Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-189/2023 01.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Ağcabədi şəhəri, Z.Adgözəlov küçəsi ev 56-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(017)-1688/2017 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(017)-603/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5040,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xx.xx.2012-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, onların faktiki nikahlarından 2013-cü ildə Nihad adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2014-cü ilin avqust ayında Zərərçəkmiş şəxs ondan ayrılaraq uşağı ilə birlikdə ayrı yaşayır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Ağcabədi rayonunda müxtəlif yerlərdə usta işləməklə hər ay 400-500 manat qazancı olurdu. Bundan sonra Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə iddia qaldırmış və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(017)-1688/2017 nömrəli qətnaməsinə əsasən ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2023-cü tarixli təqdimatda qeyd edilən cəmi 5040 manat aliment borcunu ödəməmişdir. İstintaq dövründə qeyd edilən aliment borcundan 400 manat ödəniş etmişdir. Hazırda məhkəmə qətnaməsini icra edərək borcunu tam olaraq ödəmişdir. Törətdiyi əmələ görə səmimi peşman olduğunu, ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildırib, məhkəmədən onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2012-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından 2013-cü ildə Nihad adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2014-cü ilin avqust ayının 9-da Təqsirləndirilən şəxs ilə ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə anasının maddi yardımı ilə uşağını saxlayırdı. Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(017)-1688/2017 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixli təqdimatda qeyd edilən cəmi 5040 manat aliment borcu yaranmışdır. İstintaq dövründə ona olan aliment borcundan 400 manat ödəniş etmişdir. Məhkəmə baxışı ərəfəsində qətnamə üzrə Nahid ona olan borcunu tam olaraq ödəmişdir. Hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsində böyük icra məmuru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(017)-1688/2017 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(017)-603/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 25 gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2023-cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 5040 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdikləri xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(017)- 1688/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan icra vərəqəsinin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(017)-1688/2017 nömrəli qətnaməsi icraya yönəldilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Ağcabədi Rayon İcra qrupunun bildirişlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin icra vərəqəsinin könüllü icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq 10 gün müddətində vaxt verilmiş, o, bu müddətdə tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(017)-8/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs borcun vaxtında ödənilməsini təmin etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, on gün müddətə inzibati həbs tənbehi tətbiq edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(017)-224/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs borcun vaxtında ödənilməsini təmin etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, on beş gün müddətə inzibati həbs tənbehi tətbiq edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(017)-603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs borcun vaxtında ödənilməsini təmin etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, iyirmi beş gün müddətə inzibati həbs tənbehi tətbiq edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon İcra şöbəsinin bildirişlərdən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin icra vərəqəsinin könüllü icrası ilə bağlı bildiriş verilmiş, sonra xəbərdarlıq verilmiş, müvafiq olaraq icra ödənişi və icra şöbəsinə gəlməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı könüllü olaraq özünü Ağcabədi rayon polis şöbəsinə təqdim etdiyi üçün aidiyyəti üzrə Nərimanov rayon polis idarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan borclu Təqsirləndirilən şəxs ünvanlanmış çağırış vərəqələrindən, edilmiş rəsmi xəbərdarlıqlardan, tərtib olunmuş aktlardan, alınmış izahatlardan, Ağcabədi rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışmasını, məhkəmə qətnaməsini tam icra edərək dəymiş ziyanı tam ödəməsini, aralarında heç bir narazılığın olmadığını bildirib, məhkəmədən CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsi icra olunaraq ona dəymiş zərərin tamamilə ödənilməsini və ona qarşı heç bir şikayət və tələbinin olmamasını, bildirərək, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai araşdırma zamanı istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini və iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyib, təqsirləndirilən və zərərçəkmişin ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və məhkəmə qətnaməsini tam icra edərək zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə verilən ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə cinayət işin icraatına xitam verilməlidir. 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun tələbinə görə CM-nin 306-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun bu tələbini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə edildiyindən və qətnamə üzrə borcunu tam ödənildiyindən Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 40.2.3, 43.3, 321, 321.2.1, 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona verilən ittiham üzrə həmin maddənin "Qeyd" hissəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilsin. Hökmdən Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-189/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-189/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver