Məhkəmə qərarları › İş №1(017)-169/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-169/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-169/2023 26.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 13,4 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini, yəni bir ədəd kibrit qutusunda 6,82 qram çəkisi olan hissəsini Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisində yerləşən “Baba kafe”nin yaxınlığında əvvəllər tanıdığı Şahid3 10 manata satmışdır. Bundan başqa, 03 iyun 2023-cü il tarixdə saat 22:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,58 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Şahid3 onun həmkəndlisi və qohumudur. Şahid3la bir yerdə narkotik vasitə olan marixuanadan istifadə etmişlər. Lakin, heç vaxt Şahid3 narkotik vasitə satmamışdır. 03 iyun 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən ondan heç bir narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra, polis əməkdaşları tərəfindən ona bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana verilmiş və video çəkiliş zamanı həmin kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Göstərdiyi kimi Şahid3 narkotik vasitə satmamış və Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən ondan heç bir narkotik vasitə aşkar edilməmişdir. Ona görə də ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır və yaşadığı kənddə yerləşən avtoyuma məntəqəsində işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisi və qohumudur. Onun Təqsirləndirilən şəxsla münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 1 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxsla da bir neçə dəfə bir yerdə narkotik vasitədən istifadə etmişlər. 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib Anara “nəşə” almaq istədiyini bildirmişdir. Anar ondan harada olduğunu soruşmuş və o, da Ağcabədi rayonunun Xocavənd kəndində yerləşən “Baba kafe”nin yaxınlığında olduğunu demişdir. Təxminən 15 dəqiqədən sonra Təqsirləndirilən şəxs həmin yerə gəlmiş, onlar “Baba kafe”nin yaxınlığında, yolun kənarında olan avtomobil dayanacağının yaxınlığında görüşmüşlər və Təqsirləndirilən şəxs ona bir büküm narkotik vasitə olan marixuana vermişdir. O, da Təqsirləndirilən şəxs 10 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs 10 manat pulu benzin pulu kimi vermişdir. Bir qədər sonra “Baba kafe”nin yaxınlığında yerləşən avtoyuma məntəqəsindən çıxıb yaşadığı evə gedərkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona hüquq və vəzifələrini, saxlanma səbəbini izah edib onu rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirmiş, axtarış başlanan zaman ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, da əynində olan qara rəngli şalvarın sağ cibindən həmin gün Anardan aldığı içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi rayon Xocavənd kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. 03 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənov X3 rayonunun Xocavənd kəndi ərazisində saxlanılaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra, iştirakçıların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bir ədəd kibrit qutusundakı kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni yaşadığı Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisindən keçən “Qarabağ” kanalının kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmiş, bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Bir əməliyyatçı kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşgul olması barədə ona məlumat daxil olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 03 iyun 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda 9,89 qram çəkidə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 03 iyun 2023-cü il tarixdə tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək, üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, əgər vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə satdığı yeri göstərmiş və bu barədə fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı 10 manata aldığını Təqsirləndirilən şəxs üzünə qarşı demiş və həmçinin Təqsirləndirilən şəxs da narkotik vasitə olan qurudulmuş marixuananı Şahid3 10 manata satdığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 04 iyun 2023-cü il tarixli, 18/591 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 29 avqust 2023-cü il tarixli, 18/855 saylı rəyində görünür ki, tədqiqata təqdim edilmiş Şahid3 və Təqsirləndirilən şəxs götürülmüş marixuanalar eyni tərkiblidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 29 avqust 2023-cü il tarixli, 1424 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(017)-132/2023 saylı hökmünün surətindən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona bir il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlləri üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayətləri törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, 03 iyun 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokolla, 03 iyun 2023-cü il tarixdə tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokolla, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 06 iyun 2023-cü il tarixli protokolla, 05 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokolla və cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməl üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində xalasının nəvəsi Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, ondan 10 manatlıq narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, həmin gün Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Elgünlə görüşərək Elgünə bir çəkimlik narkotik vasitə olan qurudulmuş marixuananı 10 manata satmışdır. Bundan sonra, üzərində bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana qalmış və həmin narkotik vasitəni cibinə qoymuş, kəndə tərəf getmişdir. Saat 22:30 radələrində Xocavənd kəndində yolun kənarında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrini şifahi olaraq izah edib onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, axtarış müdafiəçisinin yanında və video çəkiliş vasitəsi ilə aparılmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü olaraq təqdim etməsi təklif olunmuş, o, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunu təqdim etmişdir. Polis əməkdaşları həmin kibrit qutusuna baxış keçirmişlər. Kibrit qutusunun içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin kibrit qutusu aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, aşkar olunduğu qaydada ağ kağız zərfdə qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və onlar imza etmişlər. Daha sonra onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. O, həmin narkotik vasitəni 2022-ci ilin may ayında əkdiyi narkotik tərkibli çətənə kolunu qurudaraq əldə etmişdir və məqsədi özü istifadə etmək olmuşdur. Lakin, 10 manatlıq bir hissəsini xalası nəvəsi Elgünə satmışdır. Üzərində aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. Həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri onun və Şahid3 Ağcabədi Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(017)-132/2023 saylı hökmündə qeyd olunmuş və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin hökmdə Şahid3 ifadəsində göstərmişdir ki, ondan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində Ağcabədi rayonunun Xocavənd kəndində yerləşən “Baba kafe”nin yaxınlığında, yolun kənarında olan avtomobil dayanacağının yaxınlığında Təqsirləndirilən şəxs 10 manata almışdır. Bundan başqa, həmin hökmdə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində xalasının nəvəsi Şahid3 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, ondan 10 manatlıq narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, həmin gün Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Elgünlə görüşərək Elgünə bir çəkimlik narkotik vasitə olan qurudulmuş marixuananı 10 manata satmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş həmin ifadəsini və həmçinin Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Ağcabədi Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(017)-132/2023 saylı hökmündə Şahid3 və Təqsirləndirilən şəxs vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Bundan başqa, Ağcabədi Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilərkən vermiş olduğu ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir və etdiyi əməldən peşimandır. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilərkən vermiş olduğu ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək, istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 13,4 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması, 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini, yəni bir ədəd kibrit qutusunda 6,82 qram çəkisi olan hissəsini Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisində yerləşən “Baba kafe”nin yaxınlığında əvvəllər tanıdığı Şahid3 10 manata satması və 03 iyun 2023-cü il tarixdə saat 22:30 radələrində keçirilmiş əməliyyataxtarış tədbirlərinin davamı olaraq yaşadığı Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,58 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 03 iyun 2023-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 29 avqust 2023-cü il tarixli 1424 saylı rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkiləri 6,54 qram və 6,78 qram (ilkin xalis çəkiləri 6,58 qram və 6,80 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 99 manat 48 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 03 iyun 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və o narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkiləri 6,54 qram və 6,78 qram (ilkin xalis çəkiləri 6,58 qram və 6,80 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar