Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-195/2023 21.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X16, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və X2 iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsində qeydiyyatçı vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2ktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 11 oktyabr 2021-ci il tarixli 2093-K nömrəli əmrlə qeyd edilən xəstəxananın xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsində qeydiyyatçı vəzifəsinə təyin edilməklə tibbi xidmətlərin göstərilməsi üçün tibb təşkilatına müraciət etmiş xəstələrin qeydiyyatını aparmaq, tibbi kartların saxlanması və həkimin kabinetinə çatdırılmasını təmin etmək, əmək qabiliyyətsizliyi vərəqələrinin rəsmiləşdirilməsində və qeydiyyata alınmasında iştirak etmək və digər inzibati-təsərrüfat fəaliyyətlərini həyata keçirən vəzifəli şəxs qismində qəsdən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun-avqust aylarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda anası X12 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsindən ötrü ona müraciət edən Zərərçəkmiş şəxs1 guya tibbi-sosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsinin özünün səlahiyyətində olduğunu bildirib, göndərişin rəsmiləşdirilməsi zamanı əlillik dərəcəsi almaq istəyən vətəndaşların diaqnozuna, stasionar müalicələrinə və digər zəruri tələblərə dair şişirdilmiş məlumatları əlavə etməklə əlillik dərəcəsini təyin etdirmək imkanına malik olduğunu, eyni qaydada Xalidə Mamedovaya da köməklik göstərməklə ən geci bir ay müddətində əlillik dərəcəsinin təyin olunmasına nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs1 1.000 manat pul tələb edərək həmin vəsaiti növbəti gün, istintaqla dəqiq müəyyən edilməyən vaxtda Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospektində yerləşən avtomobil təmiri sexinin yaxınlığında sonuncudan nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən eyni niyyətlə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə 2022-ci ilin iyun-avqust aylarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda X6na əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsi üçün ona müraciət edən Zərərçəkmiş şəxs2 guya tibbi-sosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsinin özünün səlahiyyətində olduğunu bildirib, göndərişin rəsmiləşdirilməsi zamanı əlillik dərəcəsi almaq istəyən şəxslərin diaqnozuna, stasionar müalicələrinə və digər zəruri tələblərə dair şişirdilmiş məlumatları əlavə etməklə əlillik dərəcəsini təyin etdirmək imkanına malik olduğunu, eyni qaydada Leyla Lazımovaya da köməklik göstərməklə ən geci bir ay müddətində əlillik dərəcəsinin təyin olunmasına nail olacağını yalandan vəd edərək özünün barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs2 1.000 manat pul tələb edərək həmin vəsaiti növbəti gün, istintaqla dəqiq müəyyən olunmayan vaxtda Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospektində yerləşən “X33”nda sonuncudan nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən eyni niyyətlə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə 2022-ci ilin iyul ayının əvvəllərində, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda özünə və arvadı X13 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsi üçün ona müraciət edən Zərərçəkmiş şəxs3 guya tibbisosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsinin özünün səlahiyyətində olduğunu bildirməklə, göndərişin rəsmiləşdirilməsi zamanı əlillik dərəcəsi almaq istəyən şəxslərin diaqnozuna, stasionar müalicələrinə və digər zəruri tələblərə dair şişirdilmiş məlumatları əlavə etməklə əlillik dərəcəsini təyin etdirmək imkanına malik olduğunu, eyni qaydada Zərərçəkmiş şəxs3 və Şamaxı Məmişovaya da köməklik göstərməklə hər ikisinə ən geci bir ay müddətində əlillik dərəcəsinin təyin olunmasına nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inamdan və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həllinə görə Zərərçəkmiş şəxs3 bir nəfər üçün 1.200 manat olmaqla cəmi 2.400 manatı vahid niyyətlə tələb edib sonuncudan 2022-ci ilin iyul ayının sonlarında günorta saatlarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə Ağcabədi şəhərinin Hüsü Hacıyev küçəsində olan “İdeal” ətriyyat mağazasının qarşısında 1.200 manat və həmin ilin avqust ayının ortalarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda eyni ünvanda 1.200 manat olmaqla cəmi 2.400 manatı nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən eyni niyyətlə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə 2022-ci ilin iyul-avqust aylarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda özünə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsindən ötrü ona müraciət edən Zərərçəkmiş şəxs4 guya tibbi-sosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsinin özünün səlahiyyətində olduğunu bildirib, göndərişin rəsmiləşdirilməsi zamanı əlillik dərəcəsi almaq istəyən şəxslərin diaqnozuna, stasionar müalicələrinə və digər zəruri tələblərə dair şişirdilmiş məlumatları əlavə edərək əlillik dərəcəsini təyin etdirmək imkanına malik olduğunu, eyni qaydada Zərərçəkmiş şəxs4 da köməklik göstərməklə ən geci bir-iki ay müddətində əlillik dərəcəsinin təyin olunmasına nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs4 1.000 manat pul tələb edərək həmin vəsaiti eyni günün axşamı sonuncunun yaşadığı ünvan 3 ünvanında Zərərçəkmiş şəxs4 nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən eyni niyyətlə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə 2022-ci ilin avqust-sentyabr aylarında, istintaqla dəqiq müəyyən olunmayan tarixdə və vaxtda nəvəsi X14 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsindən ötrü ona müraciət edən Zərərçəkmiş şəxs5 guya tibbi-sosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsinin özünün səlahiyyətində olduğunu bildirərək, göndərişin rəsmiləşdirilməsi zamanı əlillik dərəcəsi almaq istəyən şəxslərin diaqnozuna, stasionar müalicələrinə və digər zəruri tələblərə dair şişirdilmiş məlumatları əlavə etməklə əlillik dərəcəsini təyin etdirmək imkanına malik olduğunu, eyni qaydada Nihat İsmayılova da köməklik göstərməklə ən geci bir ay müddətində əlillik dərəcəsinin təyin olunmasına nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inamdan və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs5 1.000 manat pul tələb edərək həmin vəsaiti növbəti gün günorta saatlarında ünvan 4 ünvanında yerləşən Ağcabədi rayon mərkəzi xəstəxanasında sonuncudan nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən eyni niyyətlə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə 2022-ci ilin oktyabr-noyabr aylarında, istintaqla dəqiq müəyyən olunmayan tarixdə və vaxtda bacısı qızı X7 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsindən ötrü ona müraciət edən Zərərçəkmiş şəxs6 guya tibbi-sosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsinin özünün səlahiyyətində olduğunu bildirməklə, göndərişin rəsmiləşdirilməsi zamanı əlillik dərəcəsi almaq istəyən şəxslərin diaqnozuna, stasionar müalicələrinə və digər zəruri tələblərə dair şişirdilmiş məlumatları əlavə etməklə əlillik dərəcəsini təyin etdirmək imkanına malik olduğunu, eyni qaydada Səadət Məmmədovaya da köməklik göstərməklə ən geci bir ay müddətində əlillik dərəcəsinin təyin olunmasına nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inamdan və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs6 1.200 manat tələb edib həmin vəsaiti növbəti günün səhər saatlarında ünvan 4 ünvanında yerləşən Ağcabədi rayon mərkəzi xəstəxanasında sonuncudan nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən eyni niyyətlə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə 2022-ci ilin noyabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmayan tarixdə və vaxtda özünə əlillik dərəcəsinin təyin olunmasına köməklik göstərməsi üçün ona müraciət edən Zərərçəkmiş şəxs7 guya tibbi-sosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsinin özünün səlahiyyətində olduğunu bildirib, göndərişin rəsmiləşdirilməsi zamanı əlillik dərəcəsi almaq istəyən vətəndaşların diaqnozuna, stasionar müalicələrinə və digər zəruri tələblərə dair şişirdilmiş məlumatları əlavə etməklə, eləcə də Zərərçəkmiş şəxs7 sağ əlin ikinci və üçüncü barmaqlarının amputasiyası ilə əlaqədar sağ əlin funksiyasının tam itirilməsi barədə Bakı şəhərinə getmədən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan rəy almaqla əlillik dərəcəsini təyin etdirmək imkanına malik olduğunu, eyni qaydada sonuncuya da köməklik göstərməklə ən geci iki ay müddətində əlillik dərəcəsinin təyin olunmasına nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs7 600 manat pul tələb edərək həmin vəsaiti eyni günün axşamı sonuncunun yaşadığı ünvan 6 ünvanında Zərərçəkmiş şəxs7 nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən eyni niyyətlə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə 2022-ci ilin sentyabr-oktyabr aylarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda özünə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsi üçün cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsi ilə ona müraciət edən Zərərçəkmiş şəxs8 guya tibbi-sosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsinin özünün səlahiyyətində olduğunu bildirərək, göndərişin rəsmiləşdirilməsi zamanı əlillik dərəcəsi almaq istəyən vətəndaşların diaqnozuna, stasionar müalicələrinə və digər zəruri tələblərə dair şişirdilmiş məlumatları əlavə etməklə əlillik dərəcəsini təyin etdirmək imkanına malik olduğunu, eyni qaydada Zərərçəkmiş şəxs8 da köməklik göstərməklə ən geci bir ay müddətində əlillik dərəcəsinin təyin olunmasına nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inamdan və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli məqsədi ilə Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs8 800 manat pul tələb edərək həmin vəsaiti 2022-ci ilin noyabr ayının ortalarında günorta saatlarında, istintaqla dəqiq müəyyən olunmayan tarixdə ünvan 4 ünvanında yerləşən Ağcabədi rayon mərkəzi xəstəxanasının yaxınlığında sonuncudan Şahid2 vasitəsi ilə nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən eyni niyyətlə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə 2022-ci ilin noyabr ayının ortalarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda özünə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsindən ötrü ona müraciət edən Zərərçəkmiş şəxs9 guya tibbi-sosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsinin özünün səlahiyyətində olduğunu bildirib, göndərişin rəsmiləşdirilməsi zamanı əlillik dərəcəsi almaq istəyən şəxslərin diaqnozuna, stasionar müalicələrinə və digər zəruri tələblərə dair şişirdilmiş məlumatları əlavə etməklə, eləcə də Zərərçəkmiş şəxs9 “Hepatit C” virusunun olduğunu təsdiq edən PCR arayışını Bakı şəhərinə getmədən “X31” publik hüquqi şəxsdən əldə etməklə əlillik dərəcəsini təyin etdirmək imkanına malik olduğunu, eyni qaydada sonuncuya də köməklik göstərməklə ən geci iki ay müddətində əlillik dərəcəsinin təyin olunmasına nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inamdan və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs9 2.000 manat pul tələb edərək həmin vəsaiti növbəti gün saat 11 radələrində ünvan 4 ünvanında yerləşən Ağcabədi rayon mərkəzi xəstəxanasında sonuncudan nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən eyni niyyətlə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə 02 fevral 2023-cü il tarixdə əri Şahid3 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsindən ötrü ona müraciət edən X3 guya tibbi-sosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsinin özünün səlahiyyətində olduğunu bildirməklə, göndərişin rəsmiləşdirilməsi zamanı əlillik dərəcəsi almaq istəyən vətəndaşların diaqnozuna, stasionar müalicələrinə və digər zəruri tələblərə dair şişirdilmiş məlumatları əlavə etməklə, eləcə də Şahid3 sürücülük vəsiqəsinin mövcud olmasına dair məlumatları gizlətməklə əlillik dərəcəsini təyin etdirmək imkanına malik olduğunu, eyni qaydada sonuncuya da köməklik göstərməklə ən geci bir ay müddətində əlillik dərəcəsinin təyin olunmasına nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inamdan və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli müqabilində Solmaz İbrahimovadan 2.000 manat pul tələb edərək həmin vəsaiti növbəti günün axşamı, yəni 03 fevral 2023-cü il tarixdə Solmaz İbrahimovanın yaşadığı Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, 556 mənzillik məcburi köçkün qəsəbəsi, ev 2, mənzil 21 ünvanında sonuncudan nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 11 oktyabr 2021-ci il tarixli əmr əsasında həmin xəstəxananın xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsinə təyin edilmişdir. Vəzifə təlimatına əsasən qeydiyyatçı kimi onun vəzifə öhdəliklərinə tibbi xidmətlər göstərilməsi üçün tibb təşkilatına müraciət etmiş xəstələrin qeydiyyatını aparmaq, tibbi kartların saxlanılmasını və həkimin kabinetinə çatdırılmasını təmin etmək, əmək qabiliyyətsizliyi vərəqələrinin rəsmiləşdirilməsində və qeydiyyata alınmasında iştirak etmək və digər inzibati-təsərrüfat funksiyaları aiddir. Bundan başqa təyin olunduğu vaxtdan etibarən ona əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rayon mərkəzi xəstəxanasına müraciət edən şəxslər barəsində TSERAS altsisteminə məlumatların əlavə edilməsi funksiyasıda həvalə edilmişdir. Əlillik dərəcəsi almaq istəyən vətəndaşlar həkim-məsləhət komissiyasından keçirilərək məqbul hesab edildikdən sonra onlara əlillik dərəcəsinin təyin edilməsi üçün TSERAS altsistemi vasitəsi ilə müvafiq məlumatlar TSEK-ə göndərilir və həmin orqan tərəfindən əlillik dərəcəsi qiymətləndirilməklə vətəndaşa əlilliyə görə pensiya təyin edilir və ya bundan imtina edilir. Onun əlillik məsələləri ilə bağlı heç bir sərəncamverici səlahiyyəti olmamışdır, sadəcə həkim-məsləhət komissiyasından keçərək məqbul hesab edilən vətəndaşların tibbi sənədləri ona təqdim edilmiş, o isə həmin vətəndaşlara təyin olunmuş diaqnozu, ambulator və stasionar müalicələri ilə bağlı məlumatları, həmçinin digər zəruri məlumatları qaralama formasında sistemə işləmişdir. Həmin məlumatlar həkim-məsləhət komissiyasının üzvləri və sədri tərəfindən nəzərdən keçirildikdən sonra komissiyanın sədri sənədi elektron qaydada imzalayır, bununla da müvafiq məlumatlar TSEK-ə ötürülür. Komissiyanın sədri xəstəxananın baş həkimi vəzifəsində işləyən X9r. 2023-cü ilin əvvəllərindən xidmətdə yol verdiyi nöqsanlara görə TSERAS altsistemi ilə işləmək səlahiyyəti ondan götürülmüş və sadəcə xəstələrin qəbulu və qeydiyyatı işləri ilə məşğul olmuşdur. Əlillik ilə bağlı sənədlərin TSERAS altsisteminə yüklənməsi üçün tibbi sənədlər bəzi hallarda birbaşa vətəndaşlar tərəfindən ona təqdim olunduğuna görə əlillik dərəcəsi almaq istəyən şəxslərlə tez-tez ünsiyyətdə olmuşdur. 2022-ci ilin ortalarından maddi vəziyyəti xeyli aşağı olmuş, ailəsini və özünü dolandıra bilməmiş və buna görə də pula ehtiyacı yaranmışdır. Həmçinin 2022-ci ilin avqust ayında idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törədərək Ağcabədi şəhər sakini X15 ağır xəsarət yetirdiyinə görə sonuncunun müalicə xərcləri, dəymiş ziyanın bərpası üçün də pula ehtiyacı yaranmışdır. Buna görə də əlillik dərəcəsi almaq üçün müraciət edən vətəndaşlardan ayrı-ayrı məbləğlərdə pullar almaq qərarına gəlmişdir. Vətəndaşlarla söhbət edən zaman guya onların sənədlərini TSERAS altsisteminə yükləyərkən oraya zəruri məlumatlar əlavə edəcəyini və “Forma № 88” sənədini məqsədə müvafiq formada tərtib edəcəyini, bununla onlara əlillik dərəcəsinin birmənalı olaraq təyin olunacağını demişdir. Əslində isə o, həkim-məsləhət komissiyası tərəfindən təqdim edilən diaqnozdan kənara çıxa, “Forma № 88” sənədinə özündən heç bir məlumat əlavə edə bilməzdi. Sadəcə vətəndaşları özünə inandıraraq ona etibar edib rahatlıqla pul vermələrini təşkil etmək üçün guya “Forma № 88” sənədinin tərtib edilməsinin özünün səlahiyyətlərinə aid olduğunu, oraya istədiyi məlumatları əlavə edə biləcəyini demişdir. Ağcabədi rayon mərkəzi xəstəxanasının həkim-məsləhət komissiyasının üzvlərinin və sədrinin onun əməllərindən heç bir məlumatı olmamış, vətəndaşlardan aldığı pulları özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Eləcə də hər hansı şəxsin barəsində “Forma № 88” sənədini tərtib edərkən özündən heç bir yalan məlumat əlavə etməmişdir. Hər hansı yalan məlumat əlavə etdiyi təqdirdə komissiyanın sədrinin həmin halları müəyyən edəcəyini və nəticədə vəzifəsindən azad ediləcəyini anlamışdır. Eyni zamanda komissiyanın üzvlərindən və ya sədrindən hər hansı vətəndaşa güzəştlərin edilməsini xahiş etməmişdir. Onun öz qulluq mövqeyindən istifadə edərək dələduzluq etməyi ilə əlaqədar rayon mərkəzi xəstəxanasının hər hansı vəzifəli şəxsinin, eləcə də tanışlarının və qohumlarının məlumatları olmamışdır. Zərərçəkmiş şəxs1 guya anası X12 əlillik dərəcəsinin təyin edilməsinə köməklik edəcəyini yalandan vəd etməklə 2022-ci ilin iyun-avqust aylarında 1.000 manat tələb etmiş və növbəti gün həmin vəsaiti Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospektində olan avtomobil təmiri sexinin yaxınlığında sonuncudan nağd qaydada alaraq şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 guya X6na əlillik dərəcəsinin təyin oluunmasına köməklik göstərəcəyini yalandan vəd etməklə 2022-ci ilin iyun-avqust aylarında 1.000 manat tələb etmiş və həmin vəsaiti növbəti gün Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospektində yerləşən “X33”nda sonuncudan nağd qaydada alaraq şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan ona vurduğu zərəri tam ödəmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 özünə və arvadı X13 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyini yalandan vəd etməklə 2022-ci ilin iyul ayının əvvəllərində bir nəfər üçün 1.200 manat olmaqla cəmi 2.400 manat tələb etmiş, 2022-ci ilin iyul ayının sonlarında günorta saatlarında Ağcabədi şəhərinin Hüsü Hacıyev küçəsində olan “İdeal” ətriyyat mağazasının qarşısında 1.200 manat və həmin ilin avqust ayının ortalarında eyni ünvanda 1.200 manat olmaqla sonuncudan cəmi 2.400 manatı nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf etmişdir. Hazırda ona vurduğu zərəri tam ödəmiş və onunla barışmışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 guya özünə əlillik dərəcəsinin təyinində köməklik göstərəcəyini yalandan vəd edərək 2022-ci ilin iyul-avqust aylarında 1.000 manat tələb etmiş və həmin vəsaiti eyni günün axşamı ünvan 3 ünvanında sonuncudan nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan ona vurduğu zərəri tam ödəmiş və onunla barışmışdır. Bundan başqa Zərərçəkmiş şəxs5 guya nəvəsi X14 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyini yalandan vəd edərək 2022-ci ilin avqust-sentyabr aylarında 1.000 manat tələb etmiş və həmin vəsaiti növbəti gün günorta saatlarında ünvan 4 ünvanında yerləşən Ağcabədi rayon mərkəzi xəstəxanasında sonuncudan nağd qaydada alaraq şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan ona vurduğu zərəri tam ödəmiş və onunla barışmışdır. Bundan başqa Zərərçəkmiş şəxs6 guya bacısı qızı X7 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyini yalandan vəd edərək 2022-ci ilin oktyabr-noyabr aylarında 1.200 manat tələb etmiş və həmin vəsaiti növbəti günün səhər saatlarında ünvan 4 ünvanında olan Ağcabədi rayon mərkəzi xəstəxanasında sonuncudan nağd qaydada alaraq şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan ona vurduğu zərəri tam ödəmiş və onunla barışmışdır. Bundan başqa Zərərçəkmiş şəxs7 guya özünə əlillik dərəcəsinin təyinində köməklik göstərəcəyini yalandan vəd etməklə 2022-ci ilin noyabr ayının əvvəllərində 600 manat tələb etmiş və həmin vəsaiti eyni günün axşamı ünvan 6 ünvanında sonuncudan nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan ona vurduğu zərəri tam ödəmiş və onunla barışmışdır. Bundan başqa Zərərçəkmiş şəxs8 guya özünə əlillik dərəcəsinin təyinində köməklik göstərəcəyini yalandan vəd etməklə 2022-ci ilin sentyabr-oktyabr aylarında 800 manat tələb etmiş və həmin vəsaiti 2022-ci ilin noyabr ayının ortalarında günorta saatlarında ünvan 4 ünvanında yerləşən Ağcabədi rayon mərkəzi xəstəxanasının yaxınlığında sonuncudan Şahid2 vasitəsi ilə nağd qaydada alaraq şəxsi ehtiyaclarına sərf etmişdir. Şahid2 onun cinayətkar əməllərindən məlumatı olmamış və cinayətin törədilməsində iştirak etməmişdir. Zərərçəkmiş şəxs8 aldığı pulların hər hansı hissəsini Şahid2 verməmiş və bununla bağlı heç bir razılaşmaları olmamışdır. Sonradan ona vurduğu zərəri tam ödəmiş və onunla barışmışdır. Bundan başqa Zərərçəkmiş şəxs9 guya özünə əlillik dərəcəsinin təyinində köməklik göstərəcəyini yalandan vəd edərək 2022-ci ilin noyabr ayının ortalarında 2.000 manat tələb etmiş və həmin vəsaiti növbəti gün saat 11 radələrində ünvan 10 ünvanında yerləşən Ağcabədi rayon mərkəzi xəstəxanasında sonuncudan nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan ona vurduğu zərəri tam ödəmiş və onunla barışmışdır. Bundan başqa X1 əri Şahid3 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyini yalandan vəd edib 02 fevral 2023-cü il tarixdə 2.000 manat tələb etmiş, həmin pulu növbəti günün axşamı Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, 556 mənzillik məcburi köçkün qəsəbəsi, ev 2, mənzil 21 ünvanında sonuncudan nağd qaydada almaqla şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan ona vurduğu zərəri tam ödəmiş və onunla barışmışdır. Ümumilikdə 10 nəfərdən 13.000 manat almış və pulların hamısını şəxsi ehtiyaclarına sərf etmişdir. Həmin pulların hamısını vətəndaşlardan Ağcabədi şəhəri ərazisində, əksəriyyətini isə Ağcabədi rayon mərkəzi xəstəxanasında almışdır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmiş və onlarla barışıq əldə etmişdir. Ona görə himayəsində bir az yaşlı uşağının olmasını və vurduğu zərəri tam ödəməsini nəzərə alaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, ünvan 11 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X5 ürəyində olan xəstəliklərlə əlaqədar beş il müddətinə 2-ci dərəcə əlilliyə görə pensiya almış və müddətin bitməsi ilə əlaqədar olaraq sonuncunun pensiyası dayandırılmışdır. Bundan sonra o, mütəmadi olaraq rayon mərkəzi xəstəxanasına gedib-gələrək anasının pensiyasının bərpa olunması üçün çalışsada müsbət nəticə əldə etməmişdir. Həkim-məsləhət komissiyası anasının barəsində “Forma № 88” sənədini tərtib edərək elektron qaydada TSEK-ə göndərsədə müxtəlif səbəblərdən anasına əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Həmin məqsədlə rayon mərkəzi xəstəxanasına gedib-gələrkən orada qeydiyyatçı vəzifəsində işləyən və həkimməsləhət komissiyasının kargüzarlıq işlərini yerinə yetirən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2022-ci ilin yay aylarında, təxminən iyun-avqust aylarında eyni məqsədlə rayon mərkəzi xəstəxanasında olarkən Təqsirləndirilən şəxs onu yanına çağırıb anasının məsələsini həll edə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs həmin məsələni hansı qaydada həll edəcəyini soruşduqda əlilliyin təyin edilməsində əsas məsələnin “Forma № 88” sənədinin düzgün formada tərtib edilməsi olduğunu, anasının barəsində həmin sənədi tərtib edərkən oraya bir sıra zəruri məlumatlar əlavə edəcəyini və bununla da anasına əlillik dərəcəsinin təyin olunacağını demişdir. Təqsirləndirilən şəxs həmin xidmətinin müqabilində ondan 1.000 manat tələb etmiş və həmin vəsaiti özünə zəhmət haqqı kimi, “Forma № 88” sənədinin məqsədə müvafiq formada tərtib edilməsi üçün istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıdığından, eyni zamanda rayon mərkəzi xəstəxanasında məsul vəzifədə işləməsi ilə əlaqədar sonuncuya inanıb etibar etmiş Təqsirləndirilən şəxs 1.000 manatı verməyə razı olmuşdur. Bundan bir gün sonra isə Təqsirləndirilən şəxsla Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospektində yerləşən avtomobil təmiri sexinin yaxınlığında görüşüb 1.000 manatı nağd qaydada sonuncuya vermiş, həmçinin anasının tibbi sənədlərini təqdim etmişdir. Təqsirləndirilən şəxs qısa müddətdə anasının barəsində “Forma № 88” sənədini elektron sistemə işləyəcəyini, ən geci bir ay ərzində anasına əlilliyə görə pensiyanın təyin olunacağını bildirmişdir. Sonradan isə Təqsirləndirilən şəxs həmin sözlərin hamısını yalandan, onu inandırmaq və etibarını qazanmaq üçün dediyini anlamışdır. Təqsirləndirilən şəxs söz verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq anasına əlillik dərəcəsi təyin olunmamışdır. Bir müddətdən sonra Təqsirləndirilən şəxs onu aldatdığını və etibarından sui-istifadə edərək 1.000 manatını ələ keçirdiyini başa düşmüşdür. Buna görə də Təqsirləndirilən şəxs 1.000 manatı tələb etməyə başlamışdır. Lakin Təqsirləndirilən şəxs həmin pulu ona qaytarmaqdan imtina etmişdir. Anasına hazırkı vaxtadək əlilliyə görə pensiya təyin olunmamışdır. Təqsirləndirilən şəxs ona 1.000 manat maddi ziyan vurmuş və sonradan həmin məbləği tam həcmdə ödəyərək ziyanı aradan qaldırmışdır. Ona görə onunla barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayonunun Qaraxanlı kəndində ailə üzvləri ilə birgə yaşayır. X6 2009-cu ildən şəkərli diabet və ürəyində olan xəstəlikləri ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə pensiya almışdır. Bacısının pensiyası 2021-ci ilin yay aylarında dayandırıldıqdan sonra rayon mərkəzi xəstəxanasına müraciət etməklə əlillik dərəcəsinin bərpa olunmasını xahiş etmişlər. Bununla bağlı bacısı rayon mərkəzi xəstəxanasında, habelə Bakı şəhərində yerləşən səhiyyə müəssisələrində stasionar müalicələr qəbul etmişdir. Həkim-məsləhət komissiyası tərəfindən bacısının barəsində “Forma № 88” sənədi tərtib olunub TSEK-ə göndərilsədə sonuncuya əlillik dərəcəsinin təyin olunmasından imtina cavabı gəlmişdir. Həmin ərəfədə bacısı barəsində bir neçə dəfə “Forma № 88” sənədi tərtib olunsa da bütün hallarda əlillik dərəcəsinin təyin olunmasından imtina cavabı gəlmişdir. Bununla əlaqədar o, rayon mərkəzi xəstəxanasına gedib-gələrkən əlillik dərəcəsi ilə bağlı müraciət edən şəxslərdən həmin xəstəxanada qeydiyyatçı vəzifəsində işləyən Təqsirləndirilən şəxs pul müqabilində əlilliyə görə pensiyası dayandırılmış şəxslərin pensiyasının bərpasına köməklik etdiyini öyrənmişdir. Buna görə də Təqsirləndirilən şəxs müraciət edərək bacısına köməklik etməyin mümkün olub-olmadığını soruşmuşdur. Həmin vaxt 2022-ci ilin yay ayları, yəni iyun-avqust ayları olmuşdur. Təqsirləndirilən şəxs bacısının sənədlərinə baxaraq sonuncunun pensiyasını bərpa etdirməyin mümkün olduğunu bildirmiş və bunun müqabilində ondan 1.000 manat tələb etmişdir. Təqsirləndirilən şəxs ondan tələb etdiyi 1.000 manatın da özünün zəhmət haqqı olduğunu və “Forma № 88” sənədinin məqsədə müvafiq formada tərtib edilməsi müqabilində aldığını demişdir. Həmçinin vətəndaşların əlilliyə görə pensiyalarını bərpa etdirməyin özü üçün çox asan iş olduğunu, uzun müddətdir həmin işlə məşğul olduğunu və hər dəfə müsbət nəticələr əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasında məsul vəzifədə işləməsi, həmçinin həkim-məsləhət komissiyasının kargüzarlıq işlərini görməsi ilə bağlı sonuncuya inamı yaranmışdır. Sonradan isə Təqsirləndirilən şəxs həmin sözləri yalandan, onu inandırmaq, etibarını qazanmaq üçün dediyini başa düşmüşdür. Bununla belə Təqsirləndirilən şəxs inanaraq etibar etdiyindən razılaşmışdır. Növbəti gün axşam saatlarında Üzeyir Hacıbəyli prospektində yerləşən parkda Təqsirləndirilən şəxsla görüşərək 1.000 manatı nağd qaydada ikilikdə sonuncuya vermişdir. Təqsirləndirilən şəxs qısa müddətdə bacısının haqqında “Forma № 88” sənədini elektron sistemə işləyəcəyini və ən geci bir ay ərzində bacısına əlilliyə görə pensiyanın təyin olunacağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs söz verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq bacısına əlillik dərəcəsi təyin olunmamışdır. Bunun səbəbini Təqsirləndirilən şəxs soruşduqda müxtəlif bəhanələr gətirib gah elektron sistemdə problemlərin olduğunu, gah baş həkimin sənədləri imzalamadığını demiş və hər dəfə 10-15 gün gözləməsini bildirmişdir. Lakin bir müddətdən sonra Təqsirləndirilən şəxs onu aldatdığını və etibarından sui-istifadə edib ona qarşı dələduzluq edərək 1.000 manatını ələ keçirdiyini başa düşmüşdür. Hazırkı vaxtadək də bacısına əlillik dərəcəsi təyin olunmamışdır. Buna görə də 2022-ci ilin sentyabr ayından Təqsirləndirilən şəxs 1.000 manatını tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs ondan aldığı 1.000 manatı iki dəfəyə tam həcmdə ödəyərək ona qaytarmışdır.. Ona görə onunla barışıb, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, Ağcabədi rayonunun Avşar kəndində ailə üzvləri ilə birgə yaşayır. 2016-cı ildə onkoloji xəstəliyi olduğu üçün, yəni sifət nahiyəsində olan yaralarla bağlı ona 2-ci dərəcə əlillik təyin olunmuş və 2021-ci ilə qədər əlilliyə görə pensiya almışdır. Lakin 2021-ci ildə ona təyin olunmuş pensiya dayandırılmışdır. Bundan sonra əlillik dərəcəsinin bərpa edilməsi üçün Ağcabədi rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Həmin xəstəxanada aparılan müayinələrdən sonra ona Bakı şəhərində yerləşən Azərbaycan Milli Onkologiya Mərkəzinə göndəriş verilmiş, bir ay müddətində orada stasionar müalicədə olmuşdur. Bundan sonra əlillik vəziyyətinin qiymətləndirilməsi, onun barəsində “Forma № 88” sənədinin tərtib olunaraq TSEK-ə göndərilməsi üçün yenidən rayon mərkəzi xəstəxanasının həkimməsləhət komissiyasına müraciət etmişdir. Həmin vaxt 2022-ci ilin iyul ayının əvvəlləri olmuşdur. Həmin ərəfələrdə əlilliyə görə pensiyadan ötrü müraciət edən vətəndaşlara əlilliyə görə pensiya təyin olunmasından TSEK tərəfindən kütləvi imtina qərarları verildiyi üçün həmin işin pul müqabilində müsbət həllində ona kömək edəcək adam axtarmışdır. Digər vətəndaşlardan rayon mərkəzi xəstəxanasında qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs pul müqabilində əlillik dərəcəsinin təyininə köməklik göstərdiyini eşitdiyinə görə özü də sonuncuya müraciət etmişdir. Həmçinin arvadı X18 da 2017-ci ildən ürəyində olan xəstəliklə bağlı 2-ci dərəcə əlilliyə görə pensiya almış, lakin onunla eyni vaxtda arvadının da pensiyası dayandırılmışdır. Təqsirləndirilən şəxs həqiqətən əlillik məsələsini həll edə bildiyinə inandığından həm özünün, həm də arvadının əlillik dərəcəsinin bərpasında kömək etməsi üçün müraciət etmişdir. Təqsirləndirilən şəxs ona bir nəfərə görə əlillik dərəcəsinin təyininə 1.200 manat müqabilində kömək etdiyini bildirmiş, ondan özünə və arvadına görə 2.400 manat tələb etmişdir. Təqsirləndirilən şəxs başqa vətəndaşlara da əlilliyə görə pensiya təyin edilməsində köməklik göstərdiyini və hər dəfə müsbət nəticələr aldığını bildirmişdir. Təqsirləndirilən şəxs inandığından, həmçinin sonuncunun rayon mərkəzi xəstəxanasında məsul vəzifədə işləməsi ilə əlaqədar etibar etdiyindən 2.400 manatı verməyə razı olmuşdur. Amma qeyd edilən vaxt 2.400 manatı olmamış, yalnız özünə görə 1.200 manat toplayıb düzəldə bilmişdir. 2022-ci ilin iyul ayının sonlarında günorta saatlarında rayon mərkəzi xəstəxanasının yanında, Hüsü Hacıyev küçəsində olan “İdeal” ətriyyat mağazasının qarşısında Təqsirləndirilən şəxsla ikilikdə görüşərək sonuncuya 1.200 manat və özünə məxsus tibbi sənədləri təqdim etmişdir. Həmçinin arvadı Şamaxı Məmişova üçün də tələb etdiyi 1.200 manatı toplayaraq qısa müddətdə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Bundan təxminən 20 gün sonra, yəni 2022-ci ilin avqust ayının ortalarında yenidən həmin yerdə Təqsirləndirilən şəxsla görüşərək sonuncuya arvadı üçün də topladığı 1.200 manatı vermişdir. Bununla da özünə və arvadına əlillik dərəcəsinin təyinində köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs 2.400 manat vermişdir. O, Təqsirləndirilən şəxs həmin işi həll etmədiyini gördüyündən 2.400 manatı qaytarmasını tələb etmişdir. 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs ondan özünə görə aldığı 1.200 manatı geri qaytarmış və arvadının məsələsi ilə məşğul olmağa davam etdiyini deyərək gözləməsini xahiş etmişdir. Təxminən bir ay sonra isə Təqsirləndirilən şəxs heç bir məsələni həll edə bilməyəcəyini bildiyi üçün ondan 1.200 manatı da qaytarmasını tələb etmişdir. 2023-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs ona 900 manat qaytarmışdır. Beləliklə Təqsirləndirilən şəxs ona dələduzluq yolu ilə 2.400 manat maddi ziyan vurmuş, sonradan həmin məbləğin qalan hissəsi olan 300 manatı da geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Hüsülü kəndində yaşayır. 2013-cü il təvəllüdlü nəvəsi X10 anadangəlmə epilepsiya xəstəliyi olduğundan tez-tez ürəkgetmələri olur. Bununla bağlı olaraq mütəmadi müxtəlif xəstəxanalarda müalicələr almış, lakin xəstəliyi birdəfəlik sağalmamışdır. Buna görə də 2022-ci ilin avqust-sentyabr aylarında nəvəsinə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsindən ötrü əvvəlcədən tanıdığı, rayon mərkəzi xəstəxanasında qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs həmin xəstəxananın həkim-məsləhət komissiyasının kargüzarlıq işlərini gördüyündən əlillik məsələlərindən anlayışı olmuşdur. Təqsirləndirilən şəxs özünü iş görməyi bacaran, nüfuzlu, xəstəxananın rəhbərliyi qarşısında sözü keçən və hörmət sahibi bir adam kimi tanıtmışdır. Təqsirləndirilən şəxs onun nəvəsinə əlillik dərəcəsinin təyin edilməsi üçün köməklik edə biləcəyini bildirmiş, lakin bunun üçün ondan 1.000 manat istəmişdir. Təqsirləndirilən şəxs hansı üsulla nəvəsinə əlillik dərəcəsi təyin etdirəcəyini soruşduqda nəvəsinin barəsində “Forma № 88” sənədini tərtib edərkən həmin sənədə məsələnin qəti olaraq müsbət həlli üçün zəruri məlumatlar əlavə edəcəyini, bununla nəvəsinə əlillik dərəcəsi təyin olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs ondan tələb etdiyi 1.000 manatın da özünün zəhmət haqqı olduğunu və “Forma № 88” sənədinin məqsədə müvafiq formada tərtib edilməsi müqabilində alacağını demişdir. Təqsirləndirilən şəxs inanaraq etibar etdiyindən razılaşmışdır. Növbəti gün günorta saatlarında rayon mərkəzi xəstəxanasında Təqsirləndirilən şəxsla görüşüb 1.000 manatı ikilikdə nağd qaydada sonuncuya vermişdir. Təqsirləndirilən şəxs ən geci bir ay ərzində nəvəsinə əlilliyə görə pensiyanın təyin ediləcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs söz verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq nəvəsinə əlilliyə görə pensiya təyin edilməmişdir. Bunun səbəbini Təqsirləndirilən şəxs soruşduqda müxtəlif bəhanələr gətirmiş və ona hər dəfə 10-15 gün gözləməsini demişdir. Sonralar Təqsirləndirilən şəxs onu aldatdığını və 1.000 manatını ələ keçirdiyini başa düşmüşdür. Hazırkı vaxtadək də nəvəsinə əlillik dərəcəsi təyin olunmamışdır. Buna görə də o, 2022-ci ilin sonlarından etibarən Təqsirləndirilən şəxs 1.000 manatını qaytarmasını tələb etmiş Təqsirləndirilən şəxs ondan aldığı 1.000 manatı iki dəfəyə ona tam həcmdə ödəmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi olmamasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayonunun Avşar kəndində ailə üzvləri ilə yaşayır. Bir ildən artıqdır tanıdığı Təqsirləndirilən şəxs Ağcabədi rayon mərkəzi xəstəxanasına qeydiyyatçı işləyir. O da həmin xəstəxanaya müalicə üçün gedib-gələrkən Təqsirləndirilən şəxsla tanış olmuşdur. O, Təqsirləndirilən şəxs iş görməyi bacaran, nüfuzlu, xəstəxananın rəhbərliyi qarşısında sözü keçən, hörmət sahibi bir adam kimi tanımışdır. Bacısı qızı X4 ürəyində xəstəliklər olduğundan əvvəllər beş il 2-ci dərəcə əlilliyə görə pensiya almışdır. Lakin təxminən iki-üç il əvvəl beş il müddət tamam olduğuna görə əlilliyə görə pensiyası dayandırılmışdır. Təqsirləndirilən şəxs əlillik məsələlərindən anlayışının olduğunu, başqa vətəndaşlara da əlilliyə görə pensiya təyin edilməsində köməklik göstərdiyini bildiyindən, habelə sonuncunu uzun müddətdir tanıyaraq etibar etdiyinə görə bacısı qızı Səadət Məmmədovaya bu barədə danışmışdır. Bacısı qızı ondan Təqsirləndirilən şəxsla danışıb köməklik istəməyini xahiş etmişdir. O da 2022-ci ilin oktyabr-noyabr aylarında Ağcabədi rayon mərkəzi xəstəxanasına gedərək Təqsirləndirilən şəxsla görüşmüş, sonuncuya bacısı qızının əlilliyə görə pensiyasının dayandırıldığını deyib pensiyasını bərpa etdirmək imkanının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona bacısı qızının əlillik dərəcəsini bərpa etdirə biləcəyini, bunun üçün bacısı qızının haqqında “Forma № 88” sənədini tərtib edərək elektron qaydada TSEK-ə göndərəcəyini, həmin sənədə özündən bir sıra məlumatlar daxil etməkə birmənalı olaraq bacısı qızına əlilliyə görə pensiyanın təyin olunmasına nail olacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmin məsələnin həlli üçün ondan 1.200 manat tələb etmişdir. Təqsirləndirilən şəxs həmçinin əlilliyə görə pensiyası dayandırılmış şəxslərin pensiyasını bərpa etdirməyin özü üçün asan iş olduğunu və uzun müddətdir həmin işlə məşğul olduğunu, hər dəfə müsbət nəticələr əldə etdiyini demişdir. Həmin ərəfələrdə bacısı qızı Səadət Məmmədova ailəsi ilə Rusiya Federasiyasına getmişdir. Buna görə də ondan Təqsirləndirilən şəxsla görüşməsini və 1.200 manatı özünün verməsini xahiş etmiş, Rusiya Federasiyasından qayıtdıqdan sonra isə onun pulunu qaytaracağını demişdir. Buna görə də o, şəxsi vəsaitindən 1.200 manat götürərək 2022-ci ilin noyabrında Ağcabədi rayon mərkəzi xəstəxanasına getmiş və həmin pulu nağd qaydada Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs dərhal “Forma № 88” sənədini tərtib edərək elektron qaydada TSEK-ə göndərəcəyini və ən geci bir ay ərzində bacısı qızına əlilliyə görə pensiyanın təyin olunacağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs söz verdiyi müddətdən xeyli keçməsinə baxmayaraq “Forma № 88” sənədini tərtib etməmişdir. Təqsirləndirilən şəxs bunun səbəbini soruşduqda müxtəlif bəhanələr gətirmiş, guya baş həkimin sənədləri imzalamadığını demiş və başqa bəhanələrlə onu yola vermişdir. O, Təqsirləndirilən şəxs həmin işi həll etmədiyini gördüyündən 1.200 manatı qaytarmasını tələb etməyə başlamışdır. Lakin Təqsirləndirilən şəxs həmin pulu qaytarmaqdan imtina etmişdir. Sonradan Təqsirləndirilən şəxs özünü nüfuzlu, əli hər yerə çatan, iş görməyi bacaran adam kimi təqdim edərək onu aldatmaqla formalaşdırdığı inam və etibardan suiistifadə edərək dələduzluq etdiyini və onun 1.200 manatını ələ keçirdiyini başa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasını və ona yüngül cəza verilməsi xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadə verərək göstərdi ki, uşaqlığında yolnəqliyyat hadisəsi zamanı travma alaraq sağ əlinin ikinci və üçüncü barmaqları amputasiya olunmuşdur. 2021-ci ilin yanvar ayında Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna müraciət edərək sağ əlinin iki barmağının amputasiya olunması və sağ əlinin funksiyasının itirilməsi barədə tibbi rəy almışdır. Mən həmin rəyi Ağcabədi rayon mərkəzi xəstəxanasına təqdim etmiş, həmin ərəfələrdə həkim-məsləhət komissiyasından keçirilmişdir. Onun barəsində rayon mərkəzi xəstəxanası tərəfindən “Forma № 88” sənədi tərtib olunmaqla elektron qaydada TSEK-ə göndərilsə də ona əlilliyə görə pensiya təyinindən imtina edilməsinə dair qərar qəbul olunmuşdur. Daha sonra Bakı şəhərinə gedərək Respublika Əlillərin Bərpa Mərkəzində əyani baxışdan da keçmiş, lakin bununla belə ona əlillik dərəcəsi təyin olunmamışdır. Ağcabədi rayon mərkəzi xəstəxanasında qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin əvvəllərindən tanımışdır. Təqsirləndirilən şəxs həmin xəstəxanaya əlillik vəziyyətinin qiymətləndirilməsinə görə müraciət edən vətəndaşlar haqqında məlumatların elektron sistemə yerləşdirilməsini həyata keçirmişdir. O da əlillik dərəcəsinin təyin edilməsi üçün həmin xəstəxanaya gedibgələrkən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Sonuncu dəfə 2022-ci ilin noyabr ayının əvvəllərində bir daha həkim-məsləhət komissiyasının üzvləri ilə müzakirə etmək üçün rayon mərkəzi xəstəxanasına getdikdə Təqsirləndirilən şəxsla rastlaşıb söhbət edərkən sonuncu ona əlillik dərəcəsinin təyin edilməsi üçün köməklik edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hansı üsulla ona əlillik dərəcəsini təyin etdirəcəyini soruşduqda onun tibbi sənədlərinə baxaraq Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutundan aldığı tibbi rəyin müddətinin bitdiyini, birinci növbədə onun üçün həmin institutdan yeni rəy alacağını və bundan sonra onun haqqında “Forma № 88” sənədi tərtib edərək həmin sənədə məsələnin qəti olaraq müsbət həlli üçün zəruri məlumatları əlavə edəcəyini və bununla da ona əlillik dərəcəsinin təyin olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmin məsələnin müsbət həlli üçün ondan 600 manat tələb etmiş, həmin pulun özünün zəhmət haqqı olduğunu və “Forma № 88” sənədinin məqsədə müvafiq formada tərtibi, həmçinin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutundan yeni rəyin əldə edilməsi müqabilində alacağını bildirmişdir. Təqsirləndirilən şəxs inanaraq etibar etdiyindən razılaşmış və 600 manatı vermək üçün sonuncunu yaşadığı evə dəvət etmişdir. Təqsirləndirilən şəxs həmin günün axşamı onun yaşadığı evə gəlmişdir, həmin evin həyətində Təqsirləndirilən şəxsla ikilikdə görüşərək 600 manatı sonuncuya nağd qaydada vermişdir. Təqsirləndirilən şəxs dərhal Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutundan dərhal rəy alacağını və “Forma № 88” sənədini tərtib etməklə elektron qaydada TSEK-ə göndərəcəyini, ən geci iki ay ərzində isə ona əlilliyə görə pensiyanın təyin olunacağını bildirmişdir. Lakin bir müddətdən sonra Təqsirləndirilən şəxs onu aldatdığını və etibarından sui-istifadə edərək 600 manatını ələ keçirdiyini başa düşmüşdür. Buna görə də 2023-cü ilin əvvəllərindən Təqsirləndirilən şəxs 600 manatını qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş zərəri tam ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadə verərək göstərdi ki, onun anadangəlmə sol böyrəyi olmamışdır. Bununla əlaqədar mütəmadi olaraq müxtəlif tibb müəssisələrində müalicələr almışdır. 2022-ci ilin sentyabr-oktyabr aylarında əlillik dərəcəsi almaq üçün müraciət etmək fikrində olmuş, lakin əlillik dərəcəsinin təyin edilməsi prosesinin bir qədər çətin olduğunu və adətən bununla bağlı müraciət edən vətəndaşlara əlillik dərəcəsinin təyin olunmasından imtina cavabı gəldiyini öyrənmişdir. Buna görə pul müqabilində ona kömək edə biləcək səlahiyyətli bir şəxs axtarmışdır. Bu barədə uzaq qohumu olan Şahid2 ilə söhbət etdikdə sonuncu tanışı Təqsirləndirilən şəxs Ağcabədi rayon mərkəzi xəstəxanasında qeydiyyatçı vəzifəsində işlədiyini, eyni zamanda əlillik məsələləri ilə məşğul olan həkim-məsləhət komissiyasının da kargüzarlıq işlərini gördüyünü demiş, onun məsələsini Təqsirləndirilən şəxsla danışıb köməklik etməyin mümkün olub-olmadığını soruşacağını bildirmişdir. Bir neçə gün sonra Şahid2lə təkrar görüşdükdə sonuncu Təqsirləndirilən şəxsla danışdığını, onun məsələsini həll etməyə söz verdiyini, lakin bunun müqabilində 800 manat tələb etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin işin müqabilində tələb etdiyi 800 manatı da “Forma № 88” sənədini tərtib etmək üçün özünə zəhmət haqqı qismində istəmişdir. Təqsirləndirilən şəxs sözlərini Şahid2 ona çatdıranda onda Təqsirləndirilən şəxs qarşı inam yaranmışdır. Həm də Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasında məsul işdə işləməsi ilə bağlı sonuncuya etibar etmiş və vətəndaşları aldatmayacağını düşünmüşdür. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs inandıqları üçün 800 manatı verməyə razı olmuşdur. O, Təqsirləndirilən şəxs tanımamış və sonuncu ilə əlaqədə olmamışdır. Təqsirləndirilən şəxsla aralarındakı razılaşma və sövdələşməni Şahid2 həyata keçirmişdir. 2022-ci ilin noyabr ayının ortalarında 800 manatı Təqsirləndirilən şəxs verməsi məqsədi ilə Şahid2 vermişdir. Eyni zamanda sol böyrəyinin anadangəlmə mövcud olmamasına dair özündə olan tibbi sənədləri də təqdim etmişdir. Şahid2 həmin gün rayon ərazisində Təqsirləndirilən şəxsla görüşməklə 800 manatı nağd qaydada sonuncuya vermişdir. Təqsirləndirilən şəxs “Forma № 88” sənədini qısa müddətdə tərtib edərək elektron sistemə işləyəcəyini və ən geci bir ay ərzində ona əlillik dərəcəsinin təyin olunacağını bildirmişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs həmin vədlərinə əməl etməmiş, ona əllik dərəcəsi təyin edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs heç bir iş görmək qabiliyyətində olmadığını və Şahid2 vasitəsi ilə ona qarşı dələduzluq etdiyini anladığından Təqsirləndirilən şəxs 800 manatı geri almasına dair Şahid2 təkidlər etmişdir. 2023-cü ilin əvvəllərində isə Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs ondan aldığı 800 manatı tam həcmdə qaytarmış, hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yaşayır. 2015-ci ildə “Hepatit C” virusuna yoluxmağı ilə əlaqədar ona 2-ci dərəcə əlillik təyin olunmuş, 2021-ci ilin noyabr ayınadək beş il müddətində ikinci dərəcə əlilliyə görə pensiya almışdır. Lakin 2021ci ilin noyabr ayında müddətin tamam olması ilə əlaqədar ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin ərəfələrdə bir neçə dəfə Ağcabədi rayon mərkəzi xəstəxanasına müraciət edərək həkim-məsləhət komissiyasının sədri ilə görüşmüşdür. Komissiya sədrinin sözlərinə görə onun barəsində “Forma № 88” sənədinin tərtib olunması üçün Bakı şəhərində yerləşən “X31” publik hüquqi şəxsdə PCR analizi verməklə onda “Hepatit C” virusunun hazırda da mövcudluğunu təsdiq edən tibbi arayış almalıdır. Rayon mərkəzi xəstəxanasında qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs təqribən 2021-ci ilin əvvəllərindən tanıyıb. Təqsirləndirilən şəxs əlillik vəziyyətinin qiymətləndirilməsinə görə müraciət edən vətəndaşlar haqqında məlumatların elektron sistemə yerləşdirilməsini həyata keçirmişdir. O da əlillik dərəcəsinin təyin edilməsi üçün həmin xəstəxanaya gedibgələrək Təqsirləndirilən şəxsla tanış olmuşdur. Sonuncu dəfə 2022-ci ilin noyabr ayının ortalarında müalicəsi ilə əlaqədar rayon mərkəzi xəstxanasına gedərkən orada təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmış və əlillik məsələsi ilə əlaqədar problemini sonuncuya danışmışdır. Təqsirləndirilən şəxs ona əlillik dərəcəsinin təyinində köməklik edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hansı üsulla ona əlillik dərəcəsinin təyin olunmasına kömək edəcəyini soruşduqda onun üçün PCR analizini Bakı şəhərinə getmədən alacağını və bundan sonra onun haqqında “Forma № 88” sənədi tərtib edərək həmin sənədə məsələnin qəti olaraq müsbət həlli üçün zəruri məlumatları əlavə edəcəyini, bununla ona əlillik dərəcəsinin təyin olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmin məsələnin müsbət həllinə görə ondan 2.000 manat tələb etmişdir. Təqsirləndirilən şəxs həmin pulun özünün zəhmət haqqı olduğunu, “Forma № 88” sənədinin məqsədə müvafiq formada tərtib edilməsinə və “X31” publik hüquqi şəxsdən PCR arayışının alınması müqabilində alacağını demişdir. Təqsirləndirilən şəxs həmçinin əlilliyə görə pensiyası dayandırılmış vətəndaşların pensiyalarını bərpa etdirməyin özü üçün çox asan iş olduğunu, uzun müddətdir həmin işlə məşğul olaraq hər dəfə müsbət nəticələr əldə etdiyini də demişdir. O, Təqsirləndirilən şəxs inanıb etibar etdiyindən razılaşmışdır. Növbəti gün saat 11 radələrində rayon mərkəzi xəstəxanasının həyətində Təqsirləndirilən şəxsla görüşərək 2.000 manatı sonuncuya nağd qaydada vermişdir. Təqsirləndirilən şəxs dərhal onun haqqında “X31” publik hüquqi şəxsdən PCR arayışı alacağını və daha sonra “Forma № 88” sənədini tərtib edib TSEK-ə göndərəcəyini, ən geci iki ay ərzində ona əlilliyə görə pensiya təyin olunacağını demişdir. Lakin bir müddətdən sonra Təqsirləndirilən şəxs onu aldatdığını, etibarından sui-istifadə edib 2.000 manatını ələ keçirdiyini başa düşmüşdür. Buna görə də 2023-cü ilin əvvəllərindən Təqsirləndirilən şəxs 2.000 manatını tələb etməyə başlamışdır. Lakin Təqsirləndirilən şəxs həmin pulu qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxsla 2.000 manata danışıb razılaşmış və sonuncuya həmin məbləğdə pul vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birgə ünvan 12 ünvanında yaşayır. Şəkərli diabet və başqa yanakı xəstəliklərdən əziyyət çəkdiyinə görə ona ömürük əlilliyə görə pensiya təyin edilmişdir. Əri Şahid3 isə Birinci Qarabağ müharibəsində iştirak edərək sağ ayağından qəlpə yarası almış, eləcə də sinir sistemimdə pozulmalar yarandığından əsəb xəstəliyinə düçar olmuşdur. Bununla bağlı 1998-ci ildə ərinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Əri Şahid3 əlillik dərəcəsi beş il müddətinə təyin edilmişdir və hər beş ildən bir yenidən müayinələrdən keçdiyindən əlilliyə görə pensiyasının müddəti uzadılmışdır. Sonuncu dəfə 2021-ci ilin aprel ayında beş il müddət tamam olduğundan ərinə təyin olunmuş əlilliyə görə pensiya dayandırılmışdır. Bundan sonra əri Şahid3 əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün həmin ərəfələrdə Ağcabədi rayon mərkəzi xəstəxanasına müraciət edərək 8 gün stasionar müalicə olunduqdan sonra həkim-məsləhət komissiyasından keçirilmiş və əlillik dərəcəsinin təyin edilməsinə görə həmin komissiya tərəfindən “Forma № 88” sənədi tərtib edilərək elektron qaydada TSEK-ə göndərilmişdir. Növbəti günlərdə isə TSEK tərəfindən ərinə əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir. İmtinanın səbəbləri onlara məlum olmasa da digər şəxslərdən eşitdiklərinə görə ərinin sürücülük vəsiqəsi olduğundan əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Sonrakı vaxtlarda da əri rayon mərkəzi xəstəxanasında müayinə və müalicələrdən keçmiş, sonradan iki dəfə də ərinin haqqında “Forma № 88” sənədi tərtib edilməklə elektron qaydada TSEK-ə göndərilmişdir. Lakin qeyd olunan müraciətlərdə də ərinə əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. O, yüksək şəkərli diabetdən və sair yanakı xəstəliklərdən əziyyət çəkdiyindən mütəmadi olaraq rayon mərkəzi xəstəxanasında müalicələr almış və Təqsirləndirilən şəxs da həmin vaxtlarda tanımışdır. Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatçı işləmişdir və əlillik vəziyyətinin qiymətləndirilməsinə görə müraciət edən vətəndaşlar haqqında məlumatların elektron sistemə yerləşdirilməsini həyata keçirmişdir. Təqsirləndirilən şəxs mədəni və səmimi insan kimi tanımış, habelə sonuncunun əlillik məsələlərindən yaxşı anladığını, başqa vətəndaşlara da əlillik dərəcəsinin təyin olunmasına köməklik etdiyini eşitmişdir. Buna görə ərinə artıq üçüncü dəfə əlillik dərəcəsinin təyin olunmasından imtina edildikdən sonra onlara köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmişdir. 02 fevral 2023-cü il tarixdə tanışlarından birinin uşağı yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı üçün həmin uşağı ziyarət etmək məqsədi ilə rayon mərkəzi xəstəxanasına getmişdir. Orada Təqsirləndirilən şəxsla rastlaşdıqda sonuncuya əri Şahid3 məsələsi haqqında danışmışdır. Təqsirləndirilən şəxs da ərinə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmasının sonuncunun sürücülük vəsiqəsi ilə əlaqədar olduğunu və həmin məsələni onların xeyrinə həll etmək imkanının olduğunu demişdir. Həmçinin “Forma № 88” sənədini tərtib edərkən həmin sənədə guya ərinin sürücülük vəsiqəsinin mövcud olmaması barədə, eləcə də məsələnin qəti olaraq müsbət həlli üçün başqa tibbi məlumatları da əlavə edəcəyini və bununla da ərinə əlillik dərəcəsi təyin olunmaqla pensiya təyin ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs işin müsbət həllinə görə özü üçün ondan 2.000 manat istəmişdir. O da Təqsirləndirilən şəxs inanıb etibar etdiyindən razılaşmış, həmin pulu götürməsi üçün sonuncunu yaşadığı evə dəvət etmişdir. Həmin gün məsələ haqqında əri Şahid3 da danışmışdır. Həmin günün axşamı, yəni 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onların yaşadıqları evə gəlmişdir. O, özünə məxsus və pensiyasından topladığı 2.000 manatı əri Şahid3 yanında Təqsirləndirilən şəxs nağd qaydada vermişdir. Təqsirləndirilən şəxs ərinin haqqında “Forma № 88” sənədini dərhal tərtib edəcəyini və ən geci bir ay müddətində sonuncuya yenidən əlillik dərəcəsinin təyin olunacağını bildirmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq ərinə əlilliyə görə pensiya təyin olunmadığını görərək Təqsirləndirilən şəxs müraciət etdikdə sonuncu müxtəlif bəhanələr irəli sürmüş və vaxt istəmişdir. Sonradan Təqsirləndirilən şəxs onu aldatmaqla onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona qarşı dələduzluq edib 2.000 manatını ələ keçirdiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs ona 2.000 manat maddi ziyan vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmiş onunla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb ona heç bir cəza təyin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 3 ünvanında ailə üzvləri ilə yaşayır. 2017-ci ildə böyrəklərində olan xəstəliklərlə əlaqədar ona 2-ci dərəcə əlillik təyin olunmuş və 2022-ci ilin aprel ayınadək əlilliyə görə pensiya almışdır. Lakin 2022-ci ilin aprel ayında onun pensiyası dayandırılmışdır. Bundan sonra isə əlillik dərəcəsinin bərpa edilməsindən ötrü Ağcabədi rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Həmin xəstəxanada həkim-məsləhət komissiyasında baxışdan keçirilmiş və barəsində “Forma № 88” sənədi tərtib olunaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün TSEK-ə göndərilmişdir. Lakin TSEK tərəfindən ona müxtəlif səbəblərdən əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. 2022-ci ildə təxminən dörd-beş dəfə barəsində “Forma № 88” sənədi tərtib olunmaqla TSEK-ə göndərilmiş, lakin hər birində sənədin natamam doldurulması, stasionar müalicələr ilə bağlı məlumatların qeyd olunmaması və başqa səbəblərdən imtina qərarı qəbul olunmuşdur. Rayon mərkəzi xəstəxanasına gedib-gələrkən orada qeydiyyatçı vəzifəsində işləyən və həkim-məsləhət komissiyasının kargüzarlıq işləri ilə məşğul olan Təqsirləndirilən şəxsla tanış olmuş, söhbət zamanı sonuncu ona əlillik dərəcəsinin təyininə köməklik edə biləcəyini bildirərək müqabilində ondan 1.000 manat tələb etmişdir. Həmin vaxt 2022-ci ilin iyul-avqust ayları olmuşdur. O, Təqsirləndirilən şəxs həmin işi hansı formada həll edəcəyini soruşduqda burada əsas məsələnin “Forma № 88” sənədinin düzgün tərtib edilməsindən asılı olduğunu, onun barəsində həmin sənədi tərtib edərkən oraya özündən bir sıra məlumatlar əlavə edəcəyini və bununla da TSEK tərəfindən ona əlillik dərəcəsinin təyin olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs “Forma № 88” sənədini tərtib etməyin özünün səlahiyyətində olduğunu demişdir. Habelə başqa vətəndaşlara da əlilliyə görə pensiya təyin edilməsində köməklik göstərdiyini və hər dəfə müsbət nəticələr aldığını demişdir. Təqsirləndirilən şəxs ondan tələb etdiyi 1.000 manatın özünün zəhmət haqqı olduğunu və “Forma № 88” sənədinin məqsədə müvafiq formada tərtib edilməsi müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasında məsul vəzifədə işlədiyini, həmçinin həkim-məsləhət komissiyasının kargüzarlıq işləri ilə məşğul olduğundan həmin komissiyanın sədri və üzvləri ilə münasibətlərinin yaxın olduğunu nəzərə alaraq onu aldatmayacağını, sözlərinin həqiqi olduğunu düşünərək inanmış və 1.000 manatı verməyə razı olmuşdur. Sonradan Təqsirləndirilən şəxs əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı heç bir səlahiyyətinin və imkanın olmadığını, “Forma № 88” sənədinin tərtib edilməsinin həkimməsləhət komissiyasının üzvləri və sədrinin səlahiyyətində olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxsla həmin danışıqlarının axşamı sonuncu onun yaşadığı evə gəlmiş, 1.000 manatı Təqsirləndirilən şəxs nağd qaydada vermişdir. Təqsirləndirilən şəxs “Forma № 88” sənədini dərhal elektron sistemə işləyəcəyini, ən geci bir-iki ay ərzində ona əlillik dərəcəsinin təyin olunacağını demişdir. Lakin Təqsirləndirilən şəxs söz verdiyi vaxtın üzərindən xeyli müddət keçməsinə baxmayaraq ona əlillik təyin olunmamışdır. Bunun səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmiş, guya elektron sistemdə çətinliklərin olduğunu demiş və başqa bəhanələrlə onu yola vermişdir. Təqsirləndirilən şəxs həmin işi həll etmədiyini gördüyündən 1.000 manatı ona qaytarmasını tələb etməyə başlamışdır. 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs ondan aldığı 1.000 manatı tam həcmdə geri qaytararaq maddi ziyanı aradan qaldırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxs X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli 803 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixiatrik, onkoloji, ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli 9771 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli 9771 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyata alınmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 11 oktyabr 2021-ci il tarixli 2093-K nömrəli əmrlə xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinə 3 ay sınaq müddəti ilə qeydiyyatçı vəzifəsində işə qəbul edilmiş, əlillik ilə əlaqədar sənədlərin TSERAS altsisteminə işlənməsində yol verdiyi pozuntulara görə 24 fevral 2022-ci il tarixli K-223 nömrəli və 28 aprel 2023-cü il tarixli K-665 nömrəli əmrlərlə ona töhmət verilmiş, iş yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli 3-21-3- 45/2-4994/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətinə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərəri tam ödənilmiş və onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 teleqramından görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmiş və onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs7 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs8 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs9 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli AR CM-nin 178.2.2 və 178.2.3-cü madəsilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildi. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları və X11 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışıb onlara dəymiş ziyanı tam ödəməsini və zərərçəkmişlərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasının mümkün olmasını nəzərə alaraq, ona təqsirləndirildiyi AR CM-nin 178.2.2 və 178.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə, həmçinin onun öz qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsini nəzərə alaraq barəsində AR CM-nin 46.2-ci maddəsi tətbiq edilərək dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin olunmasını qanunamüvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası məcəlləsinin 23.1-ci maddəsində göstərilir ki, məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İcra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir. Hökmun icrası onun yaşayış yeri üzrə Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə Ağcabədi rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə üç ay müddətə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan «Samsunq» markalı «Galaxy A41» modelli mobil telefon cihazı sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilərək bir il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4.000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Hökmün icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınaraq hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Ağcabədi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan «Samsunq» markalı «Galaxy A41» modelli mobil telefon cihazı sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə verildiyi) andan 20 gün müddətinə Ağcabədi rayon məhkəməsi vasitsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-195/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-195/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver