Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-27/2025 08.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi X1 iştirakı ilə, xx xxxxxx 2005-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla Ağcabədi şəhəri, R.Tağıyev küçəsində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Qobustan rayonu Şıxzahırlı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağındakı çarpayıda, təkrarən xx.xx.2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Qobustan rayonu Şıxzahırlı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağındakı çarpayıda, təkrarən xx.xx.2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı rayonu Qobustan rayonu Şıxzahırlı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağındakı çarpayıda, təkrarən xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı Ağcabədi şəhəri, R.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağındakı çarpayıda, təkrarən xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı Ağcabədi şəhəri, R.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağındakı çarpayıda on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, habelə aralarındakı yaş fərqinin iki ildən çox olduğu aşkar surətdə ona məlum olduğu halda xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qəsdən təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Qobustan şəhər sakini Zərərçəkmiş şəxs ilə təxminən 7-8 ay bundan əvvəl “Tiktok” sosial şəbəkəsi vasistəsi ilə tanış olmuş və həmin vaxtdan etibarən Nərminlə “Vatsapp” sosial şəbəkəsində danışmağa başlamışdır. Təxminən 2024-ü iulin oktyabr ayının əvvəllərində o, yeznəsi Şahin və bacısı İlahə ilə Nərminin yaşadığı Qobustan şəhərinə getmiş və həmin zaman orada ailələri tanış olmuşdur. Daha sonra təxminən 3-4 saat oturduqdan sonra həmin evdən çıxıb yaşadığı Ağcabədi rayonuna gəlmişdir. xx.xx.2024-cü il tarixdə o, anası İlhamə, yeznəsi Şahin və bacısı İlahə Nərminə elçi düşmək məqsədilə Qobustan şəhərinə getmiş, həmin zaman Nərminin anası Rəna bu işə razılıq vermiş və Nərminin ona hərisi verilmişdir. Bundan sonra Nərminlə artıq rahat danışa bilmişdir. xx.xx.2024-cü il tarixdə o, Nərmingilə qonaq getmiş və həmin evdə qonaq kimi 3-4 gün qalmaq istəmişdir. Nərminin anası Rəna da buna razılıq vermişdir. Axşam olandan sonra Nərminin anası Rəna yatmaq üçün öz otağına çəkildikdən sonra Nərminlə birlikdə yatmaq üçün sonuncunun yataq otağına keçmiş, sonra yataq otağında olan çarpayıda Nərminlə yanaşı əyləşmişdir. Ardınca bir az söhbət etdkdən sonra o, Nərminə sonuncunu öpmək istədiyini dedikdə Nərmində etiraz etməmiş, o, Nərminin dodağından öpmüş, daha sonra bir az öpüşdükdən sonra Nərminə cinsi əlaqədə olmaq istədiyini demiş, lakin razı olub-olmadığını soruşduqda Nərmində razı olmuşdur. Bundan sonra Nərminlə öpüşməyə davam etmiş, ardınca hər ikisi paltarlarlarını soyunmuş və yataq otağındakı çarpayıda Nərminlə ilk dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Təxminən 3-5 dəqiqə sonra o, cinsi əlaqəni tam başa çatdırmış və cinsi orqanından gələn spermanı Nərminin cinsi orqanına boşaltmışdır. Ardınca həmin otaqdakı çarpayıda gecələmişdir. Səhərisi, yəni 10 noybar 2024-cü il tarixdə o, yenə Nərmingildə qalası olmuş və saat təxminən 22 radələrində yenidən sonuncu ilə yataq otağına keçmiş, ardınca Nərminlə çarpayıda bir az söhbət etdikdən sonra o, Nərminə cinsi əlaqədə olmaq istədiyini dedikdə sonuncuda bunun istədiyini ona demiş, daha sonra yenə də paltarlarını soyunub həmin yataq otağındakı çarpayıda təbii yolla cinsi əlaqədə olmuşdur. Bunun səhərisi, yəni xx.xx.2024-cü il tarixdə bacısı İlahə də Nərmingilə qonaq gəlmiş və gecə o, Nərminlə həmin günü cinsi əlaqədə olmamışdır. Həmin günün səhərisi, yəni xx.xx.2024-cü il tarixdə yenidən o, Nərmingildə qonaq qalmış və saat təxminən 21 radələrində yenidən sonuncu ilə yataq otağına keçmiş, ardınca Nərminlə çarpayıda bir az söhbət etmiş, daha sonra yenə də paltarlarını soyunub həmin yataq otağındakı çarpayıda təbii yolla cinsi əlaqədə olmuş və təxminən 3-5 dəqiqə sonra o, cinsi əlaqəni tam başa çatdırmışdır. O, hər dəfə spermanı Nərminin cinsi orqanına boşaltmışdır. Həmin günü səhərisi, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nərmin və anası Rəna ilə sagollaşıb yaşadığı Ağcabədi rayuonuna gəlmişdir. Həmin vaxtdan etibarən Nərminlə evlənmək barədə danışmış qoşulub qaçmaq qərarına gəlmişlər. xx.xx.2024-cü il tarixdə səhər saatlarında tanışı və qonşusu olan Rəfail adlı şəxslə birlikdə digər tanışı olan Tofiq adlı şəxsin idarə etdiyi avtomobilə əyləşib Qobustan şəhərinə getmiş və təxminən saat 17 radələrində Nərmingilin yaşadığı evə çatmışdır. Ardınca sonuncuya telefon vasitəsi ilə zəng edib evlərinin qarşısında olduğunu bildirmiş və az sonra Nərmin yaşadığı evin qarşısına çıxıb onun olduğu avtomobilə əyləşmiş və daha sonra oradan uzaqlaşıb Ağcabədi rayonuna gəlmişdir. Saat təxminən 23 radələrində Ağcabədi rayonunda yerləşən fərdi yaşayış evinə gəlmişlər. Nərminin qaçırmağından ailə üzvlərinin xəbəri olmuş və sonuncunda bu işdə razılığı olmuşdur. Daha sonra yorğun olduqları üçün yataq otağına keçmiş və çarpayıda uzanmış, ardınca Nərminlə çarpayıda bir az söhbət etmiş, daha sonra yenə də paltarlarını soyunub həmin yataq otağındakı çarpayıda təbii yolla cinsi əlaqədə olmuş və təxminən 3-5 dəqiqə sonra o, cinsi əlaqəni tam başa çatdırmış və cinsi orqanından gələn spermanı Nərminin cinsi orqanına boşaltmışdır. Həmin günü səhərisi, yəni 26 noybar 2024-cü il tarixdə saat 20 radələrində o, Nərminlə birlikdə yenə də yataq otağında paltarlarını soyunub həmin yataq otağındakı çarpayıda təbii yolla cinsi əlaqədə olmuşdur. Hazırda törətdiyi əmələ görə peşmançılıq çəkir. Ailədə yeganə qazanc gətirən olmasını, hazırdada ər-arvad kimi yaşamalarını, məqsədinin ailə qurmaq olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi-anası X1 iştirakı ilə dindirilərkən göstərdi ki, Qobustan rayonu Şıxsəhərli kəndində yerləşən tam orta nəktəbdə 8-ci sinifə qədər oxumuş, lakin daha sonra təhsilini dayandırmışdır. 2019-cu ilin yay aylarında dəqiq tarixini xatırlmamadığı bir vaxtda dayısı Uğur, dayısının yoldaşı Nazxanım və sonuncunun oğlu Elməddin onun yaşadığı evdə qalmışlar. Həmin ərəfələrdə dəqiq gününü xatırlamadığı bir gündə səhər saat 11 radələrində evdə heç kim olmayan zaman dayısı oğlu Elmədin ona gəlib yanında uzanmağını dedikdə o da çarpayıda sonuncunun yanında uzanmış, daha sonra Elməddin ona yaxınlaşıb qızlıq pərdəsini pozub onunla ilk dəfə cinsi əlaqədə olmuş, ardınca ona bunu heç kimə deməmək barədə qorxutmuşdur. Bildirmişdir ki, dayısı oğlu Elməddinlə yalnız bir dəfə cinsi əlaqədə olmuşdur. Bundan başqa, təxminən 02 ay bundan əvvəl “Tiktok” sosial şəbəkəsində Sahib adlı şəxslə tanış olmuş və həmin vaxtdan etibarən Sahibə qarşı onda sevgi yaranmışdır. 2024-cü ilin oktyabr ayının 29-da Sahib bacısı İlahə ilə onun yaşadığı evə tanışlıq məqsədi ilə gəlmiş və təxminən 2-3 saat evdə oturandan sonra çıxıb getmişlər. xx.xx.2024-cü il tarixdə Sahib öz qohumları ilə birlikdə onun yaşadığı evə onun üçün elçi gəlmiş və qohumları onlara razılıq vermişlər, ardınca çıxıb getmişlər. 2024-cü ilin noyabr ayınını 9-da Sahib onun yaşadığı evə gəlmiş, həmin zaman anası Rəna da evdə olmuşdur. Sahib həmin gecəni onlarda qalmağı istədikdə anası buna razılaşmış və Sahib həmin gecəni onunla eyni bir otaqda qalmış və o, Sahibin təklifi ilə Sahiblə həmin gecə bir dəfə cinsi əlaqədə olmuşdur. Bundan sonra Sahib əlavə olaraq, ardınca 3 gündə onun yaşadığı evdə qalmış və həmin 3 günün 2-sində o Sahiblə yenidən cinsi əlaqədə olmuşdur. Sonra Sahib yaşadığı Ağcabədi rayonuna getmişdir. xx.xx.2024-cü il tarixdə Sahib onu yaşadığı Qobustan rayonundakı fərdi yaşayış evindən götürüb yaşadığı Ağcabədi rayonuna gəlmiş, həmin zaman fikri birdəfəlik olaraq Sahibin yaşadığı evdə qalmaq olmuş və bundan anası Rənanın da xəbəri olmuşdur. O, Sahiblə birlikdə Ağcabədi rayonuna gələndə artıq gecə olmuş, evə girib yataq otağına keçmişlər. Həmin gecə bir dəfə Sahiblə birlikdə cinsi əlaqədə olmuş, bunun səhərisi, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında həmin evin yataq otağında yenidən Sahiblə bir dəfə cinsi əlaqədə olmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Ağcabədi RPŞ-nin əməkdaşları yaşadıqları evə gəlib onu və Sahibi RPŞ-nə dəvət etmişlər. O, Sahib ilə bir-birlərini sevdikləri üçün könüllü olaraq Təqsirləndirilən şəxs ilə təbii yolla cinsi əlaqədə olmuşlar. Hazırda o, Təqsirləndirilən şəxs ilə ər-arvad kimi birgə yaşayır. Ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 2024-cü ilin oktyabr ayında dəqiq gününü xatırlamadığı bir vaxtda oğlu Sahib ona sosial şəbəkədə Nərmin adlı qızla tanış olduğunu bildirib. O, əvvəlcə bu məsələyə tərəddüd etmiş, lakin oğlu Sahibin dirəndiyini görüb onunla razılaşmış və 2024-cü ilin noyabr ayının əvvəllərində qızı İlahəni Sahiblə birlikdə Nərmnin yaşadığı Qobustan rayonuna yollamışdır. Onlar Nərmingilə gedib-gələndən sonra Nərminin ağıllı və tərbiyəli qız olmalarını, lakin yaşının hələ az olduğunu, bunun üçün hələki həri olacağını, daha sonra isə evlənə biləcəklərini ona bildirildikdə o bununla razılaşmışdır. 2024-cü ilin noyabr ayının ortalarında Sahib 3-4 gün qonaq qalmaq üçün Nərmingilə getmək istədiyini bildirdikdə o razılaşmış və Sahib 3-4 gün Nərmingildə qalıb geri döndü. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sahib Nərmin ilə birlikdə yaşadığı evə gəlmiş və o Sahibdən “Nərminin burda nə işı var” deyə soruşduqda oğlu Sahib Nərminin könüllü istəyi ilə evlənmək məqsədi ilə gətirdiyini demişdir. Əvvəldən Sahib ona bununla bağlı heç bir şey deməmişdir. Daha sonra o buna razı olmadığını, lakin sonra evlənəcəklərinə razılaşmışdır. Təxminən 2 gün sonra Ağcabədi RPŞ-nin əməkdaşları Nərmini və oğlu Sahibi polis şöbəsinə aparmışlar. Ona sonradan məlum olub ki, oğlu Sahib Nərmin ilə tanış olduqdan sonra onunla bir neçə dəfə cinsi əlaqədə olmuş və indi onlar birlikdə onun yanında yaşayırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. 2024-cü il tarixdə qızı ona Ağcabədi rayon sakini Sahib adlı şəxslə tanış olduğunu, həmin şəxsin onu sevdiyini və həmin şəxslə evlənmək istədiyini dedikdə o, əvvəlcə tərəddüd etmişdir. Sonra isə qızı Nərminə ona Sahibin tanışlıq məqsədilə yaşadıqları evə gələ biləcəyini demişdir. 2024-cü ilin oktyabr ayının sonlarında Sahib və sonuncunun bacısı İlahə onun yaşadığı evə gəlmiş, ardınca söhbət əsnasında o, Sahibə əvvəlcə qızı Nərminlə hərilənməyini, daha sonra yaşı çatdıqda ailə həyatı qurmalarını bildirdikdə Sahib də bununla razılaşmışdır Daha sorna Sahib ailəsi ilə birlikdə evdən çıxıb getmişlər. xx.xx.2024-cü il tarixdə Sahibin ailəsi yaşadığı evə qızı Nərmin üçün elçilik məqəsdilə gəlmişlər. Daha sonra evdə yeyib-içəndən sonra o, Sahibin anasına qızı Nərminin Sahibə verdiyini bildirmiş və daha sonra çay içəndən sonra evdən çıxıb yaşadıqları Ağcabədi rayonuna qayıtmışlar. 2024-cü ilin noyabr ayının əvvələrində Sahib qonaq kimi onun yaşadığı evə gəlmiş və həmin evdə 3-4 gün qalacağını bildirdikdə Sahiblə razılaşmışdır. Daha sonra Sahib həmin 3-4 gün ərzində yaşadığı evdə qalmış, lakin həmin zaman o, qızı Nərminin Sahib ilə cinsi əlaqədə olmağından xəbəri olmamışdır. xx.xx.2024-cü il tarixdə Sahib onun qızını evlənmək məqsədilə qaçırmaq üçün yaşadığı Qobustan rayonuna gəlmiş və o həmin zaman buna etiraz etməmişdir. Çünki, qızı Nərmin Sahibi çox sevirmiş. Bundan sonra qızı Nərmin Sahib ilə birlikdə Ağcabədi rayonuna getmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin 27 noyabr 2024-cü il tarixli, 734 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən pozula bilərdi, pozulma müddəti köhnə olmaqla 2-3 həftədən artıqdır. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətin hər hansı bir obyektiv əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində olan dəyişikliklər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı hamiləlik əlamətləri aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə-tibb ekspertizasının 27 dekabr 2024-cü il tarixli, 5976nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə-psixiatrik ekspertizasının 27 dekabr 2024-cü il tarixli, 966 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Zərərçəkmiş şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs görmüş olduğu hadisələri düzgün qavrayaraq həmin hadisələr barədə düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərindən, yaş həddindən, intellektual inkişafından, malik olduğu fərdi psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı köməksiz vəziyyətdə olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, X2 əməlləri ilə bağlı materiallar ayrılıb əlavə araşdırılması üçün Qobustan RPŞ-nə göndərilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs Ağcabədi RPŞ-nə xx.xx.2024-cü il tarixli ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdən 29 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və 29 noyabr 2024-cü il tarixdə barəsində məhkəmənin öz təşəbbüsü ilə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 06 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10 20 yanvar 2025-ci il tarixli, 18-1-23/2-97/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkolji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şindiyev X6 şəhəri, R.Tağıyev küçəsində yaşadığı müddət ərzində onun barəsində heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Balakən Rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 19-20 sentyabr 2023cü il tarixlərdə Anti-terror əməliyyatlarında iştirak etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs Ağcabədi Rayon məhkəməsinə anası X1 iştirakı ilə, xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək aralarında iki ildən çox yaş fərqi olan xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş, on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 25 xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Qobustan rayonu Şıxzahırlı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağında, həmçinin xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı Ağcabədi şəhəri, R.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində təbii yolla cinsi əlaqədə olması məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, ilk dəfə olaraq cinayət törətməsini, Təqsirləndirilən şəxs 19-20 sentyabr 2023-cü il tarixlərdə Anti-terror əməliyyatlarında iştirak etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən məsuliyyəti ağaırlaşdıran hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növü təyin edərkən cəza təyin edilməsinin ümumi əsaslarını, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını, gəncliyini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci madəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 28 noyabr 2024cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutun, mülki iddianın, xüsusi müsadirənin və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib bir il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın; Cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən yəni, 28 noyabr 2024-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutun, mülki iddianın, xüsusi müsadirənin və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-27/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-27/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver