Məhkəmə qərarları › İş №1(017)-187/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-187/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-187/2023 23.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi “Ford Transit” yük markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir- Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Qiyamaddınlı kəndi ərazisindən keçən 86-cı kilometrliyində Mingəçevir şəhəri istiqamətində 70 km/saat surətlə hərəkətdə olarkən "X5" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşısında onunla eyni istiqamətdə “MTZ 80” markalı qoşqulu traktorun hərəkətdə olmasını nəzərə alaraq onunla təhlükəsiz ara məsafəsi saxlamalı və yaxud hərəkətin təhlükəsizliyini təmin etməklə “MTZ 80” markalı traktoru ötüb keçməli olmalı halda bunu etməyərək ehtiyyatsızlıqdan qabaq tərəfi ilə onunla eyni istiqamətdə 20-30 km/saat surətlə hərəkətdə olan Şahid4 idarə etdiyi “MTZ 80” markalı 04-K-381 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş nömrəsi məlum olmayan lapedin arxasından yolun sağından soluna doğru 2.8 metr məsafədə toqquşmuş, idarə etdiyi avtomobil geriyə doğru hərəkət edərək həmin toqquşma nöqtəsindən 6 metr geridə Beyləqan rayonu istiqamətindənhərəkətdə olan Şahid2 60 km/saat surətlə idarə etdiyi “Mercedes Benz 190” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ kənarından ortaya doğru 3.4 metr məsafədə toqquşmuş, nəticədə “Mercedes Benz 190” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 sağ said sümüyünün yerdəyişən sınığı, sol saiddə bir ədəd qançır xəsarətləri ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sağ diz oynağında yara, sağ almacıq nahiyəsində, sağ gicgah nahiyəsində, burnun sağ yan səthində yaralar, sağ gözün ətrafında yumşaq toxumaların əzilməsi, əl daraq sümüklərinin qapalı yerdəyişən sınıqları, sağ dirsək sümüyünün qapalı yerdəyişən sınığı xəsarətləri ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər və Zərərçəkmiş şəxs3 açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sağ təpə-gicgah sümüyünün basılmış çoxsaylı qəlpəli sınıqları xəsarətləri ilə müşayiət olunan yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə yanaşı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. “Ford Transit” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili kirayə götürüb “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə ilə idarə edir. 08 may 2023-cü il tarixdə saat 20 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 onu fəhləsi Zərərçəkmiş şəxs3 ilə birlikdə Yevlax rayonunun Malbinəsi kəndinə, oradan da Ağcabədi şəhərinə qəbirdaşı almağa aparmağı xahiş etmişdir. O, da Rəvanla razılaşmış və Yevlax rayonunun Malbinəsi kəndinə getmişlər və oradan da Ağcabədi şəhərinə getmişlər. Saat 21:30 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolu ilə Mingəçevir şəhəri istiqamətində 70 km/saat surətlə hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkətdə olan arxasında işıqları olmayan “MTZ 80” markalı traktoru vaxtında görməmiş və məsafə az olduğundan idarə etdiyi avtomobilin qabaq sağ tərəfi traktorun lapedinin arxası ilə toqquşmuş və toqquşandan sonra idarə etdiyi avtomobil geriyə doğru gedərək arxadan gələn “Mercedes Benz 190” markalı avtomobillə toqquşmuşdur. Nəticədə “Mercedes Benz 190” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2, onun idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xəsarət almışlar. Hadisə yerinə gələn X7 avtomobili ilə onları Ağcabədi RMX-na aparmışdır. Hazırda zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslərlə barışmış və zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində və ifadəsində göstərdi ki, O, Fərdi qaydada qəbir daşı düzəldir. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Rəşad da yük daşımaqla məşğul olur. 08 may 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs onu yük avtomobili ilə Yevlax rayonuna, oradan da Ağcabədi rayonuna aparmasını xahiş etmiş və Rəşad da onunla razılaşmışdır. O və onun yanında fəhlə işləyən Zərərçəkmiş şəxs3 Rəşadın idarə etdiyi “Ford Transit” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonunun Malbinəsi kəndinə, oradan da Ağcabədi şəhərinə getmişlər. Saat 21:30 radələrində Ağcabədi şəhərindən qayıdarkən, yəni Mingəçevir-Bəhrəmtəpə yolu ilə Mingəçevir şəhəri istiqamətində 70 km/saat surətlə hərəkətdə olarkən Rəşad qarşılarında eyni istiqamətdə hərəkətdə olan arxasında işıqları olmayan “MTZ 80” markalı traktoru vaxtında görməmiş, avtomobilin qabaq sağ tərəfi traktorun lapedinin arxa hissəsi ilə toqquşmuş, daha sonra Rəşadın idarə etdiyi avtomobil geriyə doğru gedərək arxadan gələn “Mercedes Benz 190” markalı avtomobillə toqquşmuşdur. Xəsarət aldığı üçün onu Ağcabədi MRX-ya aparmışlar. Hadisə ehtiyyatsızlıq üzündən baş vermiş, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində və ifadəsində göstərdi ki, əri Şahid2 məxsus “Mercedes Benz 190” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 08 may 2023-cü il tarixdə əri ilə birlikdə Ağcabədi şəhərinə getmişlər. Həmin gün saat 21:30 radələrində həmin avtomobillə Ağcabədi şəhərindən məskunlaşdıqları Qiyamadınlı kəndinə doğru St.Mingəçevir-Bəhrəmtəpə yolu ilə hərəkətdə olarkən onlardan təxminən 30-40 metr qarşıda olan “Ford Transit” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında hərəkətdə olan traktorun lapedi ilə toqquş, daha sonra “Ford Tranzid” markalı avtomobil zərbənin təsirindən arxası sola doğru istiqamətlənərək onların avtomobilinin qabaq sol tərəfi ilə “Ford Tranzit” markalı avtomobilin sağ tərəfi toqquşmuşdur. Qəza nəticəsində sağ əlindən xəsarət aldığı üçün onu yoldan keçən avtomobillə Ağcabədi MRX-ya aparmışlar. Hadisə ehtiyyatsızlıq üzündən baş vermiş, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, “MTZ-80” markalı 04-K-381 dövlət qeydiyyat nişanlı traktor qohumu Şahid3 məxsusdur. Təsərrüfat işlərində istifadə etmək üçün həmin traktorundan istifadə edir. 08 may 2023-cü il tarixdə xalası oğlu Bilalla onun sahəsindən ot gətirməyə getmişlər. Saat 21:30 radələrində otu yığıb St.Mingəçevir-Bəhrəmtəpə yolu ilə kəndlərinə doğru hərəkətdə olarkən tarktorun lapedinə zərbə dəymiş və zərbənin təsirindən laped traktordan ayrılmışdır. Traktoru saxlamış və ona məlum olmuşdur ki, Ağcabədi şəhərindən gələn “Ford Transit” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq tərəfi ilə onun idarə etdiyi traktorun lapedinin arxasından toqquşmuş, “Ford Transit” markalı avtomobil geriyə doğru gedib arxadan gələn Yolçu Hağıyevin idarə etdiyi “Mercedes Benz 190” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı “Mercedes Benz 190” markalı avtomobildə olan Zərərçəkmiş şəxs2, “Ford Transit” markalı avtomobildə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xəsarət aldıqları üçün onları hadisə yerinə gələn X7 avtomobili ilə Ağcabədi RMX-ya yola salmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes Benz 190” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 08 may 2023-cü il tarixdə saat 19:30 radələrində idarə etdiyi həmin avtomobillə Ağcabədi şəhərindən arvadı Zərərçəkmiş şəxs2 ilə məskunlaşdığı Qiyamadınlı kəndinə doğru gedərkən St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Qiyamadınlı kəndindən keçən hissəsində təxminən 30-40 metr qarşıda “Ford Transit” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında hərəkətdə olan traktorun lapedi ilə qəfildən toqquşaraq arxası sola doğru istiqamətlənmiş, əyləci basaraq avtomobili sola doğru döndərsə də, qəzadan yayınmaq mümkün olmamış və avtomobilnin qabaq sol tərəfi “Ford Transit” markalı avtomobilin sağ tərəfinə dəymişdir. Hadisə zamanı arvadı Zərərçəkmiş şəxs2, “Ford Transit” markalı avtomobildə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xəsarət aldıqları üçün onları Ağcabədi RMX-ya aparmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, “MTZ 80” markalı, 04-K-381 dövlət qeydiyyat nişanlı traktor və ona qoşulmuş laped ona məxsusdur. Şahid4 onun qohumudur. 08 may 2023-cü il tarixdə saat 15 radələrində Təyyar traktoru səhədən otunu gətirmək üçün istəmiş və o da etiraz etməmişdir. Həmin gün saat 21:30 radələrində Təyyar otu St.Mingəçevir-Bəhrəmtəpə yolu ilə kəndə gətirərkən arxadan gələn “Ford Transit” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona arxadan dəydiyini, traktorun da arxadan gələn digər “Mercedes Benz 190” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəydiyini eşitmiş və hadisə yerinə getmişdir. Hadisə yerində olarkən ona məlum olmuşdur ki, “Mercedes Benz 190” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2, “Ford Transit” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xəsarət aldıqları üçün onları Ağcabədi RMX-na aparmışdır. Məhkəmə istintaqında iştirak etməsə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən və məhkəməyə ünvanladığı teleqramdan görünür ki, 08 may 2023-cü il tarixdə saat 20 radələrində baş vermiş hadisə nəticəsində xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT X6 Şəxsin Ağcabədi rayon şöbəsinin 15 may 2023-cü il tarixli 282 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Müseyib qızının məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ said sümüyünün yerdəyişən sınığı, sol saiddə bir ədəd qançır bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 08 may 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə müvəqqəti pozulduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT X6 Şəxsin Ağcabədi rayon şöbəsinin 25 may 2023-cü il tarixli 328 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-açıq kəllə-beyin travması, baş-beynin yüngül dərəcəli əzilməsi, sağ təpə-gicgah sümüyünün basılmış çoxsaylı qəlpəli sınıqları qərarda göstərilən 08 may 2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT X6 Şəxsin Ağcabədi rayon şöbəsinin 30 may 2023-cü il tarixli 329 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ diz oynağında yara, sağ almacıq nahiyəsində, sağ gicgah nahiyəsində, burnun sağ yan səthində yaralar, sağ gözün ətrafında yumşaq toxumaların əzilməsi, əl daraq sümüklərinin qapalı yerdəyişən sınıqları, sağ dirsək sümüyünün qapalı yerdəyişən sınığı, qərarda göstərilən 08 may 2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə müvəqqəti pozulduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli 8/1581 saylı rəyindən görünür ki, “Ford Transit” markalı, **-SA-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə istintaqı zamanı da müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmış, zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur və onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət təqibinə xitam verilməli və onun əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu gündən ləğv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 350 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olan “Ford Transit” yük markalı **-SA-*** dövlət qeydiyyat nömrəli avtomobilin və “MTZ 80” markalı, 04-K-381 dövlət qeydiyyat nömrəli nişanlı qoşqulu traktorun və həmin traktora qoşulmuş sənədsiz lapedin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 344-347, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu gündən ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin. İş üzrə 350 (üç yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülsün. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar