Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-17/2023 26.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1965-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Beyləqan rayonunun Birinci Aşıqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə, saat 11:50 radələrində idarə etdiyi Mercedes Benz 200 minik markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir-Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən 91-ci km-də hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı olduğu halda, qarşıda onunla eyni istiqamətdə sağ zolaqda hərəkətdə olub sola dönmək məqsədi ilə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-21074 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətin təhlükəsizliyini təmin edən lazımı yan məsafə saxlayaraq onun yanından keçib getməli olduğu halda, bunlara əməl etməyərək, eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini maksimum icazə verilən 70 km/saatdan çox olmayan sürətlə idarə etməli olduğu halda, bunu etməyərək, 3.24 "maksimum sürətin məhdudlaşdırılması" yol nişanının tələblərini pozaraq 79 km/saat sürətlə hərəkət edərək VAZ 21074 markalı avtomobilin arxa hissəsindən yolun orta hissəsindən olan qırıq-qırıq xətdən sola doğru 1.8 metr məsafədə toqquşmuş, toqquşma nəticəsində VAZ 21074 markalı avtomobil qarşı hərəkət zolağına atılaraq qarşıdan əks istiqamətdə öz hərəkət zolağında hərəkətdə olan Şahid1 idarə etdiyi Mercedes Benz 412D markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bəhrəmtəpə istiqamətdə yolun orta qırıq xətdən sağa doğru 2 metr məsafədə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ 21074 markalı avtomobilin sürücü Zərərçəkmiş şəxs1 sağ qalça sümüyünün ön hissəsinin qəlpəli, yerdəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmaslna səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətləri, həmin avtomaşında olan sərnişini Zərərçəkmiş şəxs2 sağdan Vİ, Vİİ, Vİİİ, İX, X qabırğalarının sınıqları, sağ körpücük sümüyünün orta üçdə birinin çoxqəlpəli, sağ said sümüklərinin distal uclarının çoxqəlpəli, yerdəyişmiş sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışlar. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə yanaşı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 24 avqust 2022-ci il tarixdə, saat 11:50 radələrində idarə etdiyi Mercedes Benz 200 minik markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir-Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən 91-ci km-də yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində VAZ- 21074 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və sərnişini Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışlar. Hazırda zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tam olaraq ödəmiş, onlarla barışmış və zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində və ifadəsində göstərdi ki, 24 avqust 2022-ci il tarixdə, saat 11:50 radələrində St.Mingəçevir-Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən 91-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır və həmçinin də avtomobilinə ziyan dəymişdir. Hadisə Təqsirləndirilən şəxs təqsiri üzündən baş vermiş və Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində və ifadəsində göstərdi ki, 24 avqust 2022-ci il tarixdə, saat 11:50 radələrində St.Mingəçevir-Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən 91-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Hadisə Təqsirləndirilən şəxs təqsiri üzündən baş vermiş və Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT X4 Şəxsin Ağcabədi rayon şöbəsinin 19 sentyabr 2022ci il tarixli 716 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağdan Vİ, Vİİ, Vİİİ, İX, X qabırğalarının sınıqları, sağ körpücük sümüyünün orta üçdə birinin çoxqəlpəli , sağ said sümüklərinin distal uclarının çoxqəlpəli, yerdəyişmiş sınıqları– bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. Yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT X4 Şəxsin Ağcabədi rayon şöbəsinin 19 sentyabr 2022ci il tarixli 717 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ qalça sümüyünün ön hissəsinin qəlpəli, yerdəyişmiş sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. Yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmaslna səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli 8/2458 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E200 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədov maksimum hərəkət surəti 3.24 “Maksimum sürətin məhdudlaşdırııması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 79 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırııması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 412D markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21074 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tətqiqi xüsusi texniki bilik tələb etmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə istintaqı zamanı da müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmış, zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur və onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət təqibinə xitam verilməli, və onun əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu gündən ləğv edilməlidir. İş üzrə maddi sübut olan Mercedes Benz 200 minik markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs, Mercedes Benz 412 D minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid1 və VAZ 21074 minik markalı, **-BM-*** nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 344-347, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu gündən ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülsün. Qərardan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-17/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-17/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver