Məhkəmə qərarları › İş №1(017)-168/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-168/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-168/2023 28.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 2002-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonunun Qaravəlli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə saat 14:30 radələrində idarə etdiyi «Mercedes Benz» C 200 markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə st.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaravəlli kəndindən keçən 78-ci kilometrliyində Beyləqan rayonu istiqamətində 60-65 km/saat surətlə hərəkətdə olarkən "X9" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yolun sağ ehtiyyat hissəsindən sola doğru atın belində yolu keçən X1 atını avtomobilinin qabaq sol tərəfi ilə orta xəttində sağa doğru 0.4 metr məsafədə vurub yerə yıxmış, nəticədə o, ehtiyatsızlıqdan X1 başın ənsə sümüyünün xətti sınığı, baş beyinə yayılmış subaraxnoidal qansızma, başın orta ənsə nahiyəsində əzilmiş yarası ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına və sonuncunun aldığı xəsarətlərdən 21 may 2023-cü il tarixdə Ağcabədi RMX-da ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, «Mercedes Benz» C200 markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Onu BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. X5 həmkəndlisidir. 20 may 2023-cü il tarixdə saat 14:30 radələrində st.Mingəçevir-Bəhrəmtəpə yolunun Qaravəlli kəndindən keçən hissəsində yerləşən avtoyuma məntəqəsində avtomobilini yuduzdurub eyni yolla Ağcabədi şəhəri istiqamətində hərəkətə başlayıb evlərinə təxminən 60-65 km/saat surətlə gedərkən Yelmar Bayramovu atın belində yolu sağdan sola keçməyə başladığını və dərhal yolun ortasında dayandığını görmüşdür. Onu sağ tərəfindən ötüb keçmək istəmişdir. Ona çatmağa 15-20 metr qalmış atlı əks hərəkət zolağından gələn markasını xatırlamadığı avtomobili görə hürküb geri getmişdir. Onun yoluna çıxdığını görüb dərhal əyləci sıxmışdır. Lakin qəzadan yayınmaq mümkün olmamışdır. Avtomobilin qabaq sol tərəfi ilə atın arxa sol hissəsindən vurmuşdur. At və belindəki Yelmar Bayramov yerə yıxılmışdır. Dərhal avtomobili saxlayıb, Yelmarı avtomobilin arxa oturacağına əyləşdirib Ağcabədi rayon Mərkəzi xəstəxanasına aparmışdır. Polis əməkdaşları xəstəxanaya gələndə özünü onlara təqdim etmişdir. Müstəntiqlə birlikdə hadisə yerinə getmiş, oraya baxış keçirilmişdir. Onun və hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuşdur. Həmin axşam Yelmar Bayramov xəstəxanada vəfat etmişdir. Yelmar Bayramovun atla yolu keçməyə başlamasını 100-150 metr məsafədən görmüşdür.Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobili saz və yüksüz vəziyyətdə olmuşdur. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu və dəymiş maddi ziyanı tam ödəmələrini, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini bildırib, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, X4 onun atasıdır. Atası onunla bir evdə yaşayırdı. Təqsirləndirilən şəxs də onların həmkəndliləridir. Əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 20 may 2023-cü il tarixdə saat 14:30 radələrində atası özünə məxsus atla çöl sahədən evə gələrkən st. Mingəçevir-Bəhrəmtəpə yolunu atın belində Ağcabədi şəhəri istiqamətində sağından soluna doğru keçmək istəmiş, bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz» C200 markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə atın arxa tərəfindən vurmuş, atası atın belindən yerə yıxılmış, başından xəsarət almışdər. Mamed dərhal onu Ağcabədi RMX-na aparmışdır. Bu barədə eşidib xəstəxanaya getmişdir. Həkimlərin tibbi yardımlarına baxmayaraq atası Yelmar həmin gecə saat 03 radələrində Ağcabədi RMX-da vəfat etmişdir. Həmin gün, yəni 21 may 2023-cü il tarixdə onu kənd qəbiristanlığında dəfn etmişlər. Mamedin onların ailəsi ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, ehtiyyatsızlıq edərək atasına avtomobili ilə xəsarət yetirərək ölməsinə səbəb olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxsin qohumları onlara barışıq üçün gəlmiş və onlar barışmışlar. O, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, dəymiş maddi ziyanı tam ödəməsini bildirərək, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən mərhumun həyat yoldaşı Şahid eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 10 iyun 2023-ci il tarixli, 22 nömrəli rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər – başın ənsə sümüyünün xətti sınığı, baş beyinə yayılmış subaraxoidal qansızma, başın orta ənsə nahiyəsində əzilmiş yara, yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X1 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 20 may 2023-cü il tarixdə hərəkətdə olan avtomobilin süvari ilə toqquşması nəticəsində atdan yıxılaraq əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. X1 ölümünə bilavasitə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış subaraxoidal qansızma, ənsə nahiyəsinin sınığı olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X1 ölümü onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl, yəni 21 may 2023-cü il tarixdə baş vermişdir. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında etil spirti aşkat edilməmişdir. (1849/k saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi akt) İş materiallarında olan Məhkəmə-yol nəqliyyat ekspertizasının 04 avqust 2023-ci il tarixli, 8/2064 nömrəli rəyindən görünür ki, «Mercedes Benz» C200 markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətini təyin edən 20 may 2023-cü il tarixli, 115 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, sürücü Təqsirləndirilən şəxs məhkumluğu və barəsində təqsirləndirici material olmadığı müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi «Tibbi ərazi bölmələrini idarəetmə birliyi» Publik hüquqi şəxs Ağcabədi rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 764 saylı məktubdan görünür ki, Ağcabədi rayonunun Qaravəlli kəndində yaşayan Təqsirləndirilən şəxs Ağcabədi RMX PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş 25 may 2023-cü il tarixli, 3-13-16-3/2-3540-1223 nömrəli məktubdan görünür ki Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən 03 avqust 2032-ci il tarixədək BD 905026 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Qaravəlli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 07 oktyabr 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən «X9» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuş və həmin qayda pozuntusu ilə baş vermiş qəzanın nəticəsi arasında səbəbli əlaqə mövcud olmuş, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, əməlin cnayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus «Mercedes Benz» markalı avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsə onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün dərhal xəstəxanaya çatdırmasını, dəymiş maddi ziyanı ödəməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin Məcəllənin 56.1.1-ci maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məqtəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut hesab edilmiş «Mercedes-Benz C200» markalı, 90- HV 402 nömrəli avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-356,384 və 385-ci maddələrinin tələblərini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. O, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə X3 Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar