1 rayon şöbəsinin 10 avqust 2023-cü il tarixli 547/23 nömrəli rəyində göstərilmişdir ki; 1.Zərərçəkmiş şəxs alın nahiyəsində əzilmiş yara,sağ said nahiyəsində isə qançır olmuşdur. 2.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə ağac zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Ağcabədi RİHB-nin Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 280 nömrəli arayış və xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş zərəri tam ödəməsini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, heç bir şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-164/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-164/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver