Məhkəmə qərarları › İş №1(017)-22/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-22/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-22/2024 06.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X7 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X7 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 iştirakları ilə Təqsirləndirilən şəxs – (xx.xx.1978-ci il tarixdə Ağdam rayonunun Mahrızlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonunun Mahrızlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, ev 35-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə, ünvan 1-da yaşayan Zərərçəkmiş şəxs5 ilə aralarında olan söhbət zamanı sonuncunu əmək pensiyasına çıxaracağı adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2021-ci ilin dekabr ayında Ağcabədi rayon mərkəzi xəstəxanasının yaxınlığında 100 manat pulu nağd şəkildə, eləcə də 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətində 600 manat pulu nağd şəkildə olmaqla, ümumilikdə isə vahid niyyətlə 700 manat pulu nağd şəkildə alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə, Ağcabədi rayonu, Kürdlər kəndində yaşayan Zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbət zamanı sonuncuya veteranlıq statusunun verilməsi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin fevral ayının istintaqla müəyyən edilməyən günündə 350 manat pulu kart hesabına köçürtməklə, 2022-ci ilin mart ayının istintaqla müəyyən edilməyən günündə 350 manat pulu kart hesabına köçürtməklə, eləcə də 2022-ci ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 300 manat pulu nağd şəkildə olmaqla, ümumilikdə isə vahid niyyətlə 1000 manat pulu alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 1000 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə, ünvan 10-də yaşayan Zərərçəkmiş şəxs6 ilə aralarında olan söhbət zamanı sonuncunun qaynanası Güllü Ağamirovanın adına olan torpağa çıxarış alacağı adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin iyul ayının əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarına qədər olan müddət ərzində, istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə, ayrı-ayrılıqda müxtəlif məbləğlərdə, yəni 500 manat, 500 manat və 300 manat pulu nağd şəkildə, 1010 manat pulu isə kart hesabına köçürtməklə, ümumilikdə isə vahid niyyətlə 2310 manat pulu Ağcabədi şəhəri ərazisində alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs6 2310 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə, Ağcabədi şəhəri, S.Vurğun küçəsi, təzə məhəllədə yaşayan Zərərçəkmiş şəxs7 ilə aralarında olan söhbət zamanı sonuncuya veteranlıq düzəldəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 26 avqust 2022-ci il tarixdə saat 14:33:12-də 500 manat və 03 sentyabr 2022-ci il tarixdə, saat 12:54:50-də 500 manat olmaqla ümumilikdə vahid niyyətlə 1000 manat pulunu adına olan kart hesabına köçürtməklə dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs7 1000 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə aralarında olan söhbət zamanı sonucunun vəfat etmiş əri Qardaşxan Abdullayevin aldığı təqaüdü onun adına keçirib hesabında yığılan pulu Zərərçəkmiş şəxs3 adına keçirəcəyi adı ilə yalan vəd verməklə onun etibarından suiistifadə edib aldadaraq 10 noyabr 2022-ci il tarixdə sonuncunun işlədiyi Şirvan şəhər bazarında yerləşən kafedə 1200 manat pulu nağd şəkildə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 həbsdə olan oğlu X4 Lənkəran Ağır Cinayətlər Məhkəməsində olan işini həll edərək azadlığa çıxaracağı adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 08 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 onun cinayətkar niyyətindən xəbərsiz olan bacısı oğlu Şahid1 vasitəsilə kart hesabına 2000 manat köçürtməklə, bundan başqa 2023-cü ilin fevral ayının istintaqla müəyyən edilməyən günündə Şahid1 vasitəsilə Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" MMC-nin inzibati binasında 4000 manat pulu nağd şəkildə vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 6000 manat maddi ziyan vurmaqla xeyli miqdarda, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə, ünvan 4-də yaşayan Zərərçəkmiş şəxs8 ilə aralarında olan söhbət zamanı sonuncunun dayandırılmış təqaüdünü bərpa edəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs8 yaşadığı ünvan 4 ünvanında yerləşən evin qarşısında 1000 manat pulunu nağd şəkildə alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs8 1000 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə aralarında olan söhbət zamanı onun müddətli hərbi xidmət edən oğlu Ələsgər Sadıqovu hərbi xidmət yerini Bakı şəhərinə təyin elətdirəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 02 fevral 2023-cü il tarixdə Ağcabədi şəhəri ərazisində yerləşən "xxxx" MMC-nin inzibati binasında 1000 manat pulu nağd şəkildə alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs9 ilə aralarında olan söhbət zamanı ona məxsus pay torpaq sahəsinə bələdiyyə sənədi alacağı adı ilə yalan vəd verməklə onun etibarından suiistifadə edib aldadaraq 2023-cü ilin fevral ayının əvvəllərində Ağcabədi şəhəri, F.Əlizadə küçəsində yerləşən “Kapitalbank”ın filialının yaxınlığında 400 manat pulu nağd şəkildə, bundan sonra istintaqla müəyyən edilməyən dəqiq tarixdə, 2023-cü ilin fevral ayının əvvəllərindən 2023-cü ilin may ayının sonlarına qədər olan müddət ərzində Ağcabədi şəhər ərazisində, bir dəfə 400 manat, iki dəfə 100 manat, bir dəfə 200 manat və bir dəfə 350 manat olmaqla, ümumilikdə isə vahid niyyətlə 1550 manat pulunu alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs9 1550 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağdam rayonu, Mahrızlı kəndində qeydiyyatdadır, lakin Mahrızlı kəndində yaşamır, müxtəlif vaxtlarda müxtəlif yerlərdə kirayədə yaşamışdır. Sonuncu dəfə ailəsi ilə birlikdə Sumqayıt şəhəri, X14 qəsəbəsində kirayədə yaşamışdır. Müxtəlif şəxslərin etibarından sui-istifadə edib aldatmaqla onlardan müxtəlif məbləğlərdə pul alaraq onlara qarşı dələduzluq etmişdir. 2022-ci ilin noyabr ayında kafedə olan zaman söhbət əsnasında Gülbahar yoldaşının rəhmətə getdiyini, onun təqaüdünün yığışmasını və ona verilməməsini demişdir. Gülbahara demişdir ki, həmin pulu almaq olar. Bundan sonra Gülbaharın yanında ƏƏSMN-nin qaynar xəttinə zəng edib bu barədə onlara sual etmiş və ona cavab verən operator bildirmişdir ki, ölmüş şəxsin yığılmış təqaüdü onun ailə üzvünə verilə bilər. Bundan sonra Gülbahara bu işi həll edə biləcəyini demişdir. Gülbahara bu işi həll edəcəyinə qarşılıq 1500 manat pul istəmişdir, lakin onlar 1200 manata razılaşmışlar. Bundan sonra 10 noyabr 2022-ci il tarixdə Gülbaharın işlədiyi kafedə olan zaman Gülbahardan 1200 manat pulu almışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır, onunla heç bir münasibəti, eləcə də ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2 ilk dəfə 25 yanvar 2023-cü il tarixdə onun ofisinə gəlmiş və ona demişdir ki, oğlu Ələsgər Sadıqov 01 yanvar 2023-cü il tarixdən müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırılmış və həmin ayın 14-də hərbi hissəyə getmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarına təyin edilmişdir. Ələsgərin onurğasında ikinci dərəcəli skolyoz vardır. Buna görə də oğlunun hərbi xidmətini çətin keçməsindən çox qorxur. Özü işləmək üçün uzun müddətli Bakı şəhərinə gedəcək, buna görə də oğlunun Bakı şəhərində hərbi xidmət keçməsini istəyir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə məktub yazdığını bildirmiş və həmin məktubu bir hüquqşünas kimi oxuyub təhlil etməyini istəmişdir. Aygünü ona "xxxx" ASCnin Ağcabədi filialının yaxınlığında olan çap evinin işçiləri yönəltmişdir. Ərizə və müraciətlərin yazılması ilə mütəmadi məşğul olduğundan çap evinin işçiləri onu tanıyır və tez-tez vətəndaşları ona yönəldirdilər. Aygün həmçinin ona oğlunun xəstəliyi ilə əlaqədar tibbi sənədləri də göstərmiş, qızının xəstə olduğunu, övladlarına tək baxdığını, maddi vəziyyətinin də yaxşı olmadığını bildirmişdir. Aygünlə danışıb ona yalandan guya bu məsələni “yuxarıda” olan tanışları vasitəsilə həll edə biləcəyini demişdir. Aygünlə “WhatsApp” ilə danışarkən ona bu işin 4000 manata başa gələcəyini bildirmişdir. Lakin Aygün 4000 manata gücünün çatmadığını və bu iş üçün ən çoxu 1000 manat verə biləcəyini, onu da sələm götürərək verəcəyini bildirmişdir. Aygünə təklif etmişdir ki, onun ofisinə gəlsin və söhbət etsinlər. Bir qədər sonra Aygün onun ofisinə gəlmiş və onlar bu haqda xeyli danışdıqdan sonra 1000 manat pula razılaşmışlar. Fevral ayının 2-də Aygün onun ofisinə gələrək 10 ədəd 100 manatlıq əsginaslardan ibarət 1000 manat pulu ona vermişdir. Həmin pulu Aygündən aldıqdan sonra ona bu məsələnin həll olunacağını, narahat olmamasını demişdir. Lakin bir müddət sonra Aygünün oğlunun artıq Tərtər şəhərində yerləşən hərbi hissəyə düşdüyünü öyrənmişdir. Bu məlumatı ona Aygün zəng edərək bildirmiş və ondan nə üçün belə alındığını soruşmuşdur. Aygünü yola vermək üçün demişdir ki, narahat olmasın, birinci bölgüdə mütləq Tərtər və başqa ətraf rayonlara düşməli imiş, lakin ikinci bölgü olacaq və bu zaman oğlu Bakı şəhərinə düşəcəkdir. Aygündən aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda da Aygündən aldığı 1000 manat pulu ona qaytarmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 onun bacısı oğlu Zeynalın vasitəsilə tanımışdır. 2022-ci ilin sentyabr ayında rəhbəri olduğu "xxxx" MMC-yə hüquqşünas ixtisası olan qadın işçi axtarırdı. Buna görə də X10 filialının Ağcabədi rayon xidmət şöbəsinə getmiş və ora müraciət etmişdir. Həmin vaxt orada baş mütəxəssis işləyən Şahid1la aralarında tanışlıq yaranmışdır. Zeynalla öz işi ilə əlaqədar olaraq mobil telefon vasitəsilə danışan zaman Zeynal ona yas yerlərinin olduğunu bildirmişdir. Zeynaldan yas yerinin harada olmasını soruşub iştirak edəcəyini demiş və yas yerinə gedib iştirak etmişdir. Beləliklə onun Zeynalla münasibəti yaranmış və onun etibarını qazanmışdır. Daha sonra isə Zeynalın vasitəsilə də onun xalası Zərərçəkmiş şəxs1 tanımışdır. Onun həmin şəxslərlə əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 oğlu X1 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və barəsində cinayət işinin istintaqı aparılaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2022-ci ilin təxminən noyabr-dekabr aylarında Zeynal onunla söhbət əsnasında bu barədə danışmış və ona Sadayın buraxılmasında köməklik edibetməyəcəyini soruşmuşdur. Zeynaldan Sadayın ad soyadını və digər lazımi məlumatlarını öyrənib yazmış və ona xəbər edəcəyini bildirmişdir. Zeynala yalandan demişdir ki, 6000 manata Sadayı azadlığa buraxdıra bilər. Zeynala məhkəmə prosesinə qədər pulun bir hissəsinin, yəni 2000 manatının çatdırılmalı olduğunu bildirmişdir. Ümumilikdə 6000 manat pulun hakimlər və ittihamçı prokurorun arasında bölünməli olduğunu demişdir. Bundan sonra Zeynal 2022-ci ilin dekabr ayında “Whatsapp” ani mesajşalma sistemi vasitəsilə ona göndərdiyi bank kartına 2000 manat pul göndərmişdir. Bundan sonra 2023-cü ilin fevral ayında gününü dəqiq xatırlamadığı vaxtda Zeynal onun işlədiyi ofisə gəlmiş, Zeynaldan həmin vaxt ofisdə 4000 manat pulu nağd şəkildə almışdır. Həmin ərəfədə Sadaya hökm oxunmamışdır. Daha sonra Sadayın barəsində hökm oxunmuş və onu dəqiq yadında qalmayan müddətə azadlıqdan məhrum etmişlər. Sadayın anası Aliyə ona zəng etmiş və oğlunun barəsində hökm oxunduğunu bildirmişdir. Aliyəyə narahat olmamağını, Sadayı xəstəliklə bağlı azadlığa çıxaracağını bildirmişdir. Bundan başqa ofisdə olan zaman Zərərçəkmiş şəxs9 ofisə gəlmiş və ondan köməklik istəmişdir. Süleymana hansı mövzuda köməklik edə biləcəyini soruşmuşdur. Süleyman ona demişdir ki, vəfat etmiş atasının adına olan ümumi pay torpağını başqa birinin adına keçmişdir. Həmin torpağın sənədlərini düzəltdirmək istəyir. Süleymana həll edə biləcəyini demişdir. Bundan sonra Süleymana demişdir ki, 1500 manata onun işini həll edə bilər. Bundan sonra 2023-cü ilin fevral ayının sonlarında Süleymanla Ağcabədi şəhər ərazisində “bulvar” deyilən yerdə görüşüb 400 manat pulu ondan nağd şəkildə almış, daha sonra 2023-cü ilin may ayının sonlarına qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda müxtəlif bəhanələrlə ona pay torpağına sənəd düzəldəcəyini deyib 400, 200, 350, 100 və bir də 100 manat olmaqla ümumilikdə ilk aldığı 400 manatla birlikdə 1550 manat pul almışdır. Lakin Süleymanın işlərini həll edə bilməmişdir. Sadəcə şəxsi ehtiyacları üçün Süleymanı aldadıb onun 1550 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 2022-ci ilin iyul ayında ona yaxınlaşıb qayınanasının adına olan torpağın çıxarış almaqda ona köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Sənana 2-3 min manat qarşılığında bu işi həll edə biləcəyini demişdir. 2022-ci ilin iyul ayından 2023-cü ilin yanvar ayına qədər 500 manat, 500 manat və 300 manat pulu nağd şəkildə olmaqla, eləcə də 1010 manat isə ona verdiyi kart hesabına göndərtməklə pul almışdır. Daha sonra həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 ona müraciət edərək onun veteranlığını düzəltdirə bilib-bilməyəcəyini soruşmuş, Elçinə həll edə biləcəyini demişdir. Aralarında olan söhbət zamanı Elçinə bu işi 1000 manata həll edə biləcəyini demişdir. Bundan sonra Elçin ona 1000 manat pulunun olmadığını, hissə-hissə verə biləcəyini demişdir. Elçinlə razılaşmışdır. 2023-cü ilin fevral ayında günü dəqiq yadında qalmayan tarixdə Elçin onun kart hesabına 350 manat pul göndərmişdir. Bundan sonra 2023-cü ilin mart ayında Elçin onun kart hesabına yenidən 350 manat pul göndərmişdir. Sonuncu dəfə isə Elçin 2023-cü ilin iyul ayında onunla Ağcabədi rayonu, Hindarx qəsəbəsində görüşmüş və ona nağd olaraq 300 manat pul vermişdir. Elçindən aldığı pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2021-ci ilin dekabr ayında Ağcabədi rayonu, Avşar kəndində yas mərasimində olduğu zaman Zərərçəkmiş şəxs5 ilə tanış olmuşdur. Qəşəm söhbət əsnasında onun vəkil olduğunu bilmiş, yəni özünü Qəşəmə bu cür təqdim etmişdir. Qəşəm ondan onu əmək pensiyasına çıxara bilib-bilməyəcəyini soruşmuş, Qəşəmə demişdir ki, heç bir problem yoxdur, bu işi onun üçün görə bilər. Bu işə görə Qəşəmdən 1000 manat alacağını demişdir. Qəşəm də onunla razılaşmışdır. Bundan sonra 2021-ci ilin dekabr ayında, dəqiq xatırlamadığı gündə Qəşəmlə Ağcabədi rayonu, mərkəzi xəstəxanasının yanında görüşmüş. Qəşəm ona 100 manat pul vermişdir. Qəşəmə narahat olmamasını, işini həll edəcəyini bildirmişdir. Daha sonra 2022-ci ilin aprel ayında, dəqiq xatırlamadığı gündə Qəşəmlə danışıb pulun qalanını istəmiş və Qəşəm ona evə gəlməsini demişdir. Qəşəmin yaşadığı evə getmiş və evin həyətində onunla görüşüb 600 manat pul almışdır. Qəşəmi arxayın salmaq üçün işinin artıq həll olunmaq üzrə olduğunu bildirmişdir. Qəşəmdən aldığı pulları da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs7 onun ofisinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olurdu. Onunla tanış olduqdan sonra ona İ Qarabağ müharibəsində iştirak etməsini, lakin hələ də veteranlıq ala bilməməsini bildirmiş və ondan veteranlıq düzəldə bilib-bilməyəcəyini soruşmuş, Əmraha bildirmişdir ki, bu işi həll edə bilər və ona bu işi 1000 manata həll edəcəyini demişdir. Bundan sonra Əmrah da onunla razılaşmışdır. 2022-ci ilin avqust ayında, dəqiq xatırlamadığı gündə Əmrah onun verdiyi kart hesabına 500 manat pul göndərmişdir. Daha sonra isə 2022-ci ilin sentyabr ayının əvvəllərində yenə də Əmrah qalan 500 manat pulu onun kart hesabına göndərmişdir. Əmraha narahat olmamasını, ona veteranlıq düzəldəcəyini demişdir. Lakin Əmrahdan aldığı 1000 manat pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin yanvar ayında ofisdə olan zaman Zərərçəkmiş şəxs8 ofisə gəlmiş və ondan hüquqi yardım almaq istədiyini bildirmiş, Sadiqdən nə lazım olduğunu soruşmuş, Sadiq ona demişdir ki, onun pensiyası kəsilib və pensiyasını bərpa elətdirmək istəyir. Sadiqə heç bir problem olmadığını, 1000 manat müqabilində onun kəsilmiş pensiyasını bərpa elətdirə biləcəyini demiş, Sadiq onunla razılaşmışdır. Həmin gün axşamtərəfi Sadiqlə danışıb onun yaşadığı evə getmiş, evin qarşısında Sadiqlə görüşüb ondan 1000 manat pulu almışdır. Sadiqdən aldığı pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra Sadiq ona zəng edib işin nə yerdə olduğunu soruşduqda ona müxtəlif bəhanələr gətirmişdir. Aldığı bütün pulları özü tək xərcləmiş, ona heç kim köməklik etməmiş, ailə üzvlərinin bundan xəbəri olmamışdır. İmkanı olan kimi zərərçəkmişlərdən aldığı pulları geri qaytaracaqdır. Zərərçəkmişlərdən Zərərçəkmiş şəxs1 265 manat, Zərərçəkmiş şəxs4 1000 manat ödəmişdir. Zərərçəkmiş şəxs1 ona qarşı mülki iddiasını qismən qəbul edir. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 7 ünvanında yaşayır, X11 onun doğma oğludur. Saday 22 oktyabr 2021-ci il tarixdə psixotrop maddə olan metamfetamin və külli miqdarda narkotik vasitə olan heroin qanunsuz olaraq satdığı üçün Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin müvafiq bəndi ilə ittiham elan olunaraq 2022-ci ilin may ayında cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. X10 filialının Ağcabədi rayon xidmət şöbəsinin baş mütəxəssisi işləyən bacısı oğlu Şahid1 2022-ci ilin sentyabr ayının sonlarında Eldənizlə tanış olmuşdur. 2022-ci ilin oktyabr ayının 04-də qohumu olan azyaşlı Davud Məmmədov yaşadığı kənddə özünü asıb öldürmüşdür. Təqsirləndirilən şəxs həmin yas mərasimində də iştirak etmiş, özünü istiqanlı, səmimi insan kimi təqdim etmiş, qohumlarının etibarını qazanmağa nail olmuşdur. Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim etmiş, guya əvvəllər Müdafiə Nazirliyində hüquqşünas işlədiyini, dövlət orqanlarında işləyən yüksək vəzifəli şəxslərlə dostluq münasibətlərinin olduğunu, bütün məhkəmələrdə, prokurorluqda və başqa sahələrdə istənilən işləri görmək imkanına malik olduğunu, kifayət qədər geniş əhatəsinin, əlaqələrinin olduğunu demiş, Zeynalı da, digər qohumları da özünə inandırmışdır. Buna görə Zeynal həmin vaxt oğlu Sadayın məsələsini Eldənizə danışmış, sonuncu kömək edərək Sadayı həbsdən azad etdirə biləcəyini demişdir. Eldənizlə Zeynalın həmin söhbəti 2022-ci ilin noyabr ayının sonlarında və ya dekabr ayının əvvəllərində olmuşdur. Bundan sonra Zeynal ona da bu barədə danışmışdır. Zeynala işin üstündə möhkəm dayanmasını tapşırmışdır. Eldəniz həmin işin müqabilində 6000 manat pul verilməli olduğunu demiş, Zeynal Eldənizi də götürərək onun yaşadığı evə gəlmişlər. Eldəniz Zeynala dediyi həmin sözləri ona da bildirmişdir. Eldənizin danışığından, özünü vəkil kimi təqdim etməsindən, hazırda da guya başqa-başqa dövlət orqanlarına hüquqi yardım göstərməsindən və çox hörmətli, nüfuzlu, yüksək vəzifədə işləyən dostlarının, yaxşı əlaqələrinin olmasını deməsi kimi sözlərinə inanıb Eldənizə aldanmışdır. Oğlunun azadlığa buraxılması müqabilində 6000 manat pulu verməyə razı olmuş, lakin həmin vaxt pulu olmadığından qızıllarını girov qoyaraq bankdan kredit götürəcəyini bildirmişdir. 2022-ci ilin dekabr ayında qızıllarını "xxxx" ASC-nin Ağcabədi filialına girov qoyaraq 6300 manat kredit götürmüşdür. Eldəniz Zeynalla əlaqə saxlayaraq məhkəmə gününədək 2000 manat vermək lazım olduğunu demişdir. Zeynal da bu barədə ona dedikdə həmin puldan 2000 manatı Eldənizə verməsi üçün Zeynala vermişdir. Zeynalın işi sadəcə pulu ondan alıb Eldənizə vermək olmuşdur. Eldənizlə özü danışıb razılaşmış və sövdələşmişdir. Zeynal da Eldənizin dələduz olduğunu bilməmişdir. Zeynal həmin 2000 manat pulu 08 dekabr 2022-ci il tarixdə saat 10:33 dəqiqədə Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospektində yerləşən “Çempion” marketdə olan “E-Manat” ödəmə terminalından Eldənizin ona “WhatsApp” vasitəsi ilə bildirdiyi sonu 9656 ilə bitən bank kartına göndərmişdir. Eldəniz pulu aldıqdan sonra bildirmişdir ki, birinci məhkəmə prosesində oğlu Sadayın azadlığa çıxması mümkün deyil, lakin yeni il bayramına qədər azadlığa çıxacaq. Lakin yeni il bayramında məsələ həllini tapmamışdır. Bundan sonra 2023-cü ilin yanvar ayının sonu və ya fevral ayının əvvəlində Zeynal "xxxx" ASC-nin Ağcabədi filialının yaxınında yerləşən Eldənizə məxsus "xxxx" MMC-nin ofisində 4000 manat pulu ona nağd qaydada vermişdir. 2023-cü ilin mart ayının əvvəllərində apelyasiya məhkəməsinin qərarı qəbul olunmuş və Sadaya təyin olunmuş cəza dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra onlar Eldənizlə əlaqə saxlayaraq bu barədə məlumat verəndə işlərin nəzarətində olduğunu və heç bir problem olmadığını, Sadayın saxlanılacağı cəzaçəkmə müəssisənin müdiriyyəti ilə danışıb artıq işi həll etdiyini, Saday cəzaçəkmə müəssisəsinə göndərilən kimi xəstəliyə görə cəza çəkməkdən azad olunacağını bildirmişdir. Bunun üçün Eldəniz Saday barəsində icra nümayəndəliyindən ailə tərkibi haqqında arayış və xasiyyətnamə tələb olunduğunu bildirmişdir. Eldənizin sözlərinə inanmışdır. Onlar həmin arayışı və xasiyyətnaməni şəhər icra nümayəndəliyindən alıb Eldənizə vermişlər. Lakin məsələnin üzərindən xeyli müddət keçməsinə baxmayaraq Sadayın işində heç bir dəyişiklik olmadığını gördüklərindən Eldənizin dələduzluq edərək onun pullarını ələ keçirdiyini başa düşmüşlər. Buna görə də Zeynaldan xahiş etmişdir ki, rayon prokurorluğuna müraciət edib Eldənizin barəsində şikayət ərizəsi versin. Eldəniz ondan aldığı 6000 manat puldan 265 manat qaytarmışdır. Onun barəsində qanuni qərar qəbul edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yaşayır. Oğlu Ələsgər 01 yanvar 2023-cü il tarixdən müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırılmış və həmin ayın 14-də müddətli hərbi hissəyə getmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarına təyin olunmuşdur. Ələsgərin onurğasında ikinci dərəcəli skolyoz olduğundan onun hərbi xidmətinin çətin keçməsindən çox qorxmuş, həm də özü işləmək üçün uzun müddətli Bakı şəhərinə gedəcəyi səbəbindən Ələsgərin hərbi xidmətini Bakı şəhərində keçməsini istəmişdir. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə yanvar ayının 25-də məktub yazmış, məktubu evdə əlyazma ilə yazdıqdan sonra onu kompüter vasitəsi ilə çap etdirmək üçün "xxxx" ASC-nin Ağcabədi filialının yaxınlığında olan çap evinə getmişdir. Eyni zamanda yazdığı məktubu hüquqşünasa oxutdurmaq istəmişdir. Buna görə də çap evində işləyən qızlardan soruşmuş, onlar da diş poliklinikası ilə üzbəüz "xxxx" MMC müəssisəsində Eldəniz adında vəkil fəaliyyət göstərdiyini və məktuba baxıb düzəliş verə biləcəyini demişlər. "xxxx" MMC-nin binasına yaxınlaşmış, Eldəniz tapıb yazdığı məktubu ona göstərmiş və oxuyub nəzərdən keçirməsini xahiş etmişdir. Eldəniz ondan məktubun nə ilə əlaqədar olduğunu soruşmuş və bildirmişdir ki, Müdafiə Nazirliyində məsul vəzifədə işləyən tanışı var, əsgərlərin bölgüsü ilə məşğul olan komissiyanın üzvüdür, beş nəfərdən biridir. Daha sonra Eldəniz bildirmişdir ki, nazirlikdə işləyən adamı var, 4000 manat pul lazımdır. Eldənizlə çox söhbət etdikdən sonra 1000 manata razılaşmışdır. Eldənizin telefon nömrəsini xalası oğlu Rasimə vermiş və Eldənizlə görüşərək ona 1000 manat verməsini xahiş etmişdir. Bir qədər sonra Rasim ona zəng edərək Eldənizi haradan tapdığını soruşmuş, onun fırıldaq adam olduğunu bildirmiş və qətiyyən ona pul verməməyini tapşırmışdır. Xalası oğlunun ona borc pul verməmək üçün bəhanə yaratdığını güman etmişdir. Həm də Eldəniz onu tam inandırmışdır deyə xalası oğlunun sözlərinə əhəmiyyət verməmişdir. Bundan sonra "xxxx" ASC-nin Ağcabədi filialına yaxınlaşıb 1000 manat kredit götürmüşdür. Fevral ayının 02-də Eldənizlə onun Ağcabədi şəhərində, diş poliklinikası ilə üzbəüz olan ofisində görüşərək 10 ədəd 100 manatlıq əsginaslardan ibarət 1000 manat pulu Eldənizə vermişdir. Eldəniz ona verdiyi vədini yerinə yetirməmiş, nə də verdiyi 1000 manat pulu ona qaytarmamışdır. Bundan sonra aldandığını görüb Eldənizdən şikayət etmişdir. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 öz ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağcabədi rayonu, Kürdlər kəndində yaşayır. 1992-1993-cü illərdə keçmiş N saylı hərbi hissənin tərkibində könüllü olaraq İ Qarabağ döyüşlərində iştirak etmişdir. Lakin buna baxmayaraq ona veteranlıq verilməmişdir. Ona görə də veteranlığını təsdiq elətdirmək istəyirmiş. Buna görə də vəkil kimi tanış olduğu Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu onunla söhbət etdikdən sonra demişdir ki, 1500 manat müqabilində onun veteranlığını düzəldə bilər. Bundan sonra Eldənizlə razılaşmışdır. Yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsinin surətini və müharibədə olduğu sənədlərin surətini ona vermişdir. 2022-ci ilin təxminən fevral ayında Eldənizin ona verdiyi kart hesabına “milliön” vasitəsilə 350 manat pul göndərmişdir. Daha sonra təxminən mart ayında yenə də Eldənizin ona verdiyi kart hesabına “milliön” vasitəsilə 350 manat pul göndərmişdir. Bundan sonra isə 2022-ci ilin iyul ayında Eldənizlə Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində görüşmüş və ona əlbəəl 300 manat pul vermişdir. Hər dəfəsində Eldəniz ona işinin alınacağını, az qalmasını deyib onu aldatmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhəri, S.Vurğun küçəsi, təzə məhəllədə yaşayır 1990-1991-ci illərdə Laçın şəhərində tikinti idarəsində işləmişdir. Həmin vaxt müharibə dövrü olduğu üçün onların idarədə işləyən mülki şəxsləri posta aparırmışlar. Aktiv döyüşlərdə olmasa da postlarda olmuşdur. Buna görə də veteranlıq almaq üçün Təqsirləndirilən şəxslə tanış olmuşdur. Eldənizlə aralarında olan söhbət zamanı ona veteranlıq düzəltdirmək istədiyini bildirmişdir. Eldəniz özünü ona iş görə bilən, hüquqşünas kimi göstərmişdir. Eldənizə etibar edib inanmışdır. Eldəniz ona demişdir ki, onun veteranlığını 1000 manat qarşılığında düzəldə bilər. Eldənizlə razılaşmış və ona pulunun olmadığını, 500 manatını verib, daha sonra da 500 manatını verə biləcəyini demişdir. Bundan sonra Eldəniz ona kart hesabı vermiş və pulu həmin kart hesabına göndərməyini istəmişdir. 26 avqust 2022-ci il tarixdə 500 manat pulu Ağcabədi şəhərində yerləşən “Totu” marketdə “milliön” aparatı vasitəsilə Eldənizin ona verdiyi kart hesabına göndərmişdir. Bundan sonra ikinci dəfə isə 03 sentyabr 2022-ci il tarixdə 500 manat pulu yenə də Ağcabədi şəhərində yerləşən “Totu” marketdə “milliön” aparatı vasitəsilə Eldənizin ona verdiyi kart hesabına göndərmişdir. Daha sonra Eldəniz ona demişdir ki, onun veteranlıq məsələsi həll olunacaqdır. Lakin hər dəfə Eldənizdən məsələnin nəticəsini soruşduqda Eldəniz müxtəlif bəhanələrlə onu aldatmışdır. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 8 ünvanında yaşayır. Şirvan şəhərində, köhnə bazar ərazisində özünə məxsus kafesi vardır, həmin kafedə çay və yemək satır. Təqsirləndirilən şəxs da həmin kafedə tanımışdır. Eldəniz bir neçə dəfə həmin kafeyə gəlib-getmiş, özünü Ağcabədi rayon sakini kimi tanıtmışdır və ona vəkil olmasını demişdir. X9 məhkəməsinə işi ilə bağlı gəlməsini bildirmişdir. Eldənizlə aralarında beləcə ünsiyyət yaranmış və Eldəniz onda özünə qarşı etibar qazanmışdır. Mərhum əri Qardaşxan Abdullayevin ölümündən sonra onun təqaüdünü almaq üçün Eldənizə müraciət etmiş və ona bu barədə bildirmişdir. Eldəniz ona demişdir ki, bu məsələni həll etmək çox rahat işdir, onun tanışları var, bu məsələni yoluna qoyar. Eldəniz ona demişdir ki, bu işi 1200 manat qarşılığında 03 ay müddətinə həll edə bilər. Bundan sonra 10 noyabr 2022-ci il tarixdə işlədiyi kafedə Eldənizlə görüşmüş və ona 1200 manat pul vermişdir. Pulu aldıqdan sonra Eldəniz ona təqaüd məsələsini həll edəcəyini deyib çıxıb getmişdir. Bir müddət sonra Eldənizlə görüşüb danışan zaman ona bildirmişdir ki, işlətdiyi kafenin su sayğacında problem vardır. Eldəniz həmin problemi həll etmək üçün 350 manat pul lazım olduğunu demişdir. 24 yanvar 2023-cü il tarixdə Eldənizin ona verdiyi kart hesabına Şirvan şəhəri ərazisindən “Milliön” ödəmə terminalı vasitəsilə 350 manat pulu göndərmişdir. Lakin Eldəniz daha sonra onu aldatmış və ona verdiyi vədlərə əməl etməmişdir. Bu günə kimi də Eldəniz onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Yas məclislərində din xadimi kimi iştirak edir. 2021-ci ilin təxminən oktyabr ayında Ağcabədi rayonu, Avşar kəndində yas məclisində Eldənizlə tanış olmuşdur. Onunla aralarında olan söhbət zamanı ona vəkil olmasını, sənəd işləri ilə məşğul olmasını bildirmişdir. Eldənizdən onu əmək pensiyasına çıxara bilib-bilməyəcəyini soruşmuşdur. Eldəniz ona demişdir ki, elə bu işlərlə məşğuldur, buna görə müəyyən sənəd xərci və yol xərci üçün təxminən 1000 manat pul lazımdır. Eldənizlə razılaşmışdır. Bu məqsədlə 2021-ci ilin dekabr ayında, dəqiq xatırlamadığı gündə Eldənizə Ağcabədi şəhər mərkəzi xəstəxanasının yanında 100 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin aprel ayının dəqiq xatırlamadığı günündə isə 600 manat pulu isə yaşadığı evin həyətində Eldənizə vermişdir. Eldənizdən işin nə yerdə olmasını soruşmuşdur. Eldəniz də ona demişdir ki, narahat olmasın, məhkəmə yolu ilə həll edəcəkdir. Daha sonra Eldəniz onun işini həll etməmişdir. Eldənizə nə qədər zəng edirmişsə, hər dəfəsində ona müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib şikayət etmişdir. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ağcabədi şəhərində yerləşən bir saylı tam orta məktəbində gecə gözətçisi işləyir. 2000-ci il tarixdə dövlət tərəfindən ona əlliyə görə pensiya təyin edilmişdir. 2020-ci il tarixdə isə həmin pensiya ödənişləri dayandırılmışdır. 2023-cü ilin yanvar ayında Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, “bulvarın döngəsi” deyilən yerin yaxınlığında “Rəmzi MMC” adı ilə “hüquq məsləhətxanası”nın olduğunu görmüşdür. Həmin ofisə daxil olmuş və Eldənizlə tanış olmuşdur. Söhbət əsnasında Eldəniz özünü ona hüquqşünas kimi təqdim etmişdir. Eldəniz ona nə ilə bağlı müraciət etdiyini soruşmuş, Eldənizə demişdir ki, kəsilmiş pensiyasını qanuni şəkildə bərpa elətdirmək istəyir. Eldəniz ona demişdir ki, onun geniş əlaqələri vardır, onların vasitəsilə onun kəsilmiş pensiyasını min manat müqabilində bərpa edəcəkdir. Eldənizə inanmışdır və həmin günü axşam radələrində Eldəniz yaşadığı evin qarşısına gəlmiş və ona zəng edərək onu evin qarşısına çağırmışdır. Evinin qarşısında Eldənizlə görüşmüş, sonuncu pensiya ilə bağlı sənədləri və 1000 manat pulu ona verməyi demişdir. Evə gedib sənədləri və 1000 manat pulu götürüb evinin qarşısında Eldənizə vermişdir. Lakin bir müddət sonra Eldənizin vədini əməl etmədiyini görmüş və ondan pulunu geri istəmişdir. Eldəniz isə hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, ünvan 10 ünvanından ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Ağcabədi şəhəri, N.Nərimanov küçəsində, “bulvarın döngəsi” deyilən yerdə kişi geyimləri mağazası işlədir. Onun işlətdiyi mağazanın yanında Eldəniz “Rəmzi MMC” adı ilə “hüquq məsləhətxanası” açıb oranı özü üçün ofis etmişdir. Eldənizlə aralarında söhbət olmuş və onunla münasibəti yaranmışdır. Söhbət əsnasında da Eldəniz özünü ona hüquqşünas kimi təqdim etmişdir. Eldənizdən xahiş edib onun qaynanası X5 adına olan torpağa çıxarış almağını xahiş etmişdir. Ondan bu işi düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Eldəniz də ona bu işi 2-3 min manata həll edə biləcəyini demişdir. Bundan sonra qaynanası Güllü Ağamirova və Eldənizlə birlikdə ASAN xidmətə gedib qayınanasının adından Eldənizə etibarnamə vermişlər. Eldəniz ona söz verib demişdir ki, qısa müddətdə torpağa çıxarış alacaqdır. Onlar da ona inanmışlar. Daha sonra 2022-ci ilin iyul ayının əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarına qədər olan müddətdə Eldənizə ayrı-ayrılıqda 500 manat, 500 manat və 300 manat pulu nağd şəkildə vermiş, 1010 manat isə Eldənizin ona verdiyi kart hesabına göndərmişdir. Eldəniz ona yalan vəd verib demişdir ki, qayınanasının torpağına sənəd düzəldəcəkdir. Lakin bir müddət sonra Eldənizin vədinə əməl etmədiyini görmüş və ondan pulunu geri istəmişdir. Eldəniz hər dəfəsində ona müxtəlif bəhanələr gətirmişdir. Daha sonra isə Eldəniz mobil telefon nömrəsini dəyişmiş və ona zəng çatmamışdır. Sonradan eşitmişdir ki, Eldəniz bu adla özünü hüquqşünas kimi göstərib müxtəlif şəxslərə qarşı dələduzluq etmişdir. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. 1997-ci ildə vətəndaşlara pay torpaq sahələri verilmişdir. Həmin vaxt onun ailəsinə də “Çaparidze kalxozu” deyilən yerdə 7 ha 2 sot pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinin sənədlərini isə düzəltdirməmişdir. 2023-cü ilin təxminən fevral ayının əvvəllərində balıq tutmaq üçün qarmaq almaq məqsədilə Ağcabədi şəhərində yerləşən ovçular dükanına getmişdir. Həmin ovçular dükanı “bulvar döngəsi” deyilən yerdə yerləşir. Həmin vaxt qarmaq aldıqdan sonra ovçular dükanının yanında bir plakata gözü sataşmışdır. Plakatda “Rəmzi MMC” yazılmış və hər növ hüquqi xidmətlərin göstərildiyi qeyd edilmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi işində maraqlı olduğu üçün düşünmüşdür ki, bu “hüquq məsləhətxanası” onun köməyinə çatar. Həmin vaxt ofisə daxil olmuş və Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Ona pay torpağının sənədləşdirilməsində köməklik lazım olduğunu demişdir. Bundan sonra Eldəniz kiməsə zəng edib mobil telefonda danışmışdır. Sonra ona anası X2 adında 7 ha 2 sot torpağın olmasını demişdir. Eldənizin bu cür aktivliyi ona inam yaratmış və Eldəniz onun anasının adına olan torpağın sənədlərini düzəldə biləcəyini demişdir. Eldənizə etibar etmiş və bunun xərcinin nə qədər olacağını soruşmuşdur. Eldəniz ona demişdir ki, bu işi həll edəcəkdir və buna görə ondan 2500 manat pul istəmişdir. Eldənizlə razılaşmış və ona demişdir ki, sənədləri hazırlayıb gətirsin, sonra pulu verər. Bir neçə gündən sonra Eldəniz ona zəng edib demişdir ki, sənədlərin həll olunacaq, 4-5 günə çıxarışı götüzdürəcəkdir. 2023-cü ilin təxminən fevral ayının əvvəllərində Eldənizlə görüşmüş və Eldəniz ona işi ilə bağlı Bakı şəhərinə getməli olduğunu demiş, buna görə də 400 manat pul istəmişdir. Həmin gün axşam saatlarında Ağcabədi şəhəri. F.Əlizadə küçəsində, “Kapitalbank”ın yaxınlığında 400 manat pulu əlbəəl olaraq Eldənizə vermişdir. Bundan sonra yadında qalmayan tarixdə Eldəniz ondan yenə də pul istəmiş və ona demişdir ki, torpaq şöbəsinə gedəcəkdir, orada müxtəlif şəxslərə pul verilməlidir. Ondan yenə də pul istəmiş, Eldənizə yenə də 400 manat pul vermişdir. Həmin pulu Eldənizə onun ofisində vermişdir. Bu adla 2023-cü ilin fevral ayının əvvəllərindən 2023-cü ilin may ayının sonlarına qədər olan müddət ərzində, dəqiq yadında qalmayan tarixlərdə Eldənizə əlavə olaraq 100 manat, 100 manat, 200 manat və 350 manat pul vermişdir. Həmin pulları da Eldəniz ondan torpağının sənədlərini düzəltmək üçün guya kimlərəsə pul verəcəyi və torpağın sənədlərini düzəldəcəyi adı ilə almışdır. Ümumilikdə Eldəniz ondan torpağın sənədlərini düzəldəcəyini yalan vəd verib onu aldatmaqla ondan 1550 manat pul almışdır. Daha sonra Eldənizə nə qədər zəng etmişsə zənglərinə cavab verməmişdir, ofisinə getmiş, ofisi isə bağlı olmuşdur. Eldənizə həmin pulları verməkdə məqsədi anasının adına olan torpağa çıxarış almaq olmuşdur. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayonu, Təzəkənd kəndində ailəsi ilə birlikdə yaşayır, X10 filialı Ağcabədi Şöbəsində baş mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının sonlarında tanımışdır. Təqsirləndirilən şəxs onun iş yerinə gəlib Ağcabədi şəhərində hüquq xidmətləri göstərən "xxxx" MMC-ni təsis etdiyini və özünün də həmin müəssisənin direktoru olduğunu bildirmiş və kompüterdən istifadə etməyi bacaran qadın işçi axtardığını demişdir. Eldənizin telefon nömrəsini almış və özünün telefon nömrəsini də ona demişdir. Bundan sonra işaxtaran kimi qeydiyyatda olan Ağcabədi şəhər sakini Röyaləni Təqsirləndirilən şəxs yönəltmişdir. Təqsirləndirilən şəxslə münasibəti yaranmışdır. 2022-ci ilin oktyabr ayının 04-də onun qohumu olan azyaşlı Davud Məmmədov yaşadığı kənddə özünü asıb öldürmüşdür. Təqsirləndirilən şəxs yas mərasimində də iştirak etmiş, özünü istiqanlı, səmimi insan kimi təqdim etmiş və onun etibarını qazanmağa nail olmuşdur. Təqsirləndirilən şəxs özünü ona vəkil kimi təqdim etmiş, əvvəllər Müdafiə Nazirliyində hüquqşünas işlədiyini, dövlət orqanlarında işləyən yüksək vəzifəli şəxslərlə dostluq münasibətlərinin olduğunu, bütün məhkəmələrdə, prokurorluqlarda və başqa sahələrdə istənilən işləri görmək imkanına malik olduğunu, kifayət qədər geniş əhatəsinin və əlaqələrinin olduğunu demiş, onu da özünə inandırmışdır. Təqsirləndirilən şəxs hətta Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri ilə ailəvi qohumuq əlaqələrinin və çox yaxın münasibətinin olduğunu, bir evli kimi olduqlarını demişdir. Onun xalası oğlu X11 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Ağcabədi rayon polis şöbəsi tərəfindən həbs olunmuşdur və məhkəmə prosesi Lənkəran Ağır Cinayətlər Məhkəməsində gedirdi. Buna görə də xalası oğlunun məsələsini Eldənizə danışmışdır. Eldəniz də kömək edib xalası oğlunu həbsdən azad etdirə biləcəyini demişdir, bunun üçün xalası oğlunun soyadını, adını, atasının adını yazıb ona verməyini istəmiş, həmin məlumatları Eldənizə vermişdir. Eldənizlə həmin söhbəti 2022-ci ilin noyabr ayının sonlarında və ya dekabr ayının əvvəllərində olmuşdur. Bundan sonra xalası Zərərçəkmiş şəxs1 bu barədə danışmışdır. Bundan bir-iki gün sonra Eldəniz “WhatsApp” vasitəsi ilə ona zəng edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri ilə danışdığını bildirmiş və qeyd etmişdir ki, xalası oğlunun azadlığa buraxılması mümkündür, indiyə qədər xalası oğlunun işi ilə bağlı irəli duran olmamış, hakimlər də qohumlardan kiminsə irəli durmasını gözləyirmişlər. Eldəniz bunun üçün 6000 manat pul verilməli olduğunu bildirmiş, məbləğin çox olduğunu bildirdikdə Eldəniz demişdir ki, işə baxan üç hakimdir, bundan başqa dövlət ittihamçısına da pul vermək lazımdır, həmin 6000 manat üç hakim və bir ittihamçı prokuror arasında dörd hissəyə bölünəcəkdir. Bundan sonra Eldənizi də götürərək xalasıgilə getmiş, orada Eldəniz söhbət olunmuş, Eldəniz ona dediyi həmin sözləri xalasıgilə də bildirmişdir. Xalası da oğlunun azadlığa buraxılması müqabilində 6000 manat pulu verməyə razı olmuş və həmin pulu qızıllarını girov qoyub bankdan götürəcəyini bildirmişdir. Səhv etmirsə, dekabr ayının 13-də xalası oğlunun məhkəmə prosesi keçiriləcəkdir. Eldəniz onunla əlaqə saxlayaraq həmin vaxtadək pulun 2000 manat hissəsini vermək lazım olduğunu bildirmişdir. Bu barədə xalasına dedikdə xalası 2000 manatı Eldənizə verməyi üçün ona vermişdir. Həmin 2000 manat pulu 08 dekabr 2022-ci il tarixdə saat 10:33 dəqiqədə Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospektində yerləşən “Çempion” marketdə olan “E-Manat” ödəmə terminalından Eldənizin ona “WhatsApp” vasitəsi ilə bildirdiyi sonu 9656 ilə bitən bank kartına göndərmişdir. Eldəniz pulu aldıqdan sonra bildirmişdir ki, birinci məhkəmə prosesində xalası oğlunun azadlığa çıxması mümkün deyil, lakin yeni il bayramına qədər azadlığa buraxılacaqdır. Lakin yeni il bayramında məsələ həllini tapmamışdır. Bundan sonra isə Eldəniz sözündən imtina edərək yeni il bayramına qədər həll olunacağını demədiyini, məsələnin mart ayınadək qəti şəkildə həll olunacağını və xalası oğlunun azadlığa buraxılacağını bildirmişdir. 2023-cü ilin yanvar ayının sonu və ya fevral ayının əvvəlində Eldəniz onunla görüşərək pulun qalan hissəsini də vermək lazım olduğunu demişdir. Həmçinin mart ayında yekun məhkəmə iclasının olacağını, xalası oğluna azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza veriləcəyini, ayağına qandal vurulmaqla azadlığa buraxılacağını, artıq bütün məhkəmə heyəti və ittihamçı prokurorla danışıb razılıq aldığını, məhkəmənin sədrinin də etirazının olmadığını bildirmişdir. Eldəniz həmin sözləri ilə onu da, xalasını da özünə inandırmışdır. 2023-cü ilin yanvar ayının sonu və ya fevral ayının əvvəlində "xxxx" ASC-nin Ağcabədi filialının yaxınlığında yerləşən Eldənizə məxsus "xxxx" MMC-nin ofisində ona 4000 manat pul nağd qaydada verilmişdir. 2023-cü ilin mart ayının əvvəllərində xalası oğluna ittiham hökmü çıxarılmış və altı il müddətinə azadlıqdan məhrum etmə təyin olunmuşdur. Bundan sonra Eldənizlə əlaqə saxlayıb bu barədə məlumat verəndə, işlərin nəzarətində olduğunu və heç bir problem olmadığını, xalası oğlunun saxlanılacağı cəzaçəkmə müəssisənin müdiriyyəti ilə danışıb işi həll etdiyini, xalası oğlu cəzaçəkmə müəssisəsinə göndərilən kimi xəstəliyə görə cəza çəkməkdən azad olunacağını bildirmişdir. Bunun üçün Eldəniz xalası oğlu Saday barəsində icra nümayəndəliyindən ailə tərkibi haqqında arayış və xasiyyətnamə tələb olunduğunu bildirmişdir. Xalasıgil həmin arayışı və xasiyyətnaməni şəhər icra nümayəndəliyindən alıb özləri Eldənizə vermişlər. Lakin məsələnin üzərindən xeyli müddət keçməsinə baxmayaraq xalası oğlunun işində heç bir dəyişiklik olmadığını gördüklərindən Eldənizin dələduzluq edərək xalasının pullarını ələ keçirdiyi onlara məlum olmuşdur. Eldənizə verilmiş 6000 manatın hamısını xalası "xxxx" ASC-nin Ağcabədi filialından kredit götürməklə vermişdir. Eldənizin məqsədinin dələduzluq etmək olduğunu bilməmiş, özü də Eldənizə inanaraq etibar etmişdir. Lakin Eldəniz həm onun, həm də xalasının etibarından sui-istifadə edərək aldadıb dələduzluq etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 öz ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, anası Zərərçəkmiş şəxs3 ilə bir yerdə, kafedə çay və yemək satır. İşlədikləri kafeyə ara-sıra sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs gəlib gedirmiş. Onunla zamanla münasibətləri yaranmış və özünü onlara vəkil kimi təqdim etmişdir. Eldəniz onlara Ağcabədi rayon sakini olduğunu demişdir. Şirvan şəhərinə gəlməyinə səbəbi isə burada apellyasiya məhkəməsində işinin olmasını demişdir. Anası Zərərçəkmiş şəxs3 Eldənizlə danışıb rəhmətlik atasının təqaüdünü onun adına yönləndirə bilib-bilməməsini soruşmuşdur. Eldəniz də bunun çox rahat olmasını, edə biləcəyini demişdir və buna görə anasından 1200 manat pul istəmişdir. Bundan sonra 10 noyabr 2023-cü il tarixdə kafedə olan zaman anası Eldənizə 1200 manat pul vermişdir. Həmin vaxt o da anasının yanında imiş. Eldəniz isə 3 ay ərzində məsələni həll edəcəyini demişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Ağcabədi rayonu, Kürdlər kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, onu tanıdıqdan sonra onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Ona babası X3 VAZ2103 markalı avtomobil qalmışdır. Həmin avtomobilin dövlət qeydiyyat nişanı SSRİ zamanında olan nömrə imiş, sənədində problem olduğundan avtomobilə dövlət qeydiyyat nışanı ala bilmirmiş. Həmin ərəfədə həmkəndlisi Zərərçəkmiş şəxs4 ilə söhbət zamanı Elçin ona demişdir ki, Eldəniz adında tanıdığı vəkil var, onun məsələsini bəlkə həll edər. Bundan sonra Eldənizin Ağcabədi şəhərində yerləşən ofisinə gəlmiş. Ofisdə Eldənizlə aralarında olan söhbət zamanı Eldəniz ona bildirmişdir ki, onun tanışları çoxdur, 300 manata avtomobil üçün dövlət qeydiyyat nişanı ala bilər. Eldənizlə razılaşmış və 2023-cü ilin iyun ayında Eldənizin ona verdiyi kart hesabına 300 manat pul göndərmişdir. Daha sonra Eldəniz hər kəsə olduğu kimi ona qarşı da dələduzluq etmiş və onu aldadıb pulunu ələ keçirmişdir. Sonradan bilmişdir ki, Eldəniz Elçini də aldadıb onun da 1000 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, N.Abdulayev küçəsi, ev 14-də yaşayır, Boyat kənd musiqi məktəbində pianino müəlliməsi işləyir. Ağcabədi rayon sakini Elyaz Qədimovdan sələmə 2400 manat pul götürmüş, bunun müqabilində isə hazırda yaşadığı evi Elyazın adına keçirmişdir. Daha sonra isə Elyazdan evini istəsə də geri qaytarmamışdır. Hazırda həmin işlə bağlı məhkəmə prosesi davam edir. Həmin ərəfədə hüquqi yardım almaq üçün vəkil axtarmışdır. Buna görə də Ağcabədi şəhər ərazisində hüquq məsləhətxanasında işləyən özünü vəkil kimi təqdim edən sonradan tanıdığı Təqsirləndirilən şəxs müraciət etmişdir. Aralarında olan söhbət zamanı Eldənizə bildirmişdir ki, ona hüquqi yardım göstərsin. Eldəniz də ona hüquqi yardım göstərəcəyini deyib onu özünə inandırmış, bunun qarşılığında isə ondan 410 manat pul istəmişdir. Eldənizə inanıb, vəkil olduğu üçün etibar edib 2022-ci ilin noyabr ayının təxminən ortalarında ona 410 manat pul vermişdir. Lakin daha sonra bilmişdir ki, Eldəniz ona qarşı dələduzluq etmiş, onun heç bir hüquq təhsili yoxdur. Onu, eləcə də onun kimi başqa şəxsləri də aldadıb pullarını ələ keçirmişdir. Məhkəmə iclasında Şahid5 Ağa oğlu ifadəsində göstərdi ki, Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun özünə məxsus olan pay torpaq sahəsi vardır, həmin torpaq sahəsinin dəqiq ölçülərini bilmədiyi üçün ölçdürmək istəyirmiş. Lakin bunun qanuni yolunu bilmirdi. Buna görə də Ağcabədi şəhərində hüquqşünas kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxslə tanış olmuş və ona bu barədə danışmışdır. Eldəniz ona bildirmişdir ki, torpağının ölçdürülməsini təşkil edə bilər. Bunun üçün isə Eldəniz ondan 250 manat pul istəmişdir. 2023-cü ilin may ayında Eldənizin ofisində ona 250 manat pul vermişdir. Lakin Eldəniz onu aldadıb vədini yerinə yetirməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid7 ifadəsində göstərmişdir ki, Ağcabədi şəhəri, S.Vurğun küçəsi, ev 6, mənzil 143-də ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Əvvəllər hərbidə işləmiş, 2022-ci il tarixdə xidmətdən öz ərizəsi ilə xaric olmuşdur. 2023-cü il tarixdə Ağcabədi rayon hərbi komissarlıqdan hərbi biletini götürən zaman, hərbi biletində uyğunsuzluq sözünü görmüşdür. Bununla bağlı iş yerinə müraciət etsə də nəticəsi olmamışdır. Həmin uyğunsuzluq sözünü sildirmək istəyirmiş, çünki düzgün yazılmadığını düşünürdü. 2023-cü ilin aprel ayında Ağcabədi şəhər ərazisində Kapitalbankın yaxınlığından piyada olaraq keçən zaman hüquq məsləhətxanası yeri görmüş və düşünmüşdür ki, hüquqi yolla problemini həll edə bilər. Həmin məsləhətxanaya daxil olmuş və Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Eldəniz özünü ona vəkil kimi təqdim etmişdir. Eldənizə problemini danışmış və öz istəyi ilə işdən çıxdığını, lakin hərbi biletində uyğunsuzluq yazıldığını demişdir. Eldəniz ona demişdir ki, heç bir problem yoxdur, problemi həll etmək olar. Bununla bağlı ondan etibarnamə istəmiş, Eldənizə ASAN xidmətdə etibarnamə vermişdir. Təxminən 3 gündən sonra Eldəniz ona zəng edib demişdir ki, hərbi biletində yazılan uyğunsuzluq sözü texniki səhvdir, bunu düzəltmək olar. Buna görə isə ondan 400 manat pul istəmişdir. Eldənizə 300 manat verə biləcəyini demişdir. Bundan sonra Eldəniz həmin pulu kart hesabına göndərməyini demiş və ona kart hesabını göndərmişdir. 19 aprel 2023-cü il tarixdə Eldənizin ona göndərdiyi kart hesabına 300 manat pul göndərmişdir. Eldəniz ona demişdir ki, 10 günə iş həll olunacaqdır, onun ünvanına bununla bağlı məktub gələcəkdir. Lakin ona heç bir məktub gəlməmiş, Eldəniz isə telefonlarına cavab verməmişdir, pulunu da geri qaytarmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Laçın rayonu, Ağbulaq kəndində qeydiyyatda olmaqla hazırda Ağcabədi rayonu ərazisində yerləşən Ağbulaq obasında ailəsi ilə birlikdə yaşayır. Laçın rayon, Ə.Əsgərov adına Ağbulaq kənd tam orta məktəbində müəllim işləyir. 23 oktyabr 2023-cü il tarixdə Beyləqan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Beyləqan Rayon Məhkəməsi tərəfindən qarşı tərəfə hökm çıxarılmış, lakin həmin vaxt ona dəymiş maddi ziyan ödənilməmişdir. Bu işdən narazı qalmış və işi ilə maraqlanan zaman ona bildirilmişdir ki, maddi ziyanın ödənilməsi üçün mülki iddia qaldırmalıdır. Onun isə bu işlərdən anlayışı olmadığı üçün vəkilə müraciət etməyə qərar vermişdir. Bu məqsədlə də 07 may 2023-cü il tarixdə Ağcabədi şəhər ərazisində yerləşən diş poliklinikası ilə üzbəüz yerləşən hüquq məsləhətxanasına müraciət etmişdir. Qeyd edilən yerdə ofisə daxil olduqda onu Təqsirləndirilən şəxs qarşılamışdır. Onunla söhbət zamanı ona vəkillər kollegiyasının üzvü olduğunu və vəkil kimi fəaliyyət göstərdiyini demişdir. Eldənizə öz problemi barədə danışmış və mülki iddia qaldırmaq istədiyini bildirmişdir. Eldəniz isə ona həmin iş üçün iddia ərizəsi yazmağa 500 manat pul istəmişdir. 07 may 2023-cü il tarixdə Eldənizin ona verdiyi kart hesabına 300 manat, daha sonra 08 may 2023-cü il tarixdə isə həmin kart hesabına 200 manat pul göndərmişdir. Eldəniz onunla müqavilə bağlamamış, sadəcə ona vəd vermişdir ki, onun işini həll edəcəkdir. Eldənizə inanıb etibar etmişdir. Bundan sonra isə Eldəniz onun işini yubatmış və Eldənizdən soruşduqda isə ona işini həll edəcəyini deyib onu aldatmışdır. 2023-cü ilin may ayının sonlarında Eldənizə növbəti dəfə zəng etdikdə isə onun mobil nömrəsinə zəng çatmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Ağdam rayon İHB-nin Mahrızlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan İmişli rayon İHB-nin Mahrızlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı (xx.xx.2009-cu, xx.xx.2016-cı və xx.xx.2018ci il təvəllüdlü) vardır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddəsinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını, vurulmuş ziyandan qismən ödəniş etməsini və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx.xx.2023-cü il tarixdən hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Qeyd edilənlərlə yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı 6000 manat pul tələbinə dair iddia vermişdir. İşə baxılarkən müəyyən olundu ki, həmin puldan 265 manat qaytarılmışdır. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 5735 manat məbləğində pul verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, digər zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 5735 (beş min yeddi yüz otuz beş) manat məbləğində pul ödənilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar