Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-31/2024 15.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs - xx.xx.1992-ci il tarixdə Naxçıvan MR Babək qəsəbəsinin Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərid əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR Babək qəsəbəsinin Cəhri kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs şəhid ailəsi olduğu üçün güzəştli şərtlərlə xaricdən avtomobil gətirəcəyinə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Ağcabədi regional ASAN xidmət” mərkəzinin qarşısında 7500 manat pul vəsaitini qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq etibarından suiistifadə etmə və aldatma yolu ilə alaraq özgə əmlakını ələ keçirib Zərərçəkmiş şəxs 7500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, fərdi olaraq beynəlxalq yük daşımaların online daşınmalarına vasitəçilik edərək dolanışığını təmin edir. O, şəhid və qazi ailələrinə, həmçinin aztəminatlı ailələrin maddi rifahına dəstək məqsədi ilə yaradılan “Vətən sağ olsun” layihəsində könüllü olaraq iştirak edir. 2023-cü ilin yay aylarında o, tədbirləin birində Ağcabədi rayonundan olan şəhid ailəsi Zərərçəkmiş şəxs və kürəkəni Ramizlə tanış olmuşdur. Bundan sonra onlar ona mətbəxlərinin düzəldilməsi üçün müraciət etmişlər və o, layihənin köməkliyi ilə onların mətbəxlərini təmir etdirmişdir. 2023-cü il 19 oktyabrda Ramiz ona zəng edərək xaricdən avtomobil gətizdirən zaman şəhid ailələri üçün güzəştlər olmasını eşitdiyini demişdir. Oda maraqlanıb xəbər edəcəyini demişdir. Sonra o, Gürcüstan Respublikasında avtomobillərlə maraqlanmışdır. O həmin avtomobili gətirmək ilə maraqlandıqda ona yalnız buraxılış ili bir ili keçməmiş avtomobillərə aid olduğunu demişlər. Bundan sonra 20 oktyabr 2023-cü il tarixdə o, Ağcabədi rayonuna gəlmiş və Zülfiyyəgildə qonaq olmuşdur. Orda o, onlara avtomobil tapdığını, 2016-cı ilin “Hundai Santafe” markalı avtomobilini 12000 manata tapdığını demişdir. Onlar 7500 manat pullarının olduğunu demişlər. O, da danışacağını, həmin pulu ilkin ödəniş kimi və daşınmasına xərcləyəcəklərini, qalan pulu isə hissə-hissə verəcəklərini bildirmişdir. Sonra 20 oktyabr 2023-cü il tarixdə o, Ağcabədi rayonuna gələrək Zülfiyyə və Ramizlə görüşmüşdür. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Ağcabədi regional ASAN xidmət mərkəzinin qarşısında Zülfiyyə xala ona avtomobili gətizdirmək üçün 7500 manat pul vermiş və onlar ASAN xidmətə gedərək onun adına etibarnamə almışlar. O, artıq həmin zaman həmin pula avtomobil gətirmək mümkün olmadığını bilmişdir. Lakin onların etibarlarını qazanmaq üçün o, onlardan etibarnamə də almışdır. Bundan sonra o, Bakı şəhərinə qayıtmışdır. Onlar onunla əlaqə saxladıqda o, onlara yalandan avtomobili sifariş verdiyini bir neçə günə gələcəyini demişdir. O, onlardan aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmiş və avtomobil sifariş verməmişdir. Bundan sonra o, 03 noyabr 2023-cü il tarixdə Ramizgilnən əlaqə saxlayaraq yalandan avtomobilin gömrüyü keçdiyini, səhəri günü avtomobili götürüb Ağcabədi rayonuna gətirəcəyini demişdir. Daha sonra onlar ona zəng etsələrdə o, onların telefonlarına cavab verməmişdir. Etdiyi əməldən peşman olmuş və dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir. O, pulu almazdan qabaq avtomobili gətirmək mümkün olmadığını bilmişdir. Lakin pula ehtiyacı olduğu üçün o, onları aldatmış və 7500 manata onlara avtomobil gətizdirəcəyini demişdir. O, onların inamlarını qazanmaq üçün Zülfiyyədən etibarnamə də almışdır. O, Zülfiyyədən aldığı 7500 manat pulu heç kimə verməmiş və heç kimlə belə bir danışıq aparmamışdır. O, həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin cinayət əməlini tək törətmişdir. Hazırda o, məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 1875 (bir min səkkiz yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsinə ödənildiyini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Onun Cəfərlə normal münasibətləri olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onun oğlu X5 2020-ci ildə “Vətən Müharibəsi”ndə şəhid olmuşdur. Cəfərlə də şəhid ailələri üçün təşkil edilmiş məclislərdə tanış olmuşdur. Daha sonra onların münasibətləri yaranmışdır. Bundan sonra onlar mətbəxlərinin düzəldilməsi üçün müraciət etmişlər və layihənin köməkliyi ilə onların mətbəxləri təmir etdirilmişdir. Həmin prosesdə Cəfər də iştirak etmişdir. Onlar maraqlanan zaman xaricdən avtomobil gətizdirən zaman şəhid ailələri üçün güzəştlər olmasını eşitmişlər. Ramiz bu barədə Cəfərə demiş və Cəfər də maraqlanıb xəbər edəcəyini demişdir. Daha sonra Cəfər Gürcüstan Respublikasında avtomobillərlə maraqlandığını 2016-cı ilin “Hundai Santafe” markalı avtomobilini 12000 manata tapdığını demişdir. Bundan sonra 20 oktyabr 2023-cü il tarixdə Cəfər Ağcabədi rayonuna gəlmiş və onlarda qonaq olmuşdur. Orda Cəfər onlara yenə avtomobil tapdığını bildirmişdir. Onlar o qədər pularının olmadığını demiş və Ramizin avtomobilini 7500 manata satdığını bildirmişdir. Cəfər də danışacağını həmin pulu ilkin ödəniş kimi və daşınmasına xərcləyəcəyini, qalan pulu isə hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra 20 oktyabr 2023-cü il tarixdə o, Ramiz və Cəfər birlikdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Ağcabədi regional ASAN xidmət mərkəzinə getmişlər və orada maşın üçün Cəfərə etibarnamə vermiş və bundan sonra saat 12 radələrində ASAN xidmətin qarşısında avtomobili gətizdirmək üçün 7500 manat pulu Cəfərə vermişlər. Bundan sonra Cəfər Bakı şəhərinə qayıtmışdır. Daha sonra onlar Cəfər ilə maraqlandıqda Cəfər narahat olmamaqlarını, avtomobil sifariş veridiyini bildirmişdir. Sonra da Cəfərlə əlaqə saxladıqda Cəfər noyabr ayının 3-4-ü tarixinə avtomobili Ağcabədi rayonuna gətirəcəyini bildirmişdir. Bundan sonra onlar 03 noyabr 2023-cü il tarixdə Cəfərlə əlaqə saxladıqda Cəfər onlara avtomobilin gömrüyü keçdiyini, səhəri günü avtomobili götürüb Ağcabədi rayonuna gətirəcəyini demişdir. Daha sonra onlar Cəfərlə nə qədər əlaqə saxlasalar da Cəfər onların zənglərinə cavab verməmişdir. Bundan sonra onlar hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişlər və o, bu barədə ərizə yazaraq Ağcabədi rayon Polis Şöbəsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti tam şəkildə ödənilmişdir. Onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qaynanasıdır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Onun Cəfərlə normal münasibətləri olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onun qaynı X5 2020-ci ildə “Vətən Müharibəsi”ndə şəhid olmuşdur. Cəfərlə də şəhid ailələri üçün təşkil edilmiş məclislərdə tanış olmuşdur və sonra onların yaxın münasibətləri yaranmışdır. Bundan sonra Zülfiyyə xala mətbəxlərinin düzəldilməsi üçün müraciət etmiş və layihənin köməkliyi ilə mətbəx təmir etdirilmişdir. Həmin prosesdə Cəfər də iştirak etmişdir. Onlar ondan maraqlanan zaman xaricdən avtomobil gətizdirəndə şəhid ailələri üçün güzəştlər olmasını eşitmişlər. O, bu barədə Cəfərə demiş və Cəfər də maraqlanıb xəbər edəcəyini demişdir. Daha sonra Cəfər Gürcüstan Respublikasında avtomobillərlə maraqlandığını, 2016-cı ilin “Hundai Santafe” markalı avtomobilini 12000 manata tapdığını demişdir. Bundan sonra 20 oktyabr 2023-cü il tarixdə Cəfər Ağcabədi rayonuna gəlmiş və onlarda qonaq olmuşdur. Orda Cəfər onlara avtomobil tapdığını bildirmişdir. Onlar o qədər pullarının olmadığını demişlər və onun avtomobilini 7500 manata satdıqlarını bildirmişlər. Cəfərdə danışacağını, həmin pulu ilkin ödəniş kimi və daşınmasına xərcləyəcəyini, qalan pulu isə hissə-hissə olacağını bildirmişdir. Bundan sonra 20 oktyabr 2023-cü il tarixdə Zülfiyyə xala, o, və Cəfər birlikdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Ağcabədi regional ASAN xidmət mərkəzinə getmişlər və orada Zülfiyyə xalanın adından Cəfərə etibarnamə vermiş və bundan sonra ASAN xidmətin qarşısında avtomobili gətizdirmək üçün Zülfiyyə xala 7500 manat pulu Cəfərə vermişdir. Bundan sonra Cəfər Bakı şəhərinə qayıtmışdır. Sonra onlar Cəfər ilə maraqlandıqda Cəfər narahat olmamaqlarını, avtomobil sifariş veridiyini bildirmişdir. Sonra Cəfərlə əlaqə saxladıqda Cəfər noyabr ayının 3-4-ü tarixinə avtomobili Ağcabədi rayonuna gətirəcəyini bildirmişdir. Bundan sonra onlar 03 noyabr 2023-cü il tarixdə Cəfərlə əlaqə saxladıqda Cəfər onlara avtomobilin gömrüyü keçdiyini, səhəri günü avtomobili götürüb Ağcabədi rayonuna gətirəcəyini demişdir. Daha sonra onlar Cəfərlə nə qədər əlaqə saxlasalarda Cəfər onların zənglərinə cavab verməmişdir. Sonra onlar hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişlər və Zülfiyyə xala bu barədə ərizə yazaraq Ağcabədi rayon Polis Şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR Babək qəsəbəsinin Cəhri kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. O, oğlu Təqsirləndirilən şəxs həbs olunmasını bildikdən sonra Zərərçəkmiş şəxs və onun ailəsi ilə əlaqə saxlayaraq ona dəymiş maddi zərəri iki dəfə olmaqla ayrı-ayrı tarixlərdə tam şəkildə ödəmişdir. Odur ki, qanuni qərar verilməsini xahiş etdi. Cinayətin tam və obyektiv araşdırılması üçün iş üzrə bir sıra hallara əməliyyat yolu ilə aydınlıq gətirilməsi üçün əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü şəhid ailəsi olduğu üçün güzəştli şərtlərlə xaricdən avtomobil gətirəcəyinə vəd verərək Zərərçəkmiş şəxs 7500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi, həmin hadisənin törədilməsində ona köməklik edən şəxs olmaması, həmin pulu heç kəsə verməməsi, şəxsi ehtiyacları üçün istifadə etməsi, hadisənin baş verdiyi Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Ağcabədi regional ASAN xidmət” mərkəzinin qarşısında müşahidə kamerasının olması, Təqsirləndirilən şəxs rayon ərazisində başqa cinayət əməlləri törətməməsi müəyyən olunmuşdur. İş materiallarında olan Babək RİHB-nın Cəhri qəsəbəsə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan vəsiqə surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı X8 (xx.xx.2014-cü il təvəllüdlü) və X6 (xx.xx.2020-ci il təvəllüdlü) övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti tam şəkildə ödənilmişdir. Onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnnun barəsində xx.xx.2024-cü il tarixdə məhkəmə iclasına məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadığı və olduğu yer müəyyən olmadığı üçün Ağcabədi Rayon məhkəməsinə gətirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnnun barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq aidiyyəti üzrə Ağcabədi rayon polis şöbəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “Babək Rayon Mərkəzi Xəstəxanası” X14 verdiyi xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Babək RMX-sı X14 narkoloji və ruhi əsəb kabinetdə qeydiyyatında yoxdur. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs nın Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 1875 (bir min səkkiz yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsinə ödənildiyini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş Kapital Bankın xx.xx.2024-cü il tarixli 24496 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 1875 (bir min səkkiz yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs adından cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 1875 (bir min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun CM-nin 178.2.4-cü maddəsi üzrə cinayət təqibinə xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, haqqında seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq aidiyyəti üzrə Ağcabədi rayon polis şöbəsinin X7 təhvil verilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxsə barışmasını, dəymiş ziyanı tam olaraq ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 1875 (bir min səkkiz yüz yetmiş beş) manat pulu dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə, maddi sübut və ekpertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 73-1.2, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə CM-nin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin; barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 35 iş saatı üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-31/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-31/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver