Məhkəmə qərarları › İş №1(017)-24/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-24/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-24/2023 22.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbdaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 6,32 qram narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib 1 ədəd kibrit qutusunda üzərində daşıyaraq saxlamış, 12 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, M.Aranlı küçəsində saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 18:50 dəqiqədən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əynindəki boz rəngli şalvarın sol yan cibində daşıyaraq saxladığı 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,32 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. O, qurudulmuş marixuanadan istifadə edir. O, xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı Ağcabədi şəhəri M.Aranlı küçəsində piyada hərəkətdə olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini izah edib rayon Polis Şöbəsinə gətirmişlər. Orada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə və ya psixotrop maddə, eləcə də qanunsuz hər hansı əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, əynində olan şalvarın sol yan cibində istifadə etmək üçün saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Polis əməkdaşları həmin kibrit qutusuna baxış keçirmişlər, içərisində yaşıl rəngli spesifik iyə malik olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 8,57 qram olmuşdur. Bundan sonra onun üzərinə əlavə axtarış keçirilmiş, lakin heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən iki gün əvvəl Ağcabədi rayonu “Üzeyir kolxozu” deyilən ərazidə ot yığdığı zaman yerdən bir ədəd kibrit qutusu tapmış, götürüb içərisinə baxmış və içərisində əvvəlcədən də istifadə etdiyi üçün tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Yerdən tapdığı marixuananı istifadə etmək məqsədilə cibinə qoymuşdur. Sonra polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsində həmin narkotik vasitə üzərindən aşkar edilmişdir. Hazırda törətdiyi əməldən çox peşmançılıq çəkməsini və azyaşlı uşağının olmasını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi rayon Polis Şöbəsinə xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin əməliyyat məlumatı üzrə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilərək 12 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Ağcabədi şəhəri, M.Aranlı küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla təhqiqatçı Fərəc Mehtiyev tərəfindən Təqsirləndirilən şəxs şübhənin mahiyyəti izah olunaraq üzərinə şəxsi axtarış keçirələcəyi elan edilmiş və müdafiəçinin yardımından istifadə etmək hüququ daxil olmaqla bütün hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməyi ilə bağlı hər hansı bir etirazının olubolmaması soruşulmuş, o isə etirazı olmadığını bildirmişdir. Sonra ona üzərində olan narkotik vasitə və ya cinayət xarakterli əşyanı varsa təqdim etməsi təkif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu çıxardaraq təqdim etmişdir. Həmin kibrit qutusunun içinə baxış keçirilən zaman içində yaşıl rəngli spesifik iyi olan qurudulmuş marixuanaya bənzər kütlə olması məlum olmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan yaşıl rəngli kütlənin nə olmasını soruşulduqda Təqsirləndirilən şəxs “nəşə” olmasını bildirmişdir. Daha sonra onun üzərinə razılığı ilə şəxsi axtarış keçirilmiş və hər biri 01 manat olmaqla ümumi 03 manat manat pul aşkar edilmişdir. Bundan başqa hər hansı bir narkotik və ya psixotrop maddə və cinayət xarakterli əşya aşkar edilməmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 8,57 qram olmuşdur. Daha sonra müdafiəçi X8 Abdullayevdən üzərindən aşkar edilmiş narkotik vasitənin onun özünə məxsus olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs cavabında bildirmişdir ki, həmin narkotik vasitə onun özünə məxsusdur və o narkotik vasitə istifadəçisidir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə 01 ədəd kibrit qutusunda iştirakçılar tərəfindən imzalanaraq ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib olunaraq iştirakçılar tərəfindən o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Sonra keçirilən ekspertiza üzrə ekspertin rəyində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın 6,32 qram çəkidə olduğunu bilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlə aşkar edildiyi vəziyyətdə yəni bir ədəd kibrit qutusu ilə birlikdə çəkilmişdir. Həmin kütlə tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyat edilərək aşkar olunduğu kimi çəkilmişdir. Ekspertizanın tərəzisi rəsmi standartlara uyğun olduğu üçün daha dəqiq çəkini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 Şahid1 ilə mahiyyəti üzrə oxşar məzmunlu ifadə verib göstərilən xüsusatları təsdiq etdi. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə saat 18:40-da şübhəli şəxs kimi tutulmuş və 14 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad olunmuşdur. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda həmin kibrit qutusu ilə birlikdə ümumi çəkisi 8,57 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 13 sentyabr 2022-ci il tarixli, 18/1015 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzaları olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin rəydə marixuananın təmiz çəkisi 6,32 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq qalan 6,30 qramdır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vastələr siyahısı”na daxildir. İş materiallarında olan X5 11 oktyabr 2022-ci il tarixli, 1511 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 verdiyi tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyşalı, Abdullayev Eşqin 2014-cü il təvəllüdlü, Abdullayev Coşqun 2015-ci il təvəllüdlü, Abdullayeva Sevil 2018-ci il təvəllüdlü uşaqları var. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1990-cı ildə anadan olub, orta təhsilli, ailəli, üç azyaşlı övladı var, ünvan 5 ünvanda yaşayır. İşdə olan DİN-nin BƏSİİ-dən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. Sonra Ağcabədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə və 69.3, 67.1, 68.2-ci maddələrinə əsasən əvvəlki hökm üzrə təyin olunmuş cərimə cəzasının çəkilməmiş qalan hissəsi birləşdirilməklə qəti cəza olaraq 1 il müddətə azadlıqdan məhrum etmə və 2920 manat cərimə cəzasına məhkum olunmuş xx.xx.2014-cü ildə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 X3 xx.xx.2023-cü il tarixli, 3-16-17/29/2-714/2023 saylı məktubundan görünür ki, Ağcabədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 177.1, 69.3, 67ci maddələrinə əsasən 2920 manat cərimə və 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2014-cüil tarixdə cəza müddəti sona çatdığı üçün azad edilmişdir. Təqsirləndirilən şəxs üzərində 2920 manat cərimə cəzası olması barədə Ağcabədi rayon İcra şöbəsinə xx.xx.2014-cü il tarixli xx/xx- 3431 saylı məktubla məlumat verilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 16/12-38-03 saylı məktubundan görünür ki, Ağcabədi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrasına dair göstəriş icra olunması üçün xx.xx.2012-ci il tarixdə Ağcabədi rayon İcra Qrupunun icraatına daxil olmuş və həmin tarixdən qeydiyyata götürülmüşdür. Ağcabədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.1, 69.3, 67-ci maddələrinə əsasən 2920 manat cərimə və 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs şəxsi işi onun cəza çəkdiyi yer aidiyyəti üzrə göndərilmişdir. Hal-hazır ki tarixədək məhkum Təqsirləndirilən şəxs barəsində olan 2920 manat cərimə cəzası barədə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə məlumat göndərilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2014cü il tarixdə çəkib qurtarıb və cəza müddətinin sonu ilə həbsdən azad edilmişdir. Lakin həmin hökmlə təyin olunan 2920 manat cərimə cəzasını çəkməmişdir . Buna baxmayaraq məhkəmə hesab edir ki, hazırki hökm üzrə cəza təyin edilərkən, 2920 manat cərimə cəzasının çəkilməməsi nəzərə alınmamalıdır. Belə ki, cərimə cəzasının icrası müddətindən 9 il keçmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən az ağır cinayət törətməyə görə məhkum edilərkən 7 il müddətdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkmədən azad olunur. Ona görə məhkəmə hesab edir ki, cərimə cəzası hazırki təyin ediləcək cəzaya birləşdirilə bilməz. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni 6,32 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlaması, özünün etiraf etməsi, şahid ifadəsi, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirildi. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti tşrətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə tşrədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyata götürülməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 6,30 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34JTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 6,30 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34JTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar