Məhkəmə qərarları › İş №1(017)-26/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-26/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-26/2025 24.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iştirakı ilə X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə X4 cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasında şikayətə və ona əlavə olunmuş materiallara baxaraq m ü ə y y ə n e t d i: X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə X4 cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmişdir. X3 şikayətini onunla əsaslandırılmışdır ki, barəsində şikayət edilən şəxs X6 “Tiktok” sosial şəbəkəsində video paylaşaraq onu “pırbızbaş”, “öz götündə vedrə olan”, “götünə bıçaq soxacam sənin”, “pırbızbaş mikrofon tutan qəhbə”, “boynuyoluq Şəmistan”, “nə sikdirirdin Mehribanın xarabasında”, “boynuyoluq get arvadının gizli nömrələrini tap”, “Şəmistan öz əmisi arvadı ilə oynaxlayır”, “utanmırsan Gülbənizin dıllağından yapışırsan”, “siki qarnında gəzən kirpi”, “Şəmistan nə sikdirirdin mənim nənəmin evində”, “arvadının poxlarını basdıran” kimi ifadələrlə təhqir etmiş, ona böhtan ataraq şərəf və ləyaqətini alçaltmış, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. Barəsində şikayət edilən şəxs X6 “Tiktok” sosial şəbəkəsində video paylaşaraq onu “pırbızbaş”, “öz götündə vedrə olan”, “götünə bıçaq soxacam sənin”, “pırbızbaş mikrofon tutan qəhbə”, “boynuyoluq Şəmistan”, “nə sikdirirdin Mehribanın xarabasında”, “boynuyoluq get arvadının gizli nömrələrini tap”, “utanmırsan Gülbənizin dıllağından yapışırsan”, “siki qarnında gəzən kirpi”, “Şəmistan nə sikdirirdin mənim nənəmin evində”, “arvadının poxlarını basdıran” kimi ifadələrlə təhqir etmiş, ona böhtan ataraq şərəf və ləyaqətini alçaltmış, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla onu təhqir etmiş, bu əməlləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Barəsində şikayət edilən şəxs X6 “Tiktok” sosial şəbəkəsində video paylaşaraq “Şəmistan öz əmisi arvadı ilə oynaxlayır” ifadəsi ilə ona böhtan ataraq şərəf və ləyaqətini alçaltmış, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla ona böhtan atmış, bu əməli ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmçinin, barəsində şikayət edilən şəxs X6 “Tiktok” sosial şəbəkəsində “aztimes tv” və “kanal 7” kanallarına və “Tiktok” sosial şəbəkəsində ona böhtan ataraq guya ona əxlaqsız təklif etməyi, yəni cinsi əlaqədə olmaq istəməsini bildirmişdir. Bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin məlumatlardan irəli gələrək onun şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələnmişdir. Yayılmış məlumatların nəticəsi olaraq mənəvi və fiziki sarsıntı, iztirab keçirmişdir. Bununla da mənəvi təhqirə məruz qalmışdır. Halbuki, həmin məlumatların hamısı yalan olmuş və həqiqəti əks etdirmir. Rayonda tanınmış bir insan və el şənliklərində iştirak edən xanəndə olmağı ilə əlaqədar barəsində şikayət olunan şəxsin qeyd etdiyi məlumatlar onun şərəf, ləyaqət və işgüzar nüfuzuna ləkə gətirmiş, əsasız olaraq vaxt itirməsinə, işindən aralanmasına, əsəb, gərginlik və mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Həmin məlumatlar yüksək dairələr, ölkə ictimaiyyəti, habelə şəxsi tanışları arasında onun barəsində mənfi rəy formalaşdırmağa yönəlmişdir. Barəsində şikayət edilən şəxs X4 qanunsuz hərəkətləri onun səhhətinə də mənfi təsir göstərmişdir. Belə ki, yayılmış yalan məlumatlar nəticəsində keçirmiş olduğu əsəbi gərginlik və mənəvi sarsıntı nəticəsində qan təzyiqi hədsiz dərəcədə qalxmış, səsi uzun müddət batmışdır. Ona görə də X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. X2 X6 barəsində xüsusi ittiham qaydasında verdiyi ərizə xx.xx.2025-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:30-a təyin edilmiş, X3 və X6 məhkəmə hazırlıq iclasına gəlmədiyinə görə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:10-a təyin edilmişdir. X1 və X6 həmin tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişlər. Məhkəmə hazırlıq iclasında ərizə və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, həmin ərizə üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 maddəsinə əsasən şikayətin məzmunu bu məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.2 maddəsində törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), 293.3.3 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, 293.3.4 maddəsinə görə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri və konkret olaraq hansı şəxslərin ifadələri (şəxsin soyadı, adı , atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, 293.3.6. maddəsinə görə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. İş materiallarından görünür ki, məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:30-a təyin edilmiş, X3 məhkəmə hazırlıq iclasına gəlmədiyinə görə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:10-a təyin edilmişdir. X1 xx.xx.2025-ci il tarixə saat 11:10-a təyin edilmiş məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. Belə olan halda, cinayət prosessual qanunvericiliyin müvafiq tələblərinə görə, məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 298-299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r: X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə X4 cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar