Məhkəmə qərarları › İş №1(017)-23/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-23/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-23/2025 30.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X5 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs (xx.xx.2001-ci il tarixdə Ağdam rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonunun Muğanlı kəndində qeydiyyatda olan və Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti ev 343-də məskunlaşıb yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə saat 18 radələrində BC kateqoriyalı AE925184 seriya nömrəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C240” minik markalı **-KV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Ağcabədi-Ağdam yolunun 1-ci kilometrliyində, Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisindən keçən hissəsində asfalt yolda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etmədən, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən yol hərəkəti qaydalarını pozaraq yolun sol ehtiyat hissəsindən sağa doğru keçən piyada X8 ehtiyatsızlıqdan yolun öz hərəkət istiqamətində avtomobilin sol tin hissəsi ilə vuraraq sağ təpə sümüyünün xətti sınığı, baş beyinin sağ yarımkürəsi üzərinə yayılmış qansızma, alt çənə nahiyəsində əzilmiş yara, sağ budun yuxarı üçdə birində əzilmiş yara, sol budda qançır, sol diz oynağında sıyrıq xəsarətləri yetirərək sonuncunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində məskunlaşıb yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X2 məxsus Mersedes C240 markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 10 iyul 2024-cü il tarixdə saat 18 radələrində Mersedes Benz C240 minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağcabədi-Ağdam yolunun Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən, qabaqda yolun sol kənarında uşaq dayandığını görmüş, avtomobili yolun sağ kənarı ilə idarə etməyə davam etmişdir. Avtomobili təxminən hansı sürətlə idarə etdiyini xatırlamır. Həmin vaxt yolda avtomobil çox idi. Avtomobili idarə etməyə davam edərkən, bir də görmüş ki, idarə etdiyi avtomobilin sol yan tərəfinə anidən kimsə dəymişdi. Bundan sonra, dərhal idarə etdiyi avtomobili yolun sağ ehtiyat hissəsində saxlamışdır. Avtomobili saxladıqdan sonra görmüş ki, toqquşma baş vermiş yerdə əhali yığılıb. Həmin yerə yaxınlaşanda görmüş ki, yolun kənarında duran uşağı avtomobillə vurmuşdur. Uşaq anidən qarşısına çıxmış və həmin uşağı avtomobilin sol kənarı ilə vurmuşdu, hətta birinci ağlına gələn olmuşdur ki, onun avtomobilinə nə isə dəymişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman ondan başqa avtomobildə heç kəs olmamışdır. Ətrafda olan insanlardan kömək istəmiş ki, uşağı köməkli avtomobilə yerləşdirib xəstəxanaya aparsınlar. Ona bir nəfər tanımadığı yaşlı ağsaqqal kömək etmişdir. Uşağı xəstəxanaya təhvil verdikdən təxminən 15 dəqiqə sonra bilmiş ki, həmin uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib. Sonradan bilmiş ki, həmin uşağın adı X10r. Bundan sonra idarə etdiyi Mersedes C240 minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə könüllü olaraq Ağcabədi rayon polis şöbəsinə gəlmiş və polis əməkdaşlarına təslim olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, taksi sürücüsü kimi fəaliyyət göstərir. 10 iyul 2024-cü il tarixdə saat 18 radələrində Ağcabədi-Ağdam yolunun Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisində keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Uğur Quluyev aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Oğlu 556 saylı qəsəbədə yerləşən 1 saylı tam orta məktəbdə oxumuş, 4-cü sinif şagirdi idi. 10 iyul 2024-cü il tarixdə, saat 18 radələrində atası Məmmədxan Quliyev ona zəng edərək bildirmiş ki, oğlu yol-nəqliyyat hadisəsində xəsarət almış və hazırda Ağcabədi rayon Mərkəzi xəstəxanasına yerləşdirilmişdir. Xəstəxanaya getmiş, ora çatdıqda bilmişdir ki, oğlu baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Sonradan bilmiş ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C240 minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi-Ağdam yolunun Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçən oğlunu vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli, 27 nömrəli rəyindən görünür ki:

1. X6 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun meyitində aşağıdakı xəsarətlər aşkar edildi: --- sağ təpə sümüyünün xətti sınığı --- baş beyinin sağ yarımkürəsi üzərinə yayılmış qansızma --- alt çənə nahiyəsində əzilmiş yara --- sağ budun yuxarı üçdə birində əzilmiş yara --- sol budda qançır --- sol diz oynağında sıyrıq, bədən səthində hər hansı xəsarət aşkar edilmədi.

2. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X6 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 10 iyul 2024-cü il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə qeyd edilən xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və məhrumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər.

3. X6 ölümünə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş sağ təpə sümüyünün sınığı və baş beyinə yayılmış qansızma olmuşdur.

4. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X6 ölümü onun meyitinin məhkəmə-tibbi müayinəsindən 1-2 saat əvvəl, yəni 10 iyul 2024-cü il tarixdə baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X15 verdiyi xx.xx.2024-cü il tarixli 2348/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2024-cü il tarixli, 8/2395 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Meecedes Benz C240 markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli, 8/2395 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz C240” minik markalı ** KV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və Ağcabədi rayon Polis şöbəsinin cərimə meydançasına yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz C240” minik markalı ** KV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan Ağdam RİHB-nın Şıxbabalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Şıxbabalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2001-ci il təvəllüdlü Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs adında xx.xx.2019-cu ildən xx.xx.2029-cu ilə qədər BC kateqoriyalı AE925184 nömrəli sürücülük vəsiqəsi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon X7 X11 şöbəsində narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda durmur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ərizə ilə müraciət edərək, həmin ərizədə Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayətinin olmadığını və onunla barışdıqlarını göstərmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğuna görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, Ağdam rayonundan məcburi köçkün olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, barışıq əldə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə olaraq az ağır cinayət törətməsi, Ağdam rayonundan məcburi köçkün olması və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələbi və şikayətinin olmaması, barışıq əldə olunması, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli çəzaçəkmə müəssisələrində çəkməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz C240” minik markalı ** KV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar