Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-179/2023 02.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs iştirakı ilə 01 avqust 1984-cü il tarixdə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 noyabr 2021-ci il tarixli qərarla “8 noyabr Zəfər Günü münasibətilə amnitiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının cəkilməmiş qalan hissəsindən azad edilmiş, hazıırki cinayət əməlini törədərkən əlavə cəzasını çəkib qurtarmamış, Xocavənd rayonunun Əmirallar kəndində qeydiyyatda olan, məcburi köçkün kimi Beyləqan rayonunun ərazisində yerləşən Yeni Xocavənd qəsəbəsi, ev 150də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə saat 17 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyi “X10 1840” markalı **-UH-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinə qoşulmuş “Feber” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə St.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən 106-cı kilometrliyində Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı olmalı halda bunu etməyərək sola doğru dönmə əməliyyatı edən zamanı yarımqoşqu sağa doğru sürüşmüş, ehtiyatsızlıqdan yarımqoşqunun arxa sağ tərəfi ilə yolun kənarında dayanmış Zərərçəkmiş şəxs1 sağ tərəfindən yolun sağ kənarından ortaya doğru 2.4 metr məsafədə vurmuş və nəticədə Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş sınığı, sağ qulaq seyvanının əzilmiş-cırımış yarası xəsarətləri ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, idarə etdiyi “X10 1840” markalı **-UH-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinə qoşulmuş “Feber” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi olsa da həmin avtomobili idarə etmək üçün müvafiq kateqoriyası yoxdur. 21 aprel 2023-cü il tarixdə saat 17:50 radələrində St.Mingəçevir- Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən 106-ci kilometrliyində Bərdə şəhəri istiqamətindən 30-40 km/saat surətlə hərəkətdə olarkən qarşısında hərəkətdə olan nömrəsini xatırlmadığı VAZ-2106 markalı avtomobil yolun sağ kənarında dayanmışdır. Həmin avtomobilin sol yanından keçərək Ağcabədi şəhəri istiqamətində dönərkən hava yağışlı olduğundan avtomobilin qoşqusu sürüşüb həmin avtomobildən düşüb dayanan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 dəymiş və Zərərçəkmiş şəxs1 yerə yıxmışdır. İdarə etdiyi avtomobili saxlamış, Zərərçəkmiş şəxs1 yaxınlaşana qədər Zərərçəkmiş şəxs1 həmin VAZ-2106 markalı avtomobilin sürücüsü avtomaşına qoyub Ağcabədi MRX-aparmışdır. O, da həmin avtomaşının arxasınca xəstəxanaya getmişdir. Xəstəxanada olarkən bütün xərcləri o, çəkmiş, Zərərçəkmiş şəxs1 bütün köməklikləri göstərmiş və Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Hazırda etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir və məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 21 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində həmkəndlisi Vüqarın idarə etdiyi VAZ-2106 markalı avtomobillə Xocavənd qəsəbəsində tikinti materiallları satılan mağazaya getmişlər. Qayıdarkən mağazaya düşmək istəmiş və Vüqar “Dörd-yol” deyilən ərazidə avtomobili yolun kənarında saxlamışdır. Arxa sərnişin yerində əyləşdiyindən arxa sol qapıdan düşüb yolun kənarında dayanaraq sol tərəfdən gələn avtomobilə baxarkən Ağcabədi şəhəri istiqamətində dönən yük avtomobilinin qoşqusu üzərinə doğru sürüşdüyünü görmüş və qoşqunun sağ tərəfi onun sağ tərəfindən vurub yerə yıxmışdır. Vüqar onu öz avtomobili ilə Ağcabədi RMX-na aparmışdır. Xəstəxanada olarkən sonradan adını bildiyi digər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da xəstəxanaya gəlmişdir. Təqsirləndirilən şəxs onun müalicəsinə yardım göstərmiş və ona bütün köməklikləri göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs hadisə ilə bağlı ondan üzr istəmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, “VAZ-21061” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil anası Cəfərova Firuzəyə məxsusdur. Avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. 21 aprel 2023-cü il tarixdə saat 17 radələrində Xocavənd qəsəbəsində tikinti materialları satılan mağazaya gedərkən Qorxmaz da onunla getmişdir. Mağazadan qayıdarkən kəndlərinin girişində Qorxmaz “Dörd yol” deyilən ərazidə düşmək istədiyini bildirmiş, o, avtomaşını saxlamış və Qorxmaz avtomaşından düşmüşdür. Həmin vaxt güclü yağış yağırdı və Qorxmaz avtomaşından düşəndən sonra Bərdə şəhəri istiqamətindən gəlib Ağcabədi şəhərinə dönmək istəyən “X10 1840” markalı **-UH-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə qoşulmuş “Feber” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun arxa hissəsi yol yaş olduğundan sürüşüb Qorxmaza dəymiş və Qorxmaz yıxmışdır. Avtomobildən düşüb Qorxmazı avtomobilinə mindirərək Ağcabədi MRX-na aparmışdır. Həmin yük avtomobilinin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs da onların arxasınca xəstəxanaya gəlmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 Ağcabədi rayon MTE və PA şöbəsinin 23 may 2023-cü il tarixli, 294 saylı rəyindən görünür ki, X3 bədənində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş sınığı, sağ qulaq seyvanının əzilmiş-cırılmış yarası, bərk küt əşyanın təsirindən törənmişdir, hərəkətdə olan avtomobilin vurması nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 21 aprel 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə bu xəsarətlər ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səsbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli 8/1365 saylı rəyindən görünür ki, “X10 1840” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin uyğunsuzluq olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 noyabr 2021-ci il tarixli qərarla “8 noyabr Zəfər Günü münasibətilə amnitiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının cəkilməmiş qalan hissəsindən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı X6 Müəssisəsinin 29 noyabr 2021-ci il tarixli, xx/xx-1365 saylı məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2021ci il tarixli qərarla “8 noyabr Zəfər Günü münasibətilə amnitiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən cəkilməmiş qalan əsas cəzadan azad edilmiş və haqqında çıxarılmış hökmün surəti əlavə cəzası hissəsinin icra edilməsi üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 02 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, 21 aprel 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış, hadisə Təqsirləndirilən şəxs təqsiri üzündən baş vermiş və Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 21 aprel 2023-cü il tarixdə saat 17 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyi “X10 1840” markalı **-UH-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinə qoşulmuş “Feber” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə St.Mingəçevir- Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən 106-cı kilometrliyində Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı olmalı halda bunu etməyərək sola doğru dönmə əməliyyatı edən zamanı yarımqoşqu sağa doğru sürüşmüş, ehtiyatsızlıqdan yarımqoşqunun arxa sağ tərəfi ilə yolun kənarında dayanmış Zərərçəkmiş şəxs1 sağ tərəfindən yolun sağ kənarından ortaya doğru 2.4 metr məsafədə vurması və nəticədə Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş sınığı, sağ qulaq seyvanının əzilmiş-cırımış yarası xəsarətləri ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 noyabr Zəfər Günü münasibətilə amnitiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən 22 noyabr 2021-ci il tarixli qərarla azadlıqdan məhrum etmə cəzasının cəkilməmiş qalan hissəsindən azad edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı X6 Müəssisəsinin 29 noyabr 2021-ci il tarixli, xx/xx-1365 saylı məktubu ilə haqqında olan hökmün surəti əlavə cəzası hissəsinin icra edilməsi üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş əlavə cəzasını hazırda çəkib qurtarsa da, o hazırki cinayət əməlini həmin əlavə cəzanı çəkib qurtarmadan törətmişdir. Buradan da göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi həm əvvəlki cinayət və həmçinin hazırki cinayət ehtiyyatsızlıqdan törədilmiş cinayətlər olduğundan yuxarıda göstərilən hal Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz və həmçinin hazırki vaxta kimi Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin qurtarması da nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halların olmasını, Xocavənd rayonundan məcburi köçkün olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını X6 müəssisəsində çəkməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olan “X10 1840” markalı **-UH-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinə qoşulmuş “Feber” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli X6 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalı və hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona bir il səkkiz ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını X6 müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli X6 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-179/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-179/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver