Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-172/2023 26.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Ağcabdi rayon Vəkil bürosunun vəkili Müdafiəçi və zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-cı il tarixdə Ağcabədi rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayonu Kəhrizli kəndində yaşadığı evin yaxınlığında yerləşən su artezianının kənarında atası Asif Qəhrəmanov ilə mübahisə etməsi səbəbindən həmkəndlisi Zərərçəkmiş şəxs irad bildirərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, qəsdən Zərərçəkmiş şəxs bir dəfə sifət nahiyyəsinə yumruqla vurmaqla sonuncuya burununda əzilmiş-cırılmış yara, üst dodağın selikli qişasında qansımza ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. O, xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evə gələn zaman atası Asifin təzyiqinin yüksəldiyini görmüş, nə baş verdiyini soruşduqda Ədalətin onunla artezian üstündə mübahisə etdiyini və kobud ifadələr söylədiyini ona demişdir. Təxminən 1 saat sonra evdən çıxıb kəndə gedən zaman Ədaləti su artezianın yanında görmüş, ona yaxınlaşaraq atası Asiflə nə səbəbə mübahisə etdiyini soruşmuş, Ədalət ona yaxşı etdiyini demiş və aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşərək bir dəfə yumruqla Ədalətin sifət nahiyəsinə vurmuş, sonra isə çıxıb evinə getmişdir. Mübahisə zamanı ətrafda kənar şəxs olmamış, aralarındakı mübahisə 2-3 dəqiqə davam etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş ziyanı tam olaraq ödəməsini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Kəhrizli kəndində yaşadığı evin yaxınlığında yerləşən, kənd sakinlərinin həyətyanı sahələrini suvarmaq üçün istifadə etdikləri artezian quyusunun yanında olmuş, həmin vaxt su çəninin alt hissəsi çürük olduğu üçün təmir edilmişdir. Həmin vaxt Müxalibin atası Asif Qəhrəmanov da orada olmuşdur. Asif onun yanına gələrək artezian quyusundan onun həyətinə su aparmağa icazə verməyəcəyini demiş, o, Asifə 20 ildir su artezianından istifadə etdiyini demiş və su aparacağını bildirmiş, Asiflə arasında sözlə mübahisə yaranmış və Asif oradan çıxıb getmişdir. O, artezianın yanında olan zaman təxminən saat 15:40 radələrində X1 oradan keçərkən artezianın yanında dayanmış və ona yaxınlaşaraq nə səbəbə atası ilə mübahisə etdiyini soruşmuş, o, Müxalibə atası ilə mübahisə etmədiyini demiş, həmin vaxt Müxalib onunla mübahisə etməyə başlamış və anidən onun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, o da həmin vaxt yerə yıxılmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Mübahisə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında yerləşən su artezianın yanında olmuş, aralarındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt ətrafda heç kim olmamışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizanın 27 avqust 2023-cü il tarixli 513 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-burununda əzilmiş-cırılmış yara, üst dodağın selikli qişasında qansımza --küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, qeyd edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Ağcabədi rayon İHB-nın Kəhrizli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxxxx 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB-nın Kəhrizli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. İşdə olan DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib, Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş ziyanı tam olaraq ödəməsini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, əməli törədən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-172/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-172/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver