Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-21/2025 29.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X22, X7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs13, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1990-cı il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Əliyev X5 Fikrət Hümbət oğluna kəsilmiş əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2022-ci ilin aprel ayında Ağcabədi şəhəri, Yuxarı Qiyamadınlı kəndində, yaşadığı evin qarşısında 2000 manat pulu nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Zərərçəkmiş şəxs2 kəsilmiş əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2022-ci ilin sentyabr-noyabr aylarında Ağcabədi rayon mərkəzi xəstəxanasının qarşısında ayrı-ayrı günlərdə iki dəfə, hər biri 1000 (cəmi 2000) manat və Bakı şəhərində “Üçün Dairəsi” kimi adlanan yerdə 1500 manat pulu nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Zərərçəkmiş şəxs3 həyat yoldaşı X10 təqaüdünü bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 25 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonu, “Dörd Yol” kimi tanınan yerdə 2000 manat pulu nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 2000 manat məbləğində maddi ziyan vurmuqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Zərərçəkmiş şəxs4 arvadı X2 əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 13 may 2023-cü il tarixdə istintaqla dəqiq müəyyən edilməyən bank kartına Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən “Qardaşlar” marketdən ödəniş terminalı vasitəsi ilə 600 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 may 2023-cü il tarixdə istintaqla dəqiq müəyyən edilməyən bank kartına Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən “Qardaşlar” marketdən ödəniş terminalı vasitəsi ilə 1600 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə vahid niyyətlə 2200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Zərərçəkmiş şəxs5 qızı X1 əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 24 may 2023-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən “Hindarx” marketdən ödəniş terminalı vasitəsi ilə 2500 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Zərərçəkmiş şəxs6 arvadı X17, baldızı X12 və qayını X18 əlillik dərəcəsini düzəldəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2023-cü ilin iyun-iyul aylarında adına olan "xxxx" ASC-yə məxsus 4169 7413 9731 6645 nömrəli bank kartına 1000 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək adına olan "xxxx" ASC-yə məxsus 4169 7413 9731 6645 nömrəli bank kartına “BirBank” mobil tətbiqi vasitəsilə 700 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək 17 iyul 2023-cü il tarixdə adına olan "xxxx" ASC-yə məxsus 4169 7413 9731 6645 nömrəli bank kartına Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Afem” marketdən ödəniş terminalı vasitəsi ilə 2200 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə vahid niyyətlə 3900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən X3 əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 06 avqust 2023-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən “Planet” marketdən ödəniş terminalı vasitəsi ilə 1450 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Müşviq Mamedova 1450 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Zərərçəkmiş şəxs8 Niftulla qızına yüksək vəzifədə işləyən tanışlarının olması barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq sonuncuya həmin şəxslərin vasitəsi ilə ona İİ qrup əlilliyə görə təyin edilmiş təqaüdün stasionar müalicə müəssəsində müalicə almadan ömürlük verilməsinə nail olacağını bildirib Zərərçəkmiş şəxs8 tanışı Şahid4 vasitəsi ilə 2023-cü ilin avqust ayının sonlarında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kinoteatırının yaxınlığında 1500 manat pulu alıb ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2023cü ilin dekabr ayında Ağcabədi rayonunun Avşar kənd sakini X6 nəvəsi 2005-ci il təvəllüdlü X16 hərbi xidmətdən saxlatması üçün əlillik pensiyasını düzəldəcəyi, həmçinin növbəti çağırışdan saxladacağı barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Ağcabədi rayon filialında yerləşən ödəniş terminalı vasitəsi ilə 4900 manat məbləğində pul köçürülməsinə nail olub ələ keçirərək İsfəndiyər Məmmədova 4900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Zərərçəkmiş şəxs10 yüksək vəzifədə işləyən tanışlarının olması barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq sonuncuya həmin şəxslərin vasitəsi ilə ona əvvəllər İİ qrup əlilliyə görə təyin edilmiş təqaüdün bərpa edilməsində köməklik göstərəcəyini bildirib 29 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 2500 manat, bundan sonra, vahid niyyətlə cinayət əməlini davam etdirərək 05 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Elmar” dairəsi adlnan ərazidə 500 manat pulu nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ümumilikdə vahid niyyətlə 3000 manat məbləğində maddi ziyan vurmuqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Zərərçəkmiş şəxs11 oğlu Şahid3 Ağcabədi RMX-na mühafizəçi kimi işə düzəldəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 30 oktyabr 2022-ci il tarixdə Ağcabədi şəhəri, Gənclər mərkəzində 1500 manat pulu nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra vahid niyyətlə cinayət əməlini davam etdirərək 03 noyabr 2024-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına Ağcabədi şəhəri, H.Əliyev küçəsində yerləşən “Xanlar” marketdən ödəniş terminalı vasitəsi ilə 200 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra, vahid niyyətlə cinayət əməlini davam etdirərək 18 fevral 2024-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus, istintaqla dəqiq müəyyən edilməyən bank kartına Ağcabədi şəhəri, H.Əliyev küçəsində yerləşən “Xanlar” marketdən ödəniş terminalı vasitəsi ilə 100 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ümumilikdə vahid niyyətlə 1800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Zərərçəkmiş şəxs12 “STP” zavoduna qaynaqçı kimi işə düzəldəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2023-cü ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində 1000 manat pulu nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra, vahid niyyətlə cinayət əməlini davam etdirərək istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2023-cü ilin dekabr ayında Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində 500 manat pulu nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra, vahid niyyətlə cinayət əməlini davam etdirərək 31 dekabr 2023-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına Simqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Fəxri” aptekdən ödəniş terminalı vasitəsi ilə 100 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra, vahid niyyətlə cinayət əməlini davam etdirərək 18 fevral 2024-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına Simqayıt şəhəri, 13cü mikrorayon ərazisində yerləşən “Fəxri” aptekdən ödəniş terminalı vasitəsi ilə 150 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 vahid niyyətlə ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Zərərçəkmiş şəxs13 kəsilmiş əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 06 mart 2024-cü il tarixdə Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndi ərazisində yerləşən “Kolxoz idarəsi” kimi tanınan yerdə 1500 manat pulu nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvələr tanıdığı Zərərçəkmiş şəxs1 kəsilmiş əlillik pensiyasını bərpa edəcəyini bildirərək 2022-ci ilin aprel ayında yaşadığı Ağcabədi şəhəri, Yuxarı Qiyamadınlı kəndində Zərərçəkmiş şəxs1 2000 manat pul almış, lakin onun əlilliyini bərpa etdirməmişdir. Sonradan Zərərçəkmiş şəxs1 aldığı 2000 manat pulu tam olaraq ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 kəsilmiş əlillik pensiyasını bərpa edəcəyini bildirərək 2022-ci ilin sentyabr-noyabr aylarında Ağcabədi rayon mərkəzi xəstəxanasının qarşısında ayrı-ayrı günlərdə iki dəfə, hər biri 1000 manat və Bakı şəhərində “Üçün Dairəsi” kimi tanınan yerdə 1500 manat, cəmi 3500 manat pul almışdır. Lakin, Zərərçəkmiş şəxs2 pensiyasını bərpa etdirməmişdir. Səbuhi Novruzova dəymiş 3500 manat ziyanı ödəməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 həyat yoldaşı X10 təqaüdünü bərpa edəcəyini bildirib 25 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonu, “Dörd Yol” kimi tanınan yerdə Zərərçəkmiş şəxs3 2000 manat pul almışdır. Lakin, təqaüdü bərpa etdirməmişdir. Zərərçəkmiş şəxs3 aldığı 2000 manat pulu tam olaraq ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 arvadı X2 əlillik pensiyasını bərpa edəcəyini bildirmiş və Zərərçəkmiş şəxs4 bank kartına 13 may 2023-cü il tarixdə 600 manat, 15 may 2023-cü il tarixdə 1600 manat, cəmi 2200 manat pul köçürmüşdür. Pensiyanı bərpa etdirməmidir. Sonradan Zərərçəkmiş şəxs4 aldığı 2200 manat pulu tam olaraq ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 Şahlar qızının qızı X1 əlillik pensiyasını bərpa edəcəyini bildirmiş, Zərərçəkmiş şəxs5 bank kartına 24 may 2023-cü il tarixdə 2500 manat pul köçürmüşdür. Lakin, pensiyanı bərpa etdirməmişdir. Zərərçəkmiş şəxs5 aldığı pulun 600 manatını ödəmiş və qalan hissəsini də yaxın vaxtlarda qaytaracaqdır. Bundan başqa, Zərərçəkmiş şəxs6 arvadı X17, baldızı X12 və qayını X18 əlillik dərəcəsini düzəldəcəyini bidirərək, Zərərçəkmiş şəxs6 dəqiq məbləği xatırlamasa da, 3 dəfəyə 3400 və ya 3900 manat pul almışdır. Lakin, pensiya düzəltməmiş və Zərərçəkmiş şəxs6 aldığı pulu da qaytarmamışdır. Bundan başqa, X3 əlillik pensiyasını bərpa edəcəyini bildirmiş, Müşviq Mamedov 06 avqust 2023-cü il tarixdə bank kartına 1450 manat pul köçürmüşdür. Müşviq Mamedova pensiya düzəltməmiş və Müşviq Mamedovdan aldığı 1450 manat pulu tam olaraq ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 Niftulla qızına İİ qrup əlilliyə görə təyin edilmiş təqaüdünü ömürlük etdirəcəyini bildirmiş, bunun üçün Zərərçəkmiş şəxs8 1500 manat deyil, 1000 manat almışdır və həmin pulu ona Şahid4 vermişdir. Həmin pulu qaytarmamışdır. Bundan başqa, 2023-cü ilin dekabr ayında X16 əsgərlikdən saxlatdıracağını bildirib Şahid1 4900 manat pul almışdır. Ruslan həmin pulu ona bank vasitəsi ilə göndərmişdir. Lakin, Ruslanın oğlunu hərbi xitmətdən saxlatdıra bilməmişdir. Həmin puldan 2100 manat Ruslana ödəmiş və 2800 manat borcu qalmışdır. Ruslanın atası X4 pul almamışdır və göstərdiyi kimi, pulu Ruslandan almışdır. Bundan başqa, Zərərçəkmiş şəxs10 İİ qrup əlilliyə görə təyin edilmiş təqaüdünü bərpa etdirəcəyini bildirib ondan 29 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 2500 manat, 05 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Elmar” dairəsi adlnan ərazidə 500 manat, ümumilikdə 3000 manat pul almışdır. Lakin, pensiyanı bərpa etdirməmiş və Zərərçəkmiş şəxs10 aldığı pulu da qaytarmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs11 oğlu Şahid3 Ağcabədi RMX-na mühafizəçi kimi işə düzəldəcəyini bildirib Təbəssüm Müradovadan 30 oktyabr 2022-ci il tarixdə Ağcabədi şəhəri, Gənclər mərkəzində 1500 manat, 03 noyabr 2024-cü il tarixdə kart vasitəsi ilə 200 manat, 18 fevral 2024-cü il tarixdə kart vasitəsi ilə 100 manat, cəmi 1800 manat pul almış və Şahid3 iş düzəldə bilməmişdir. Zərərçəkmiş şəxs11 aldığı 1800 manat qaytarmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs12 pensiya düzəldəcəyini bildirib ondan 1350 manat pul almışdır. O, Zərərçəkmiş şəxs12 “STP” zavodunda işə düzəldəcəyini bildirməmiş və Zərərçəkmiş şəxs12 1750 manat almamışdır. Göstərdiyi kimi, Zərərçəkmiş şəxs12 1350 manat almış və pensiya üçün almışdır. Hazırda Zərərçəkmiş şəxs12 aldığı pulu ödəməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs13 kəsilmiş əlillik pensiyasını bərpa edəcəyini bildirib 06 mart 2024-cü il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində 1500 manat pul almışdır. Lakin, Natiqin pensiyasını bərpa etdirə bilməmişdir. Zərərçəkmiş şəxs12 aldığı 1450 manat pulu tam olaraq ödəmişdir. Aldığı pulun çox bir hissəsini Bakı şəhərində tanış olduğu həkim Şahin Qurbanova vermişdir. Hətta öz işi ilə bağlı Çahin Qurbanova 1500 manat vermişdir. Şahin Qurbanov barəsində Suraxanı rayon Polis İdarəsinə müraciət etmiş və təhqiqat aparılmışdır. Lakin, ona Şahin Qurbanovun öldüyünü bildirmişlər və bundan sonra Şahin Qurbanovla maraqlanmamışdır. Ödənilməmiş qalan ziyanın ödənilməsi üçün ona vaxt verilməsini və məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ildən tanıyır. Təqsirləndirilən şəxslə 2022-ci ilin əvvəllərində Ağcabədi RMX-da gözünü yoxlatdırarkən tanış olmuşlar. X31 bacısının təqaüdü ilə bağlı Təqsirləndirilən şəxs müraciət etmiş, Şahnəzər də təqüdü pərpa etdirəcəyini bildirmişdir. Bunun üçün Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Sonradan arvadının dayısı oğlu Rüstəm Əhmədovun təqaüdü kəsilmiş və bunun bərpa olunması üçün Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Sonra adını çəkmək istəmədiyi xalası qızının təqaüdü ilə bağlı Təqsirləndirilən şəxs 1500 manat pul vermişdir. Hər dəfə Təqsirləndirilən şəxs zəng edib işin nə yerdə olduğu ilə maraqlandıqda, Şahnzər müxtəlif bəhanələr gətirirmiş, işin düzəlmədiyini görüb Şahnəzərdən verdiyi pulu tələb etməyə başlamışdır. Ümumilikdə Təqsirləndirilən şəxs 3500 manat pul vermişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş və dəymiş ziyanı tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Həyat yoldaşı X23 2008ci ildən xəstəliyi ilə əlaqədar təqaüd almış, lakin təqaüd 2022-ci ildə kəsilmişdir. Həyat yoldaşının təqaüdünü bərpa etmək üçün Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq ondan kömək istəmiş, Təqsirləndirilən şəxs də onunla razılaşaraq tanışlarının olmasını və tanışlarının vasitəsi ilə pul müqabilində ona köməklik edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs bu iş üçün 2200 manat pul istəmi, o Şahnəzərlə razılaşmış və Təqsirləndirilən şəxs bank kartına Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən Qardaşlar marketindən 600 manat, bir müddət sonra 1600 manat olmaqla, ümumilikdə 2200 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs ona söz vermişdir ki, arvadının təqaüdü 40 gün müddətində bərpa ediləcəkdir. Lakin, 2 ay keçməsinə baxmayaraq arvadının təqaüdü bərpa edilməmişdir və Şahnəzərlə əlaqə saxlayarkən, Şahnəzər müxtəlif bəhanələr gətirirərək arvadının təqaüdünü bərpa etdirməmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 2200 manat puldan 1800 manatını ona qaytarmış, qalan 400 manatı isə qaytarmamışdır. Hazırda da qalan 400 manat pulu tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, qızı Təranə Çobanova 2016-cı ildən etibarən şəkərli diabet xəstəliyindən əziyyət çəkir və 2018-ci ildən həmin xəstəliyə görə 180 manat təqaüd almışdır. Lakin, 2022-ci ildə Təranəyə verilən təqaüd dayandırılmışdır. Təranənin təqaüdünü bərpa etdirmək istəmiş və bu məqsədlə Allahverdi Əliyevin vasitəsi ilə onun oğlu Təqsirləndirilən şəxslə tanış olmuşdur. Allahverdi oğlu Şahnəzərin pensiya işi ilə məşğul olduğunu bildirmiş və Şahnəzərin nömrəsini ona verərək Şahnəzərlə əlaqə saxlamasını demişdir. Təqsirləndirilən şəxs zəng edib əlaqə saxlamış, Şahnəzər Bakıda olduğunu, Bakıdan gələndə görüşüb ətraflı danışmalarını ona demişdir. 21 may 2023-cü il tarixdə Şahnəzərin yaşadığı evə getmiş, Şahnəzər qızının sənədlərinə baxaraq, Təranəyə 2-ci qrup əlillik dərəcəsini düzəldə biləcəyini demişdir və bu iş üçün ondan 2500 manat pul istəmişdir. Şahnəzərlə razılaşmış və 22 may 2023-cü il tarixdə qızının xəstəliyini təsdiq edən sənədlərin surətini Şahnəzərə vermişdir. 24 may 2023-cü il tarixdə Şahnəzər onunla telefon əlaqəsi saxlayaraq 2500 manat pulu göndərməsini demiş, o da Şahnəzərin adına olan bank kartına Ağcabədi rayonu, Hindarx qəsəbəsi, Hindarx marketdən terminal vasitəsi ilə 2500 manat pul göndərmişdir. Pul Şahnəzərə çatdıqdan sonra Şahnəzər ona söz vermişdir ki, qızının təqaüdü 3 ay müddətinə düzələcəkdir. Lakin buna baxmayaraq, Şahnəzər qızının təqaüdünü düzəltməmişdir və aldığı 2500 manat puldan 600 manatını qaytaraq qalan 1900 manat pulu bu günə kimi ödəməmişdir. Hazırda da qalan 1900 manat pulu tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs11 vasitəsi ilə tanış olmuşdur. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs arvadı X17, baldızı, X12 və dayısı oğlu X18 ömürlük təqaüd düzəldə biləcəyini demiş və bu iş üçün Təqsirləndirilən şəxs iki dəfə 700 manat, bir dəfə 2500 manat, ümumilikdə 3900 manat pul vermişdir. Lakin, Şahnəzər təqüdü düzəltməmişdir. Təqaüdü düzəlməməsini görüb verdiyi pulu Təqsirləndirilən şəxs tələb etməyə başlamışdır. Ona dəymiş ziyan ödənilməmiş və həmin ziyanı da tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs təqaüd işi ilə məşğul olan şəxs kimi tanımışdır. 2023-cü ilin təxminən may ayında təqaüdü 5 il müddəti keçdiyindən kəsilmişdir. Təqsirləndirilən şəxs təqaüd işinə baxan şəxs kimi tanıdığından və eşitdiyinə görə bir neçə şəxslərə bu kimi məsələlərdə köməklik edə bildiyindən Şahnəzərin ona da kömək edə biləcəyini fikirləşib 2023-cü ilin iyul ayında Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində Şahnəzərlə görüşmüdür. Həmin vaxt Şahnəzərə təqaüdünün bərpa edilməsində ona köməklik etməsini bildirmiş, Şahnəzər də ona köməklik edəcəyini, bu iş üçün 1450 manat pul lazım olmasını demişdir. Müalicə alması ilə bağlı arayışı, təqaüdçü olmasını təsdiq edən digər sənədlərin surətini Şahnəzərə vermişdir. 06 avqust 2023-cü il tarixdə 1450 manat pulu düzəltmiş və pulu həmin gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən “Planet Market” dən terminal vasitəsi ilə Şahnəzərin bank kartına göndərmişdir. Şahnəzər təqaüdünün 45 gün ərzində düzələcəyini bildirsə də, təqaüdü düzəlməmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan aldığı 1450 manat pulu tam olaraq ona qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü nəvəsi X16 hərbi xidmətdən qalması üçün əlillik dərəcəsi düzəldəcəyini oğlu Şahid1 bildirmiş və bu iş üçün oğlu Şahid1 8000 manat pul istəmişdir. Şahnəzər həmçinin 8000 manat pulun 5000 manatını əvvəlcədən, qalan 3000 manatını isə sonradan verməsini də demişdir. O, "xxxx"dan kredit götürərək həmin bankın qarşısındakı aparat vasitəsilə 4900 manat pulu Təqsirləndirilən şəxs kartında göndərmişdir. Sonradan nəvəsi X24 Bakı şəhərində müayinəyə göndərilmiş, aprel ayında isə hərbi xidmətə çağırılmışdır. Təqsirləndirilən şəxs aldığı puldan dəqiq xatırlamasa da, təxminən 900 və ya 1000 manat ona qaytarmış, qalan ziyanı isə ödəməmişdir. Hazırda da dəymiş ziyanın ödənilməmiş hissəsini tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, Şahid4 onun bacısı qızıdır. Təqsirləndirilən şəxs Kəsirənin vasitəsi ilə tanımışdır. Şahnəzərlə tanış olduqdan sonra əvvəllər İİ qrup əlillik dərəcəsi ilə dövlət tərəfindən təqaüd aldığını, 2023-cü ilin oktyabr ayında yenidən tibbi müyainədən keçməyə dəvət olunduğunu, lakin tibbi müayindən keçdikdən sonra ona təqaüdün verilməsindən imtina edildiyini Şahnəzərə bildirmişdir. Şahnazər Əliyev təqaüdünün bərpa olunmasında ona koməklik edəcəyini bildirərək bu iş üçün ondan 3000 manat pul istəmişdir. O, Şahnəzərlə razılaşmış və 29 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Təqsirləndirilən şəxslə görüşərək 2500 manat, 05 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Elmar” dairəsi adlanan ərazidə görüşərək 500 manat, ümumilikdə 3000 manat pulu Şahnəzərə vermişdir. Lakin təqaüdü bərpa olunmamışdır. Ona dəymiş ziyan ödənilməmiş və həmin ziyanı da tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, 2021-ci ildən etibarən Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs 2021-ci ildə oğluna əlilllik dərəcəsi düzəltməkdə köməklik etmişdir. 2022-ci ilin oktyabr ayında Şahnəzərlə telefon əlaqəsi saxlayaraq oğluna iş axtardığını bildirmiş və Şahnzərdən bunun üçün köməklik istəmişdir. Şahnəzər 1500 manat pulun müqabilində oğlunu Ağcabədi rayon mərkəzi xəstəxanasına mühafizəçi işinə düzəldə biləcəyini ona demiş, o da Şahnəzərlə razılaşmışdır. 30 oktyabr 2022-ci il tarixdə Şahnəzərlə Ağcabədi şəhərində, Gənclər mərkəzinin qarşısında görüşmüşlər və Şahnəzərə 1500 manat pul vermişdir. Şahnəzərdə də pulu götürərək işi yaxın zamanda düzəldəcəyini bildirmişdir. İşin nə yerdə olduğu barədə maraqlanarkən Şahnəzər hər dəfə müxtəlif bəhanələr gətirmiş, işin yaxın zamnda düzələcəyini bildirmişdir. Həmin vaxtlarda Şahnəzər oğlunun işinin düzəlməsi üçün, oğlunun Bakı şəhərinə gedərək narkoloji xəstəxandan keçməli olduğunu və oğlunu xəstəxanaya gəlmədən keçirmək üçün 200 manat pul lazım olduğunu ona demiş və 03 noyabr 2023-cü il tarixdə Şahnəzərin bank kartına 200 manat pul göndərmişdir. Bundan bir müddət sonra, yəni 18 fevral 2024-cü il tarixdə Şahnəzər onunla əlaqə saxlayaraq oğlu Əlinin 28 fevral 2024-cü il tarixdən işə çıxacağını, əlavə olaraq 100 manat da pul lazım olduğunu bildirmiş, o da Şahnəzərin bank kartına 100 manat göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 1800 manat pul vermişdir. Lakin Şahnəzər oğlunun işi ilə bağlı heç bir iş görməmişdir. Ona dəymiş ziyan ödənilməmiş və həmin ziyanı da tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 2016-cı ildən qara çiyər xəstəliyindən əziyyət çəkdiyindən təqaüd almış, lakin 2021-ci ildə təqaüdü kəsilmişdir. 2024-cü ilin yanvar ayında təqaüdünü bərpa etdirmək üçün Təqsirləndirilən şəxs ilə görüşərək Şahnəzərdən kömək istəmişdir. Şahnəzər də 2000 manat pul müqabilində təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. Şahnəzərə maddi imkanımın olmamasını bildirərkən Şahnəzər onunla 1500 manata razılaşmışdır. 06 mart 2024-cü il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində “Kolxoz idarəsi” kimi tanınan yerin qarşısında Təqsirləndirilən şəxslə görüşərək 1500 manat pulu Şahnəzərə vermişdir. Şahnəzər təqaüdünün aprel ayında düzələcəyinə söz vermişdir. Lakin, Təqsirləndirilən şəxs onun təqaüdünü bərpa etdirməmişdir. Hazırda ona dəymiş 1500 manat ziyan ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X7 onun atasıdır. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, Şahnəzərlə dostluq münasibətləri vardır. Həmçinin, Təqsirləndirilən şəxs təqaüd düzəldən şəxs kimi tanımışdır. 2023-cü ilin dekabr ayında atası İsfəndiyərla qərara gəlmişlər ki, oğlu Elgünü hərbi xidmətdən saxlatdırsınlar və bu məqsədlə Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq görüşmüşlər. Şahnəzər bu məsələnin həlli üçün 8000 manat pul isdəmişdir. Həmçinin Şahnəzər pulun 5000 manatını əvvəlcədən verəcəklərini də demişdir. Şahnəzər həmin pulun müqabilində oğlu Elgünə əlillik dərəcəsi düzəldəcəyini və əlilliyə görə də hərbi xitmətə getməyəcəyini ona demişdir. 2023-cü ilin dekabr ayında atası ilə birlikdə Ağcabədi şəhəri ərazisində yerləşən "xxxx"dan atasının adına kredit götürmüşlər və "xxxx"ın qarşısındakı terminal vasitəsi ilə Şahnəzərin verdiyi bank kartına 4900 manat pul göndərmişlər. Təqsirləndirilən şəxs heç bir iş görməmiş və 02 aprel 2024-cü il tarixdə oğlu Elgün hərbi xidmətə getmişdir. Təqsirləndirilən şəxs aldığı 4900 manat puldan təxminən ***-**** manatını atasına qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs11 anasıdır. Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır. 2021-ci ildə Şahnəzərin köməkliyi ilə qardaşına, 3-cü qrup əlillik dərəcəsi düzəlmişdir. 2022-ci ilin təxminən oktyabr aylarında anası Zərərçəkmiş şəxs11 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onu Ağcabədi RMX-na mühafizəçi işinə düzəldə bilər və hər ay 470 manat əmək haqqı alacaqdır. Həmçinin anası Təbəssüm həmin işi üçün Şahnəzər 1500 manat pul istədiyini də ona demişdir. 30 oktyabr 2022-ci ildə anası ilə birlikdə Ağcabədi şəhəri, Gənclər mərkəzində Şahnəzərlə görüşüb 1500 manat pulu Şahnəzərə vermişlər. Şahnəzər pulu götürərək işin yaxın zamanda düzəldəcəyini bildirmişdir. 03 noyabr 2023-cü il tarixdə Şahnəzər anası ilə əlaqə saxlayaraq onun Bakı şəhərində narkoloji dispanserdən keçməsi üçün əlavə olaraq 200 manat pul lazım olmasını bildirmiş və həmin 200 manat pulu anası Şahnəzərin bank kartına göndərmişdir. 18 fevral 2024-cü il tarixdə Şahnəzər yenidən anası ilə əlaqə saxlayaraq onun 28 fevral 2024-cü il tarixdən işə çıxacağını bildirib əlavə 100 manat pul istəmiş və anası həmin pulu da Şahnəzərin bank kartına göndərmişdir. Lakin, Şahnəzər onu işə düzəltməmişdir. Məhkəmədə iştirak etməsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Ağcabədi rayonunun Yuxarı Qiyamadinli kənd sakini Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Epilepsiya xəstəliyi olduğundan əlillik pensiyası alırmış, lakin həmin pensiya 2022-ci ildə kəsilmişdir. Pensiyanı bərpa etmək üçün, pensiya işini düzəldən kimi tanıdığı Təqsirləndirilən şəxs müraciət etmişdir. Şahnəzər demiş ki, onun işini 2000 manat pul müqabilində düzəldə bilər. O, da Şahnəzərlə razılaşmış və 2022-ci ilin aprel ayında Şahnəzərin yaşadığı evə gedərək, orda Şahnəzərə 2000 manat pul vermişdir. Şahnəzər həmin pulu ondan aldıqda, söz vermiş ki, işi yaxın zamanda düzələcəkdir. Hər dəfə Şahnəzərə zəng edib işin nə yerdə olduğu ilə maraqlandıqda, Şahnəzər ona müxtəlif bəhanələr gətirərək işin yaxın zamanda düzələcəyini bildirirmişdir. Sonradan Şahnəzər onu aldadaraq pulunu ələ keçirib və pensiya işi ilə bağlı heç bir iş görməmişdir. Şahnəzər ona hissə-hissə olaraq 2000 manatdan 700 manat pul qaytarmışdır. Məhkəmədə iştirak etməsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, həyat yoldaşı X25 təxminən 10 ildir ki, böyrək çatışmamazdığından əziyyət çəkdiyi üçün pensiya almışdır. 2022-ci ildə həyat yoldaşının həkim komissiyasından keçmək vaxtı idi, bu səbəbdən də Rasimi Bakı şəhərinə həkim komissiyasından keçməsi üçün çağırmışlar. Rasim isə xəstə olduğu üçün gedə bilməmişdir. Həmin vaxtlar o, Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində yaşayan qohumu olan X19 ailəvi öz evinə qonaq çağırmışdır. Fəzaillə söhbət edən zaman bildirmişdir ki, Rasimi Bakı şəhərinə həkim komissiyasından keçmək üçün çağırmışlar və tanışı olarsa ona köməklik etsin ki, Rasim Bakıda yox, Ağcabədidə həkim komissiyasından keçsin. Həmin vaxt Fəzail ona həmkəndlisi Təqsirləndirilən şəxs adlı şəxsin təqaüd düzəltməklə məşqul olmasını bildirmişdir. Daha sonra Fəzail onu Şahnəzərlə tanış etmiş və onun mobil nömrəsini Şahnəzərə vermişdir. Bundan sonra, Şahnəzərlə telefonla danışmış və razılaşmışlar ki, onalr Şahnəzərlə Ağcabədi rayonunda “Dörd Yol” deyilən yerdə görüşsünlər. O, həyat yoldaşı Rasimlə birlikdə getmiş və orada Şahnəzərlə görüşmüşlər. Söhbət zamanı Şahnəzər onlara demiş ki, Rasimin işini həll edə bilər, Bakı şəhərində həkim komissiyasında tanışları var, Rasim Bakı şəhərinə getmədən onu komissiyadan keçirəcəyinə söz vermiş və bunun müqabilində ondan 2000 manat pul istəmişdir. O, da Şahnəzərin dediklərinə inanıb 25 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonu, “Dörd Yol” deyilən yerdə Şahnəzərə 2000 manat pul vəsaitini vermişdir. Şahnəzər ona 1 ay müddətinə bu məsələni həll edəcəyinə söz vermişdir. Lakin, Şahnəzər həyat yoldaşı Rasimin işini həll etməmişdir. Şahnəzər ondan ümumilikdə aldığı 2000 manat puldan 800 manat qaytarmışdır. Məhkəmədə iştirak etməsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 Niftulla qızı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs gəlinlərinin bacısı qızı Şahid4 vasitəsi ilə tanımışdır. O, rematoit artirit xəstəliyindən əziyyət çəkdiyindən, bununla əlaqədar ona İİ qrup əlillik dərəcəsi verilərək, müvainət təyin edildiyindən, həmçinin təqaüdünü almaq üçün hər il bir dəfə xəstəxanada stasionar şəraitdə 10 gün müalicə almalı olduğundan Kəsirənin məlumatı vardır. Kəsirə növbəti görüşlərin birində Şahnəzər adlı tanışın olduğunu, Şahnəzərin ona ömürlük müavinət verilməsini təşkil edə biləcəyini bildirmişdir. O buna razılıq vermiş, Kəsirə Şahnəzərlə danışmış, Şahnəzər bunun üçün 1500 manat pul istədiyini bildirmişdir. O, Şahnəzərin istədiyi pulu düzəltdikdən sonra bu barədə Kəsirəyə məlumat vermişdir. Onlar 2023-cü ilin avqust ayının sonlarında Şahnəzərlə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Nizami kinoteatırının yaxınlığında Kəsirənin vasitəsi ilə görüşüb pulu ona verməli idi. Lakin, sonradan Şahnəzər əlaqə saxlayaraq gələ bilmədiyini demiş, pulu Kəsirəyə verməyini istəmişdir. O, da danışdıqları kimi Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Nizami kinoteatırının yaxınlığında Kəsirə ilə görüşərək Xalidə adlı tanışının yanında 1500 manat pulu Kəsirəyə vermişdir. Sonradan Kəsirə onunla əlaqə saxlayaraq pulu Şahnəzərə çatdırdığını bildirmişdir. O, pulu Kəsirəyə verdikdən təxminən 10-15 gün sonra Şahnəzərlə birlikdə Bakı şəhəri ərazisində yerləşən Travmotologiya isistutuna getmişdir. Orda özü həkim müayinələrindən keçmişdir. Şahnəzər isə ona heç bir köməklik göstərməmişdir. Ona ömürlük təqaüdün ayrılması üçün hər hansı şəxslə söhbət aparmamış və kənarda dayanıb onu gözləmişdir. Sonradan Şahnəzərin stasionar şəraitdə müalicə almadan ona ömürlük təqaüd ayrılmasında köməklik göstərəcəyinə söz verməsi səbəbindən stasionar müalicə üçün xəstəxanaya getməmiş və təqaüdü kəsilmişdir. Bunun səbəbi ilə maraqlandıqda stasionar şəraitdə müalicə almamağı səbəbindən təqaüdünün kəsildiyini bildirmişlər. Bundan sonra Şahnəzərin onu aldatdığını başa düşüb Şahnəzərdən verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Şahnəzər isə ondan yenidən müəyyən müddət gözləməyini xahiş etmişdir. Şahnəzər ondan aldığı pulu geri qaytarmamışdır. Məhkəmədə iştirak etməsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayından tanıyır. Şahnəzərlə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən çay evində tanış olmuşlar. Aralarındakı söhbət zamanı Şahnəzər tanışlarının olduğunu bildirib, təqaüd düzəltməklə məşğul olduğunu, istəyirsə təqaüd düzəldə biləcəyini bildirmişdir. O, bundan imtina etdikdə Şahnəzər bu dəfə onu işə düzəltməsini təklif etmişdir. O, Şahnəzərdən onu hara işə düzəldə biləcəyini soruşduqda Şahnəzər onu Sumqayıt şəhəri ərazisində yerləşən “STP” zavoduna qaynaqçı kimi işə düzəltməsini təklif etmiş, bunun üçün ondan 2000 manat pul istəmişdir. O, həmin məbləğdə pulunun olmadığını bildirmiş, istədiyi pulu hissə-hissə verə biləcəyimi bildirdikdə o, razılaşmışdır. Bundan sonra, Şahnəzərin telefon nömrəsini götürmüşdür. Sonradan Şahnəzərə zəng vurub 2023-cü ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində Şahnəzərlə görüşərək ilk əvvəl 1000 (bir min) manat, 2023-cü ilin dekabr ayının əvvələrində həmin ərazidə yenidən görüşərək 500 (beş yüz) manat pul vermişdir. Sonradan Şahnəzər qalan pulu istədikdə Şahnəzərlə görüşə bilmədiyindən Şahnəzərdən bank kartının nömrəsini almışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Fəxri” aptekdə quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Şahnəzərə məxsus "xxxx" tərəfindən verilmiş 4169 74** **** *664 nömrəli bank kartının bank hesabına ilk əvvəl 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə isə eyni ilə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Fəxri” aptekdə quraşdırılmış ödəniş terminalı vasitəsi ilə "xxxx" tərəfindən verilmiş 4169 74** **** *664 nömrəli bank kartının bank hesabına 150 (bir yüz əlli) manat pul köçürtmüşdür. Şahnəzər ondan pulu aldıqdan sonra 2024-cü ilin mart ayında işinin düzələcəyini bildirmişdir. Ancaq vaxt tamam olanda Şahnəzər müəyyən problemlərin yarandığını bildirib vaxtı uzatmağa başlamışdır. Aradan xeyli müddət keçdikdən sonra işinin düzəlmədiyini görüb Şahnəzərdən verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Şahnəzər isə ondan 1350 manat pul aldığını bildirmiş, yenidən müəyyən müddət gözləməyini xahiş etmişdir. Bildirmiş ki, ya işi düzəldəcək, ya da ondan aldığı pulu geri qaytaracaqdır. Sonradan Şahnəzərlə yenidən əlaqə saxlamaq istəsə də, bu mümkün olmamışdır. Şahnəzər ümumilikdə ona 1750 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmədə iştirak etməsələr də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8 Niftulla qızı və Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmədə iştirak etməsə də, şahidlər Şahid2 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nın Yuxarı Qiyamadinli kənd İƏD üzrə nümayəndəliyinin 02 avqust 2024-cü il tarixli, 479 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü X20, 2016cı il təvəllüdlü X13 və 2021-ci il təvəllüdlü X9 adlı üç nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1450 manat ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və ona köməklik olunmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1450 manat ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və ona köməklik olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməllərini tam etiraf etməsə də, ona istinad edilən cinayətləri törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş üzləşdirmə aparılması haqqında protokollarla öz təsdiqini tapmış və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi barədə vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək Zərərçəkmiş şəxs1 kəsilmiş əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2022-ci ilin aprel ayında Ağcabədi şəhəri, Yuxarı Qiyamadınlı kəndində, yaşadığı evin qarşısında 2000 manat pulu nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs2 kəsilmiş əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2022-ci ilin sentyabr-noyabr aylarında Ağcabədi rayon mərkəzi xəstəxanasının qarşısında ayrı-ayrı günlərdə iki dəfə, hər biri 1000 (cəmi 2000) manat və Bakı şəhərində “Üçün Dairəsi” kimi adlanan yerdə 1500 manat pulu nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs3 həyat yoldaşı X10 təqaüdünü bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 25 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonu, “Dörd Yol” kimi tanınan yerdə 2000 manat pulu nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 2000 manat məbləğində maddi ziyan vurmuqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs4 arvadı X2 əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 13 may 2023-cü il tarixdə istintaqla dəqiq müəyyən edilməyən bank kartına Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən “Qardaşlar” marketdən ödəniş terminalı vasitəsi ilə 600 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 may 2023-cü il tarixdə istintaqla dəqiq müəyyən edilməyən bank kartına Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən “Qardaşlar” marketdən ödəniş terminalı vasitəsi ilə 1600 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə vahid niyyətlə 2200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs5 qızı X1 əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 24 may 2023-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən “Hindarx” marketdən ödəniş terminalı vasitəsi ilə 2500 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs6 arvadı X17, baldızı X12 və qayını X18 əlillik dərəcəsini düzəldəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2023-cü ilin iyun-iyul aylarında adına olan "xxxx" ASC-yə məxsus 4169 7413 9731 6645 nömrəli bank kartına 1000 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək adına olan "xxxx" ASC-yə məxsus 4169 7413 9731 6645 nömrəli bank kartına “BirBank” mobil tətbiqi vasitəsilə 700 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək 17 iyul 2023-cü il tarixdə adına olan "xxxx" ASC-yə məxsus 4169 7413 9731 6645 nömrəli bank kartına Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Afem” marketdən ödəniş terminalı vasitəsi ilə 2200 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə vahid niyyətlə 3900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən X3 əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 06 avqust 2023-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən “Planet” marketdən ödəniş terminalı vasitəsi ilə 1450 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Müşviq Mamedova 1450 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs8 Niftulla qızına yüksək vəzifədə işləyən tanışlarının olması barədə yalan vəd verməklə onun etibarından suiistifadə edib aldadaraq sonuncuya həmin şəxslərin vasitəsi ilə ona İİ qrup əlilliyə görə təyin edilmiş təqaüdün stasionar müalicə müəssəsində müalicə almadan ömürlük verilməsinə nail olacağını bildirib Zərərçəkmiş şəxs8 tanışı Şahid4 vasitəsi ilə 2023-cü ilin avqust ayının sonlarında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kinoteatırının yaxınlığında 1500 manat pulu alıb ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2023-cü ilin dekabr ayında Ağcabədi rayonunun Avşar kənd sakini X6 nəvəsi 2005-ci il təvəllüdlü X16 hərbi xidmətdən saxlatması üçün əlillik pensiyasını düzəldəcəyi, həmçinin növbəti çağırışdan saxladacağı barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Ağcabədi rayon filialında yerləşən ödəniş terminalı vasitəsi ilə 4900 manat məbləğində pul köçürülməsinə nail olub ələ keçirərək İsfəndiyər Məmmədova 4900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs10 yüksək vəzifədə işləyən tanışlarının olması barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq sonuncuya həmin şəxslərin vasitəsi ilə ona əvvəllər İİ qrup əlilliyə görə təyin edilmiş təqaüdün bərpa edilməsində köməklik göstərəcəyini bildirib 29 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 2500 manat, bundan sonra, vahid niyyətlə cinayət əməlini davam etdirərək 05 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Elmar” dairəsi adlnan ərazidə 500 manat pulu nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ümumilikdə vahid niyyətlə 3000 manat məbləğində maddi ziyan vurmuqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs11 oğlu Şahid3 Ağcabədi RMX-na mühafizəçi kimi işə düzəldəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 30 oktyabr 2022-ci il tarixdə Ağcabədi şəhəri, Gənclər mərkəzində 1500 manat pulu nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra vahid niyyətlə cinayət əməlini davam etdirərək 03 noyabr 2024-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına Ağcabədi şəhəri, H.Əliyev küçəsində yerləşən “Xanlar” marketdən ödəniş terminalı vasitəsi ilə 200 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra, vahid niyyətlə cinayət əməlini davam etdirərək 18 fevral 2024-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus, istintaqla dəqiq müəyyən edilməyən bank kartına Ağcabədi şəhəri, H.Əliyev küçəsində yerləşən “Xanlar” marketdən ödəniş terminalı vasitəsi ilə 100 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ümumilikdə vahid niyyətlə 1800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs12 “STP” zavoduna qaynaqçı kimi işə düzəldəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2023-cü ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində 1000 manat pulu nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra, vahid niyyətlə cinayət əməlini davam etdirərək istintaqla dəqiq müəyyən edilməyən vaxtda, yəni 2023-cü ilin dekabr ayında Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində 500 manat pulu nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra, vahid niyyətlə cinayət əməlini davam etdirərək 31 dekabr 2023-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına Simqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Fəxri” aptekdən ödəniş terminalı vasitəsi ilə 100 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra, vahid niyyətlə cinayət əməlini davam etdirərək 18 fevral 2024-cü il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 44169 7413 9731 6645 nömrəli bank kartına Simqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Fəxri” aptekdən ödəniş terminalı vasitəsi ilə 150 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 vahid niyyətlə ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi və təkrarən Zərərçəkmiş şəxs13 kəsilmiş əlillik pensiyasını bərpa edəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 06 mart 2024-cü il tarixdə Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndi ərazisində yerləşən “Kolxoz idarəsi” kimi tanınan yerdə 1500 manat pulu nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs elan edilmiş 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci epizodlar ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.2-ci maddələrinə əsasən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına, onlara tətbiq edilməli olan maddi və prosessual qanunvericilik normalarına, eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulduğu üçün böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olan 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci epizodlar üzrə cinayət əməlini 2022-ci ilin aprel ayında-istintaqa məlum olmayan gündə, 2022-ci ilin sentyabr-noyabr aylarında-istintaqa məlum olmayan gündə, 25 dekabr 2022-ci il tarixdə, 13 may 2023-cü il tarixdə və 24 may 2023-cü il tarixdə törətdiyinə və həmin əməllərə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti onların axımının başladığı vaxtdan hal-hazıradək iki il müddət keçdiyinə görə ona qarşı irəli sürülmüş həmin ittiham üzrə barəsində cəza təyin edilməməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci epizodlar üzrə cinayət əməllərinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Bu səbəbdən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci epizodlar üzrə irəli sürülmüş ittihamlar xaric edilməlidir. Lakin, bu hal Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın tövsifinə heç bir təsir etmir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi ümumilikdə əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmış və onun həmin cinayət əməllərini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 29 may 2025ci il tarixdən hesab edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam olaraq ödənilməmiş və maddi ziyan tam olaraq ödənilməmiş zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Maddi ziyan tam olaraq ödənilməmiş zərərçəkmiş şəxslər göstərilən qanuna riayət etmədikləri üçün onlara izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş və ödənilməmiş maddi ziyanla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İşdə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin maddələrlə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 29 may 2025-ci il tarixdən hesab edilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində (təqsirləndirilən şəxsə hökmün surəti təqdim edildiyi gündən) Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-21/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-21/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver