Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-29/2024 20.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1999-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilərək bir il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə 4000 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Ağcabədi şəhəri Cəfər Cabbarlı küçəsi ev 6-da qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 11 oktyabr 2021-ci il tarixli 2093-K nömrəli əmrlə qeyd edilən xəstəxananın xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsində qeydiyyatçı vəzifəsinə təyin edilməklə tibbi xidmətlərin göstərilməsi üçün tibb təşkilatına müraciət etmiş xəstələrin qeydiyyatını aparmaq, tibbi kartların saxlanması və həkimin kabinetinə çatdırılmasını təmin etmək, əmək qabiliyyətsizliyi vərəqələrinin rəsmiləşdirilməsində və qeydiyyata alınmasında iştirak etmək və digər inzibati-təsərrüfat fəaliyyətlərini həyata keçirən şəxs qismində qəsdən, tamah niyyəti ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2022-ci ilin avqust ayında, Zərərçəkmiş şəxs1 3-cü qrup əlillik dərəcəsini 2-ci qrupa dəyişdirmək imkanına malik olduğunu və köməklik göstərməklə ən geci üç ay müddətində əlillik dərəcəsini dəyişəcəyinə nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs1 4000 manat pul tələb edərək həmin pul vəsaitini istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2022-ci ilin avqust ayının axırlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasında sonuncudan nağd qaydada alaraq ələ keçirməklə verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 4000 manat məbləğində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə işləyərkən təkrarən, qəsdən, tamah niyyəti ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2022-ci ilin noyabr ayında, Zərərçəkmiş şəxs2 kəsilmiş təqaüdünü bərpa etdirmək imkanına malik olduğunu və köməklik göstərməklə ən geci iki ay müddətində təqaüdün bərpa edilməsinə nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs2 3000 manat pul tələb edərək həmin pul vəsaitini istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni 2022-ci ilin noyabr ayının axırlarında Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Dadlı Kabab” adlı restoranın yanında sonuncudan nağd qaydada alaraq ələ keçirməklə verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 3000 manat məbləğində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edib təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə işləyərkən təkrarən, qəsdən, tamah niyyəti ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin fevral ayında, özünün və arvadı Şahid4 kəsilmiş təqaüdünü bərpa etdirmək imkanına malik olduğunu və köməklik göstərməklə ən geci üç ay müddətində təqaüdün bərpa edilməsinə nail olacağını Zərərçəkmiş şəxs3 yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs3 9500 manat pul tələb edərək həmin pul vəsaitini 08 fevral 2023-cü il tarixdə Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasında sonuncudan nağd qaydada alaraq ələ keçirməklə verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 9500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edib təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə işləyərkən təkrarən, qəsdən, tamah niyyəti ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs4 kəsilmiş təqaüdünü bərpa etdirmək imkanına malik olduğunu və köməklik göstərməklə ən geci iki ay müddətində təqaüdün bərpa edilməsinə nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs4 600 manat pul tələb edərək həmin puldan 200 manatını istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni 2023-cü ilin aprel ayının əvvəllərində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən yerləşən “Neptun” adlı ərzaq mağazasının yanında sonuncudan nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin aprel ayının əvvəllərində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Ekonom” adlı geyim mağazasında onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs4 400 manat pulunu alaraq ələ keçirməklə verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edib təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə işləyərkən təkrarən, qəsdən, tamah niyyəti ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin may ayında Şahid3 kəsilmiş təqaüdünü bərpa etdirmək imkanına malik olduğunu və köməklik göstərməklə ən geci iki ay müddətində təqaüdün bərpa edilməsinə nail olacağını sonuncunun əri Zərərçəkmiş şəxs5 yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs5 1300 manat pul tələb edərək həmin puldan 600 manatını istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni 2023-cü ilin may ayının əvvəllərində Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin həyətində sonuncudan nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 may 2023-cü il tarixdə saat 18:23-də Laçın rayonu, Taxta Körpü qəsəbəsində yerləşən “Cavid” marketdəki MPAY ödəniş terminalı vasitəsilə özünün adına olan Azərbaycan Beynəlxalq Bankına məxsus 5167 5133 4174 7756 nömrəli karta 700 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1300 manat məbləğində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edib təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə işləyərkən təkrarən, qəsdən, tamah niyyəti ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin may ayında, Zərərçəkmiş şəxs6 kəsilmiş təqaüdünü bərpa etdirmək imkanına malik olduğunu və köməklik göstərməklə 25 iyul 2023-cü il tarixədək təqaüdün bərpa edilməsinə nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs6 1500 manat pul tələb edərək həmin pul vəsaitini istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni 2023-cü ilin may ayının axırlarında Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “avtomobil ehtiyat hissələri” adlı mağazada sonuncudan nağd qaydada alaraq ələ keçirməklə verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs6 1500 manat məbləğində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edib təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə işləyərkən təkrarən, qəsdən, tamah niyyəti ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin sentyabr ayında, Zərərçəkmiş şəxs7 kəsilmiş təqaüdünü bərpa etdirmək imkanına malik olduğunu və köməklik göstərməklə ən geci bir həftə müddətinə təqaüdün bərpa edilməsinə nail olacağını yalandan vəd edərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs7 1400 manat pul tələb edərək həmin pul vəsaitini istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs7 yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən fərdi yaşayış evinin qarşısında sonuncudan nağd qaydada alaraq ələ keçirməklə verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs7 1400 manat məbləğində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 11 oktyabr 2021-ci il tarixli əmrlə həmin xəstəxananın xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinə qeydiyyatçı vəzifəsinə təyin edilmiş və 01 noyabr 2023-cü il tarixdə isə işdən azad olunmuş, vəzifə təlimatına əsasən qeydiyyatçı kimi vəzifə öhdəliklərinə tibbi xidmətlər göstərilməsi üçün tibb təşkilatına müraciət etmiş xəstələrin qeydiyyatını aparmaq, tibbi kartların saxlanması və həkim kabinetinə çatdırılmasını təmin etmək, əmək qabiliyyətsizliyi vərəqələrinin rəsmiləşdirilməsində və qeydiyyata alınmasında iştirak etmək, həmçinin digər inzibati-təsərrüfat funksiyaları aid olmuşdur. Bundan başqa vəzifəyə təyin olunduğu vaxtdan etibarən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rayon mərkəzi xəstəxanasına müraciət edən vətəndaşlar barəsində TSERAS sisteminə məlumatların əlavə edilməsi funksiyası da ona həvalə edilmişdir. Əlillik dərəcəsi almaq istəyən vətəndaşlar həkim-məsləhət komissiyasından keçirilərək məqbul hesab edildikdən sonra əlillik dərəcəsinin təyin edilməsi üçün TSERAS sistemi vasitəsi ilə müvafiq məlumatlar TSEK-ə ötürülür və TSEK tərəfindən əlillik dərəcəsi qiymətləndirilməklə vətəndaşa əlilliyə görə pensiya təyin edilir və ya bundan imtina edilir. Onun əlillik məsələləri ilə bağlı heç bir sərəncamverici səlahiyyəti olmamış, sadəcə həkim-məsləhət komissiyasından keçərək məqbul hesab edilən vətəndaşların tibbi sənədləri ona təqdim olunmuş, təyin olunmuş diaqnozu, ambulator və stasionar müalicələri ilə bağlı məlumatları, həmçinin digər zəruri məlumatları qaralama formasında sistemə işləmişdir. Həmin məlumatlar həkim-məsləhət komissiyasının üzvləri və sədri tərəfindən nəzərdən keçirildikdən sonra komissiyanın sədri onu elektron qaydada imzalayır, bununla da müvafiq məlumatlar TSEK-ə ötürülmüşdür. 2023-cü ilin əvvəllərindən xidmətdə yol verdiyi nöqsanlara görə TSERAS sistemi ilə işləmək öhdəliyi ondan götürülmüş və sadəcə xəstələrin qəbulu və qeydiyyatı işləri ilə məşğul olmuşdur. Əlillik ilə bağlı sənədlərin TSERAS-a yüklənməsi üçün tibbi sənədlər bəzi hallarda birbaşa vətəndaşlar tərəfindən ona təqdim olunduğundan əlillik dərəcəsi almaq istəyən vətəndaşlarla tez-tez ünsiyyətdə olmuşdur. 2022-ci ilin ortalarından onun maddi vəziyyəti aşağı olmuş, buna görə də mən əlillik dərəcəsi almaq üçün müraciət edən vətəndaşlardan ayrı-ayrı məbləğlərdə pullar almaq qərarına gəlmişdir. Vətəndaşlarla danışan zaman bildirmiş ki, guya onların sənədlərini TSERAS sisteminə yükləyərkən oraya zəruri məlumatlar əlavə edəcək, bununla da əlillik dərəcəsi birmənalı olaraq təyin olunacaq. Əslində isə həkim-məsləhət komissiyası tərəfindən təqdim edilən diaqnozdan kənara çıxa, özündən heç bir məlumat əlavə edə bilməz, sadəcə vətəndaşları özünə inandıraraq ona etibar edib rahatlıqla pul vermələrini təşkil etmək üçün guya “Forma 88” sənədinin tərtib edilməsinin onun səlahiyyətlərinə aid olduğunu, oraya istədiyi məlumatları əlavə edə və ya çıxara biləcəyini demişdir. Başa düşmüş və dərk etmiş ki, əməlləri dələduzluq cinayətinin tərkibini yaradır və ifşa olunduğu halda cinayət məsuliyyətinə cəlb oluna bilər, lakin maddi imkansızlıq, təcili pula olan ehtiyac, özünün və ailəsinin maddi xərclərini qarşılaya bilməməyi onu bu yola gətirib çıxarmışdır. Rayon mərkəzi xəstəxanasının həkim-məsləhət komissiyasının üzvlərinin və sədrinin onun əməllərindən heç bir məlumatı olmamış, vətəndaşlardan aldığı pulları tam həcmdə özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Eləcə də hər hansı vətəndaşın barəsində “Forma 88” sənədini tərtib edərkən özündən heç bir yalan məlumat əlavə etməmiş, bilmiş ki, hər hansı yalan məlumat əlavə etdiyi təqdirdə komissiyanın sədri bunu dərhal müəyyən edəcək və bu da vəzifəsindən azad edilməyi ilə nəticələnəcək, eyni zamanda komissiyanın üzvlərindən və ya sədrindən hər hansı vətəndaşa güzəştlərin edilməsini, imtiyazların verilməsini də xahiş etməmiş, öz qulluq mövqeyindən istifadə edərək dələduzluq etməyi ilə bağlı rayon mərkəzi xəstəxanasının hər hansı vəzifəli şəxsinin, eləcə də tanışlarının və qohumlarının məlumatları olmamışdır. Ağcabədi rayonu, Hüsülü kənd sakini Zərərçəkmiş şəxs1 tanıyır, aralarında ədavəti olmamışdır. Zülfü 2-ci Qarabağ müharibəsi zamanı yaralandığı üçün daima xəstəxanaya gəlib getmiş, ona görə də Zülfü ilə xəstəxanada tanış olmuş və yaxın münasibətləri yaranmışdır. Zülfü 3-ci qrup əlilliyə görə təqaüd almış, xəstəxanaya gələn zaman bədənində çox saylı yaralar olduğunu və hələ də bədənində qəlpə qaldığını demiş, ona görə də 3-cü qrup əlilliyini 2-ci qrupa dəyişmək istəmişdir. Təxminən 2022-ci ilin avqust ayında Zülfü xəstəxanaya gəlmiş, görüşüb söhbət etmişlər, söhbət zamanı Zülfü ondan əlilliyini dəyişmək istədiyini demiş, Zülfüyə əlilliyinin qrupunu dəyişə biləcəyini demişdir. Onlar bu barədə danışmışlar və Zülfüdən 4000 manat pul istəmişdir. 2022-ci ilin avqust ayının axırlarında Zülfü ilə Ağcabədi rayon mərkəzi xəstəxanasında görüşmüş, Zülfü orada ona 4000 manat pul vermişdir. Zülfünün əlilliyini 6 ay müddətinə düzəldəcəyini demişdir. Zülfüdən aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmiş, sonradan Zülfü ondan əlilliyini maraqlanmış, yaxında düzəldəcəyini demiş, lakin düzəltməmiş, artıq Zülfü ondan pulu geri tələb etməyə başlamış, lakin onun imkanı olmadığı üçün Zülfünün pulunu qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 tanıyır, aralarında ədavəti olmamışdır. Qurban ilə xəstəxanadan bir-birini tanımış və yaxın münasibətləri yaranmışdır. Qurban 10 ildən artıq təqaüd almış, təxminən 2-3 il bundan əvvəl təqaüdü kəsilmişdir. Təxminən 2022-ci ilin noyabr ayında Qurban ilə görüşən zaman bu barədə söhbət etmiş, Qurban təqaüdün bərpa etdirmək istədiyini demiş, Qurbana təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Onlar bu barədə danışmışlar və Qurbandan təqaüdün bərpası üçün 3000 manat pul istəmiş, Qurban da razılaşmışdır. 2022-ci ilin noyabr ayının axırlarında Qurban zəng edib pulun hazır olduğunu bildirmiş və onlar Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən Dadlı kabab adlı kafenin yanında görüşmüş, Qurbandan 3000 manat pul almışdır. Qurbana təqaüdün iki ay müddətinə düzəldəcəyini bildirmişdir. Qurbandan aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan Qurban ondan təqaüdü maraqlanmış, yaxında düzəldəcəyini demiş, artıq Qurban ondan pulu geri tələb etməyə başlamış, lakin onun imkanı olmadığı üçün Qurbanın pulunu qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 tanıyır, ədavəti olmamışdır. Süleyman ilə uzaqdan qohumluğu olmuş, ona görə də çoxdandır birbirini tanımış və yaxın münasibətləri yaranmışdır. Süleyman və arvadı Ülviyyə 10 ildən artıq təqaüd almışlar, təxminən 2-3 il bundan əvvəl təqaüdləri kəsilmişdir. Təxminən 2023cü ilin yanvar ayında Süleyman ilə görüşən zaman bu barədə söhbət etmişlər, Süleyman təqaüdün bərpa etdirmək istədiyini demişdir. Süleymana təqaüdlərini bərpa etdirə biləcəyini demiş, bu barədə danışmışlar və Süleymandan təqaüdün bərpası üçün 9500 manat pul istəmiş, Süleyman da razılaşmışdır. 2023-cü ilin fevral ayının əvvəllərində Süleyman zəng edib pulun hazır olduğunu bildirmişdir. 08 fevral 2023-cü il tarixdə günorta saatlarında işdə olan zaman Süleyman xəstəxanaya gəlmiş və orada Süleymandan 9500 manat pulu almışdır. Süleymana təqaüdlərin üç ay müddətinə düzəldəcəyini bildirmişdir. Süleymandan aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan Süleyman ondan təqaüdləri maraqlanmış, da yaxında düzəldəcəyini demiş, artıq Süleyman pulu geri tələb etməyə başlamış, lakin imkanı olmadığı üçün Süleymanın pulunu qaytara bilməmişdir. Bundan başqa Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs4 tanıyır, aralarında ədavəti olmamışdır. Həbib ilə xəstəxanadan bir-birini tanımışlar və yaxın münasibətləri yaranmışdır. Həbib əvvəl təqaüd almış, lakin sonradan təqaüdü dayandırılmış, Həbib də təqaüdünü bərpa etdirmək üçün tez-tez xəstəxanaya gəlib getmişdir. Təxminən 2023-cü ilin mart ayında Həbib xəstəxanaya gəlmiş, görüşüb söhbət etmişlər, söhbət zamanı Həbib təqaüdünün kəsildiyini və hazırda da təqaüdü bərpa etdirmək istədiyini demiş, Həbibə təqaüdü bərpa etdirə biləcəyini demişdir. Həbibdən təqaüdün bərpası üçün 2600 manat pul istəmiş, ilkin sənədlərin toplanması üçün 1200 manat pul istəmiş, qalan 1400 manatı da təqaüd düzəldikdən sonra verməyə razılaşmışlar. 2023-cü ilin aprel ayının əvvəllərində Həbib ilə danışıb Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospketində yerləşən Neptun marketin yanında görüşmüşlər. Həbib orada 200 manat pul vermiş, aradan bir neçə gün keçdikdən sonra Həbib ilə yenidən danışıb Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospketində yerləşən Ucuzluq marketdə Cabir adlı şəxsdən 400 manat pul almışdır. Həbibdən ümumilikdə 600 manat pul almışdır. Həbibə təqaüdün 3 ay müddətinə düzəldəcəyini demişdir. Aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan Həbib ondan təqaüdü maraqlanmış, yaxında düzəldəcəyini demiş, lakin düzəltməmiş, artıq Həbib pulu geri tələb etməyə başlamış, lakin imkanı olmadığı üçün Həbibin pulunu qaytara bilməmişdir. Bundan başqa Laçın rayon sakini Zərərçəkmiş şəxs5 tanıyır, aralarında ədavəti olmamışdır. Mehti ilə xəstəxanadan bir-birini tanımışlar və yaxın münasibətləri yaranmışdır. Təxminən 2023-cü ilin may ayında Mehti xəstəxanaya gəlmiş, görüşüb söhbət etmiş, söhbət zamanı Mehti arvadı Şahid3 əvvəllər təqaüd aldığını və sonradan təqaüdünün kəsildiyini və hazırda da təqaüdü bərpa etdirmək istədiyini demişdir. Mehtiyə təqaüdü bərpa etdirə biləcəyini demişdir. Onlar bu barədə danışmışlar və Mehtidən təqaüdün bərpası üçün 1300 manat pul istəmiş, Mehti də razılaşmışdır. Sənədlərin toplanması üçün Mehtidən 600 manat pul istəmiş, Mehti də xəstəxananın həyətində ona 600 manat pul vermişdir. Aradan bir neçə gün keçdikdən sonra, yəni 04 may 2023-cü il tarixdə Mehti ilə danışıb əlavə 700 manat da pul lazım olduğunu demiş, Mehti də hazırda Taxta körpü qəsəbəsində olduğuna görə gələ bilməyəcəyini demiş, pulu karta göndərməsini demişdir. Xatırlamadığı kiminsə kartının rəqəmlərini Mehtiyə demiş, Mehti də həmin karta 700 manat pul göndərmişdir. Bu iş üçün Mehtidən ümumilikdə 1300 manat pul almışdır. Mehtiyə təqaüdün 2023-cü ilin iyun ayına qədər düzəldəcəyini demiş, Mehtidən aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan Mehti təqaüdü maraqlanmış, o da yaxında düzəldəcəyini demiş, lakin düzəltməmiş, artıq Mehti pulu geri tələb etməyə başlamış, lakin imkanı olmadığı üçün Mehtinin pulunu qaytara bilməmişdir. Bundan başqa Ağcabədi rayonu, Xocavənd kənd sakini Zərərçəkmiş şəxs6 tanıyır, aralarında ədavəti olmamışdır. Nemət ilə xəstəxanadan bir-birini tanımışlar və yaxın münasibətləri yaranmışdır. Nemət əvvəl təqaüd almış, lakin sonradan təqaüdü dayandırılmış, Nemət də təqaüdünü bərpa etdirmək üçün tez-tez xəstəxanaya gəlib getmişdir. Təxminən 2023-cü ilin may ayında Nemət xəstəxanaya gəlmiş, onlar görüşüb söhbət etmişlər, söhbət zamanı Nemət təqaüdünün kəsildiyini və hazırda da təqaüdü bərpa etdirmək istədiyini demişdir. Nemətə təqaüdü bərpa etdirə biləcəyini demiş, bu barədə danışmışlar və Nemətdən təqaüdün bərpası üçün 1500 manat pul istəmiş, Nemət də razılaşmışdır. 2023-cü ilin may ayında Nemət ilə danışıb T.İsmayılov küçəsində yerləşən mağazasına getmişdir. Nemət orada 1500 manat pul vermişdir. Nemətə təqaüdün 25 iyul 2023-cü il tarixədək düzəldəcəyini demişdir. Nemətdən aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan Nemət təqaüdü maraqlanmış, o da yaxında düzəldəcəyini demiş, lakin düzəltməmiş, artıq Nemət pulu geri tələb etməyə başlamış, lakin imkanı olmadığı üçün Nemətin pulunu qaytara bilməmiş, Nemət də şikayət etmişdir. Bundan başqa Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs7 tanıyır, aralarında ədavəti olmamışdır. Təranə ilə xəstəxanadan bir-birilərini tanımış və münasibətləri yaranmışdır. Təranə bir neçə ildir təqaüd almış, təxminən 2-3 il bundan əvvəl təqaüdü kəsilmişdir. Təranə də təqaüdünü bərpa etdirmək üçün xəstəxanaya gedib gəlmişdir. Təxminən 2023-cü ilin sentyabr ayında Təranə ilə görüşən zaman bu barədə söhbət etmişlər, Təranə təqaüdün bərpa etdirmək istədiyini demişdir. Təranəyə təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Onlar bu barədə danışmışlar və Təranədən təqaüdün bərpası üçün 1400 manat pul istəmiş, Təranə də razılaşmışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində Təranə zəng edib pulun hazır olduğunu bildirmiş və onu evinə çağırmışdır. Təranənin yaşadığı Ağcabədi rayonu, Avşar kəndinə getmiş və evinin qarşısında görüşmüşdür. Təranədən 1400 manat pulu almış, Təranəyə təqaüdün bir həftə müddətinə düzəldəcəyini bildirmişdir. Təranədən aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmiş, sonradan Təranə ondan təqaüdü maraqlanmış, o da yaxında düzəldəcəyini demiş, artıq Təranə pulu geri tələb etməyə başlamış, lakin imkanı olmadığı üçün Təranənin pulunu qaytara bilməmişdir. Qeyd olunan şəxslərdən pul alan zaman pulu hər hansı kiməsə verəcəyini deməmiş, həmin əməllərin hamısını təkbaşına törətmiş, rayon mərkəzi xəstəxanasının hər hansı vəzifəli şəxsi ilə aralarında razılaşma olmamış, ələ keçirdiyi bütün vəsaitləri şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan Zərərçəkmiş şəxs6 490 manat, Zərərçəkmiş şəxs3 isə 9500 manat qaytarmışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluğu və ədavəti olmamışdır. Talehi Ağcabədi rayon mərkəzi xəstəxanasından tanımış, xəstəxanaya gedən zaman orada təsadüfən Talehlə qarşılaşıb tanış olmuşdur. 2000-ci il tarixdən təqaüd almış, lakin 2019-cu il tarixdə təqaüdü kəsilmiş, bundan sonra dəfələrlə tibbi komissiyadan keçmiş və hər dəfə sənədlər toplamağı demişlər və təqaüdü düzəlməmişdir. 2023-cü ilin əvvəllərində təqaüdü ilə maraqlanmaq üçün xəstəxanaya getmiş, Taleh də qeydiyyat şöbəsində işləmiş, bu barədə söhbət edən zaman münasibəti yaranmışdır. Həmin vaxt Talehdən təqaüdü necə bərpa etdirməyi maraqlanmış, Taleh də təqaüdü bərpa edə biləcəyini demiş, Talehdən necə bərpa edə biləcəyini soruşmuş, Taleh də lazımı sənədləri və 2600 manat pul lazım olduğunu, 1200 manatı indi verməyi və qalan 1400 manatı təqaüd düzəldikdən sonra verməyi demiş, onunla razılaşmışdır. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində 200 manat pulu düzəldib Taleh ilə telefon əlaqəsi saxlamış və Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Neptun” adlı ərzaq mağazasının yanında görüşmüşlər. Həmin vaxt sənədləri və 200 manat pulu Talehə vermişdir. Aradan bir həftə keçdikdən sonra yenidən 400 manat pul düzəldib Talehlə danışmış, lakin Talehin gəlməyə imkanı olmadığı üçün demiş ki, pulu bir yerə qoyarsan, gəlib oradan götürər. 400 manatı Ekonom marketdə işləyən həmkəndlisi Cabirə vermiş və Talehin götürəcəyini demişdir. Taleh də həmin gün gedib Cabirdən 400 manat pulu götürmüş və onun danışıb pulu götürdüyünü, təqaüdün üç ay müddətinə düzəldəcəyinə söz vermişdir. Taleh hər dəfə düzəldəcəyini deyib vaxt istəmişdir. Artıq Taleh təqaüdü düzəltməmiş, hər dəfə də müxtəlif bəhanələr gətirmiş, başa düşmüş ki, Taleh onu aldadır. Ona görə də Talehdən pulunu geri tələb etmişdir. Taleh pulu qaytaracağına söz vermiş, lakin hələ də pulu geri qaytarmamışdır. Onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Laçın RİHB-nın Qayğı qəsəbəsi İƏD üzrə nümayəndəsi işləyir, Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluğu və ədavəti olmamışdır. Onun arvadı Şahid3 xəstəliyi ilə bağlı təqaüd almış, 2020-ci ildə isə Gülnarın təqaüdü dayandırılmışdır. Bundan sonra rəsmi müraciət etmiş və ona sənədlərin yenidən toplanması üçün müraciət etməyini bildirmişlər. Daha sonra tanışı Ağcabədi rayonu Taynaq kənd sakini X1 rayon Mərkəzi Xəstəxanasında işləyən Təqsirləndirilən şəxs bu işi həll edəcəyini bildirmiş və Hafiz ona Talehin nömrəsini vermişdir. 2023-cü ilin may ayının əvvəlində Talehlə danışıb Ağcabədi rayon mərkəzi xətəxanasının həyətində görüşmüşlər. Talehə Gülnarın təqaüdü barədə dedikdə heç bir problem olmadığını, təqaüdü düzəldəcəyini demişdir. Taleh ilkin sənədlərin toplanmasına 600 manat pul lazım olduğunu demiş, Talehə 600 manat pul vermişdir. Bundan sonra 04 may 2023-cü il tarixdə Taleh əlavə 700 manat da pul lazım olduğunu demiş, həmin vaxt Ağcabədi rayonuna gələ bilmədiyi üçün Laçın rayon Taxta körpü qəsəbəsində yerləşən “Cavid” marketdəki “mpay” ödəmə terminalı vasitəsi ilə Talehə məxsus bank kartına 700 manat pul göndərmişdir. Taleh 2023-cü ilin iyun ayına qədər təqaüdün düzələcəyini bildirmişdir. Taleh təqaüdü düzəltməmiş, hər dəfə də müxtəlif bəhanələr gətirmişdir. Artıq başa düşmüş ki, Taleh onu aldadır, ona görə də Talehdən pulu geri tələb etmiş, Taleh pulu qaytaracağına söz vermiş, lakin hələ də pulu geri qaytarmamışdır. Taleh ondan aldığı pulun yarısını ödəsə qalan pulu ona keçər. Onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluğu və ədavəti olmamışdır. Talehi Ağcabədi rayon mərkəzi xəstəxanasından tanımış, xəstəxanaya gedən zaman orada təsadüfən Talehlə qarşılaşıb tanış olmuşdur. 2015-ci il tarixdən təqaüd almış, lakin 2020-ci il tarixdə təqaüdü kəsilmiş, həmin il yenidən ürəyindən əməliyyat olunmuşdur. Bundan sonra təqaüdü bərpa etmək üçün dəfələrlə tibbi komissiyadan keçmiş və hər dəfə ona imtina gəlmişdir. 2023-cü ilin əvvəllərində təqaüdü ilə maraqlanmaq üçün xəstəxanaya getmiş, Taleh də qeydiyyat şöbəsində işləmiş, onlar bu barədə söhbət edən zaman münasibəti yaranmışdır. Həmin vaxt Talehdən təqaüdünü necə bərpa etdirməyi maraqlanmış, Taleh də ona təqaüdü bərpa edə biləcəyini demişdir. Taleh də ona lazımı sənədləri və 1500 manat pul lazım olduğunu demiş, onunla razılaşmışdır. Təxminən 2023-cü ilin may ayının axırlarında 1500 manat pulu düzəldib Taleh ilə telefon əlaqəsi saxlamış və ona məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “avtomobil ehtiyyat hissələri” mağazasında görüşmüşlər. Həmin vaxt sənədləri və 1500 manat pulu Talehə vermişdir. Taleh də təqaüdün 25 iyul 2023-cü il tarixədək düzəldəcəyinə söz vermişdir. Artıq həmin vaxt tamam olmuş, lakin Talehdən bir xəbər çıxmamışdır. Başa düşmüş ki, Taleh onu aldadır. Ona görə də Talehdən pulu geri tələb etmişdir. Taleh pulu qaytaracağına söz vermiş, həmin puldan cəmi 490 manat qaytarmış, lakin hələ də onun yerdə qalan pulunu qaytarmamışdır. Onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluğu və ədavəti olmamışdır. Talehi Ağcabədi rayon mərkəzi xəstəxanasından tanımış, xəstəxanaya gedən zaman orada təsadüfən Talehlə qarşılaşıb tanış olmuşdur. 2012-ci il tarixdən təqaüd almış, lakin iki il olar təqaüdü kəsilmişdir. Təqaüdlə maraqlanmaq üçün xəstəxanaya getmiş, Taleh də qeydiyyat şöbəsində işləmiş, bu barədə söhbət edən zaman münasibəti yaranmış, Talehdən təqaüdü necə bərpa etdirməyi maraqlanmış, Taleh də təqaüdü bərpa edə biləcəyini demişdir. Taleh lazımı sənədləri və 3000 manat pul lazım olduğunu demiş, onunla razılaşmışdır. Təxminən 2022ci ilin noyabr ayının axırlarında özünə məxsus sənədləri və 3000 manat pulu düzəldib Taleh ilə telefon əlaqəsi saxlamış və onlar Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən Dadlı kabab adlı kafenin yanında görüşmüşlər. Həmin vaxt oraya qaynı Şahid2 Ərkəsevin oğlu ilə birlikdə getmişdir. Çingizin yanında sənədləri və 3000 manat pulu Talehə vermişdir. Taleh ona təqaüdün iki ay müddətinə düzəldəcəyinə söz vermişdir. Aradan iki ay keçmiş, yəni 2023-cü ilin yanvar ayı olmuş, lakin Talehdən bir xəbər çıxmamışdır. Talehlə danışıb təqaüdü maraqlanmış, Taleh də ona narahat olmamağı, yaxında düzələcəyini demiş, bir müddət də gözləmiş, lakin Talehdən yenə də bir xəbər çıxmamışdır. Başa düşmüş ki, Taleh onu aldadır, ona görə də Talehdən pulu geri tələb etmişdir. Taleh pulu qaytaracağına söz vermiş, lakin hələ də pulu geri qaytarmamışdır. Onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluğu və ədavəti olmamışdır. Talehi Ağcabədi rayon mərkəzi xəstəxanasından tanımış, xəstəxanaya gedən zaman orada təsadüfən Talehlə qarşılaşıb tanış olmuşdur. 2014-cü il tarixdən təqaüd almış, lakin 2021-ci il tarixdə təqaüdü kəsilmiş, bundan sonra dəfələrlə tibbi komissiyadan keçmiş, lakin təqaüdü düzəlməmişdir. 2023-cü ilin ortalarında təqaüdü ilə maraqlanmaq üçün xəstəxanaya getmiş, Taleh də qeydiyyat şöbəsində işləmiş, onlar bu barədə söhbət edən zaman münasibəti yaranmışdır. Həmin vaxt Talehdən təqaüdü necə bərpa etdirməyi maraqlanmış, Taleh də təqaüdü bərpa edə biləcəyini, bunun üçün lazımı sənədləri və 1400 manat pul lazım olduğunu demişdir. Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində 1400 manat pulu düzəldib Taleh ilə telefon əlaqəsi saxlamış, Taleh də həmin gün onlara gəlmişdir. Taleh həmin vaxt tək olaraq gəlmiş, yaşadığı evin qarşısında sənədləri və 1400 manat pulu Talehə vermişdir. Taleh təqaüdün bir həftə ərzində düzəldəcəyinə söz vermişdir. Aradan bir həftə keçmiş, lakin Talehdən bir xəbər çıxmamış, Talehlə danışıb təqaüdü maraqlanmış, Taleh ona narahat olmamağı, yaxında düzələcəyini demişdir. Taleh təqaüdü düzəltməmiş, hər dəfə də müxtəlif bəhanələr gətirmişdir. Ona görə də Talehdən pulu geri tələb etmişdir. Taleh pulu qaytaracağına söz vermiş, lakin hələ də onun pulunu geri qaytarmamışdır. Onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluğu və ədavəti olmamışdır. Talehi Ağcabədi rayon mərkəzi xəstəxanasından tanımış, xəstəxanaya gedən zaman orada təsadüfən Talehlə qarşılaşıb tanış olmuşdur. Arvadı Şahid4 təxminən 2012-ci il tarixdən təqaüd almışlar, lakin iki il olar təqaüdü kəsilmişdir. Təqaüdlə maraqlanmaq üçün xəstəxanaya getmiş, Taleh də qeydiyyat şöbəsində işləmiş, bu barədə söhbət edən zaman münasibəti yaranmışdır. Həmin vaxt Talehdən təqaüdü necə bərpa etdirməyi maraqlanmış, Taleh də təqaüdü bərpa edə biləcəyini demiş, lazımı sənədləri və iki nəfər üçün 9500 manat pul lazım olduğunu demiş, onunla razılaşmışdır. 08 fevral 2023-cü il tarixdə sənədləri və 9500 manat pulu düzəldib Taleh ilə telefon əlaqəsi saxlamış və Ağcabədi rayon mərkəzi xəstəxanasında görüşmüşlər. Sənədləri və 9500 manat pulu Talehə vermişdir. Taleh ona təqaüdün üç ay müddətinə düzəldəcəyinə söz vermişdir. Aradan üç ay keçmiş, lakin Talehdən bir xəbər çıxmamış, Talehlə danışıb təqaüdü maraqlanmış, Taleh də ona narahat olmamağı, yaxında düzələcəyini demişdir. Taleh təqaüdü düzəltməmiş, hər dəfə də müxtəlif bəhanələr gətirmişdir. Başa düşmüş ki, Taleh onu aldadır. Ona görə də Talehdən pulu geri tələb etmişdir. Taleh pulu qaytaracağına söz vermiş, lakin hələ də pulu geri qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 3-cü qrup təqaüdçüdür, həmçinin 2-ci Qarabağ müharibəsinin əlilidir, Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluğu və ədavəti olmamışdır. Talehi Ağcabədi rayon mərkəzi xəstəxanasından tanımış, xəstəxanaya gedən zaman orada təsadüfən Talehlə qarşılaşıb tanış olmuşdur. 2021-ci ilin iyul ayından 3-cü qrup əlilliyə görə təqaüd almışdır. 2022-ci ilin avqust ayında müalicəsi ilə bağlı xəstəxanaya getmiş, Taleh də qeydiyyat şöbəsində işləmiş, orada söhbət edən zaman münasibəti yaranmışdır. Həmin vaxt Taleh ilə təqaüdlə bağlı söhbət edəndə Taleh ondan qrupunu soruşmuş, 3-cü qrup olduğunu demiş, Taleh demiş ki, ona 2-ci qrup əlillik düşür, çünki müharibə zamanı 6 ədəd güllə və 4 ədəd qəlpə yarası almış, hazırda bədənində 3 güllə və 2 qəlpə olmuşdur. Talehdən qrupu necə dəyişməyi soruşmuş, Taleh də ona lazımı sənədləri və 4000 manat pul lazım olduğunu demişdir. Təxminən 2022-ci ilin avqust ayının axırlarında özünə məxsus sənədləri və 4000 manat pulu düzəldib Taleh ilə telefon əlaqəsi saxlamış və Ağcabədi rayon mərkəzi xəstəxanasında görüşmüşdür. Talehə sənədləri və 4000 manat pulu vermiş, Taleh ona işi Təranə və Məhbubə həkimlərlə görəcəyini demişdir. Talehdən əlilliyin nə vaxtdadək dəyişəcəyini soruşmuş, Taleh də ona əlilliyin dəyişməsini 2023-cü ilin fevral ayına kimi düzəldəcəyinə vəd vermişdir. Sənədləri və 4000 manat pulu Talehə verib getmişdir. Həmin vaxt təkcə ikisi olmuşdur. 6 ay gözləmiş, artıq 2023-cü ilin fevral ayı olmuş, lakin Talehdən bir xəbər çıxmamışdır. Talehlə danışıb əlilliyi maraqlanmış, Taleh də ona narahat olmamağı, yaxında düzələcəyini demişdir. Taleh təqaüdü düzəltməmiş, hər dəfə də müxtəlif bəhanələr gətirmiş, başa düşmüş ki, Taleh onu aldadır, ona görə də Talehdən pulu geri tələb etmiş, Taleh pulu qaytaracağına söz vermiş, lakin pulu geri qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Ekonom adlı mağazada satıcı işləyir, Zərərçəkmiş şəxs4 onun tanışıdır, Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluğu və ədavəti olmamışdır. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində mağazada olan zaman Həbib mağazaya gəlmiş və ona 400 manat pul vermiş və demişdir ki, Taleh gəlib götürəcək. 400 manat pulu götürüb özündə saxlamış, həmin gün aradan bir neçə saat keçdikdən sonra Taleh mağazaya gəlmiş və ondan 400 manat pulu götürüb getmişdir. Daha sonra nə baş verdiyini bilməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 Ərkəsevin oğlu ifadəsində göstərmişdir ki, şəxsi təsərrüfatla məşğul olur, Zərərçəkmiş şəxs2 onun yeznəsidir, Təqsirləndirilən şəxs tanıyır, aralarında qohumluğu və ədavəti olmamışdır. Qurban bir neçə ildir təqaüd almış, lakin iki il olar təqaüdü kəsilmişdir. Təxminən 2022-ci ilin noyabr ayının axırlarında Qurban ilə kənddə görüşmüşlər, Qurban ona təqaüdünün Taleh adlı şəxs tərəfindən düzəldiyini və hazırda Talehlə görüşməyə getdiyini demiş, onun da işi olmadığı üçün Qurban ilə birlikdə getmişdir. Onlar Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən Dadlı kabab adlı kafenin yanında Taleh ilə görüşmüşlər. Həmin vaxt Qurban onun yanında sənədlərini və 3000 manat pulu Talehə vermişdir. Taleh Qurbana təqaüdün iki ay müddətinə düzəldəcəyinə söz vermişdir. Sonradan Qurbandan təqaüdü ilə maraqlanmış, Qurban da ona demiş ki, Taleh təqaüdü düzəltməmiş və pulunu da qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, Laçın rayonu, Taxta Körpü qəsəbəsi 37 saylı tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir, Zərərçəkmiş şəxs5 onun əridir. Xəstəliyi ilə bağlı təqaüd almışdır. 2020-ci ildə isə təqaüdü dayandırılmışdır. Bundan sonra Mehti Ağcabədi rayon Mərkəzi Xəstəxanasında işləyən Təqsirləndirilən şəxs bu işi həll edəcəyini öyrənmiş və 2023-cü ilin may ayının əvvəlində Talehlə danışıb Ağcabədi rayon mərkəzi xəstəxanasının həyətində görüşmüşlər. Taleh onun təqaüdünü düzəldəcəyini demiş və ilkin sənədlərin toplanmasına görə orada Mehtidən 600 manat pul almışdır. Bundan sonra 04 may 2023-cü il tarixdə Taleh əlavə 700 manat da Mehtidən pul istəmiş, Mehti də bank kartına 700 manat pul göndərmişdir. Taleh 2023-cü ilin iyun ayına qədər təqaüdün düzələcəyini demişdir. Taleh təqaüdü düzəltməmiş, hər dəfə də müxtəlif bəhanələr gətirmiş, onlar başa düşmüşlər ki, Taleh aldadır, ona görə də Talehdən pulu geri tələb etmişlər. Taleh pulu qaytaracağına söz vermiş, lakin hələ də pulu geri qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun əridir, onlar 2009-cu ildə ailə qurmuşlar. Təqsirləndirilən şəxs şifahi olaraq tanımış, qohumluğu və ədavəti olmamışdır. Süleyman təxminən 2012-ci il tarixdən təqaüd almış, lakin iki il olar təqaüdü kəsilmiş, Süleyman təqaüdlə maraqlanmaq üçün xəstəxanaya getmiş, orada da Taleh ilə tanış olub münasibəti yaranmışdır. Taleh də Süleyman təqaüdü bərpa edə biləcəyini və ikisi üçün 9500 manat pul istəmişdir. Süleyman həmin pulu düzəltmiş və 08 fevral 2023-cü il tarixdə sənədləri və 9500 manat pulu aparıb Ağcabədi rayon mərkəzi xəstəxanasında Talehə vermişdir. Taleh onlara təqaüdün üç ay müddətinə düzəldəcəyinə söz vermiş, aradan üç ay keçmiş, lakin Talehdən bir xəbər çıxmamışdır. Süleyman Talehlə danışıb təqaüdü maraqlanmış, Taleh də narahat olmamağı, yaxında düzələcəyini demiş, onlar bir müddət də gözləmişlər, lakin Taleh təqaüdü düzəltməmiş, hər dəfə də müxtəlif bəhanələr gətirmiş, onlar başa düşmüşlər ki, Taleh aldadır, ona görə də Süleyman Talehdən pulu geri tələb etmişdir. Taleh pulu qaytaracağına söz vermiş, lakin hələ də pulu geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Kazımov X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilərək bir il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə 4000 manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilərək bir il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə 4000 manat miqdarda cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan 4000 manat miqdarda cərimə cəzası çəkilməmiş qalmışdır. İş materiallarında olan Ağcabədi rayon İHB-nin Ağcabədi şəhər üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nin Ağcabədi şəhər üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı (xx.xx.2022-ci il təvəllüdlü) vardır. İş materiallarında olan və məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs6 vurulmuş 1500 manat məbləğində ziyandan 490 manat ödənilmişdir. İş materiallarında olan və məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs3 vurulmuş 9500 manat məbləğində ziyan tam olaraq ödənilmişdir. dan 490 manat ödənilmişdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddəsinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və birinci hökm üzrə təyin edilmiş cəzasını çəkib qurtarmadığını nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə X2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, şəxsiyyətini, cinayəti bələdiyyə sədri işlədiyi zaman vəzifə saxtakarlığı cinayətini törətdiyini nəzərə alaraq, həmçinin dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərək, eyni zamanda gələcəkdə belə halların qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilərək bir il altı ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilərək bir il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə təyin edilmiş 4000 manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan bir il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə 4000 manat miqdarda cərimə cəzasını qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası və 4000 manat miqdarda cərimə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar müstəqil icra olunmalıdır. Belə ki, CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(017)-135/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Qeyd edilənlərlə yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidr. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona CM-nin 46.2-ci maddəsi tətbiq edilərək bir il altı ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 66.2, 66.4 və 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilərək bir il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə təyin edilmiş 4000 manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan bir il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə 4000 manat miqdarda cərimə cəzasını qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq iki il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 4000 manat miqdarda cərimə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar müstəqil icra olunsun; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüququ izah edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 iş saatı üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-29/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-29/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver