Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-18/2025 03.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-10/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum etmə və 5000 (beş min) manat cərimə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən, dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə və cərimə cəzaları ilə tam toplanılmaqla 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat cərimə cəzası təyin edilmiş, istintaq zamanı saxlanıldığı 2 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat cərimə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qızları Şahid3 və X1 müəllimlərin sertifikasiya imtahanında yüksək bal yazdıracağı, arvadı Şahid1 məktəb direktoru vəzifəsinə bərpa edəcəyi barədə vəd verərək, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq istifadəsində olan 5239-1517-4798-5342 nömrəli bank kartı vasitəsi ilə 21 aprel 2024-cü il tarixdə, saat 16:32-də 2000 manat, 25 aprel 2024-cü il tarixdə saat 09:30da vahid niyyət ilə 3000 manat, 13 may 2024-cü il tarixdə, saat 10:09-da vahid niyyət ilə 3000 manat, 28 may 2024-cü il tarixdə, saat 16:13-də vahid niyyət ilə 8000 manat, 30 may 2024-cü il tarixdə, saat 09:24-də vahid niyyət ilə 7000 manat, 12 iyul 2024-cü il tarixdə, saat 09:02-də 3000 manat pul vəsaitlərini qəsdən, vahid niyyət ilə, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq etibarından sui istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 26000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, onun iki azyaşlı uşaqları var. Rəsmi olaraq heç bir yerdə işləmir, işsizdir. 2010-cu ildən 2021-ci ilədək o, prokurorluq orqanlarında xidmət edirmiş. 2017-2018-ci ci illərdə digər rayonlar ilə yanaşı Beyləqan rayonunda yerləşən Xocavənd rayon Məhkəməsində də Dövlət İttihamının müdafiəsi işi ilə məşğul olurmuş. Həmin vaxt əvvəllər Xocavənd rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş Zərərçəkmiş şəxs qiyabı tanımışdır. Daha sonra onunla tanışlıqları yaranmışdır. 2018-ci ildə o, xidməti iş yerini dəyişdikdən sonra, Zərərçəkmiş şəxs görməmişdir. 2021-ci ildə isə o, prokurorluq orqanlarından xaric edilmişdir. Bundan sonra o, Gəncə və Bakı şəhərlərində yaşayıb. 2024-cü ilin təxminən fevral-mart aylarında Şəfahət onun ***-***-**-** nömrəsinə zəng edərək, Bakı şəhərinə gəlib onunla görüşmək istədiyini bildirmiş, o da Şəfahətlə razılaşmış və demiş ki, Bakı şəhərində olanda, ona xəbər etsin. Onlar 2024-cü ilin mart ayında Bakı şəhəri, Yasamal rayonu, “BakuMall” ticarət mərkəzinin qarşısında görüşmüşlər. Şəfahət orada ona iki qızına müəllimlərin sertifikasiya imtahanından kəsildiyini, növbəti imtahandan keçmələrinə köməklik etmək, həmçinin həyat yoldaşını direktor vəzifəsində bərpa olunmasına köməklik göstərməyini ondan xahiş etmişdir. O, ilk öncə bu işlərdə Şəfahətə həqiqətən kömək edə biləcəyini düşünüb razılıq vermişdir. Fikirləşmiş ki, pulları Şəfahətdən aldıqdan sonra təhsil sahəsindən kimisə tapıb işi düzəldə bilər. Daha sonra çoxsaylı telefon danışıqlarında Şəfahətdən bu işlərin düzəlməsi üçün cəmi 23000 manat pul vəsaitini lazım olduğunu demiş, sonra əlavə 3000 manat da istəmişdir. Şəfahət onunla razılaşmış və demiş ki, pulları hissə-hissə göndərəcək və xahiş emiş ki, o, ilk olaraq qızlarının işlərini həll etsin, sonra isə arvadının direktorluq vəzifəsinə bərpa olunması məsələsinə keçsin. O da Şəfahətlə razılaşmışdır. Şəfahət həmin pulları 2024-cü ilin aprel-iyul ayları ərzində onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 5239- 1517-4798-5342 nömrəli bank kartına göndərmişdir. Bu işlərlə maraqlanıb pulla həll olunması mümkün olmayan işlər olduğunu öyrənsə də, çox saylı borcları olduğu üçün, Zərərçəkmiş şəxs verdiyi pulları almış və digər şəxlərə olan borclarını qaytarmışdır. Lakin başqa maddi gəliri olamdığı üçün Zərərçəkmiş şəxs ümumilikdə aldığı 26000 manat pul vəsaitlərini qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs ilə 2024-cü ilin mart ayında Bakı şəhəri, Yasamal rayonu, “BakuMall” ticarət mərkəzinin qarşısında görüşərkən, Şəfahət ondan xahiş etmiş ki, müəllimlərin sertifikasiya imtahanından kəsildiyi iki qızlarını növbəti imtahandan keçmələrinə köməklik etsin, həmçinin həyat yoldaşını direktor vəzifəsində bərpa olunmasına köməklik göstərsin. O da Şəfahətlə razılaşmışdır. Bunun müqabilində Şəfahət onun adına və istifadəsində olan Kapital Bank ASC-yə məxsus 5239-1517-4798- 5342 nömrəli bank kartına 2024-cü ilin aprel-iyul ayları ərzində ümumilikdə 26000 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs adlığı pulları isə şəxsi ehtiyacları üçün xərcləmiş, Şəfahətin işi ilə bağlı heç bir hərəkət etməmişdir. Hazırda o, məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Zərərçəkmiş şəxs vurduğu 26000 min manat maddi ziyanın 16000 min manat hissəsini ödənilməsini, qalan məbləğlə bağlı aralarında razılıq əldə etdiyini, zərərçəkmiş şəxslə barışdığını, heç bir şikayətinin olmamasını, törətdiyi əməldən səmim peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, AR CM-nin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 2017-2018-ci illərdən etibarən tanıyır. Odur ki, həmin vaxtlar o, Xocavənd rayonu təhsil şöbəsinin müdiri işləyirmiş, Nicat isə həmin vaxtlar prokurorluq orqanlarında çalışırmış və iş ilə bağlı Beyləqan rayonunda yerləşən Xocavənd rayonu Məhkəməsinə gələndə, Nicatla məhkəmədə tanış olmuşlar. Sonradan isə Nicatın xidmət yeri dəyişdiyindən o Nicatı görməmişdir. 2024-cü ilin aprel ayının ortalarında o, Nicata zəng edib qızları Şahid3 və X1 müəllimlərin sertifikasiya imtahanında yüksək bal yazdırmaq və həyat yoldaşı Şahid1 direktorluq vəzifəsində bərpa etmək üçün adam axtardığını bildirmiş və Nicatdan kömək istəmiş, fikirləşmiş ki, Nicat ona kömək edə bilər. Nicat isə ona bu işdə kömək edə biləcəyini bildirmiş və demiş ki, Bakıda olanda Nicata xəbər edib görüşək və bu işləri ətraflı müzakirə etsinlər. O da Nicatla razılaşmışdır. Bundan təxminən 2-3 gün sonra o, Bakıya getmiş və Nicatla əlaqə saxlayıb Bakıda olduğunu bildirmişdir. Onlar Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin qarşısında deyilən yerdə görüşmüşlər. Görüş zamanı o, bir daha iki qızını müəllimlərin sertifikasiya imtahanından kəsildiyini, növbəti imtahandan keçmələrinə köməklik etməyini, həmçinin həyat yoldaşını direktor vəzifəsində bərpa olunmasına köməklik göstərməyini Nicatdan xahiş etmişdir. Nicat da ona təhsil sahəsində tanışların olduğunu və onun işini düzəldə biləcəyini bildirmişdir. Nicat ona həyat yoldaşının işini 10000 manata, qızlarının işini hər ikisinin ayrıayrılıqda 8000 manata, bununla da ümumilikdə 26000 manata düzəldə biləcəyini bildirmişdir. O da Nicatla razılaşmış və demiş ki pulları hissə-hissə göndərəcək. Nicat buna etiraz etməmişdir. O da danışıqlarına uyğun olaraq hissə-hissə, Nicat istədikçə Nicatın ona təqdim etdiyi 5239-1517-4798-5342 nömrəli bank kartına Ağcabədi rayonu, 556 saylı qəsəbədə yerləşən Qarabağ marketdən, terminal vasitəsi ilə 21 aprel 2024-cü il tarixdə, saat 16:32-də 2000 manat, 25 aprel 2024-cü il tarixdə saat 09:30-da 3000 manat, 13 may 2024-cü il tarixdə, saat 10:09-da 3000 manat, 28 may 2024-cü il tarixdə, saat 16:13-də 8000 manat, 30 may 2024-cü il tarixdə, saat 09:24-də 7000 manat, 12 iyul 2024-cü il tarixdə, saat 09:02-də 3000 manat pul göndərməklə ümumilikdə Nicata 26000 manat pul göndərmişdir ki, Nicat qızları və həyat yoladşının işlərini düzəltsin, lakin buna baxmayaraq o, hər dəfə Nicata zəng edib işin nə yerdə olduğu ilə maraqlananda Nicat ona müxtəlif bəhanələr gətirərək işini tez bir zamanda düzələcəyini bildirmişdir. İş uzandıqda isə başa düşmüş ki, Nicat onu aldadır, və qızları ilə həyat yoldaşının işlərinin düzəlməsində heç bir hərəkət etməmişdir. Aldığı pulları isə geri qaytarmamışdır. Hazırda o, məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs ona vurulmuş 26000 min manat maddi ziyanın 16000 min manat hissəsini ödəmiş, qalan məbləği hissə-hissə ödəmək ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayəti yoxdur. Odur ki Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, 2002-ci ildən 2023-cü il tarixədək Xocavənd rayonu, Xocavənd kəndində 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləmiş, ixtisasça tarix müəllimi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə o şəxsən heç vaxt görmədiyini, qiyabi olaraq Şəfahətdən adını eşitdiyini bildirmişdir. Nicat Şəfahətə söz vermişdir ki, 26000 manat pul vəsaitinin müqabilində onu direktorluq vəzifəsində bərpa edəcək, qızları Şahid3 və X1 isə müəllimlərin sertifikasiya imtahanında yüksək bal yazdıraraq, sonuncuları müəllimlərin sertifikasiya imtahanından keçirəcəkdir. Nicat Şəfahətə onun işi üçün 10000 manat, qızlarının hər birisinin işi üçün isə ayrı-ayrılıqda 8000 manat pul lazım olacağını bildirmişdir. Danışıqlarına uyğun olaraq Şəfahət Nicatın təqdim etdiyi 5239-1517-4798- 5342 nömrəli bank kartına 21 aprel 2024-cü il tarixdə, saat 16:32-də 2000 manat, 25 aprel 2024-cü il tarixdə saat 09:30-da 3000 manat, 13 may 2024-cü il tarixdə, saat 10:09-da 3000 manat, 28 may 2024-cü il tarixdə, saat 16:13-də 8000 manat, 30 may 2024-cü il tarixdə, saat 09:24-də 7000 manat, 12 iyul 2024-cü il tarixdə, saat 09:02-də 3000 manat pul göndərməklə ümumilikdə Nicata 26000 manat pul göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təstiq etdilər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azercell MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsinə dair protokoldan aydın olur ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif mobil telefon nömrəsinə zənglər olunaraq danışıqlar aparılması və Azərcell MMC-dən daxil olmuş CD-diskin “abunəçilər” kateqoriyasına daxil olduqda həmin nömrənin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Bundan başqa “antenanın əhatə dairəsində olması barədə məlumatlar” kateqoriyasına daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2024-cü il tarixdə saat 08:48-də “Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi” əhatə dairəsindən “Ağcabədi rayonu, Ağabəyli kəndi” (Zərərçəkmiş şəxs yaşadığı 556 saylı qəsəbə ilə qonşu ərazi) əhatə dairəsində olan və ***-***-**-** saylı mobil nömrədən istifadə edən iş üzrə Zərərçəkmiş şəxs ilə əlaqə saxlaması müəyyən edilmişdir. Eyni zamanda hər hansı bir maraq doğuran smslərin olması müəyyən edilməmişdir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 noyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq sənədləri ilə kifayət qədər sübuta yetirildiyindən 05 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs qəsdən istintaqdan gizləndiyinə görə həmin ittihamı ona elan etmək mümkün olmadığından həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 dekabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan və cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2024-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq Ağcabədi RPŞ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə iş üzrə icraat təzələnmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 4(017)-116/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli 4(017)-119/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Bakı şəhər Narkoloji Mərkəzin PHŞ-nin 23 dekabr 2024-cü il tarixli, 6794 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər narkoloji Mərkəzində qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin 24 dekabr 2024-cü il tarixli, 3-28-29/2-398/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş 23 dekabr 2024-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, İmişli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırkı təyin olunmuş cəza ilə tam toplanmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-10/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə və 5000 (beş min) manat cərimə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən, dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə və cərimə cəzaları ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat cərimə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 1(036)-10/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CMnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 01 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası AR CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki təyin olunmuş cəza ilə tam toplanmaqla üzərində qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması və 01 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində olan İmişli Rayon Məhkəməsinin 1(036)-10/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2024-cü il tarixli göstərişi azadlığın məhdudlaşdırılması cəzası hissəsində xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Ağcabədi Rayon Məhkəməsinin 4(017)- 116/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbsqətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəza müddətinin axımı xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. İmişli Rayon Məhkəməsinin 1(036)-10/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə 01 ay 10 gün hissəsi çəkilmiş, 01 il 10 ay 20 gün hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs 5000 manat cərimə cəzası təyin edilməsinə dair İmişli Rayon Məhkəməsinin 1(036)-10/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü, hökmün icrası barədə xx.xx.2024-cü il tarixli göstərişi cərimə cəzası hissəsində xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs tərəfindən hökmlə təyin edilmiş 5000 manat cərimə cəzasının 400 manat hissəsi onun tərəfindən ödənilmiş, ödənilməmiş məbləğ 4600 manat təşkil edir. Təqsirləndirilən şəxs 01 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməsinə dair İmişli Rayon Məhkəməsinin 1(036)-10/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü, hökmün icrası barədə xx.xx.2024-cü il tarixli göstərişi əlavə cəza hissəsində xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Təqsirləndirilən şəxs əlavə cəza müddətinin əvvəli Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün qanuni qüvvəsini aldığı tarixdən hesablanmış və xx.xx.2024-cü il tarixdə başa çatdığı üçün həmin tarixdə əlavə cəza hissəsində qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş 26000 min manat maddi ziyanın 16000 min manat hissəsini ödəmiş, qalan məbləği hissəhissə ödəmək ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayəti yoxdur. Odur ki Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs vurduğu 26000 min manat maddi ziyanın 16000 min manat hissəsini ödənilməsini, qalan məbləğlə bağlı aralarında razılıq əldə etdiyini, zərərçəkmiş şəxslə barışdığını, heç bir şikayətinin olmamasını, törətdiyi əməldən səmim peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, AR CM-nin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan halları cəzanə yüngülləşdirən hallar kimi nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı X5 (xx.xx.2017-ci il təvəllüdlü) və X4 (xx.xx.2016-cı il təvəllüdlü) adlı uşaqları var. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli AR CM-nin 178.2.4-cü madəsilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun az ağır cinayət törətməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını və dəymiş ziyanın çox hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmadan nəzarət altında saxlanmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs İmişli rayon Məhkəməsində baxılan cinayət işində saxlanıldığı Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 92/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması və 5000 (beş min) manat cərimə cəzanın ödənilməmiş qalan 4600 manat hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən, cərimə cəzası tam toplanılmaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası və cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər, Nərimanov rayon Məhkəməsində baxılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət, bundan başqa hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə, xx.xx.2024-cü il tarixdən bu günədək, yəni xx.xx.2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı beş ay iyirmi gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının on bir ay on günü, təyin edilmiş cəzasından çıxılmalı Təqsirləndirilən şəxs üzərində qəti cəza və cərimə cəzası saxlanılmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirənin olamamsı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 92/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması və 5000 (beş min) manat cərimə cəzanın ödənilməmiş qalan 4600 manat hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən, cərimə cəzası tam toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 4600 (dörd min altı yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə, xx.xx.2024-cü il tarixdən bu günədək, yəni xx.xx.2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı beş ay iyirmi gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının on bir ay on günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq iki il iyirmi gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4600 (dörd min altı yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, electron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirənin olamamsı nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220(iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-18/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-18/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver