Məhkəmə qərarları › İş №1(017)-188/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-188/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-188/2023 17.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun vəkili Ağcabədi rayon Vəkil bürsunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 2002-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində ünvan ünvanda yaşayan tanışı Zərərçəkmiş şəxs onunla zarafat etməsinə irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vuraraq ona alt çənə cisminin və əsas çıxıntısnın sınıqları, ağız boşluğunun selikli qişasında qansızma ilə nəticələnən xəsarəti yetirməklə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, O, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ağcabədi şəhər sakini Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, aralarında ədavət düşmənçilik yoxdur. 13 sentyabr 2023-cü il tarixdə təxminən axşam saat 23 radələrində yaşadığı evə gedən zaman tanışı Zərərçəkmiş şəxs və qardaşı Raili yaşadıqları evin qarşısında görmüş və onlara yaxınlaşıb salam vermişdir. O, Yusif və qardaşı Raillə bir az söhbət etdikdən sonra Yusif onu çoxdandır tanıdığı üçün ona xoşagəlməz zarafatlar etməyə başlamış, oda həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün Yusifin etdiyi zarafat ona xoş olmamış və bir dəfə Yusifin sifət nahiyyəsinə yumruqla vurmuşdur. O, Yusifi vurduqdan sonra Yusif əlini sifətinə tutaraq yerə oturmuşdur. Sonra Rail onları sakitləşdirmiş, oda çıxıb evinə getmişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışlar. Ona görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan ünvanda yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs bir neçə il bundan əvvəl oxuduğu Ağcabədi şəhəri 8 saylı tam orta məktəbdən tanıyır. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 13 sentyabr 2023-cü il tarixdə axşam saat təxminən 23 raələrində qardaşı Şahidla birlikdə Üz.Hacıbəyli prospektində yerləşən yaşadığı evin qarşısında olan zaman Təqsirləndirilən şəxs gəldiyini görmüşdür. Vüsal onlara yaxınlaşıb salam vermiş və onlarla söhbət etməyə başlamışdır. Söhbət əsnasında o, Vüsalla zarafat etmiş, lakin onun etdiyi zarafat Vüsalın xoşuna gəlməmiş və aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs mübahisə əsnasında onun sifət nahiyyəsinə bir dəfə yumruqla vurmuşdur. Vüsal onu vurduqdan sonra o, əlini üz nahiyyəsinə tutaraq yerə oturmuş, qardaşı Rail onları sakitləşdirmiş və Vüsalı oradan uzaqlaşdırmışdır. Bundan sonra o, çıxıb polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəyərək barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Hazırda əməli törətmiş şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X1» Publik Hüquqi şəxsin 15 sentyabr 2023-cü il tarixli, 554 saylı ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində olan xəsarət - alt çənə cisminin və əsas çıxıntısının sınıqları; ağız boşluğunun selikli qişasında qansızma – küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulması nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi» Publik Hüquqi şəxs Ağcabədi rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 16 sentyabr 2023-cü il tarixli, 1096 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin poliklinka şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai – xüsusi ittiham qaydasında cinayət təqibinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar