Məhkəmə qərarları › İş №1(017)-19/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-19/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-19/2025 06.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4, X5, X6 və X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxılır. İclas saat 15:00-da açıldı. Məhkəmə iclasına sədrlik edən iclası açaraq baxılacaq işi elan edir. Sədrlik edən məruzə üçün iclas katibinə söz verir. İclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına xüsusi ittihamçı X2, barələrindən xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4, X5, X6 və X7 gəlmişlər. Sədrlik edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şəxsiyyətini müəyyən edir. XÜSUSİ İTTİHAM QAYDASİNDA ŞİKAYƏT VERMİŞ ŞƏXS: X2 – xx.xx.1956-cı il tarixdə Ağcabədi rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Ağcabədi rayonu Şənlik kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, Ağcabədi rayonu, Şənlik kəndində yaşayır. Sədrlik edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə onun Azərbaycan Respublikası CPM-nin 87-ci maddəsindəki hüquq və vəzifələrini elan edir. S/c. X2 – hüquq vəzifələrimə dair CPM-nin 87-ci maddəsinin çıxarışını və bildirişini almışam. S/c. X2 – izah olunmuş hüquq və vəzifələrim mənə tam aydındır. Sədrlik edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin məhkəmə tərkibinə (sədrlik edən hakimə, məhkəmə iclas katibinə) Azərbaycan Respublikası CPM-nin 109-cu və 116-cı maddəsinə əsasən etiraz etmək hüququnu izah edir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmə tərkibinə (sədrlik edən hakimə, məhkəmə iclas katibinə) etirazının olmamasını bildirir. Sədrlik edən barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin şəxsiyyətini müəyyən edir. BARƏSİNDƏ XÜSUSİ İTTİHAM QAYDASİNDA ŞİKAYƏT VERİLMİŞ ŞƏXS: X4 – xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Şənlik kəndində yaşayır. Sədrlik edən xüsusi ittiham qaydasında şikayətin surətinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə verilib-verilməməsini aydınlaşdırır. S/c. X4 – xüsusi ittiham qaydasında şikayətin surətini və hüquq vəzifələrimə dair CPM-nin 91-ci maddəsinin çıxarışını və bildirişini almışam. Sədrlik edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsindəki hüquq və vəzifələrini izah edir. S/c. . X4 – izah olunmuş hüquq və vəzifələrim mənə tam aydındır. Sədrlik edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə tərkibinə (sədrlik edən hakimə, məhkəmə iclas katibinə) Azərbaycan Respublikası CPMnin 109-cu və 116-cı maddəsinə əsasən etiraz etmək hüququnu izah edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 – bildirdi ki, şikayəti Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yazıbdır. Ona görə başçı məhkəmənin hakimlərinə tapşırmışdır ki, şikayət onun xeyrinə həll edilsin. Ona görə işə sədr Sulduz Ləzimov tərəfindən və ümumilikdə Ağcabədi rayon Məhkəməsinin digər hakimləri tərəfindən obyektiv baxılacağına şübhə edirəm. Bu səbəbdən də işə sizin sədrliyinizlə və ümumiyyətlə Ağcabədi rayon Məhkəməsində baxılmasına etiraz edirəm. BARƏSİNDƏ XÜSUSİ İTTİHAM QAYDASİNDA ŞİKAYƏT VERİLMİŞ ŞƏXS: X5 – xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Şənlik kəndində yaşayır. Sədrlik edən xüsusi ittiham qaydasında şikayətin surətinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə verilib-verilməməsini aydınlaşdırır. S/c. X5 – xüsusi ittiham qaydasında şikayətin surətini və hüquq vəzifələrimə dair CPM-nin 91-ci maddəsinin çıxarışını və bildirişini almışam. Sədrlik edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsindəki hüquq və vəzifələrini izah edir. S/c. X5 – izah olunmuş hüquq və vəzifələrim mənə tam aydındır. Sədrlik edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə tərkibinə (sədrlik edən hakimə, məhkəmə iclas katibinə) Azərbaycan Respublikası CPMnin 109-cu və 116-cı maddəsinə əsasən etiraz etmək hüququnu izah edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 – bildirdi ki, şikayəti Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yazıbdır. Ona görə başçı məhkəmənin hakimlərinə tapşırmışdır ki, şikayət onun xeyrinə həll edilsin. Ona görə işə sədr Sulduz Ləzimov tərəfindən və ümumilikdə Ağcabədi rayon Məhkəməsinin digər hakimləri tərəfindən obyektiv baxılacağına şübhə edirəm. Bu səbəbdən də işə sizin sədrliyinizlə və ümumiyyətlə Ağcabədi rayon Məhkəməsində baxılmasına etiraz edirəm. BARƏSİNDƏ XÜSUSİ İTTİHAM QAYDASİNDA ŞİKAYƏT VERİLMİŞ ŞƏXS: X6 – xx.xx.1962-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Şənlik kəndində yaşayır. Sədrlik edən xüsusi ittiham qaydasında şikayətin surətinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə verilib-verilməməsini aydınlaşdırır. S/c. X6 – xüsusi ittiham qaydasında şikayətin surətini və hüquq vəzifələrimə dair CPM-nin 91-ci maddəsinin çıxarışını və bildirişini almışam. Sədrlik edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsindəki hüquq və vəzifələrini izah edir. S/c. X6 – izah olunmuş hüquq və vəzifələrim mənə tam aydındır. Sədrlik edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə tərkibinə (sədrlik edən hakimə, məhkəmə iclas katibinə) Azərbaycan Respublikası CPMnin 109-cu və 116-cı maddəsinə əsasən etiraz etmək hüququnu izah edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 – bildirdi ki, şikayəti Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yazıbdır. Ona görə başçı məhkəmənin hakimlərinə tapşırmışdır ki, şikayət onun xeyrinə həll edilsin. Ona görə işə sədr Sulduz Ləzimov tərəfindən və ümumilikdə Ağcabədi rayon Məhkəməsinin digər hakimləri tərəfindən obyektiv baxılacağına şübhə edirəm. Bu səbəbdən də işə sizin sədrliyinizlə və ümumiyyətlə Ağcabədi rayon Məhkəməsində baxılmasına etiraz edirəm. BARƏSİNDƏ XÜSUSİ İTTİHAM QAYDASİNDA ŞİKAYƏT VERİLMİŞ ŞƏXS: X7 – xx.xx.1977-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Şənlik kəndində yaşayır. Sədrlik edən xüsusi ittiham qaydasında şikayətin surətinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə verilib-verilməməsini aydınlaşdırır. S/c. X7 – xüsusi ittiham qaydasında şikayətin surətini və hüquq vəzifələrimə dair CPM-nin 91-ci maddəsinin çıxarışını və bildirişini almışam. Sədrlik edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsindəki hüquq və vəzifələrini izah edir. S/c. X7 – izah olunmuş hüquq və vəzifələrim mənə tam aydındır. Sədrlik edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə tərkibinə (sədrlik edən hakimə, məhkəmə iclas katibinə) Azərbaycan Respublikası CPMnin 109-cu və 116-cı maddəsinə əsasən etiraz etmək hüququnu izah edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 – bildirdi ki, şikayəti Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yazıbdır. Ona görə başçı məhkəmənin hakimlərinə tapşırmışdır ki, şikayət onun xeyrinə həll edilsin. Ona görə işə sədr Sulduz Ləzimov tərəfindən və ümumilikdə Ağcabədi rayon Məhkəməsinin digər hakimləri tərəfindən obyektiv baxılacağına şübhə edirəm. Bu səbəbdən də işə sizin sədrliyinizlə və ümumiyyətlə Ağcabədi rayon Məhkəməsində baxılmasına etiraz edirəm. Məhkəmə tərəflərin fikirlərini dinləyib, yerində qısa müşavirə edərək q ə r a r a a l ı r: İş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4, X5, X6 və X7 tərəfindən məhkəmənin sədri Sulduz Ləzimov və ümumilikdə Ağcabədi Rayon Məhkəməsinin bütün hakimlərinə edilmiş etiraz işlə birlikdə baxılıb müvafiq qərar qəbul olunması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən məhkəmə iclasını saat 15:20-də bağlı elan edir. Məhkəmə iclasının protokolu 06 fevral 2025-ci il tarixdə tərtib edildi və imzalandı. Sədrlik edən: İclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar