Məhkəmə qərarları › İş №1(017)-170/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-170/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-170/2023 21.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Ağcabdi rayon Vəkil bürosunun vəkili Müdafiəçi və zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Ağcabədi rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə saat 16 radələrində Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yaşayan Zərərçəkmiş şəxs həytədə heyvanlara baxan zaman Rusiya Federasiyasında yaşayan qardaşı Təqsirləndirilən şəxs həyətə gəlib əvvəlcə nə üçün valideynləri ilə yola getmədiyini demiş, daha sonra isə Rusiya Federasiyasından ona göndərdiyi 30000 ABŞ dolların geri qaytarmasını və təsərrüfata sahib çıxmasını bildirmiş, buna görə də aralarında münaqişə yaranmış, münaqişə zamanı Təqsirləndirilən şəxs özü ilə əlində gətirdiyi ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs hər iki ayaqlarına, daha sonra isə başına bir zərbə vuraraq sonuncuya, başın sol təpə nahiyəsində əzilmiş yara, sağ baldırda sıyrıq, sağ və sol bazuda altı ədəd qançırlarla müşayiət olunmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs doğma qardaşıdır, aralarında ədavət və düşmənçilik yoxdur. Son vaxtlar qardaşı Fərruxla aralarında narazılıq yaranmış, buna səbəb qardaşı Fərruxun valideynləri ilə yola getməməsi olmuşdur. 2020-ci ildə qardaşı Fərruxa Rusiya Federasiyasından 30000 ABŞ dolları göndərmişdir ki, torpaq sahəsi alıb heyvandarlıq üçün təsərrüfat yaratsın. Fərrux da torpaq sahəsi almış, heyvandarlıq üçün təsərrüfat yaratmış, ancaq Fərrux valideyinləri ilə yola getmədiyi üçün və sahədən atasının istifadə etməsinə imkan vermədiyinə görə ona bir neçə dəfə pulu qaytarmasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından Ağcabədi şəhərinə gəlmiş, atası evinə gedib evdəkilərlə görüşüb əşyaların evə qoyandan sonra qardaşı Fərruxun evinə getmiş, ona nə üçün valideynləri ilə yola getmədiyini deyib əlində olan ağacla hər iki ayaqlarına, daha sonra isə baş nahiyyəsinə vuraraq onu döymüşdür. Sonradan atası Elman və anası Lətifə onların yanına gəlib onu oradan götürüb evə aparmışlar. Qardaşı Fərruxla aralarında olan dava-dalaş Fərruxun həyətində 5 dəqiqə davam etmiş, həmin vaxt orada kənar kimsə olmamışdır. Hazırda o, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və dəymiş zərəri tam ödəmişdir. Ona görə də onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır, aralarında ədavət və düşmənçilik yoxdur. Son vaxtlar qardaşı Nicatla aralarında narazılıq yaranmışdır. Buna səbəb qardaşı Nicatın ondan pul tələb etməsi olmuşdur. Belə ki, 2020-ci ildə qardaşı Nicat ona Rusiya Federasiyasından təxminən 30000 ABŞ dolları göndərmişdir ki, torpaq alıb heyvandarlıq üçün təsərrüfat yaratsın. O da Nicatın göndərdiyi pulla torpaq sahəsi almış, orada ferma yaratmışdır. Son vaxtlar Nicat həmin təsərrüfata sahib çıxmaq istəmədiyini, verdiyi pulu ona qaytarmasını tələb etmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində həyətdə heyvanlara baxan zaman qardaşı Nicat həyətə gəlmiş, Nicat onu görən kimi söyüş edib üstünə hücum çəkib əvvəlcə ağacla hər iki ayağına vurmuş, o, qaçan zaman Nicat onun baş nahiyyəsinə bir zərbə vurmuş, huşun itirib yerə yıxılandan sonra Nicat onu sonra atası Elman və anası Lətifə də onun evinə gəlmiş, onlarda Nicatın sözünün üstündən gəlmiş və başından qan axa-axa qoyub çıxıb getmişlər. Bundan sonra Rusiya Federasiyasında olan qardaşı Rizvana görüntülü zəng edib Nicatın onu döyməsini demiş, Rizvan da ona həkimə getməsini bildirmiş, həkimə gedəndən sonra həyat yoldaşı Aysel DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Nicatla aralarında olan dava-dalaş onun həyətində 5 dəqiqə davam etmiş, həmin vaxt orada kənar heç kim olmamışdır. Hazırda əməli törətmiş şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur,Nicatla barışmış və ona dəyən ziyanı ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində olan işə xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizəsini verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 30 avqust 2023-cü il tarixdə həyat yoldaşı Fərruxla qaynı Nicat arasında olan dava-dalaşdan sonra evə gələn zaman ərinin Nicat tərəfindən döyüldüyünü bilmiş, həmin vaxt Fərruxun başından qan axdığını görmüş və ona tibbi yardım etmiş, onların aralarında mübahisənin pul üstündə olduğunu bildirdi. Hadisə baş verən zaman o evdə olmamış və hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1ının ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan məhkəmə-tibb ekspertizasının 31 avqust 2023-cü il tarixli, 523 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – başın sol təpə nahiyəsində əzilmiş yara, sağ baldırda sıyrıq, sağ və sol bazuda altı ədəd qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən ağacla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 30 avqust 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Ağcabədi İHB-nın şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs qardaşı Zərərçəkmiş şəxs ilə barışmasını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, əməli törədən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar