Məhkəmə qərarları › İş №1(017)-29/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-29/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-29/2023 23.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər, Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxx 2003-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair; xx xxxx 1990-cı il tarixdə Ağdam rayonunun Ağdamkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1000 manat cərimə cəzası Ağdam Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə tamamilə birləşdirilib üzərində qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzaları saxlanılmış, Salyan Rayon Məhkəməsinin “Azərbycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 06 may 2016-cı il tarixli Qanununa” uyğunlaşdırılmasına dair 27 oktyabr 2016-cı il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi əməl Azərbycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə tövsüf edilmiş və həmin maddə ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi əməl Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsüf edilmiş və həmin maddə ilə 700 manat cərimə cəzasına məhkum edilmiş, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilib üzərində 500 manat cərimə cəzası saxlanılmış, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tamamilə birləşdirilib üzərində qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzaları saxlanılmış, 12 aprel 2018-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmiş, Ağdam Rayon İcra və Probasiya şöbəsinin 15 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən çəkilməmiş qalan cərimə cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonunun Ağdamkənd kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsi, ev 19-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 15 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən torpaq sahəsindən 01 ədəd 220 manat dəyərində “Total markalı” TP3302 modelli, Çin Xalq Respublikası istehsallı, 25 kiloqram çəkisi olan su matorunu gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs2 220 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 18 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından evin həyətinə qanunsuz daxil olub, həyətdə yerləşən saxlanc yeri hesab edilən köməkçi tikiliyə qanunsuz daxil olaraq oradan 01 ədəd 80 manat dəyərində “termet” markalı 24 litr həcmində su qızdırıcısını, 01 ədəd 80 manat dəyərində su qızdırıcısını, 01 ədəd 30 manat dəyərində dəmir sacı, 01 ədəd 50 manat dəyərində elektrik sacını, 01 ədəd 220 manat dəyərində samovarı gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 460 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 19 sentyabr 2022-ci il tarixdə 23 radələrində Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından saxlanc yeri hesab edilən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub, oradan 80 manat dəyərində olan 01 ədəd “İndesit” markalı soyuducunun mühərrikini, hamam otağından 30 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilini, 01 ədəd 37 manat dəyərində tülpan krantını, hamam otağının çöl tərəfindən hər birin qiyməti 74 manat olmaqla, 148 manat dəyərində 02 ədəd “marqos” markalı su matorunu, 01 ədəd 58 manat dəyərində qidrafon matorunu, evin arxa hissəsindən 01 ədəd 74 manat dəyərində “marqos” markalı su matorunu gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 427 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından evin həyətinə qanunsuz daxil olub, həyətdə olan hamam otağından 01 ədəd 300 manat dəyərində “Beko” markalı, WRE6512ZSS modelli, Rusiya istehsalı olan, 6 kiloqramlıq paltaryuyanı, fərdi yaşayış evinin pəncərəsindən qanunsuz olaraq evə daxil olub oradan 01 ədəd 720 manat dəyərində “Goldsource” markalı SVC-7500 model elektrik ayırıcını, evin həyətində olan dəmir rəfin üzərindən 01 ədəd 100 manat dəyərində “Goldsource” markalı SVC-1500 model elektrik ayırıcısını gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1120 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından evin həyətinə qanunsuz daxil olub, həyətdə olan hamam otağından 01 ədəd 300 manat dəyərində “Beko” markalı, WRE6512ZSS modelli, Rusiya istehsalı olan, 6 kiloqramlıq paltaryuyanı, fərdi yaşayış evinin pəncərəsindən qanunsuz olaraq evə daxil olub oradan 01 ədəd 720 manat dəyərində “Goldsource” markalı SVC-7500 model elektrik ayırıcını, evin həyətində olan dəmir rəfin üzərindən 01 ədəd 100 manat dəyərində “Goldsource” markalı SVC-1500 model elektrik ayırıcısını gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1120 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin sentyabr ayının əvvələrində Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən açıq sahədə olan su hovuzunun kənarında 01 ədəd su matorunun sahibsiz olduğunu görmüşdür. Pula ehtiyacı olduğu üçün həmin su matorunu söküb satmaq qərarına gəlmiş və bu məqsədlə 15 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində həmin əraziyə gedib 01 ədəd su matorunu sökərək yaşadığı evə aparmışdır. Səhəri gün, yəni 16 sentyabr 2022-ci il tarixdə oğurladığı su matorunu əvvəllər tanıdığı Əhməd adlı şəxsin yaşadığı evə aparıb su motorunu satmaq istədiyini Əhmədə demişdir. Əhməd motorun oğurluq olub-olmamasını soruşmuş və su motorunun özünə məxsus olduğunu bildirərək 35 manata Əhmədə satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin su matoru Zərərçəkmiş şəxs2 məxsusdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 onunla qonşu yaşayır və Elburusun ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığından pula ehtiyacı olduğu üçün Elbrusun evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 18 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından evin həyətinə daxil olub, həyətin sol tərəfində, evin qarşısında olan tikilidən, divarda quraşdırılmış 01 ədəd su qızdırıcısını, masanın üzərində sökülmüş vəziyyətdə olan 01 ədəd su qızdırıcısını, 02 ədəd sacı, 01 ədəd samovarı götürüb evin həyətinə çıxmışdır. Bundan sonra, 02 ədəd su qızıdırcılarını, 02 ədəd sacı, 01 ədəd samovarı götürüb hasarın üstündən keçib küçəyə çıxmış və oğurladığı əşyaları iki dəfəyə yaşadığı evə aparmışdır. Elburusun evindən çıxandan sonra oğurladığı əşyaları satıb gəlir əldə etmək istəmişdir. Həmin vaxt ailə üzvlərinin evə oğurluq əşyalar gətirməyi barədə heç bir məlumatları olmamışdır. 19 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Elburusun yaşadığı evin qarşısından keçərkən yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hasarın üstündən keçərək Elburusun evinin həyətinə daxil olmuş, həyətdə yerləşən fərdi yaşayış evinin pəncərəsi açıq olduğundan, əli ilə pəncərənin üzərinə quraşdırılmış setkanı götürüb oradan evin içərisinə daxil olmuşdur. Evin içərisində yerləşən soyuducuya məxsus 01 ədəd motoru əlində olan kəlpətinlə kəsib götürmüşdür. Evin qarşısında olan hamam otağına daxil olmuş, hamam otağının girişindən bir ədəd su krantının, hamam otağının içərisindən isə paltaryuyan maşının, 20 metr uzunluğunda elektrik naqilinin olmasını görmüş, hamam otağının girişində quraşdırılmış bir ədəd su krantını sökmüş, hamam otağının qarşısından 02 ədəd “marqos” markalı su matorunu, 01 ədəd qidrafonu və evin arxa hissəsindən 01 ədəd “marqos” markalı motoru sökmüş, oğurladığı bütün əşyaları daş hasarın üzərindən küçəyə çıxarmışdır. Həmin əşyaları yaşadığı evə aparmış, evə oğurluq əşyalar gətirməsindən heç kimin xəbəri olmamışdır. 20 sentyabr 2022-ci il tarixdə oğurladığı təxminən 20 metr uzunluğunda elektrik naqilini əritmiş, naqil ərintisindən çıxan aliminiumu, 01 ədəd su qızdırıcısı ilə birlikdə Ağcabədi rayonu ərazisində Qəfər adlı şəxsin metal qəbulu məntəqəsinə aparmışdır. Orada ərimiş metalı tərəzinin üzərinə qoymuş və metalın çəkisi 1,5 kiloqram olmuşdur. Əridilmiş alüminium metalı və su qızdırıcısını Qəfərin metal qəbulu məntəqəsinə 23 manata satmışdır. Soyuducudan sökdüyü bir ədəd motoru metal qəbulu ilə məşğul olan Mehman adlı şəxsə 7 manata, oğurladığı digər əşyaları şübhə doğurtmamaq üçün bir-bir tanımadığı şəxslərə, yəni Ağcabədi şəhəri ərazisində səyyar metal qəbulu ilə məşğul olan şəxslərə satmışdır. 20 sentyabr 2022-ci il tarixdə 01 ədəd su qızdırıcısını 15 manata, 02 ədəd sacın hər birini 10 manata, 01 ədəd samovarı 10 manata, bir ədəd su krantını 3 manata, 03 ədəd “marqos” markalı su matorunun hər birini 10 manata, 01 ədəd qidrafon matorunu 5 manata tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. 21 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ilə görüşmüş, Elçinlə söhbət edərkən Elburusun evindən bir neçə dəfə oğurluq etdiyini, evin həyətində inşa edilmiş hamam otağında bir ədəd paltaryuyan maşının da olduğunu, həmin paltaryuyan maşını birlikdə oğurlayıb satmaqla pul əldə edə biləcəklərini demişdir. Elçin onunla razılaşmış, 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00 radələrində Elçinlə birlikdə mişar daşdan inşa edilmiş hasarın üzərindən keçərək Elburusun yaşadığı evin həyətinə daxil olmuşlar. Həyətə daxil odluqdan sonra Elçinlə birlikdə evin həyətində yerləşən hamam otağından bir ədəd paltaryuyan maşını götürüb evin həyətinə çıxarmışlar. Bundan sonra, onlar həyətdə yerləşən fərdi yaşayış evinin pəncərəsindən evin içərisinə daxil olmuşlar və evin içərisindən bir ədəd tokartırıcı aparat olduğunu görüb həmin tokartıran aparatı da həyətə çıxartmışlar. Elçinlə birlikdə paltaryuyan maşını götürüb hasarın qarşısına, yəni həyətə daxil olduqları yerə gətirmişlər. Paltaryuyan maşını gətirən zaman evin çardağının altında, dəmir rəfin üzərində olan bir ədəd daha xırda ölçüdə, üzərində “Goldsource” sözləri yazılmış 1500 volt gücündə tokartıran aparatını da götürmüşlər. Gördükləri aparatı da paltaryuyan maşınla birlikdə hasarın qarşısına, yəni həyətə daxil olduqları yerə gətirmişlər. Elçin daş hasarın üzərinə çıxmış, o da paltaryuyan maşını qaldırıb Elçinlə birlikdə hasarın üstündən küçəyə çıxarmışlar və oğurladıqları digər əşyaları da hasarın üstündən küçəyə çıxarmışlar. Elçinlə birlikdə evdən götürdükləri 01 ədəd paltaryuyan maşınını və 2 ədəd tok artıran aparatını daş bazarının yanında yerləşən avtoyuma məntəqəsinə gətirib, orada olan söyüd ağacının altına yığmışlar. Oğurladıqları əşyaları avtoyuma məntəqəsinə gətirdikdən sonra, təxminən saat 01 radələrində Elçin mobil telefonu ilə Elçinlə qonşu yaşayan X2 zəng edib, yaxşı vəziyyətdə işlənmiş, özünə məxsus paltaryuyan maşınını 250 manata satmaq istədiyini demişdir. Elçin paltaryuyan maşınını Qardaşxanın dostu Cavidlə 150 manata razılaşdığını demiş, təxminən 10 dəqiqə sonra Qardaşxan, Cavidlə birlikdə avtoyuma məntəqəsinə gəlmişlər. Cavidlə Qardaşxan paltaryuyan maşına baxıb salamat vəziyyətdə olduğunu gördükdən sonra həmin paltaryuyanın oğurluq olub-olmamasını soruşmuşlar. Onlar da paltaryuyan maşınının oğurluq olmadığını, Elçinə məxsus olduğunu bildirmişlər. Həmin vaxt Cavid paltaryuyan maşınının işləyib-işləməməsini yoxladıqdan sonra 150 manat pulu verəcəyini bildirdi və onlar da razılaşmışlar. Oğurladığıqları 02 ədəd tok artırıcı aparatını da Cavidlə Qardaşxana göstərib aparatlar üçün nə qədər pul verə biləcəklərini soruşmuşlar. Qardaşxan boz rəngli, üzərində “Goldsource” sözləri yazılmış tok artırıcı aparatına baxmış və 20 manat verə biləcəyini demişdir. Onlar Qardaşxanla razılaşdıqdan sonra, Qardaşxan 20 manat məbləğində pulu ona verib həmin tok artırıcı aparatını alıb Cavidə məxsus maşının yük yerinə qoymuşlar və həmçinin digər tok artırıcı aparatını paltaryuyan maşınının üstündə pay vermişlər. Əldə etdikləri 20 manat pulu Elçinlə bölmüşlər. Təxminən 20 dəqiqə sonra Qardaşxan Elçinə zəng edib harada olduğunu soruşmuş, Elçin də avtoyuma məntəqəsində olduqlarını demiş, Cavidlə Qardaşxan onların yanına gələrək Elçinə 150 manat pul vermişlər və Elçin də həmin pulun yarısını, yəni 75 manatını ona vermişdir. Zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmişlər və zərər çəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbi yoxdur. Hazırda da əməllərinə görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 21 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində onunla qonşu yaşayan və dostluq etdiyi Təqsirləndirilən şəxs1 ilə görüşərkən Əli onlarla qonşu yaşayan Elburusun yaşadığı evdən bir neçə dəfə oğurluq etdiyini demişdir. Həmçinin Əli evin həyətində yerləşən hamam otağında 01 ədəd paltaryuyan maşının da olmasını və paltaryuyan maşınını birlikdə oğurlayıb satmaqlarını ona təklif etmişdir. Həmin vaxt maddi imkanı olmadığı üçün Əli ilə razılaşmış və həmçinin paltaryuyan maşınını oğurladıqdan sonra qonşuları X1 biləcəklərini də Əliyə demişdir. Bundan sonra, 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00 radələrində Əli ilə birlikdə mişar daşdan inşa edilmiş hasarın üzərindən Elburusun yaşadığı evin həyətinə daxil olub evin həyətində yerləşən hamam otağından bir ədəd paltaryuyan maşınını götürüb evin həyətinə çıxartmışlar. Sonra Əli ilə həyətdə yerləşən fərdi yaşayış evin pəncərəsindən evin içərisinə daxil olub evin içərisindən bir ədəd üzərinə “Goldsource” sözləri yazılmış, 7500 volt gücündə tok tokartırıcı aparatını da həyətə çıxartmışlar. Evin çardağının altında dəmir rəfin üzərində olan bir ədəd xırda ölçüdə olan üzərində “Goldsource” sözləri yazılmış, 1500 volt gücündə tok artıran aparatını da götürmüşlər. Əli ilə birlikdə oğurladıqları əşyaları hasarın üstündən keçirərək daş bazarının yanında yerləşən, işləməyən avtoyuma məntəqəsinə gətirib orada olan söyüd ağacının altına yığmışdır. Təxminən saat 01 radələrində o, X3 ilə telefon əlaqəsi saxlayaraq Qardaşxana yaxşı vəziyyətdə işlənmiş paltaryuyan maşını satdığını demişdir. Qardaşxan ondan paltaryuyanı haradan əldə etdiyini və neçiyə satdığını soruşmuş, o da paltaryuyan maşınının özünə məxsus olmasını və 250 manata satdığını Qardaşxana demişdir. Həmin vaxt Qardaşxan dostu Cavidin paltaryuyan maşını almaq istədiyini, paltaryuyanın son qiymətinin nə olacağını soruşmuş, o da Qardaşxana paltaryuyanın son satış qiymətinin 200 manat olduğunu demiş, Qardaşxan da ona Cavidin paltaryuyan maşın üçün 150 manat verəcəyini bildirmişdir. Qardaşxanla razılaşmış, təxminən 10 dəqiqə sonra Qardaşxan Cavidlə birlikdə onların yanına gəlmişlər. Qardaşxanla Cavid paltaryuyan maşınına baxmış, paltaryuyan maşının oğurluq olubolmamasını soruşmuşlar. Onlar da paltaryuyan maşınının oğulruq olmadığını demiş, Cavid paltaryuyan maşınının işlək vəziyyətdə olduğunu yoxladıqdan sonra pulunu verəcəyini bildirmişdir. Həmin vaxt onlar oğurladıqları 02 ədəd tok artırıcı aparatını da Cavidlə Qardaşxana göstərmişlər və Qardaşxan boz rəngli, üzərinə “Goldsource” sözləri yazılmış tok artırıcı aparatına 20 manat verəcəyini demiş, onlar da razılaşaraq tok artırıcı aparatını Qardaşxana satmışlar və digər tok artırıcı aparatını paltaryuyan maşının üstündə pay vermişlər. Qardaşxandan aldıqları 20 manat pulu Əli ilə bölmüşlər və bundan bir neçə dəqiqə sonra Cavidlə Qardaşxan avtoyuma məntəqəsinə gələrək ona 150 manat pul vermişdir. Həmin 150 manat pulu da Əli ilə bölmüşlər. Zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişlər və zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda da törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, T.İsmayılov küçəsində nar bağı vardır. 2022-ci ilin may ayında bağda olan ağacların suvarmasını asanlaşdırmaq üçün 850 manata bir ədəd “Total” markalı su matoru almış və həmin matoru nar bağında quraşdırmışdır. 2022-ci ilin sentyabr ayının sonlarında bağa gedərkən su matorunun yerində olmadığını görüb su motorunun oğurlanması barədə Ağcabədi RPŞ-yə ərizə vermişdir. Oğurluq nəticəsində ona 850 manat ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, həmin su matorunu Təqsirləndirilən şəxs1 15 sentyabr 2022-ci il tarixdə oğurlamışdır və həmin su matoru aşkar olunaraq ona qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs1dan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs1 köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, iki ildir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsindəki evində yaşayış olmamışdır. Lakin, müxtəlif vaxtlarda evini kirayə vermişdir. 21 sentyabr 2022-ci il tarixdə Ruslan adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq kirayə ev axtardığını, bacanağının ailəsi ilə birlikdə qalacağını, buna görə də evə baxmaq istədiklərini demişdir. Evinin açarını qonşusu Raminə verdiyindən, Raminə zəng edib evin qapısını açıb kirayəçilərə evi göstərməsini demişdir. Ramin həmin gün axşam saat 21 radələrində evi Ruslana və onun dediyi insanlara göstərmişdir. Ruslan evə baxdıqdan sonra ona telefonla zəng edib evi bəyənmədiklərini demişdir. Səhəri gün, yəni 22 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Raminlə telefon əlaqəsi saxlayaraq evin həyətində olan ağacları sulamasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Ramin onunla telefon əlaqəsi saxlayaraq evin həyətindən 2 ədəd su matorunun, su qızdırıcısının, paltaryuyan maşının, tülpan krantının və evin arxasında su vuran qidrafonun olmadığını demişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib evindən oğurluq olması barədə məlumat vermişdir. 24 sentyabr 2022-ci il tarixdə Bakı şəhərindən rayona gəlmiş və evin pəncərəsənin açıq olduğunu, evə və evin həyətinə baxış keçirilən zaman evin həyətində olan hamam otağından 01 ədəd 930 manat dəyərində “Beko” markalı paltaryuyan maşınının, 01 ədəd 37 manat dəyərində tülpan krantının, hamam otağına bitişik “əl damı” adlandırdığı tikilidən 01 ədəd 180 manat dəyərində su qızdırıcısının, 01 ədəd 70 manat dəyərində dəmir sacın, 01 ədəd 130 manat dəyərində elektrikli sacının, 01 ədəd 220 manat dəyərində samovarın, hamam otağının çöl tərəfindən hər biri 74 manat olan 02 ədəd “marqos” markalı su matorunun, 01 ədəd 58 manat dəyərində qidrafon matorun, evin otağından 1200 manat dəyərində olan 01 ədəd “İndesit” markalı soyuducunun mühərrikinin, 01 ədəd 720 manat dəyərində tok artırıcının, 30 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilinin, evin arxa hissəsindən 01 ədəd 74 manat dəyərində “marqos” markalı su matorunun oğurlanmasını görmüşdür. Həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 4127 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, həmin əşyaları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamışlar. Cinayət nəticəsində ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onunla qonşu yaşayır. 2022-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gələrək “Total” markalı su motorunu 100 manata satmaq istədiyini bildirmişdir. Həmin vaxt Əli ilə 35 manata razılaşaraq su motorunu Əlidən almış, Əliyə 20 manat vermiş, qalan 15 manatı isə səhəri gün Əliyə vermişdir. Əlidən aldığı su matorunun oğurluq olduğunu bilməmiş, matoru alarkən oğurluq olub-olmamasını Əlidən soruşmuşdur. Əli də matorun özünə məxsus olduğunu demişdir. Sonradan ona məlum olmuşdur ki, Əlinin ona satdığı su matoru oğurluq olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayının sonlarında özünə məxsus Ağcabədi şəhərində yerləşən “Yahya” petrol yanacaq doldurma məntəqəsində tanışı Qardaşxanla söhbət edərkən Qardaşxanın mobil telefonuna zəng gəlmiş, Qardaşxan bir qədər danışdıqdan sonra Elçin adlı şəxsin 250 manata paltaryuyan maşını satdığını demişdir. O, paltaryuyan maşınını 150 manata almaq istədiyini Qardaşxana bildirmiş və onlar birlikdə avtoyuma məntəqəsinə getmişlər. Həmin yerdə sonradan adlarını bildiyi Elçin və Əli ilə görüşmüşlər və paltaryuyan maşına baxıb almışdır. Lakin, həmin vaxt Elçinlə Əliyə pul verməmişdir və paltaryuyan maşının işləyib-işləməməsini yoxladıqdan sonra pulunu verəcəyini bildirmişdir. Həmin vaxt Elçinlə Əli onlara iki ədəd tokartıran aparat göstərmişlər və onlar həmin paltaryuyan maşının və iki ədəd tokartırıcı aparatının oğurluq olub-olmamasını soruşmuşlar. Elçinlə Əli israrla paltaryuyan maşının və tok artırıcı aparatların oğurluq olmadığını bildirmişlər. Əli ilə Elçin 01 ədəd tok artırıcı aparatını paltaryuyan maşının üstündə pay vermişlər. Qardaşxan isə digər boz rəngli, üzərinə “Goldsource” sözləri yazılmış tok artırıcı aparata baxıb Əliyə 20 manat verərək almışdır. Bundan sonra o, Qardaşxanla yaşadığı evə getmiş, paltaryuyanı quraşdırıb işlək vəziyyətində olduğunu yoxlamış, daha sonra həmin yerə qayıdaraq Elçinə 150 manat məbləğində pul vermişdir. Onun paltaryuyan maşınının və iki ədəd tok artırıcı aparatın oğurluq yolu ilə əldə edilməsindən əvvəldən heç bir məlumatı olmamış, lakin sonradan həmin əşyaların Elburus adlı şəxsin evindən oğurlandığını bilmişdir. Paltaryuyan maşın üçün verdiyi 150 manat pul ona qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayının sonlarında dostu Cavidlə birlikdə, Cavidə məxsus Ağcabədi şəhərində yerləşən “Yahya” petrol yanacaq doldurma məntəqəsində olarkən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 onunla telefon əlaqəsi saxlayaraq işlənmiş paltaryuyan maşın satdığını demişdir. Elçindən paltaryuyanı haradan əldə etdiyini və neçiyə satdığını soruşmuş, Elçin paltaryuyanın özünə məxsus olduğunu və 250 manata satdığını demişdir. O, dostu Caviddən paltaryuyan almaq istəyib-istəməsini soruşmuş, Cavid isə qiyməti daha ucuz olacağı təqdirdə almaq istədiyini bildirmişdir. Bundan sonra, Elçinə paltaryuyanı dostu Cavidin almaq istədiyini demiş və paltaryuyanın son qiymətinin neçəyə olacağını soruşmuşdur. Elçin paltaryuyanın son satış qiymətinin 200 manat olduğunu bildirmiş, Cavid isə paltaryuyan üçün cəmi 150 manat verə biləcəyini demişdir. Elçin onunla razılaşmış və təxminən 10 dəqiqə sonra “Lider” yanacaq doldurma məntəqəsi ilə üzbə-üz yerləşən avtoyuma məntəqəsinə gəlmələrini, satacağı paltaryuyanın həmin avtoyuma məntəqəsində olduğunu bildirmişdir. Bundan sonra, Cavidlə Elçinin dediyi avtoyuma məntəqəsinə getmişlər və həmin vaxt onunla qonşu yaşayan Təqsirləndirilən şəxs1 da Elçinin yanında olmuşdur. Paltaryuyan maşına baxıb salamat vəziyyətdə olduğunu görmüşlər və Elçinlə Əlidən həmin paltaryuyan maşının oğurluq olub-olmamasını soruşarkən Elçin və Əli paltaryuyan maşının oğulruq olmadığını, Elçinə məxsus olduğunu bildirmişlər. Cavid paltaryuyan maşının işləyib-işləməməsini yoxladıqdan sonra pulunu verəcəyini bildirmiş, Elçinlə Əli onlarla razılaşmışdır. Həmin vaxt Əli ona 01 ədəd tok artırıcı aparat gətirmiş və aparat üçün nə verə biləcəyini soruşmuşdur. Həmin boz rəngli tok artırıcı aparatına baxmış, üzərində “Goldsource” sözləri yazılmış tok artırıcı aparatının işlək vəziyyətdə olub-olmamasını yoxlaya bilmədiyi üçün 20 manata razılaşıb almışdır. Həmçinin Əli ilə Elçin əlavə olaraq bir ədəd tok artırıcı aparatını da paltaryuyan maşınının üstündə vermişlər. Bundan sonra, Cavidin yaşadığı ünvana getmişlər və paltaryuyan maşınını yoxladıqdan sonra yenidən Elçinlə Əlinin yanına qayıdıb 150 manat pulu Elçinə vermişlər. Onun paltaryuyan maçınının və iki ədəd tok artırıcı aparatın oğurluq yolu ilə əldə edilməsindən əvvəldən heç bir məlumatı olmamış, lakin sonradan həmin əşyaların Elburus adlı şəxsin evindən oğurlandığını bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə qonşu yaşayır. Elburus Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən Bakı şəhərinə köçdükdən sonra evinin açarını ona vermiş və ondan evinə nəzarət etməsini xahiş etmişdir. 21 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Elburus onunla telefon əlaqəsi saxlayaraq evi kirayə vermək istədiyini, Ruslan adlı şəxsin gəlib evə baxacağını və evi Ruslana göstərməsini xahiş etmişdir. Həmin gün evi Ruslana və iki nəfər tanımadığı şəxslərə göstərmiş, daha sonra qapıları bağlayıb öz evinə getmişdir. Həmin vaxt hava qaranlıq olduğu və işıq olmadığı üçün evdən nəsə oğurlandığını hiss etməmişdir. Səhəri gün, yəni 22 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Elburus onunla telefon əlaqəsi saxlayaraq evin həyətində olan ağacları suvarmasını xahiş etmişdir. O, da evin həyətinə gedib ağacları suvarmaq üçün su matorunu işə salmaq istəmiş, bu zaman həmin motorun yerində olmadığını görmüşdür. Bundan sonra, hamam otağına baxmış, orada olan paltaryuyan maşının və 01 ədəd su krantının da olmadığını aşkar etmişdir. Evin həyətində olan köməkçi tikiliyə baxmış və su qızıdırıcısının sökülüb aparıldığını da görüb bu barədə Elburusa məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin əşyaları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri məhkəmədə iştirak etməsələr də, şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2022-ci il tarixli, 9/8203 saylı rəyindən görünür ki, 01 ədəd “Total markalı” TP3302 modelli, Çin Xalq Respublikası istehsallı, 25 kiloqram çəkisi olan su matorunun dəyəri 220 manat, 01 ədəd “Beko” markalı, WRE6512ZSS modelli, Rusiya istehsalı olan, 6 kiloqramlıq paltaryuyanın dəyəri 300 manat, 01 ədəd “termet” markalı 24 litr həcmində su qızdırıcısının dəyəri 80 manat, 01 ədəd dəmir sacın dəyəri 30 manat, 01 ədəd elektrik sacın dəyəri 50 manat, 01 ədəd “İndesit” markalı soyuducunun mühərriki 80 manat, 01 ədəd “Goldsource” markalı SVC-1500 model elektrik ayırıcısının (stablizator) dəyəri 100 manat və 01 ədəd 24 litr həcmində markası və madeli məlum olmayan su qızdırıcısının dəyəri 80 manat, 2022-ci ilin sentyabr ayına olan orta bazar qıyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 940 manat müəyyən edilir. Digər 06 adda mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" Firmasının 07 dekabr 2022-ci il tarixli, 48 saylı məktubundan görünür ki, 01 ədəd tülpan krantının pərakəndə bazar satış qiyməti 37 manat, 01 ədəd samovarın pərakəndə bazar satış qiyməti 220 manat, 03 ədəd “marqos” markalı su matorunun bir ədədinin pərakəndə bazar satış qiyməti 74 manat, 01 ədəd qidrafon matorun pərakəndə bazar satış qiyməti 58 manat, bir ədəd ”Goldsource” markalı SVC-7500 model tok artıranın (stabilizatorun) pərakəndə bazar satış qiyməti 720 manat, 01 ədəd su qızdırıcısının pərakəndə bazar satış qiyməti 230 manat, 20 metr uzunluğunda elektrik naqillərin pərakəndə bazar satış qiyməti 30 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X14 Dispanserinin 14 dekabr 2022-ci il tarixli, 887 saylı tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs2 10 oktyabr 2008-ci il tarixdən “Kəllə beyin travması, F07.1” diaqnozu ilə X14 Dispanserində dispanser müşahidəsindədir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 15 dekabr 2022-ci il tarixli 767 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonunun Ağdamkənd kəndində qeydiyyatdadır, məcburi köçkün kimi Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsi, ev 19-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş AA ******* və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 26 avqust 2012-ci il təvəllüdlü X5 və 07 iyun 2019-cu il təvəllüdlü X6 adlı iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınan tələbnamədən, Ağdam Rayon İcra və Probasiya şöbəsinin 15 dekabr 2021-ci il tarixli qərarının surətindən və Ağdam Rayon İcra və Probasiya şöbəsinin 19 dekabr 2022-ci il tarixli, 131840/2016-6-1 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1000 manat cərimə cəzası Ağdam Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə tamamilə birləşdirilib üzərində qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzaları saxlanılmış, Salyan Rayon Məhkəməsinin “Azərbycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 06 may 2016cı il tarixli Qanun”na uyğunlaşdırılmasına dair 27 oktyabr 2016-cı il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi əməl Azərbycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə tövsüf edilmiş və həmin maddə ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi əməl Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsüf edilmiş və həmin maddə ilə 700 manat cərimə cəzasına məhkum edilmiş, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilib üzərində 500 manat cərimə cəzası saxlanılmış, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tamamilə birləşdirilib üzərində qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzaları saxlanılmış, 12 aprel 2018-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmiş, Ağdam Rayon İcra və Probasiya şöbəsinin 15 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən çəkilməmiş qalan cərimə cəzasından azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər cinayət əməllərini şərh olunan qaydada törədərək, onlardan Təqsirləndirilən şəxs1 15 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən torpaq sahəsindən 01 ədəd 220 manat dəyərində “Total markalı” TP3302 modelli, Çin Xalq Respublikası istehsallı, 25 kiloqram çəkisi olan su matorunu gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs2 220 manat məbləğində maddi ziyan vurması, bundan başqa təkrarən 18 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından evin həyətinə qanunsuz daxil olub, həyətdə yerləşən saxlanc yeri hesab edilən köməkçi tikiliyə qanunsuz daxil olaraq oradan 01 ədəd 80 manat dəyərində “termet” markalı 24 litr həcmində su qızdırıcısını, 01 ədəd 80 manat dəyərində su qızdırıcısını, 01 ədəd 30 manat dəyərində dəmir sacı, 01 ədəd 50 manat dəyərində elektrik sacını, 01 ədəd 220 manat dəyərində samovarı gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 460 manat məbləğində maddi ziyan vurması, bundan başqa, təkrarən 19 sentyabr 2022-ci il tarixdə 23 radələrində Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından saxlanc yeri hesab edilən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub, oradan 80 manat dəyərində olan 01 ədəd “İndesit” markalı soyuducunun mühərrikini, hamam otağından 30 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilini, 01 ədəd 37 manat dəyərində tülpan krantını, hamam otağının çöl tərəfindən hər birin qiyməti 74 manat olmaqla, 148 manat dəyərində 02 ədəd “marqos” markalı su matorunu, 01 ədəd 58 manat dəyərində qidrafon matorunu, evin arxa hissəsindən 01 ədəd 74 manat dəyərində “marqos” markalı su matorunu gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 427 manat məbləğində maddi ziyan vurması, bundan başqa, təkrarən 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından evin həyətinə qanunsuz daxil olub, həyətdə olan hamam otağından 01 ədəd 300 manat dəyərində “Beko” markalı, WRE6512ZSS modelli, Rusiya istehsalı olan, 6 kiloqramlıq paltaryuyanı, fərdi yaşayış evinin pəncərəsindən qanunsuz olaraq evə daxil olub oradan 01 ədəd 720 manat dəyərində “Goldsource” markalı SVC-7500 model elektrik ayırıcını, evin həyətində olan dəmir rəfin üzərindən 01 ədəd 100 manat dəyərində “Goldsource” markalı SVC-1500 model elektrik ayırıcısını gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1120 manat məbləğində maddi ziyan vurması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Digər Təqsirləndirilən şəxs2 cinayət əməlini şərh olunan qaydada törədərək 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından evin həyətinə qanunsuz daxil olub, həyətdə olan hamam otağından 01 ədəd 300 manat dəyərində “Beko” markalı, WRE6512ZSS modelli, Rusiya istehsalı olan, 6 kiloqramlıq paltaryuyanı, fərdi yaşayış evinin pəncərəsindən qanunsuz olaraq evə daxil olub oradan 01 ədəd 720 manat dəyərində “Goldsource” markalı SVC-7500 model elektrik ayırıcını, evin həyətində olan dəmir rəfin üzərindən 01 ədəd 100 manat dəyərində “Goldsource” markalı SVC-1500 model elektrik ayırıcısını gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1120 manat məbləğində maddi ziyan vurması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o 15 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən torpaq sahəsindən 01 ədəd 850 manat dəyərində “Total markalı” TP3302 modelli, Çin Xalq Respublikası istehsallı, 25 kiloqram çəkisi olan su matorunu gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs2 850 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 18 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından evin həyətinə qanunsuz daxil olub, həyətdə yerləşən saxlanc yeri hesab edilən köməkçi tikiliyə qanunsuz daxil olaraq oradan 01 ədəd 180 manat dəyərində “termet” markalı 24 litr həcmində su qızdırıcısını, 01 ədəd 230 manat dəyərində su qızdırıcısını, 01 ədəd 70 manat dəyərində dəmir sacı, 01 ədəd 130 manat dəyərində elektrik sacını, 01 ədəd 220 manat dəyərində samovarı gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 19 sentyabr 2022-ci il tarixdə 23 radələrində Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından saxlanc yeri hesab edilən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub, oradan 1200 manat dəyərində olan 01 ədəd “İndesit” markalı soyuducunun mühərrikini, hamam otağından 30 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilini, 01 ədəd 37 manat dəyərində tülpan krantını, hamam otağının çöl tərəfindən hər birin qiyməti 74 manat olmaqla, 148 manat dəyərində 02 ədəd “marqos” markalı su matorunu, 01 ədəd 58 manat dəyərində qidrafon matorunu, evin arxa hissəsindən 01 ədəd 74 manat dəyərində “marqos” markalı su matorunu gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1547 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından evin həyətinə qanunsuz daxil olub, həyətdə olan hamam otağından 01 ədəd 930 manat dəyərində “Beko” markalı, WRE6512ZSS modelli, Rusiya istehsalı olan, 6 kiloqramlıq paltaryuyanı, fərdi yaşayış evinin pəncərəsindən qanunsuz olaraq evə daxil olub oradan 01 ədəd 720 manat dəyərində “Goldsource” markalı SVC-7500 model elektrik ayırıcını, evin həyətində olan dəmir rəfin üzərindən 01 ədəd 100 manat dəyərində “Goldsource” markalı SVC-1500 model elektrik ayırıcısını gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmuşdur. İstintaq orqanı tərəfindən digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından evin həyətinə qanunsuz daxil olub, həyətdə olan hamam otağından 01 ədəd 930 manat dəyərində “Beko” markalı, WRE6512ZSS modelli, Rusiya istehsalı olan, 6 kiloqramlıq paltaryuyanı, fərdi yaşayış evinin pəncərəsindən qanunsuz olaraq evə daxil olub oradan 01 ədəd 720 manat dəyərində “Goldsource” markalı SVC- 7500 model elektrik ayırıcını, evin həyətində olan dəmir rəfin üzərindən 01 ədəd 100 manat dəyərində “Goldsource” markalı SVC-1500 model elektrik ayırıcısını gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2022-ci il tarixli, 9/8203 saylı rəyi və "xxxx" Firmasının 07 dekabr 2022-ci il tarixli, 48 saylı məktubu ilə müəyyən edilmişdir ki, 01 ədəd “Total markalı” TP3302 modelli, Çin Xalq Respublikası istehsallı, 25 kiloqram çəkisi olan su matorunun dəyəri 220 manat, 01 ədəd “Beko” markalı, WRE6512ZSS modelli, Rusiya istehsalı olan, 6 kiloqramlıq paltaryuyanın dəyəri 300 manat, 01 ədəd “termet” markalı 24 litr həcmində su qızdırıcısının dəyəri 80 manat, 01 ədəd dəmir sacın dəyəri 30 manat, 01 ədəd elektrik sacın dəyəri 50 manat, 01 ədəd “İndesit” markalı soyuducunun mühərriki 80 manat, 01 ədəd “Goldsource” markalı SVC-1500 model elektrik ayırıcısının (stablizator) dəyəri 100 manat və 01 ədəd 24 litr həcmində markası və madeli məlum olmayan su qızdırıcısının dəyəri 80 manat, 01 ədəd tülpan krantının pərakəndə bazar satış qiyməti 37 manat, 01 ədəd samovarın pərakəndə bazar satış qiyməti 220 manat, 03 ədəd “marqos” markalı su matorunun bir ədədinin pərakəndə bazar satış qiyməti 74 manat, 01 ədəd qidrafon matorun pərakəndə bazar satış qiyməti 58 manat, bir ədəd ”Goldsource” markalı SVC-7500 model tok artıranın (stabilizatorun) pərakəndə bazar satış qiyməti 720 manat, 01 ədəd su qızdırıcısının pərakəndə bazar satış qiyməti 230 manat, 20 metr uzunluğunda elektrik naqillərin pərakəndə bazar satış qiyməti 30 manat təşkil edir. Göründüyü kimi istintaq orqanı tərəfindən oğurlanmış əşyaların dəyəri ekspert rəyində göstərilən məbləgdən artıq qeyd olunmuş və heç bir əsas olmadan ekspert rəyində göstərilən məbləğlər sübut növü kimi qəbul olunmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2022-ci il tarixli, 9/8203 saylı rəyini və "xxxx" Firmasının 07 dekabr 2022-ci il tarixli, 48 saylı məktubunu oğurlanmış əşyaların dəyərini müəyyən edən mötəbər sübut kimi qəbul edir və oğurlanmış əşyaların dəyərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2022-ci il tarixli, 9/8203 saylı rəyində və "xxxx" Firmasının 07 dekabr 2022-ci il tarixli, 48 saylı məktubunda göstərilən dəyər kimi qiymətləndirir. Lakin, bu hal təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın tövsifinə heç bir təsir etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin dispozisiyasına görə məsuliyyət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə olan halda Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 04 oktyabr 2022-ci il tarixdə saat 00:40 dəqiqədə şübhəli şəxs qismində tutularaq 05 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanılmış və Ağcabədi Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs1 04 oktyabr 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı iki gün və 26 noyabr 2022-ci il tarixdən bu günə kimi, yəni 23 fevral 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki ay iyirmi doqquz gün, ümumilikdə üç ay bir gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından altı ay iki gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, barəsində seçiləcək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1000 manat cərimə cəzası Ağdam Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə tamamilə birləşdirilib üzərində qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzaları saxlanılmış, Salyan Rayon Məhkəməsinin “Azərbycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 06 may 2016cı il tarixli Qanun”na uyğunlaşdırılmasına dair 27 oktyabr 2016-cı il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi əməl Azərbycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə tövsüf edilmiş və həmin maddə ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi əməl Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsüf edilmiş və həmin maddə ilə 700 manat cərimə cəzasına məhkum edilmiş, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilib üzərində 500 manat cərimə cəzası saxlanılmış, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tamamilə birləşdirilib üzərində qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzaları saxlanılmış, 12 aprel 2018-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmiş, Ağdam Rayon İcra və Probasiya şöbəsinin 15 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən çəkilməmiş qalan cərimə cəzasından azad edilmişdir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 23 fevral 2023-cü il tarixdən hesab edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd Çin Xalq Respublikasında istehsal edilmiş, “Total” markalı, TP-3302 modelli su motoru sahibi-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, bir ədəd 24 litr su tutumlu “Termet” markalı su qızdırıcısı, bir ədəd soyuducu motoru, bir ədəd 1500 volt gücdə “Goldsource” markalı tok artıran aparat, bir ədəd “Beko” markalı paltaryuyan maşın və bir ədəd 7500 volt gücdə “Goldsource” markalı tok artıran aparat sahibi-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı qaytarılması nəzərə alınmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Hökmün Təqsirləndirilən şəxs1 aid hissədə icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 04 oktyabr 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı iki gün və 26 noyabr 2022-ci il tarixdən bu günə kimi, yəni 23 fevral 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki ay iyirmi doqquz gün, ümumilikdə üç ay bir gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından altı ay iki gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 23 fevral 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs2l oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün Təqsirləndirilən şəxs1 aid hissəsinin icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar