Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-26/2024 20.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabdi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağcabədi şəhəri, H.Məmmədquluzadə küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 17 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Ağcabədi şəhəri, H.Məmmədquluzadə küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında yeznəsi Şahid qonşusu Təqsirləndirilən şəxs ilə gəldiyini görüb Şahid yaxınlaşıb sonuncunun öz atını onun həyətinə bağlayıb otardığı üçün irad tutduğuna görə aralarında yaranmış sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göstərərək «bu kimdir ki, mənim evimin qarşısına gətirirsən» sözlərini dediyi üçün Təqsirləndirilən şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün Təqsirləndirilən şəxs qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir neçə dəfə yumruqla zərbə vuraraq ona, sifətin sağ yarısında yanaq nahiyəsində qançır-hematoma ilə müşayiət olunmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs qonşusudur, aralarında ədavət və düşmənçilik yoxdur. 17 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində işdən çıxıb tanışı Şahid ilə birlikdə yaşadığı evə gələn zaman Şahid qaynı Zərərçəkmiş şəxs evinin qarşısından keçəndə Elməddin küçəyə çıxmış, kürəkəni Eldənizlə söhbət etməyə başlamış, söhbət zamanı Elməddin onun həyətinə atı salıb otardığı üçün Eldənizə irad tutmuş, sözlə mübahisə etməyə başlamışlar. Elməddin onu kürəkəni Eldənizin yanında görüb «bu kimdir ki, mənim evimin qarşısına gətirirsən» sözlərini demiş, o, Elməddinə mübahisəni qohum kimi öz aralarında etdiklərini, onu nə üçün mübahisəyə qatdığını soruşmuş, Elməddin yaxşı etdiyini deyib onunla da mübahisə etməyə başlamış, onu təhqir etdiyi üçün əsəbiləşib qəsdən yumruqla Elməddinin sifətinin sağ tərəfinə 2-3 zərbə vurmuş, Eldəniz onları aralaşdırmış, oradan çıxıb evinə getmişdir. O, Elməddinə qəsdən xəsarət yetirməsini, orada Eldənizdən başqa kənar şəxsin olmadığını, mübahisənin 5 dəqiqə davam etdiyini bildirmişdir. Hazırda o, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və dəymiş zərəri tam ödəmişdir. Ona görə də onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizanın 18 yanvar 2024-cü il tarixli, 36-saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – sifətin sağ yarısında yanaq nahiyəsində qançı-hematoma ilə - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs yumuruqla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 17 yanvar 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 5 ay 26 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Ağcabədi rayon poliklinikasının verdiyi xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda durmur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş zərəri tam ödəməsini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-26/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-26/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver