Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-17/2025 30.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1992-ci il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Pərioğullar kəndində qeydiyyatda kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsinə dair vəsatətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, 2024-cü ilin iyun ayının sonlarında dəqiq tarixi istintaqa məlum olmayan tarixdə günorta radələrində “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli 957-İVQ saylı Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini pozmaqla, qəsdən və qanunsuz olaraq Ağcabədi rayonu, Pərioğullar kəndi ərazisində Pərioğullar bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyyat fonduna aid torpaq sahəsində olan və meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən 900 manat dəyərində 1 ədəd 50 sm diametrli, 900 manat dəyərində 1 ədəd 50 sm diametrli və 350 manat dəyərində 1 ədəd 34 sm diametrli yaş kök üstə olan 3 ədəd tut ağaclarını qəsdən kök boğazından qanunsuz olaraq kəsib zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə 2150 (iki min bir yüz əlli) manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. Göstərilən cinayət işinin məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etdiyini göstərmişdir. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırır ki, həmin cinayət işi Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən 27 iyul 2024-cü il tarixdə fakta görə CM-nin 259.1-ci maddəsi ilə başlanmış və istintaqının aparılması üçün aidiyyəti üzrə Ağcabədi RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb Ağcabədi rayonu, Pərioğullar bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyyat fondu torpaq sahəsində meşə fonduna daxil olmayan bioloji inkişafda olan 03 ədəd müxtəlif diametrli tut cinsli ağacın qanunsuz kəsilməsi nəticəsində 2150 manat olmaqla xeyli miqdarda ziyan vurulması faktı və həmin fakt əsasında toplanmış materiallar olmuşdur. 17 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 29 dekabr 2024-cü il tarixdə cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağcabədi rayon prokuroru tərəfindən təsdiq edilərək iş baxılması üçün aidiyyəti üzrə Ağcabədi rayon məhkəməsinə göndərilmişdir. İbtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayının sonlarında dəqiq tarixi istintaqa məlum olmayan tarixdə günorta radələrində “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü il tarixli 957- İVQ saylı Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini pozmaqla, qəsdən və qanunsuz olaraq Ağcabədi rayonu, Pərioğullar kəndi ərazisində Pərioğullar bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyyat fonduna aid torpaq sahəsində olan və meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən 900 manat dəyərində 1 ədəd 50 sm diametrli, 900 manat dəyərində 1 ədəd 50 sm diametrli və 350 manat dəyərində 1 ədəd 34 sm diametrli yaş kök üstə olan 3 ədəd tut ağaclarını qəsdən kök boğazından qanunsuz olaraq kəsib zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə 2150 manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respblikasının xx.xx.2024-cü il tarixli, № 72-VİİQD qanununu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin Qeyd hissəsinin 1-ci və 2-ci bəndlərində edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ başa düşülür. Göründüyü kimi, qüvvədə olan cinayət qanunvericiliyinə əsasən Təqsirləndirilən şəxs 3 ədəd ağacları kəsməklə 2150 manat miqdarda ziyan vuraraq törətdiyi əməldə cinayət tərkibi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona elan edilmiş ittihamın müdafiəsindən imtina edilməlidir. Qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittihamın müdafiəsindən məhkəmənin hazırlıq iclasında imtina edir. Məhkəmə hazırlıq iclası zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət ittihamçısı ilə razı olduqlarını və onun təklifinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti qəbul edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 84.6.9-cu maddəsinə əsasən dövlət ittihamçısı «bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək» hüququna malikdir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən «Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir…». Həmin Məcəllənin 300.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Cinayət Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Prosessual Məcəlləsinin 43.1.1, 314.2ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Beləliklə, məhkəmə hesab edir ki, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti qəbul edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və onun əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağcabədi rayon Prokurorluğuna göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu gündən ləğv edilməlidir. İş materiallarından görünür ki, cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı kimi tanınmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 74-cü bəndinə əsasən təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq - onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etdiyindən və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli olduğundan məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. İşdə maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 300, 344-347, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu gündən ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağcabədi rayon Prokurorluğuna göndərilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-17/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-17/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver