Məhkəmə qərarları › İş №1(017)-22/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-22/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-22/2023 21.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - (xx xxxxxx 1989-cu il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PXnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1434/2020 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində alimentin, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3772/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(017)-170/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 7490,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2018-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahları qeydə alınmamışdır. Onların nikahlarından 2018-ci ildə Əli və 2020-ci ildə Ayla adlı iki uşaqları olmuşdur. Ailə qurduqları ilk aylardan xasiyyətləri bir birinə uyğun gəlməmiş, Çinarə onu bir ər kimi sayıb hörmət etməmişdir. Zərərçəkmiş şəxs birgə yaşadıqları evdən çıxaraq ata evinə qayıtmışdır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Bakı şəhərində müxtəlif yerlərdə özünə məxsus etibarnamə əsasında idarə etdiyi avtomobili ilə dəmir alaraq zavoda və ya məntəqələrə satmaqla aylıq qazancı 800-900 manat olurdu. Bundan sonra Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1434/2020 saylı qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(060)-3772/2020 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2022-ci tarixli təqdimatda qeyd edilən cəmi 7490 manat aliment borcunu ödəməmişdir. Çinarəyə olan 7490 manat aliment borcundan 950 manat ödəmiş və ona cəmi 6540 manat borcu qalmışdır. Ağcabədi rayon Məşğulluq mərkəzinə işi və aylıq qazancı olduğu üçün müraciət etməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını rəsmiləşdirməmişlər. Onların nikahlarından 2018-ci ildə Əli və 2020-ci ildə Ayla adlı iki uşaqları olmuşdur. Ailə qurduqları ilk aylardan xasiyyətləri bir birinə uyğun gəlməmiş, Təqsirləndirilən şəxs mütəmadi olaraq onu heç bir səbəb olmadan döyürdü. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. Təqsirləndirilən şəxs ilə faktiki olaraq ayrılıb uşaqları ilə birlikdə ayrı yaşamışdır. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir və heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşaqlarını saxlayırdı. Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1434/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(060)-3772/2020 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2022-ci tarixli təqdimatda qeyd edilən cəmi 7490 manat aliment borcu yaranmışdır. Həmin borcundan ibtidai istintaq dövründə 950 manat ödəniş etmiş, bundan sonra heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs qalan məbləği qərəzli olaraq ödəmədiyinə görə onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsində böyük icra məmuru vəzifəsində işləyir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1434/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(060)-3772/2020 saylı qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamələr borclu tərəfindən icra olunmadığı üçün Ağcabədi Rayon Məhkəməsininsinin xx.xx.2021-ci il tarixli, 3(017)- 170/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonrada məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2022-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 7490 manat məbləğində aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxsla faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını rəsmiləşdirməmişlər. Onların nikahlarından 2018-ci ildə Əli və 2020-ci ildə Ayla adlı iki uşaqları olmuşdur. Keçmiş gəlini Çinarə ilə oğlu Ramilin xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün ayrılmışlar. Zərərçəkmiş şəxs məhkəmədə oğluna qarşı iki uşağın saxlanılması üçün iddia qaldırdığına görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1434/2020 saylı qətnaməsinə əsasən oğlu Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(060)-3772/2020 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Oğlu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyi üçün Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ona məlumdur ki, oğlu Ramilin Çinarəyə cəmi 7490 manat aliment borcu yaranmışdır. Həmin məbləğdən 950 manat ödəniş edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 1434/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 3772/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan icra vərəqəsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1434/2020 nömrəli qətnaməsi icraya yönəldilmişdir. İş materiallarında olan icra vərəqəsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3772/2020 nömrəli qətnaməsi icraya yönəldilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2020-ci il tarixli, 3(017)-604/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs borcun vaxtında ödənilməsini təmin etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2021-ci il tarixli, 3(017)-170/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs borcun vaxtında ödənilməsini təmin etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 145303/2020-38-6 nömrəli və xx.xx.2021-ci il tarixli, 145303/2020-38-6 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hüsülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 17 Saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran şəxs kimi qeydiyyatı mövcud deyil və adına MEİS-in “Yoxlamalar” altsistemi üzrə hazırda qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. İş materiallarında olan 6 saylı Beyləqan ərazi idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Ağcabədi rayonu Hüsülü kəndində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsi və həmin ünvanda yerləşən 2,96 hektar (8 nəfərin ümumi birgə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan barəsində axtarış elan edilmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə könüllü olaraq özünü Ağcabədi rayon Polis şöbəsinin əməkdaşlarına təqdim etdiyi üçün aidiyyəti üzrə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilmişdir. İş materiallarında olan müvəqqəti saxlama yerindən azad edilmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə könüllü olaraq özünü təqdim etdiyi üçün Ağcabədi rayon polis şöbəsinin X6 təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün sübut kimi qəbul edir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxsin bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Birbaşa qəsdlə törədilmiş cinayətlər isə öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə başqa cinayətlərdən fərqlənir. Belə ki, bu tip cinayətlərdə şəxs öz iradəsi ilə cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara qarşı yönəlmiş antisosial davranış formasını seçir və bunu aydın surətdə dərk etməklə şüurlu şəkildə ictimai münasibətlərdə mənfi dəyişikliklər yaratmaq məqsədi güdərək, onlara qəsd edir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Digər tərəfdən, bu əməllə demokratik cəmiyyət və ədalət mühakiməsinin fundamental hüquqlarından biri olan ədalətli məhkəmə araşdırması hüququ real mahiyyət kəsb etməyən xəyali bir hüquqa çevrilir. Məhkəmə qərarlarının icra olunmaması uzanan cinayətdir. Təqsirləndirilən şəxsin bunu dərk etməsi və uzun zaman ərzində məhkəmə aktlarını qərəzli olaraq icra etməməsini davam etdirməsi, bununla ədalət mühakiməsinin nüfuzuna zərbə vurması və şəxsin ədalətli məhkəmə araşdırması hüququnu davamlı olaraq pozması, zərərçəkmiş şəxsin məhkəmə çəkişməsini udduqdan sonra onun bu uduşdan yararlanmasına bilərəkdən maneələr yaratması onların ictimai təhlükəliliyini daha da artırır. Bu hallar təqsirləndirilən şəxsin psixikasında cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd davranış formasının model davranışa çevrilməsini və bu davranışın onların anticəmiyyət yönümünün məntiqi nəticəsi olmasını göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunanlar təqsirləndirilən şəxsin cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmamalarını, eyni zamanda islah olunmağa meylli olmamalarını göstərir. Ona görə də o, cəmiyyət üçün təhlükəlidir və onun islah olunması üçün cəzaya məruz qalmasına lüzum vardır. Yalnız bu halda cəzanın məqsədlərinə çatmaq, yəni sosial ədalətin bərpasına, xüsusi və ümumi prevensiya şərtlərinə və həmin şəxslərin islah olunmasına nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, ədalət mühakiməsi cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi isə dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Konkret məhkəmə qərarlarının icra olunmaması ilə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarını qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyünü, ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi) müddət bir günə bir gün hesabı ilə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 2 gün həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar