Məhkəmə qərarları › İş №1(017)-177/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-177/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-177/2023 16.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X4, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində dörd nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “Mercedes-Benz C 220” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi- Ağdam avtomobil yolunun 23-cü km-də, Ağcabədi rayonunun Hindarx qəsəbəsinin mərkəzində keçən asfalt yolda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək idarə etdiyi avtomobili hərəkət hissəsinin sağ kənarından sola doğru manevr edərək 10 km/saat sürətlə hərəkətdə olarkən həmin yolda Ağdam rayonu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “MG 350” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq ehtiyyatsızlıqdan həmin avtomobillə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs3 dalağın cırılması (dalaq əməliyyat yolu ilə xaric edilmişdir), daxili qanaxma, başınsol gicgah nahiyəsində əzilmiş yara xəsarətləri ilə müşayiət olunmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, “MG 350” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sifətin sol yarısında qançır və sol baldırda səthi əzilmiş yara xəsarətləri ilə müşayiət olunmaqla Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər, Şahid2 sağ gicgah-təpə nahiyəsində dərialtı hematoma xəsarəti ilə müşayiət olunmaqla Şahid2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, beyin silkələnməsi orta ağır dərəcədə, alın-təpə nahiyəsində əzilmiş-cırılmış yaralar xəsarətləri ilə müşayiət olunmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, X2 alın sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, alının orta hissəsində, sol baldırda əzilmiş-cırılmış yaralar, sol əlin 1-ci barmağında səthi əzilmiş yara xəsarətləri ilə müşayiət olunan və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla Qəyanə Həsənovanın ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. 230230087 nömrəli cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması barədə 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işi araşdırmanın davam etdirilməsi üçün Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən ayrılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 24 aprel 2023-cü il tarixdə bacanağı Şahid1 onlara qonaq gəlmişdir. Həmin gün saat 23 radələrində Şahid1la birlikdə Sənana məxsus “Mercedes Benz” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxaraq Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində yaşayan dostu Ellərin evinə getmişlər və həmin vaxt Sənana məxsus avtomobili o, idarə etmişdir. Hindarx qəsəbəsində olarkən artıq gec olduğu üçün geri qayıtmaq qərarına gəlmişlər. Bu məqsədlə o, avtomobili sürüb yolun sağ tərəfində saxlamış, sonra güzgüdə arxaya baxmış, uzaqdan avtomobil gəldiyini görmüş, geri qayıtmaq üçün avtomobili sola tərəf hərəkət etdirməyə başlamışdır. Yolun ortasına çatanda arxadan gələn avtomobilin onun idarə etdiyi avtomobilə çatmasını görüb özünü itirərək avtomobili hərəkət etdirmədən yolda dayandırmışdır. Bu zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 idarə etdiyi “MG 350” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi avtomobilin ortasından vurmuşdur. Ağır xəsarət aldığı üçün hadisə yerinə gələn adamlar onu avtomaşından çıxararaq xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs3 və onun idarə etdiyi avtomaşında olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X8 xəsarət almışlar və Qəyanə Həsənova aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisədən sonra Qəyanə Həsənovanın yaxın adamlarından üzr istəmiş və məhrumun hüquqi varisi olan Zərərçəkmiş şəxs1 da onu bağışlamış və onunla barışmışdır. Həmçinin də digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə də barışmış və həmin zərər çəkmiş şəxsin də ondan heç bir şikayət və tələbi yoxdur. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası hüdudlarında kənarda yaşadığından onunla əlaqə saxlaya bilməmişdir. Hazırda da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X5 hadisə ilə bağlı üzr istəmiş və Zərəfşan Quliyevanın ondan şikayəti yoxdur. Zərəfşan Quliyeva qızının müalicəsinə köməklik olunmasını istəyir və o, da gələcəkdə Zərərçəkmiş şəxs2 köməklik edəcəkdir. Bundan başqa, 2-ci qrup əlildir. Hadisə ehtiyyatsızlıq üzündən baş versə də etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir və məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X4 və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, mərhum X8 onun anasıdır. 24 aprel 2023-cü il tarixdə saat 20 radələrində anası Qəyanə, qardaşı Şahid2 və Faiqin arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan bacısı Arzu Məmmədovanın evinə qonaq getmişlər və yemək yeyərkən qardaşı Faiqlə spirtli içki də qəbul etmişlər. Onların avtomobili olmadığı üçün 0222 taksi xidmətindən taksi sifariş etmişlər. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 idarə etdiyi “MG” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları aparmağa gəlmiş, anası avtomobilin qabaq oturacağında, o, Faiq və Kəmalə arxada oturacağında əyləşərək Rəncbərlər kəndindən çıxıb yaşadıqları Hindarx qəsəbəsi istiqamətində getmişlər. Hindarx qəsəbəsinin giriş hissəsində hərəkətdə olan zaman yolun sağ kənarında dayanmış “Mercedes Benz” markalı avtomobil yolun sol tərəfi istiqamətində hərəkətə başlamış və təxminən yolun ortasında Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobillə sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ortasından vurmuşdur. Toqquşma nəticəsində huşunu itirmiş və özünə gələrkən xəstəxanada olduğunu bilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, hadisə zamanı anası X8 və qardaşı arvadı Zərərçəkmiş şəxs2 da xəsarət almışlar və anası Qəyanə Həsənova aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs hadisə ilə bağlı ondan üzr istəmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, dayısı oğlu X3 məxsus avtomobillə sərnişin daşımaqla məşğul olur. Avtomobili etibarnamə ilə idarə edir və 0222 taksi şirkəti ilə işləyir. 24 aprel 2023-cü il tarixdə saat 23 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndindən Hindarx qəsəbəsinə sifariş daxil olmuş və sifarişi qəbul edib Rəncbərlər kəndinə getmişdir. Həmin kənddə sonradan adını bildiyi X8, Şahid2, Faiqin arvadı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomaşına əyləşmişlər. Qəyanə Həsənova qabaq oturacaqda, digər sərnişinlər isə arxa oturacaqda əyləşmişlər. Avtomobili Rəncbərlər kəndindən Hindarx qəsəbəsi istiqamətinə hərəkət etdirmiş, Hindarx qəsəbəsinin giriş hissəsində təxminən 80 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ kənarında dayanmış “Mercedes Benz” markalı avtomobilin yolun sol tərəfinə hərəkət etməsini görmüş, həmin avtomobilə çatarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yolun ortasında saxlamış və bu zaman idarə etdiyi avtomobilin qabaq hissəsi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ortasından dəymişdir. Hadisə zamanı o və onun idarə etdiyi avtomaşında olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X8 xəsarət almışlar və Qəyanə Həsənova aldığı xəsarətlərdən vəfat etmişdir. Həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs da xəsarət almışdır. Hadisə onun və Təqsirləndirilən şəxs ehtiyyatsızlığından baş vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X9 ifadəsində göstərdi ki, 24 aprel 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi xzamanı qızı Zərərçəkmiş şəxs2 xısarət almışdır. Hazırda qızı Kəmalə Azərbaycan Respublikası hüdudlarında kənarda yaşayır və müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs heç bir şikayət yoxdur. Lakin, Təqsirləndirilən şəxs qızı Kəmaləyə köməklik etməsini istəyir. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. 24 aprel 2023-cü il tarixdə axşam saatlarında ailəvi olaraq Təqsirləndirilən şəxs evinə qonaq getmişlər. Evdə olan zaman Natiq Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində dostu Ellərin oğlunun sünnət toyu olacağı üçün onlara getməyi demiş, o da razılaşmışdır. Saat 23 radələrində onlar Natiqin evindən çıxmışlar və ona məxsus “Mercedes Benz” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili Natiq idarə etmişdir. Hindarx qəsəbəsinin girişinə çatarkən, artıq saat gec olduğu üçün toy evinə getməmək və geri qayıtmaq qərarına gəlmişlər. Bu məqsədlə Natiq avtomobili yolun sağ tərəfinə sürüb saxlamış, geri qayıdacağı üçün avtomobili sol tərəfə hərəkət etdirməyə başlamışdır. Onlar yolun ortasına çatanda arxadan gələn avtomobilin artıq onları vurmasını görüb Natiq özünü itirərək avtomobili hərəkət etdirmədən yolda dayanmışdır. Bu vaxt həmin avtomobil, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə onların avtomobilinin ortasından vurmuşdur. Hadisə zamanı Natiq xəsarət almış, hadisə yerinə gələn adamlarla birlikdə Natiqi avtomobildən çıxarıb xəstəxanaya aparmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs3 və onun idarə etdiyi avtomaşında olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X8 da xəsarət almışlar və Qəyanə Həsənova aldığı xəsarətlərdən vəfat etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsələr də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X19 Ağcabədi rayon şöbəsinin 25 aprel 2023-cü il tarixli, 18 saylı rəyindən görünür ki, X6 meyitində sağ alın sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, alının orta hissəsində, sol baldırda əzilmiş-cırılmış yaralar, sol əlin 1-ci barmağında səthi əzilmiş yaralar aşkar edilmişdir. Həmin xəsarətlər həyati olmaqla X6 bədəninin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 24 aprel 2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqədədirlər. X6 ölümünə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış qansızma, kəllə əsası və alın sümüklərinin sınıqları olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X19 Ağcabədi rayon şöbəsinin 18 may 2023-cü il tarixli, 290 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 dalağın cırılması (dalaq əməliyyat yolu ilə xaric edilmişdir), daxili qanaxma, başın sol gicgah nahiyəsində əzilmiş yara bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 24 aprel 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X19 Ağcabədi rayon şöbəsinin 02 iyun 2023-cü il tarixli, 324 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sifətin sol yarısında qançır və sol baldırda səthi əzilmiş yara xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 24 aprel 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X19 Ağcabədi rayon şöbəsinin 02 iyun 2023-cü il tarixli, 325 saylı rəyindən görünür ki, Şahid2 sağ gicgah-təpə nahiyəsində dərialtı hematoma xəsarəti aşkar edilmiş, həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 24 aprel 2023cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X19 Ağcabədi rayon şöbəsinin 06 iyun 2023-cü il tarixli, 336 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması; beyin silkələnməsi orta ağır dərəcə; alın-təpə nahiyəsində əzilmiş-cırılmış yaralar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 24 aprel 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X19 Ağcabədi rayon şöbəsinin 15 iyun 2023-cü il tarixli, 346 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol bud sümüyünün burmalar altı qəpəli yerdəyişmiş sınığı; sol sirkə kasasının köndələn yerdəyişmiş sınığı; sol bud-çanaq oynağında güclü dərəcədə hərəkət məhdudluğu bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 24 aprel 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən çox (35 %) hissəsinin daimi itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə sağlamlığa ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli 3-16-16/2-8/2076 saylı rəyindən görünür ki, “Mercedes-Benz C 220” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nın Hüsülü kənd İƏD üzrə nümayəndəliyinin 21 avqust 2023-cü il tarixli 683 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 may 2015-ci il təvəllüdlü X15, 07 may 2016-cı il təvəllüdlü X12, 15 sentyabr 2020-ci il təvəllüdlü X13 və 14 may 2023-cü il təvəllüdlü X14 adlı dörd nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 008736 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş AE 917801 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 24 aprel 2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “Mercedes-Benz C 220” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi-Ağdam avtomobil yolunun 23-cü km-də, Ağcabədi rayonunun Hindarx qəsəbəsinin mərkəzində keçən asfalt yolda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək idarə etdiyi avtomobili hərəkət hissəsinin sağ kənarından sola doğru manevr edərək 10 km/saat sürətlə hərəkətdə olarkən həmin yolda Ağdam rayonu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “MG 350” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq ehtiyyatsızlıqdan həmin avtomobillə toqquşması və nəticədə Zərərçəkmiş şəxs3 dalağın cırılması (dalaq əməliyyat yolu ilə xaric edilmişdir), daxili qanaxma, başınsol gicgah nahiyəsində əzilmiş yara xəsarətləri ilə müşayiət olunmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, “MG 350” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sifətin sol yarısında qançır və sol baldırda səthi əzilmiş yara xəsarətləri ilə müşayiət olunmaqla Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər, Şahid2 sağ gicgah-təpə nahiyəsində dərialtı hematoma xəsarəti ilə müşayiət olunmaqla Şahid2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, beyin silkələnməsi orta ağır dərəcədə, alın-təpə nahiyəsində əzilmiş-cırılmış yaralar xəsarətləri ilə müşayiət olunmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, X2 alın sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, alının orta hissəsində, sol baldırda əzilmişcırılmış yaralar, sol əlin 1-ci barmağında səthi əzilmiş yara xəsarətləri ilə müşayiət olunan və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla Qəyanə Həsənovanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə, himayəsində dörd nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X4 şikayətinin olmamasını, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halların olmasını, hadisə zamanı özünün də ümumi əmək qabiliyyətinin üçdə birindən çox (35 %) hissəsinin daimi itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasını, İİ qrup əlil olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. İş materiallarından görünür ki, hazırki cinayət işi Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən ayrılmış və hər iki təqsirləndirilən şəxs barəsində bir rəy, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli 3-16-16/2-8/2076 saylı rəyi alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 128 manat ekspertiza xərcinin yarısı, yəni 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İşdə mülki iddia, maddi sübut, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 128 manat ekspertiza xərcinin yarısı, yəni 64 (altımış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar