Məhkəmə qərarları › İş №1(017)-181/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-181/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-181/2023 26.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 22 radələrində Ağcabədi rayonunun Avşar kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin daş hasarından keçməklə evin həyətinə daxil olub yerdə olan dəmir kuvaltı götürərək həyətdə yeləşən köməkçi tikilinin plastik pəncərəsində olan toru çıxarıb pəncərədən qanunsuz olaraq köməkçi tikiliyə daxil olaraq özü ilə götürdüyü dəmir kuvalt ilə həmin köməkçi tikilidə yerləşən pəncərənin üzərinə vurulmuş dəmir barmaqlıqları sındırıb pəncərədən köməkçi tikiliyə bitişik yerləşən saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq mağazanın kassasından 300 manat məbləğində kağız və qəpik əskinaslarında pulu, 100 manat dəyərində 1,2 və 3 manatlıq "xxxx" MMC-yə aid danışıq kartlarını, mağazanın rəfindən 100 manat dəyərində 25 ədəd “Sobraniye” markalı siqaret qutularını gizli olaraq talamaqla oğurluq edib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 500 manat məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Avşar kənd sakini Zərərçəkmiş şəxs ilə qohumluq əlaqəsi vardır. Zərərçəkmiş şəxs yaşadığı evə bitişik ərzaq mağazası vardır. 13 iyul 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs mağazasına gedib sprtli içki alaraq yaşadığı evə qayıdıb içmişdir. Həmin gün, yəni 13 iyul 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs evinin qarşısına getmiş və evin işıqlarının sönülü olduğunu görüb Valehin mağazasından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hasardan Zərərçəkmiş şəxs evinin həyətinə keçmiş, həyətində olan 01 ədəd balta kuvaltı götürüb həyətdəki mətbəxin pəncərəsinin üzərində olan plastik toru əli ilə itələyib içəri daxil olmuşdur. Daxil olduğu otaqdan evin digər otağına keçən pəncərənin üzərində olan dəmir barmaqlıqları əlində olan balta kuvaltla sındırdıqdan sonra həmin otağa daxil olmuşdur. Həmin otaqdan da taxta qapını açıb mağazaya daxil olmuş və mağazada olan masanın masanın altından bir ədəd karobka qutusunu görmüşdür. Həmin qutunun içərisində 50 manatlıq pul əskinasları və 10 manatlıq qəpik əskinaslarını götürmüşdür. Pul götürdüyü yerdə "xxxx" MMC-yə məxsus 1,2,3 manatlıq danışıq kartlarının da olduğunu görüb həmin kartları və siqaret qutusunu da götürmüşdür. Bundan sonra, daxil olduğu qaydada mağazadan çıxmış, balta kuvaldı evin həyətinə atmış və daxil olduğu hasardan keçib evinə getmişdir. Oğurladığı "xxxx" MMC-yə məxsus 1,2,3 manatlıq danışıq kartlarını saymışdır. Ümumilikdə 63 manatlıq sim-sim ödəniş kartlarının olduğunu görmüşdür. Oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Pulu qurtardıqdan sonra o, fikirləşmişdir ki, Valehin evindən oğurladığı sim-sim ödəniş kartlarını aparıb satsa əlavə qazanc əldə edər. 17 iyul 2023-cü il tarixdə saat 21 radələrində sim-sim ödəniş kartlarını da götürüb həmkəndlisi Şahid məxsus yaşadığı kənddə yerləşən ərzaq mağazasına getmişdir. Mağazaya daxil olan zaman Şakirə sim-sim ödəniş kartlarını satmaq istədiyini demişdir. Şakir ondan həmin kartların oğurluq olub-olmadığını soruşmuş, o, isə həmin kartları dostundan aldığını demişdir. Bundan sonra, Şakir ona həmin kartlar üçün 55 manat pul vermiş, əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmiş, hadisə ilə əlaqədar üzr istəyərək onunla barışmış və zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 13 iyul 2023-cü il tarixdə saat 21 radələrində həyətində olan mağazanı bağlayıb ailə üzvlərilə birlikdə kənddə yaşayan nəvəsinin ad gününə getmişdir. Saat 23 radələrində yaşadığı evə gəlmiş və evin həyətində olan mətbəx pəncərəsinin açıq olduğunu görmüşdür. O, mətbəxə daxil olan zaman mətbəxdə olan mağazanın dəmir barmaqlıqlarının sındırıldığını da görmüşdür. Mağazaya daxil olmuş, mağazaya baxarkən kassada olan 300 manat dəyərində kağız və qəpik pulların, 100 manat dəyərində, yəni biri 4 manat olmaqla 25 ədəd “Sobranie” markalı siqaretin, 100 manat dəyərində "xxxx" MMCyə məxsus 1,2 və 3 manatlıq danışıq kartlarının oğurlandığını görmüşdür. Bundan sonra, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Oğurluq nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, ondan üzr istəmiş, o da Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlidkə Ağcabədi rayonunun Avşar kəndində yaşayır və yaşadığı evə bitişik ərzaq mağazası vardır. Təqsirləndirilən şəxs onun qohumudur. 17 iyul 2023-cü il tarixdə saat 21 radələrində işlədiyi mağazada olarkən Təqsirləndirilən şəxs mağazaya gələrək "xxxx" MMC-yə məxsus sim-sim konturları satmaq istədiyini bildirmişdir. O, həmin sim-sim ödəniş kartlarının haradan əldə etməsini soruşarkən Aslan həmin kartları dostunun ona verdiyini, hazırda pula ehtiyacı olduğu üçün satmaq istədiyini ona bildirmişdir. O, həmin kartlara baxmış, onların içərisində 1,2,3 manatlıq ödəniş kartları olmuşdur. Ümumilikdə 63 manatlıq ödəniş kartlarına 55 manat pul verib Aslandan almışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı "xxxx" MMC-yə məxsus sim-sim konturlarını Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 19 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, oğurluq nəticəsində ona 500 manat ziyan dəymiş, həmin ziyzn Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ona ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 21 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, 13 iyul 2023-cü il tarixdə saat 22 radələrində Ağcabədi rayonunun Avşar kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin daş hasarından keçməklə evin həyətinə daxil olub yerdə olan dəmir kuvaltı götürərək həyətdə yeləşən köməkçi tikilinin plastik pəncərəsində olan toru çıxarıb pəncərədən qanunsuz olaraq köməkçi tikiliyə daxil olaraq özü ilə götürdüyü dəmir kuvaltla həmin köməkçi tikilidə yerləşən pəncərənin üzərinə vurulmuş dəmir barmaqlıqları sındırıb pəncərədən köməkçi tikiliyə bitişik yerləşən saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq mağazanın kassasından 300 manat məbləğində kağız və qəpik əskinaslarında pulu, 100 manat dəyərində 1,2 və 3 manatlıq "xxxx" MMC-yə aid danışıq kartlarını, mağazanın rəfindən 100 manat dəyərində 25 ədəd “Sobraniye” markalı siqaret qutularını gizli olaraq talamaqla oğurluq edib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 500 manat məbləğdə maddi ziyan vurması məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.3-cü maddələrinin dispozisiyasına görə məsuliyyət yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 18 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 iyul 2023-cü il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar