Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-28/2025 03.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs – (xx.xx.1980-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə saat 04 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşadığı evinin həyətində şəxsi münasibətlər zəminində tanışı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifətinə qəsdən əli ilə bir neçə dəfə şillə vuraraq, alının sol yarısında qançır, burnunda sıyrıq kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət, üst dodaqda olan əzilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, əvvəllər aralarında ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında tanışı Zərərçəkmiş şəxs ilə görüşmüş, kafedə çörək yemək qərarına gəlmiş, daha sonra ona məxsus avtomobillə Ağcabədi şəhərində H.Əliyev prospektində “Megastore” adlı marketin yaxınlığında yeməkxanaya getmişlər. Həmin vaxt kafedə tanışı Zərərçəkmiş şəxs spirtli içki qəbul etmiş, avtomobil idarə edəcəyi üçün spirtli içki qəbul etməmişdir. Kafedə bir neçə oturduqdan sonra kafenin həyətində olan tualetə getmiş, geri qayıdan zaman tanışı Zərərçəkmiş şəxs kafedə olmamasını görmüş, Mobili tapa bilmədiyi üçün istifadəsində olan mobil telefonuna zəng etmiş, telefonu bağlı olduğu üçün “Mersedes” markalı avtomobilinə əyləşib yaşadığı Ağcabədi rayon Hindarx qəsəbəsinə yola düşmüşdür. Yaşadığı evə çatmış, avtomobilini həyətə salmış, lakin açarını üzərində saxlamış və daha sonra evə girmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən gecə 04 radələrində həyətdə saxladığı avtomobilin siqnal səsinə yuxudan oyanmış, həyətə düşən zaman avtomobilinin işlək vəziyyətdə olmasını görmüş, avtomobilinə tərəf yaxınlaşan zaman sərnişin tərəfdə bir nəfər şəxsin əyləşməsini görmüşdür. Avtomobilin qapısını açan həmin şəxsin sifət nahiyəsinə bir dəfə şillə zərbəsi vurmuş, hava qaranlıq olduğu üçün əvvəl tanımamış, sonradan Mobil olduğunu görmüşdür. Mobildən həmin vaxt onun həyətində və avtomobilində nə etdiyini soruşmuş, Mobil isə kafedən çıxanda avtomobilində yatıb qalmasını demişdir. Sonradan Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, ona vurduğu zərəri ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayon İmamqulubəyli kəndində ailəsi ilə birlikdə yaşamaqla, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxsla görüşmüş, kafedə çörək yemək qərarına gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə əyləşərək Ağcabədi şəhərində H.Əliyev prospektində yerləşən “Megastore” adlı marketin yaxınlığında olan kafeyə getmiş çörək yeməyə başlamışlar. Həmin vaxt spirtli içki qəbul etmiş, lakin Təqsirləndirilən şəxs avtomobil idarə edəcəyi üçün spirtli içki qəbul etməmişdir. Kafedə bir neçə saat oturduqdan sonra Təqsirləndirilən şəxs kafenin həyətində olan tualetə getmiş, oda həmin vaxt Təqsirləndirilən şəxs onu evə düşürdəcəyin düşündüyü üçün avtomobilə tərəf getmiş, avtomobilin qapısının açıq olmasını görmüş və avtomobilə əyləşərək arxa tərəfdə yatmışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən gecə 04 radələrində yuxudan oyanan zaman avtomobildə tək olduğunu, Radilin yanında olmadığını və avtomobilin tanımadığı bir həyətdə olmasını görmüşdür. Həmin vaxt avtomobildə arxa oturacaqdan ön tərəfə keçmiş və hava soyuq olduğu üçün avtomobilin açarı üzərində olduğundan avtomobili işə salıb peçini qoşmuşdur. Sonradan Təqsirləndirilən şəxs harada olduğunu bilmək üçün avtomobilin siqnal düyməsinə basmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs evdən çıxıb avtomobilə tərəf gələn zaman avtomobilin qapısını açmış, Təqsirləndirilən şəxs ona yaxınlaşıb anidən sifət nahiyəsinə bir dəfə şillə vurmuşdur. Təqsirləndirilən şəxs onu nə səbəbə vurmasını soruşan zaman Radil yenidən onun sifət nahiyəsinə ikinci dəfə şillə vurmuşdur. Radildən onu nə səbəbə vurduğunu soruşmuş, Radil isə ona həyətinə daxil olduğu üçün vurduğunu demişdir. Bundan sonra Ağcabədi rayon polis şöbəsinə ərizə ilə şikayət etmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəyərək barışmış, ona vurduğu zərəri ödəmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 62 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – alının sol yarısında qançır, burnunda sıyrıq və üst dodağın orta hissəsinin selikli qişasında əzilmiş yara--küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və yuxarıda göstərilən qançır və sıyrıqlar sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə, üst dodaqda olan əzilmiş yara ilə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı (xx.xx.2009-cü il təvəllüdlü) vardır. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ziyanın ödənildiyini və ona qarşı heç bir tələbi və şikayəti olmadığını bildirmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, ziyanı ödəmişdir və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, vurduğu ziyanı ödəməsini, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-28/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-28/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver