Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-175/2023 28.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.1999-cu il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəailiyyəti ilə məşğul olan, hazırda Laçın rayonu, Ərdəşəvi kəndində qeydiyyatda olmaqla Ağcabədi şəhəri, Soltanbəy küçəsi, təzə məhəllədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağcabədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə saat 23:50-də etibarnamə əsasında idarə etdiyi MG 350 markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə maksimum hərəkət sürətinin 50 km/saata qədər məhdudlaşdırıldığı Ağcabədi-Ağdam avtomobil yolunun 23-cü km-də, Ağcabədi rayonu, Hindarx qəsəbəsinin mərkəzində keçən asfalt yolda Ağdam rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddələrnin tələblərinə riayət etməklə toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək 80 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin qabaq tərəfi ilə həmin yolun sağ tərəfindən sol tərəfinə hərəkət edən Zərərçəkmiş şəxs3 idarə etdiyi bacanağı Şahid1 məxsus Mercedes-Benz C 220 markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən ehtiyyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs3 sol bud sümüyünün burmalar altı qəlpəli yerdəyişmiş sınığı, sol sirkə kasasının köndələn yerdəyişmiş sınığı, sol bud-çanaq oynağında güclü dərəcədə hərəkət məhdudluğu xəsarətləri ilə müşayiət olunmaqla Zərərçəkmiş şəxs3 dərəcəsinə görə əmək qabiliyyətinin üçdə birindən çox (35%) hissəsinin daimi itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, MG 350 markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sifətin sol yarısında qançır və sol baldırda səthi əzilmiş yara xəsarətləri ilə müşayiət olunmaqla Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər, Şahid2 sağ gicgah-təpə nahiyəsində dərialtı hematoma xəsarəti ilə müşayiət olunmaqla Şahid2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, beyin silkələnməsi orta ağır dərəcədə, alın-təpə nahiyəsində əzilmiş-cırılmış yaralar xəsarətləri ilə müşayiət olunmaqla Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, X2 alın sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, alının orta hissəsində, sol baldırda əzilmiş-cırılmış yaralar, sol əlin 1-ci barmağında səthi əzilmiş yara xəsarətləri ilə müşayiət olunan və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Qəyanə Həsənovanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Qəyanə Həsənova aldığı bədən xəsarətlərindən 24 aprel 2023-cü il tarixdə saat 23:55-də Ağcabədi-Ağdam avtomobil yolunun 23-cü km-də, Ağcabədi rayonu, Hindarx qəsəbəsinin mərkəzində keçən asfalt yolda ölmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, dayısı oğlu X4 məxsus avtomobillə sərnişin daşımaqla məşğul olur. Avtomobili etibarnamə ilə idarə edir və 0222 taksi şirkəti ilə işləyir. 24 aprel 2023-cü il tarixdə saat 23 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndindən Hindarx qəsəbəsinə sifariş daxil olmuş və sifarişi qəbul edib Rəncbərlər kəndinə getmişdir. Həmin kənddə sonradan adını bildiyi X10, Şahid2, Faiqin arvadı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomaşına əyləşmişlər. Qəyanə Həsənova qabaq oturacaqda, digər sərnişinlər isə arxa oturacaqda əyləşmişlər. Avtomobili Rəncbərlər kəndindən Hindarx qəsəbəsi istiqamətinə hərəkət etdirmiş, Hindarx qəsəbəsinin giriş hissəsində təxminən 80 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ kənarında dayanmış “Mercedes Benz” markalı avtomobilin yolun sol tərəfinə hərəkət etməsini görmüş, həmin avtomobilə çatarkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobili yolun ortasında saxlamış və bu zaman idarə etdiyi avtomobilin qabaq hissəsi Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobilin ortasından dəymişdir. Hadisə zamanı o və onun idarə etdiyi avtomaşında olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X10 xəsarət almışlar və Qəyanə Həsənova aldığı xəsarətlərdən vəfat etmişdir. Həmçinin hadisə zamanı Zərərçəkmiş şəxs3 da xəsarət almışdır. Hadisə onun və Zərərçəkmiş şəxs3 ehtiyyatsızlığından baş vermişdir. Hadisədən sonra Qəyanə Həsənovanın yaxın adamlarından üzr istəmiş və məhrumun hüquqi varisi olan Zərərçəkmiş şəxs1 da onu bağışlamış və onunla barışmışdır. Həmçinin də digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə də barışmış və həmin zərər çəkmiş şəxsin də ondan heç bir şikayət və tələbi yoxdur. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası hüdudlarında kənarda yaşadığından onunla əlaqə saxlaya bilməmişdir. Hazırda da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X6 hadisə ilə bağlı üzr istəmiş və Zərəfşan Quliyevanın ondan şikayəti yoxdur. Hadisə ehtiyyatsızlıq üzündən baş versə də etdiyi əməldən peşmançılıq çəkir, qardaşı X3 müharibəsi şəhididir. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir və məhkəmədən ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X7 və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, mərhum X10 onun anasıdır. 24 aprel 2023-cü il tarixdə saat 20 radələrində anası Qəyanə, qardaşı Şahid2 Meskom oğlu və Faiqin arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan bacısı Arzu Məmmədovanın evinə qonaq getmişlər və yemək yeyərkən qardaşı Faiqlə spirtli içki qəbul etmişlər. Onların avtomobili olmadığı üçün 0222 taksi xidmətindən taksi sifariş etmişlər. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “MG” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları aparmağa gəlmiş, anası avtomobilin qabaq oturacağında, o, Faiq və Kəmalə arxa oturacağında əyləşərək Rəncbərlər kəndindən çıxıb yaşadıqları Hindarx qəsəbəsi istiqamətində getmişlər. Hindarx qəsəbəsinin giriş hissəsində hərəkətdə olan zaman yolun sağ kənarında dayanmış “Mercedes Benz” markalı avtomobil yolun sol tərəfi istiqamətində hərəkətə başlamış və təxminən yolun ortasında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobilin ortasından vurmuşdur. Toqquşma nəticəsində huşunu itirmiş və özünə gələrkən xəstəxanada olduğunu bilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, hadisə zamanı anası X10 və qardaşı arvadı Zərərçəkmiş şəxs2 da xəsarət almışlar və anası Qəyanə Həsənova aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs hadisə ilə bağlı ondan üzr istəmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X11 ifadəsində göstərdi ki, 24 aprel 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qızı Zərərçəkmiş şəxs2 xısarət almışdır. Hazırda qızı Kəmalə ailəsi ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənarda Ukraynada yaşayır və müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs heç bir şikayətləri yoxdur. Lakin, qızı Kəmaləyə köməklik göstərilməsini istəyir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun bacanağıdır. 24 aprel 2023-cü il tarixdə axşam saatlarında ailəvi olaraq Zərərçəkmiş şəxs3 evinə qonaq getmişlər. Evdə olan zaman Natiq Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində dostu Ellərin oğlunun sünnət toyu olacağı üçün onlara getməyi demiş, o da razılaşmışdır. Saat 23 radələrində onlar Natiqin evindən çıxmışlar və ona məxsus “Mercedes Benz” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili Natiq idarə etmişdir. Hindarx qəsəbəsinin girişinə çatarkən, artıq gec olduğu üçün toy evinə getməmək və geri qayıtmaq qərarına gəlmişlər. Bu məqsədlə Natiq avtomobili yolun sağ tərəfinə sürüb saxlamış, geri qayıdacağı üçün avtomobili sol tərəfə hərəkət etdirməyə başlamışdır. Onlar yolun ortasına çatanda arxadan gələn avtomobilin artıq onları vurmasını görüb Natiq özünü itirərək avtomobili hərəkət etdirmədən yolda dayanmışdır. Bu vaxt həmin avtomobil, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə onların avtomobilinin ortasından vurmuşdur. Hadisə zamanı Natiq xəsarət almış, hadisə yerinə gələn adamlarla birlikdə Natiqi avtomobildən çıxarıb xəstəxanaya aparmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs və onun idarə etdiyi avtomaşında olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X10 da xəsarət almışlar və Qəyanə Həsənova aldığı xəsarətlərdən vəfat etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 aprel 2023-cü il tarixdə axşam saatlarında bacanağı Şahid1 onlara qonaq gəlmişdir. Səhəri gün Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndinə dostu Ellərin oğlunun sünnət toyu olacağı üçün oraya getmək istəmiş, Sənana onunla birlikdə getməyi demiş, Sənan da razılaşmışdır. Həmin gün saat 23 radələrində evdən çıxmışlar, Sənana demiş ki, avtomobili o sürsün, Sənan da razılaşmışdır. O Sənana məxsus Mercedes markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, Sənan da qabaq sağ oturacaqda əyləşmişdir. O yaşadığı kənddən çıxıb Hindarx qəsəbəsi istiqamətində hərəkətə başlamış, gəlib Hindarx qəsəbəsinin girişinə çatmışlar, artıq saat gec olduğu üçün toy evinə getməmək və geri qayıtmaq qərarına gəlmişlər. O avtomobili yolun sağ tərəfinə sürüb saxlamış, sonra güzgüdə arxaya baxmış və arxada uzaqdan avtomobil gəldiyini görmüşdür. O geri qayıdacağım üçün avtomobili sola tərəf hərəkət etdirməyə başlamış, yolun ortasına çatanda görmüş ki, arxadan gələn avtomobilin artıq onu vurur, o özünü itirmiş, avtomobili hərəkət etdirmədən yolda dayanmşdır. O əli ilə avtomobilin asılqanından tutmuş və üzünü sağa tərəf çevirmişdir. Bu vaxt həmin avtomobil gəlib onun idarə etdiyi avtomobilinin ortasından vurmuş, zərbə onun tərəfindən dəydiyi üçün sıxışıb avtomobildə qalmışdır. Sonra Sənan və oraya gələn adamlar onu avtomobildən çıxarmışlar və xəstəxanaya yola salmışlar. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 25 aprel 2023-cü il tarixli, 18 nömrəli rəyində göstərilmişdir ki, X5 meyitində sağ alın sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, alının orta hissəsində, sol baldırda əzilmiş-cırılmış yaralar, sol əlin 1-ci barmağında səthi əzilmiş yaralar aşkar edilmişdir. Həmin xəsarətlər həyati olmaqla X5 bədəninin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 24 aprel 2023-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqədədirlər. X5 ölümünə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış qansızma, kəllə əsası və alın sümüklərinin sınıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X5 ölümü 24 aprel 2023-cü il tarixdə baş vermişdir. X5 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində qanda etil spirti aşkar edilməmişdir. İş materiallarında olan Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 02 iyun 2023-cü il tarixli, 324 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı sifətin sol yarısında qançır və sol baldırda səthi əzilmiş yara xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 24 aprel 2023cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 02 iyun 2023cü il tarixli, 325 nömrəli rəyində göstərilmişdir ki, Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı sağ gicgah-təpə nahiyəsində dərialtı hematoma xəsarəti aşkar edilmiş, həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 24 aprel 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 06 iyun 2023cü il tarixli, 336 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı qapalı kəllə-beyin travması, beyin silkələnməsi orta ağır dərəcədə, alıntəpə nahiyəsində əzilmiş-cırılmış yaralar xəsarətləri aşkar edilmiş, həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 24 aprel 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 09 iyun 2023cü il tarixli, 346 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı sol bud sümüyünün burmalar altı qəlpəli yerdəyişmiş sınığı, sol surkə kasasının köndələn yerdəyişmiş sınığı, sol bud-çanaq iynağında güclü dərəcədə hərəkət məhdudluğu xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 24 aprel 2023cü il tarixə uyğun gəlir və dərəcəsinə görə əmək qabiliyyətinin üçdə birindən çox (35%) hissəsinin daimi itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 8/2076 saylı rəyində göstərilmişdir ki, MG 350 markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş, Azərbaycan Respublikası DİN BDYP-nin İmişli RQTBŞ tərəfindən verilmiş BD 805627 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin vəsiqə xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək etibarlıdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 Süleyman Yelmar oğlunun qardaşdır. İş materiallarında olan Laçın Rayon məhkəmsinin 2-23/2007 saylı, 16 mart 2007-ci il tarixli qətnaməsindən görünür ki, X15 Azərbaycan Respublikasının Laçın-Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə 04 aprel 1993-cü il tarixdə şəhid olmuşdur. İş materiallarına əlavə edilmiş 006577 nömrəli, xx.xx.2022-ci il tarixli vəsiqədən görünür ki, X12 şəhid ailə üzvü statusu verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli teleqramından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X7 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti yoxdur. Lakin, qızının müalicəsi ilə bağlı köməklik olunmasını xahiş etdi. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli, № 81 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verərkən sərxoş olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən xx.xx.2023-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli, 169 saylı tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayon MX-da ruhi-əsəb və narkoloji dispanser qeydiyyatda durmur. Beləliklə, məhkəmə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbləri pozulmuş və həmin qayda pozuntusu ilə baş vermiş qəzanın nəticəsi arasında səbəbli əlaqə mövcud olmuş, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cnayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsə onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, qardaşı X9 1993-cü ildə Laçın-Kəlbəcər rayonları uğrunda gedən döyüşlərdə iştirak etməsini və şəhid olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini və onlara dəymiş zərərin ödənilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X7 şikayətinin olmamasını, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin Məcəllənin 56.1.1-ci maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Onun cəzaçəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, cinayət prosesini həyata keçirən orqanın çağrışlarına vaxtında gəlməsini və hökmün icrasına mane olmayacağını nəzərə alaraq, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmasını mümkün hesab edir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. İş materiallarından görünür ki, hazırki cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən ayrılmış və hər iki təqsirləndirilən şəxs barəsində bir rəy, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli 3-16-16/2-8/2076 saylı rəyi alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 128 manat ekspertiza xərcinin yarısı, yəni 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344, 349, 351- 356,384 və 1, 385-ci maddələrinin tələblərini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağcabədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 128 manat ekspertiza xərcinin yarısı, yəni 64 (altımış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə X8 Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-175/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-175/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver