Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-3/2025 25.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X5 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Hüseyn qızının iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1974-cü il tarixdə Qobustan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan şəhəri, M.Ə.Sabir küçəsi ev 22də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, bina 78, mənzil 20A-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Ağcabədi RMX-na işə düzəlməsi üçün ona müraciət edən Zərərçəkmiş şəxs Hüseyn qızına Ağcabədi RMX-na işə düzəlməsi üçün lazım olan diplomunu təsdiqlətdirəcəyi barədə yalandan vəd edərək, aralarında yaranmış yaxın münasibətlərə görə Həbibə Hüseynovda ona qarşı yaranmış inam və etimaddan istifadə edərək 2023-cü ilin iyul ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda sonuncunun qaynı olan Şahid vasitəçiliyi ilə istintaqa məlum olmayan bank kartına köçürülmüş 500 manat, xx.xx.2023-cü il tarixdə saat 10:13-də Ağcabədi rayonu, H.Əliyev prospekti ərazisində yerləşən “Xanlar” marketdəki “mpay”ödəmə terminalı vasitəsi ilə “Leobank“ ASC-yə məxsus olmaqla X3 adına olan və üzərində “4098 5844 9784 9065” nömrələri yazılmış karta köçürülmüş 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 10:18-də Ağcabədi rayonu, H.Əliyev prospekti ərazisində yerləşən “Xanlar” marketdəki “mpay”ödəmə terminalı vasitəsi ilə “Leobank“ ASC-yə məxsus olmaqla X1 adına olan və üzərində “4198 5844 6549 4978” nömrələri yazılmış karta köçürülmüş 1100 manat, 21 avqust 2023-cü il tarixdə saat 16:57-də “ABB” mobil tətbiqi vasitəsi ilə Ülkər Bəhlulovanın adına olan 5243-7544-1010-1040 saylı kart hesabına köçürülmüş 5 manat, 21 avqust 2023-cü il tarixdə saat 17:06-da “ABB” mobil tətbiqi vasitəsi ilə Ülkər Bəhlulovanın adına olan 5243-7544-1010-1040 saylı kart hesabına köçürülmüş 95 manat, xx.xx.2023-cü il tarixdə saat 11:16-da Ağcabədi rayonu, H.Hacıyev küçəsi ərazisində yerləşən “Bazarstore” marketdəki “Million”ödəmə terminalı vasitəsi ilə “Kapital banka“ ASC-yə məxsus olmaqla Ələsgər Mehrəliyevin adına olan və üzərində “4169 7388 5377 7708” nömrələri yazılmış karta köçürülmüş 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 11:20-da Ağcabədi rayonu, H.Hacıyev küçəsi ərazisində yerləşən “Bazarstore” marketdəki “Million”ödəmə terminalı vasitəsi ilə “Leobank“ ASC-yə məxsus olmaqla X1 adına olan və üzərində “4198 5844 6549 4978” nömrələri yazılmış karta köçürülmüş 500 yüz manat, 2023-cü ilin sentyabr ayının əvvəllərində istintaqa məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs qaynı olan Şahid vasitəçiliyi ilə istintaqa məlum olmayan bank kartına köçürülmüş 2500 manat, xx.xx.2023-cü il tarixdə saat 14:24-də “ABB” mobil tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə məxsus olmaqla Ülkər Bəhlulovanın adına olan və üzərində “5243 7544 1010 1040” nömrələri yazılmış karta köçürülmüş 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 09:18-də “ABB” mobil tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə məxsus olmaqla X8 adına olan və üzərində “5239 1517 4937 2952” nömrələri yazılmış karta köçürülmüş 800 manat, xx.xx.2023-cü il tarixdə saat 09:51-də Ağcabədi rayonu, H.Əliyev prospekti ərazisində yerləşən “Xanlar” marketdəki “mpay”ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus olmaqla X8 adına olan və üzərində “5239 1517 4937 2952” nömrələri yazılmış karta köçürülmüş 500 manat, ümumilikdə 9000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Abşeron rayonunun Masazır qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs Hüseyn qızını 2023-cü ilin təxminən iyul ayından tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Həbibənin qaynı Raqifi təxminən 1 ildir ki, tanıyır. 2023-cü ilin iyul ayında Raqif ona “görürəm diribaş xanımsan, mənim qardaşım arvadını işdən çıxarıblar, ona köməklik lazımdır” deyə söhbət açmış, qardaşı arvadı Həbibənin 15 il xəstəxanada işlədiyini, daha sonra diplomun saxta olduğuna görə işdən çıxarıldığını deyib Həbibənin nömrəsini ona vermişdir. Həmin günü Həbibəyə zəng edib tanışlıq verib sonuncu ilə bir az söhbətləşmiş, ardınca Həbibədən nə səbəbə işdən çıxarıldığını soruşduqda sonuncu diplomunun təsdiq olunmadığını və həmin diplomun Səhiyyə nazirliyində Səyidə xanımın yanında təsdiq etmək lazım olduğunu bildirmişdir. Səyidə xanımın qəbuluna düşmək üçün səhiyyə nazirliyinə gedib maraqlanmış və bu barədə Həbibəyə zəng edib demişdir. 2023-cü ilin iyul ayında Raqif onun kart hesabına 500 manat pul atdıqdan sonra Səhiyyə nazirliyinə getmiş və Zərərçəkmiş şəxs Hüseyn qızının işi ilə bağlı gəldiyini demişdir. Orada tanımadığı şəxs ona Həbibənin sorğusu gəldiyini və bununla bağlı Səyidə xanımın yanına gəlib maraqlanmağını bildirmişdir. Həbibəyə telefonla zəng edib cibinə pul qoyub buraya gəlməyini demişdir. Düşünmüşdür ki, Həbibədən müəyyən məbləğdə pul alar, düzülərsə düzələr, düzəlməzsə sonra qaytarıb özünə geri verər. Bu məqsədlə tarixləri dəqiq xatırlamadığı vaxtlarda Həbibədən ümumilikdə 9000 manat pul almışdır. Pulları Həbibə göndərdiyi hesab nömrələrinə ödənilmişdir. Aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona vurduğu ziyanı tam ödəmişdir. Lakin cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 2250 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsinə onun maddi imkanı yoxdur. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Hüseyn qızı ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. 2008-ci il tarixdən Ağcabədi rayon mərkəzi xəstəxanasında böyük tibb bacısı vəzifəsində işləmiş, 2023-cü ilin iyun ayında xəstəxananın direktoru onu çağırıb sertifikasiya imtahanından keçib diplomunu təsdiqləməyi və buna görə onun 6 ay müddətində işdən azad edildiyini bildirmişdir. Həmin ərəfələrdə ona sertifikasiya komissiyasının direktoru Tahirə xanım bu işlə məşğul olduğu deyildikdə Tahirə xanımı və ümumiyyətlə sertifikasiya olunan yeri tanımadığımdan yaxın bir adam axtarmağa başlamışdır. Onun işdən çıxmağını qaynı Şahid bilmiş, 2023-cü ilin iyun ayının sonlarında qaynı Raqif yaşadığı evə gələrək sertifikasiyadan keçmək işini düzəldə biləcəyini ona dedikdə sənədlərini Raqifin istifadəsində olan nömrəyə votsap vasitəsi ilə göndərmişdir. Bundan bir neçə gün sonra Raqif yenə onun yaşadığı evə gəlmiş və Reyhana telefon vasitəsilə zəng etmişdir. Reyhan özünü Nara kimi təqdim etmiş və ona 2500 manat pul qarlığında sertifikasiya işini həll edəcəyini, yəni diplomunu təsdiq elətdirə biləcəyini demişdir. Mingəçevir tibb kollecini bitirmiş, sonradan məlum olmuşdur ki, diplomu təsdiq olunmamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs onun telefon nömrəsini götürmüş və istifadəsində olan 051 *** ** ** sim nömrəsindən istifadəsində olan 051 *** ** ** sim nömrəsi ilə əlaqə saxlamışdır. Həmin zaman Reyhan ona 2500 manat qarşılığında işini həll edəcəyini bildirdikdə sonuncu ilə razılaşmışdır. Bundan sonra Reyhan işi düzəltmək üçün əlavə pullar lazım olduğunu demiş, bu məqsədlə Reyhana ümumilikdə hissə-hissə 9000 manat pul vermişdir. Pulları Reyhanın dediyi kart hesablarına köçürmüşdür. Bundan sonra Reyhan nə işini düzəltmiş, nə də ki, pulunu qaytarmışdır. Bu səbəbdən narahat olmağa başlamış və Reyhana zəng edib pulunun qaytarılmasını tələb etdikdə Reyhan hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Reyhanın onu aldatdığını anlayıb Ağcabədi rayon polis şöbəsinə gələrək sonuncunun barəsində şikayət ərizəsi yazmışdır. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Qobustan RİHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qobustan RİHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışın surətindən görünür ki, Məlikli X4 şəhəri, M.Ə.Sabir küçəsi ev 22-də qeydiyyatda olmağına baxmayaraq hal-hazırda Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Hüseyn qızının ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Onunla barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Qobustan rayon X6 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 18- 1-53/2-M-42-657/2024 nömrəli məktubundan görünür ki, 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji xəstəliklə bağlı müraciət etməmiş və dispanser qeydiyyatında durmur. İş materiallarında olan Qobustan rayon X6 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 18- 1-53/2-M-275-42-659/2024 nömrəli məktubundan görünür ki, 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs psixonervoloji xəstəliklə bağlı müraciət etməmiş və dispanser qeydiyyatında durmur. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində vurduğu maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktubdan, xx.xx.2024cü və xx.xx.2025-ci il tarixli qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi həbsdə olduğu müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində vurduğu maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı müddət, yəni 06 ay 21 gün (xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət) müddət bir günə iki gün hesabı ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı müddətini, yəni 06 ay 21 gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Abşeron rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-3/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-3/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver