Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-25/2025 10.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuluyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X5 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, X9 dostu Amil Hüseynov vasitəsilə tanımışdır. Sonuncu ilə münasibətləri pisləşdikdən sonra Orxan Ağayev onun və ailə üzvlərinin barəsində Facebook sosial şəbəkəsində söyüb təhqir edərək şərəf və ləyaqətini alçaltmış, eyni zamanda böhtan xarakterli məlumatlar paylaşmışdır. Buna görə polisə müraciət etmiş, cinayət işinin rədd qərarında onu X10 Facebook sosial şəbəkəsində təhqir etməsi və böhtan atması öz təsdiqini tapmışdır. Bundan sonra o, Ağcabədi rayon Məhkəməsinə müraciət etmişdir. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(017)-1761/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, X8 üzərinə “Fasebook” sosial şəbəkə vasitəsilə təkzib verməsi və üzr istəməsi vəzifəsi qoyulmuş, həmçinin X6 mənəvi zərər kimi 300 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ona verilməsi qət edilmişdir. Buna baxmayaraq o, həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(106)-676/2022 saylı qətnaməsinə əsasən şikayət qismən təmin edilməklə, Ağcabədi rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək X6 mənəvi ziyanın əvəzi olaraq 1000 manat tutularaq X3 verilməsi və iddia qalan hissədə dəyişdirilmədən saxlanamsı qət edilmişdir. X8 bu hərəkətləri nəticə etibarı ilə nüfuzuna xələl gətirir, gözdən salır, dostlar əhatəsində nüfuzdan salmaqla ona böhtan atmışdır. Ona görə də X8 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir Xüsusi ittihamçı X5 məhkəməyə ərizə ünvanlayaraq şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 heç bir üzürlü səbəb olmadan məhkəmə hazırlıq iclasında iştirak etmir. Məhkəmə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə hazırlıq iclasının xüsusi ittihamçı X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 27 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/2477 nömrəli material üzrə X8 barəsində əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.4, 302.2 və 302.2.3-cü maddələrinə əsasən icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. X2 xüsusi ittiham qaydasında şikayəti ilə və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, X1 Orxan İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuluyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir ondan ötrü ki, X10 2020-ci ildə onun barəsində “Facebook” sosial şəbəkə vasitəsi ilə məlumatlar yayaraq onu təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmış və eyni zamanda böhtan atmışdır. Bu hal, yəni X2 təhqir və böhtan hesab etdiyi məlumatların X10 tərəfindən 2020-ci ildə yayılması iş materiallarında olan 27 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla da öz təsdiqini tapmışdır. Belə ki, həmin qərarla cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir ondan ötrü ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Bundan başqa, X2 təhqir və böhtan hesab etdiyi məlumatların X10 tərəfindən 2020-ci ildə yayılması iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(017)-1761/2021 saylı qətnaməsi ilə də öz təsdiqini tapmışdır. X5 xüsusi ittiham qaydasında şikayətinə sübut kimi 27 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(017)-1761/2021 saylı qətnaməsini əlavə etmiş və həmin sənədlərə də istinad etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2 və 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına, onlara tətbiq edilməli olan maddi və prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 147.1 və 148-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olduğundan və X2 təhqir və böhtan hesab etdiyi məlumatların X10 tərəfindən 2020-ci ildə yayılmasını və həmin əməllərə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti onların axımının başladığı vaxtdan hal-hazıradək iki ildən artıq müddət keçdiyinə görə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-25/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-25/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver