Məhkəmə qərarları › İş №1(017)-190/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-190/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-190/2023 07.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1963-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi, ev 253-də qeydiyyatda olmaqla Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, ev 100-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs ona olan pul borcunu qaytarmaması səbəbindən qisas almaq niyyətilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə və oradan yaşayış evinə daxil olub, daxildən 9 metr eni, 13 metr uzunluğu və 3 metr hündürlüyü olmaqla, ümumilikdə 5 otaqdan ibarət fərdi yaşayış evinin dəhlizə girişdən sağ tərəfdə yerləşən qonaq otağına və dəhlizə girişdən sol tərəfdə yerləşən mətbəx otağına benzin neft məhsulundan odlama kimi istifadə edib qəsdən yandıraraq fərdi yaşayış evinə tikinti üzrə 12711 manat, həmin evdə olan bir ədədi 20 manat olmaqla cəmi 40 manat dəyərində 2 ədəd 40 il əvvəl keçmiş SSRİ-də istehsal olunmuş, taxta və şüşə materialdan olan servant, bir ədədi 20 manat olmaqla cəmi 200 manat dəyərində 10 ədəd hər biri 9 kq çəkidə olan yun döşək, bir ədədi 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd hər biri 3 kq çəkidə olan yun yastıq, bir ədədi 18 manat olmaqla cəmi 180 manat dəyərində 10 ədəd hər biri 6 kq çəkidə olan yun yorğan, bir ədədi 30 manat olmaqla cəmi 60 manat dəyərində 2 ədəd 15 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş dəmir-taxta materialdan olan oturacaq stul, 25 manat dəyərində 1 ədəd 20 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş divan, bir ədədi 15 manat olmaqla cəmi 30 manat dəyərində 2 ədəd 20 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş jurnal masası, bir ədədi 15 manat olmaqla cəmi 30 manat dəyərində 2 ədəd 20 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş qonaq stolu, 60 manat dəyərində 1 ədəd 2 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş mətbəxdəki su kranının şkafı, 40 manat dəyərində 1 ədəd 1 il müddətində istifadə olunmuş “Ferre” markalı yemək bişirmək üçün qaz sobası, 1000 manat dəyərində müxtəlif mövsümə uyğun uşaq geyimləri olmaqla ümumilikdə 1815 manat dəyərində əşyaları yandıraraq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 14526 manat maddi ziyan vurmaqla özgə əmlakını qəsdən yandırmaqla məhv etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Zərərçəkmiş şəxs ilə Ağcabədi şəhəri H.Hacıyev küçəsində qonşu yaşamışdır. Lakin, sonradan evi satıb oradan köçmüşdür. Zərərçəkmiş şəxsla bir qonşu kimi münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs ondan müxtəlif vaxtlarda 280 manat borc pul almış və 30 iyun 2023-cü il tarixdə qaytaracağını bildirmişdir. Lakin, həmin gün Xaliq ona olan borcu qaytarmamışdır. 01 iyul 2023-cü il tarixdə səhər saatlarında Xaliqin evinə getmiş, lakin Xaliqi evdə tapa bilməmiş və ona məlum olmuşdur ki, Xaliq ailəsi ilə birlikdə Bakı şəhərinə getmişdir. Xaliqin mobil telefonuna zəng vursa da, Xaliq ona cavab verməmişdir. Bundan sonra, Xaliqin atası Əli ilə telefonda danışmış və Əli ona bildirmişdir ki, Xaliqin evinin həyətyanı darvazasını söküb sataraq pulunu götürsün. O, da Xaliqin həyətinin darvazasını söküb satmaq istəsə də, Xaliqin bibisi Hicran onların yanına gəlib darvazanı sökməməsini bildirmişdir. Bundan sonra Xaliqin atası ilə telefon əlaqəsi yaradıb 2 saat ərzində pulu verilməsə, Xaliqin evini yandıracağını bildirmişdir. 2 saat sonra, yəni saat 15 radələrində dəmiryolu xəttinin yanında, işıqforun sol tərəfindəki yanacaq doldurma məntəqəsindən 2 litrlik kapron butulkada benzin alaraq Xaliqin evinin qarşısına gəlmiş, evin darvazasından həyətə daxil olub evə yaxınlaşmışdır. Evin giriş qapısı açıq olmuş, o giriş qapısından dəhlizə daxil olub əlində olan benzindən dəhlizin sol tərəfində yerləşən mətbəx otağına, sağ tərəfindən olan digər iki yataq otaqlarına töküb kibritlə evi yandıraraq evdən çıxmışdır. Ev alışıb yanmağa başlamış, evin yandığını görüb polis şöbəsinə gedərək bu barədə məlumat vermişdir. Evi yandırmağa tək getmişdir. Evi yandırması barədə Yanğınsondürənə məlumat verməmiş və birbaşa polis şöbəsinə getmişdir. Xaliqin evini yandırarkən evdə heç kim olmamış və həmin vaxt sərxoş olduğu üçün bu əməli etmişdir. Xaliqin ona 280 manat borcu olduğu üçün bu hərəkəti etmişdir. Evi yandırandan sonra həmin evə getməmiş və evin yarımçıq yanması barədə ona məlumat vermişlər. Hadisədən sonra həbsdə olduğu üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Lakin, yaxın adamları Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyəcəklərini bildirmişlər və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da ondan heç bir şikayət və tələbi yoxdur. Etdiyi əmələ görə peşmançılıq çəkir və məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşu yaşamışlar və münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs borc pul almış və yaxın günlərdə qaytaracağını demişdir. Təqsirləndirilən şəxs həmin pulun qaytarıması barədə onun mobil telefonuna zəng vurmamışdır. Təqsirləndirilən şəxs onun evini yandırarkən o, ailəsi ilə birlikdə Bakı şəhərində olmuşdur. 03 iyul 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs ona məxsus evi yandırması barədə ona məlumat vermişlər. Bundan sonra rayona gəlmiş və Təqsirləndirilən şəxs həqiqətən də ona məxsus evi yandırmasını görmüşdür. Evi tam yanmasa da, yararsız hala düşmüşdür. Təqsirləndirilən şəxs sərxoş olduğu üçün onun evini yandırmışdır. Ona dəymiş ziyan ödənilməsə də, Rusiya Fedarasiyasında olan şəxslər onunla telefon əlaqəsi saxlayaraq evinin tam şəkildə təmir olunacağını bildirmişlər. Hazırda isə ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxsla barışmış və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir, Təqsirləndirilən şəxs da onlarla qonşu yaşamış və münasibətləri yaxşı olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs tərəfindən evlərinin yandırılması barədə onlara məlumat vermişlər və evin yanmış videolarını da onlara göndərmişlər. Bundan sonra onlar rayona qayıtmışlar və evlərinin həqiqətən də yanmasını görmüşlər. Əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul borcu olduğu üçün Qədir evlərini yandırmışdır. Evləri 5 otaqdan ibarət olmuş, evin çox bir hissəsi yanmış və hazırda evdə yaşamaq mümkün deyildir. Hazırda ailəsi ilə birlikdə anasının yanında yaşayırlar. İmkanlı şəxslər evlərinin təmir olunmasına köməklik göstərəcəklərinə söz vermişlər. Lakin, hazırda evlərində heç bir iş görülməmiş, evin bir otağı tam yanmasa da, həmin otaqda yaşamaq mümkün deyildir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3-16- 16/2-6/3896 saylı rəyindən görünür ki, tədqiqata yanğından sonrakı qalıq nümunələr qismində təqdim edilmiş polietilen torbada qablaşdırılmış mətbəxdən götürülmüş yarıyanmış taxta qalıqlarının üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır, qonaq otağından götürülmüş yarıyanmış taxta qalıqlarının üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2023-cü il tarixli 10/5209- 9/5414 saylı rəyindən görünür ki, yanğın nəticəsində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə tikinti üzrə dəymiş maddi ziyan 12711,00 manat təşkil edir. Mərkəz tərəfindən verilmiş vəsatət təmin edilmədiyindən əşyalar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2023-cü il tarixli 10/5291 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yaranmış yanğın izlərinin nisbi xarakterinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi evin daxilində iki hissədə müstəqil-əlaqəsiz zonalarda olmuşdur. Onlardan biri dəhlizə girişdən sağ tərəfdə yerləşən otaq daxilində, digəri isə dəhlizə girişdən sol tərəfdə yerləşən mətbəx otağında olmuşdur. Yanğın mənbə zonalarından yanar materialların üzərilə yüksələn xətt istiqamətində genişlənmişdir. Yanğın yaşayış otağından genişlənərək tavan hissəyə, həmçinin yanaşı yerləşən digər (zal otağına girişdən sağ tərəfdə sayca birinci) yaşayış otağına yayılmış, mətbəx otağında isə otağın daxilinə, o cümlədən də tavan hissəsinə yayılmışdır. Yanğın neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri ilə evin daxilində iki hissədə müstəqil-əlaqəsiz mənbə zonalarının yaradılması nəticəsində baş vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş“Əli” fimasının 25 sentyabr 2023-cü il tarixli, 14 saylı məktubundan görünür ki, 2023-ci ilin iyul ayı ərzində 2 ədəd 40 il əvvəl keçmiş SSRİ-də istehsal olunmuş, taxta və şüşə materialdan olan servantlar - bir ədədi 20 manat olmaqla cəmi 40 manat, 10 ədəd hər biri 9 kq çəkidə olan yun döşəklər bir ədədi 20 manat olmaqla cəmi 200 manat, 10 ədəd hər biri 3 kq çəkidə olan yun yastıq bir ədədi 15 manat olmaqla cəmi 150 manat, 10 ədəd hər biri 6 kq çəkidə olan yun yorğan - bir ədədi 18 manat olmaqla cəmi 180 manat, 2 ədəd 15 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş oturacaq dəmir-taxta stul - bir ədədi 30 manat olmaqla cəmi 60 manat, 1 ədəd 20 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş divan - bir ədədi 25 manat olmaqla cəmi 25 manat, 2 ədəd 20 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş jurnal masası - bir ədədi 15 manat olmaqla cəmi 30 manat, 2 ədəd 20 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş qonaq stolu - bir ədədi 15 manat olmaqla cəmi 30 manat, 1 ədəd 2 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş mətbəxdəki su kranının şkafı - bir ədədi 60 manat olmaqla cəmi 60 manat, 1 ədəd 1 il müddətində istifadə olunmuş Ferre markalı yemək bişirmək üçün qaz sobası - bir ədədi 40 manat olmaqla cəmi 40 manat, yuxarı göstərilən əşyaların ümumi dəyəri 815 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 03 iyul 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 02 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 16 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, hadisə nəticəsində ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 01 iyul 2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs ona olan pul borcunu qaytarmaması səbəbindən qisas almaq niyyətilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə və oradan yaşayış evinə daxil olub, daxildən 9 metr eni, 13 metr uzunluğu və 3 metr hündürlüyü olmaqla, ümumilikdə 5 otaqdan ibarət fərdi yaşayış evinin dəhlizə girişdən sağ tərəfdə yerləşən qonaq otağına və dəhlizə girişdən sol tərəfdə yerləşən mətbəx otağına benzin neft məhsulundan odlama kimi istifadə edib qəsdən yandıraraq fərdi yaşayış evinə tikinti üzrə 12711 manat, həmin evdə olan bir ədədi 20 manat olmaqla cəmi 40 manat dəyərində 2 ədəd 40 il əvvəl keçmiş SSRİ-də istehsal olunmuş, taxta və şüşə materialdan olan servant, bir ədədi 20 manat olmaqla cəmi 200 manat dəyərində 10 ədəd hər biri 9 kq çəkidə olan yun döşək, bir ədədi 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd hər biri 3 kq çəkidə olan yun yastıq, bir ədədi 18 manat olmaqla cəmi 180 manat dəyərində 10 ədəd hər biri 6 kq çəkidə olan yun yorğan, bir ədədi 30 manat olmaqla cəmi 60 manat dəyərində 2 ədəd 15 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş dəmir-taxta materialdan olan oturacaq stul, 25 manat dəyərində 1 ədəd 20 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş divan, bir ədədi 15 manat olmaqla cəmi 30 manat dəyərində 2 ədəd 20 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş jurnal masası, bir ədədi 15 manat olmaqla cəmi 30 manat dəyərində 2 ədəd 20 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş qonaq stolu, 60 manat dəyərində 1 ədəd 2 il əvvəl Azərbaycan Respublikasında mebel sexində istehsal olunmuş mətbəxdəki su kranının şkafı, 40 manat dəyərində 1 ədəd 1 il müddətində istifadə olunmuş “Ferre” markalı yemək bişirmək üçün qaz sobası, 1000 manat dəyərində müxtəlif mövsümə uyğun uşaq geyimləri olmaqla ümumilikdə 1815 manat dəyərində əşyaları yandıraraq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 14526 manat maddi ziyan vurmaqla özgə əmlakını qəsdən yandırmaqla məhv etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 iyul 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 03 iyul 2023-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, bir ədəd kağız paketdə hadisə yerindən götürülmüş yanmış taxta parçaları məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 287 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 03 iyul 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan, bir ədəd kağız paketdə hadisə yerindən götürülmüş yanmış taxta parçaları məhv edilsin. İş üzrə 287 (iki yüz səksən yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar