Məhkəmə qərarları › İş №1(017)-31/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-31/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-31/2025 24.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1997-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cu maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ və etibarnaməsi olmadan həmkəndlisi X7 baş etibarnamə ilə məxsus olan “VAZ-2107” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağcabədi-Ağdam avtomobil yolunun 23-cü km-də, Ağcabədi rayonunun Hindarx qəsəbəsinin mərkəzində keçən yolla Ağcabədi şəhəri istiqamətində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək ehtiyatsızlıqdan hərəkət etdiyi yolun ortasında əks istiqamətli nəqliyyat axınlarını ayıran, kəsib keçmək qadağan olan 1.1 üfiqi nişanlanma xəttini kəsib dönərkən arxadan onunla eyni istiqamətdə hərəkət edən Şahid1 idarə etdiyi “Mercedes Benz 190D” markalı, **-OD- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “Mercedes Benz 190D” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Şahid2 alının sol yarısında, sifətin sol yarısında və sol qulaq seyvanında sıyrıq xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər, “VAZ-2107” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs 7-ci boyun fəqərəsinin spinoz çıxıntısının xətti sınığı, beyin silkələnməsi və sol dirsək oynağının arxa səthində əzilmiş yara xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, özünə məxsus “VAZ-2107” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və sürücülük vəsiqəsi olmadığından həmin avtomobilə həmkəndlisi X4 adıma baş etibarnamə almışdır. 03 sentyabr 2024-cü il tarixdə həmin avtomobillə arvadı Zərərçəkmiş şəxs ilə birlikdə dayısı Zaurun evinə qonaq getmişlər. Həmin gün saat 23 radələrində dayısı Zaurun evindən çıxaraq öz yaşadıqları ev istiqamətində gedərkən, yaşadığı Ağcabədi rayonunun Hindarx qəsəbəsinin mərkəzindən keçən asfalt yolda avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Onun evi yolun kənarında yerləşir. Evinə çatmağa az qalmış, sol dönmə işığını yandırmış, həmçinin güzgüdə də arxaya baxmış və arxadan avtomobil gəldiyini görmüşdür. Lakin, arxadan gələn avtomobilin uzaqda olduğu üçün evə çatarkən avtomobilin sürətini azaldaraq yolun əks hərəkət zolağına çıxmışdır. Həmin vaxt arxadan gələn, yəni Şahid1 idarə etdiyi Mercedes markalı avtomobillə əks yolda onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı başından xəsarət almış, həmçinin arvadı Zərərçəkmiş şəxs da xəsarət almışdır. O, başqa avtomobillə Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Hadisə ilə əlaqədar özünü qismən təqsirli bilir, yəni özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilir. Avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir və hadisədən sonra sürücülük vəsiqəsi almışdır. Zərərçəkmiş şəxs ilə bir yerdə yaşayırlar və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin ibdidai istintaqı düzgün aparılmamışdır və ona görə də cinayət işinin ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 03 sentyabr 2024cü il tarixdə axşam vaxtı Şahinlə birlikdə Şahinin dayısı Zaurun evinə qonaq getmişlər. Həmin gün saat 23 radələrində Zaurun evindən çıxıb öz evləri istiqamətində gedərkən, evə çatmağa az qalmış Şahin avtomobilin sürətini azaldaraq yaşadıqları evə dönmək istəyərkən arxadan gələn, yəni Şahid1 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı xəsarət almış, huşunu itirmiş və hadisənin necə baş verməsini xatırlamamışdır. Ağcabədi rayon Mərkəzi Xəstəxanasında mülicə olunmuş və müalicə xərclərini həyat yoldaşı Təqsirləndirilən şəxs çəkmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını və yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır və həmkəndlisidir. 03 sentyabr 2024-cü il tarixdə saat 22:30 radələrində yaşadığı evdə olan zaman həmkəndlisi Şahid2 onunla telefon əlaqəsi saxlayaraq avtomobilinin xarab olaraq Ağcabədi şəhəri ərazisində, “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında qaldığını, avtomobili təmir etmək üçün onu həmin yerə aparmasını xahiş etmişdir. O, da razılaşmış və özünə məxsus “Mercedes E190” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxaraq Cehunun yanına getmişdir. Həmin vaxt Məhəmməd qabaqda, Salman arxa sol tərədə, Ceyhun isə arxa sağ tərəfdə əyləşmişdir. O, avtomobili idarə edərək aralıq yoldan əsas yola çıxan zaman sol tərəfdən işıq yandırıb-söndürən maşının gəldiyini görmüş və həmin avtomobil yaxınlaşarkən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı avtomobilin olmasını bilmişdir. Bundan sonra, o da əsas yola çıxıb hərəkətini davam etdirmişdir. O, özünə məxsus avtomobili təxminən 60-65 km/saat sürətlə hərəkət edib Şahinin arxasınca getmiş, hərəkətdə olan zaman Şahin sola dönmə işığını yandırmadan, qəfildən əyləci basmış, o da avtomobilin əyləciyini basaraq avtomobili saxlanamaq istəmiş, lakin ara məsafəsi az olduğundan idarə etdiyi avtomobilin qabaq hissəsi, Şahinin idarə etdiyi avtomobilin arxa hissəsindən dəymişdir. Hadisə zamanı Şahin idarə etdiyi avtomobilin işıqlarını yandırmamışdır. Hadisə zamanı Şahinin idarə etdiyi avtomobildə olan arvadı Zərərçəkmiş şəxs xəsarət almış, Zərərçəkmiş şəxs yoldan keçən başqa bir avtomobillə xəstaxanaya yola salmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 03 sentyabr 2024-cü il tarixdə onun avtomobili xarab olub Ağcabədi şəhəri ərazisində, “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında qalmışdır. O, avtomobilin nasaz olan qoruyucusunu almış və usta işləyən həmkəndlisi Şahid3 avtomobili təmir etməyi xahiş etmişdir. Saat 22:30 radələrində Salmanla yaşadıqları Hindarx qəsəbəsində görüşmüşlər. Həmin vaxt həmkəndlisi X5 da onun yanında olmuş, o avtomobilinin yanına getmək üçün həmkəndlisi Şahid1 ilə telefon əlaqəsi saxlayaraq onları avtomobilinin yanına, yəni Ağcabədi şəhərinə aparmasını xahiş etmişdir. Qadir özünə məxsus Mercedes markalı avtomobillə onların yanına gəlmiş, saat 23 radələrində Qadirin idarə etdiyi avtomobillə Ağcabədi şəhəri istiqamətində hərəkət etmişlər. Həmin vaxt qarşı tərəfdə, eyni istiqamətdə Təqsirləndirilən şəxs özünə məxsus “VAZ-2107” markalı avtomobillə hərəkətdə olmuş, Şahin qəfildən avtomobilin əyləcini basaraq avtomobili sol tərəfə istiqamətləndirmişdir. Bu zaman Qadir də avtomobilin əyləcini basaraq avtomobili saxlamaq istəsə də, ara məsafəsi az olduğu üçün avtomobili saxlaya bilməmiş və Qadirin idarə etdiyi avtomobilin qarşı tərəfi Şahinin idarə etdiyi avtomobilin arxa tərəfindən dəymişdir. Onlar dərhal avtomobildən düşmüşlər və xəsarət aldığı üçün onu xəstəxanaya aparmışlar. Hadisə zamanı Şahinin idarə etdiyi avtomobildə olan arvadı Zərərçəkmiş şəxs da xəsarət almışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işi ********* nömrəli cinayət işindən ayrılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 Ağcabədi rayon MTE və PA şöbəsinin 09 sentyabr 2024-cü il tarixli, 556 saylı rəyindən görünür ki, Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı alının sol yarısında, sifətin sol yarısında və sol qulaq seyvanında sıyrıqlar - bərk küt əşyanın təsirindən törənmiş, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, yetirilmə müddəti 03 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 Ağcabədi rayon MTE və PA şöbəsinin 23 sentyabr 2024-cü il tarixli, 585 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – 7-ci boyun fəqərəsinin spinoz çıxıntısının xətti sınığı, beyin silkələnməsi və sol dirsək oynağının arxa səthində əzilmiş yara - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 03 sentyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2025-ci il tarixli, 8/2748 saylı rəyindən görünür ki, “VAZ-2107” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin, 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cu maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 fevral 2025-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin 21 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2024-cü ildən xx.xx.2034-cü ilə qədər B1, B, C1, C kateqoriyalı BD 913865 nömrəli sürücülük vəsiqəsi qeydə alınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 03 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cu maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ və etibarnaməsi olmadan həmkəndlisi X7 baş etibarnamə ilə məxsus olan “VAZ- 2107” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağcabədi-Ağdam avtomobil yolunun 23-cü km-də, Ağcabədi rayonunun Hindarx qəsəbəsinin mərkəzində keçən yolla Ağcabədi şəhəri istiqamətində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək ehtiyatsızlıqdan hərəkət etdiyi yolun ortasında əks istiqamətli nəqliyyat axınlarını ayıran, kəsib keçmək qadağan olan 1.1 üfiqi nişanlanma xəttini kəsib dönərkən arxadan onunla eyni istiqamətdə hərəkət edən Şahid1 idarə etdiyi “Mercedes Benz 190D” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və nəticədə “Mercedes Benz 190D” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Şahid2 alının sol yarısında, sifətin sol yarısında və sol qulaq seyvanında sıyrıq xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər, “VAZ-2107” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs 7-ci boyun fəqərəsinin spinoz çıxıntısının xətti sınığı, beyin silkələnməsi və sol dirsək oynağının arxa səthində əzilmiş yara xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini qismən etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halların olmasını, hadisə nəticəsində arvadının xəsarət almasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmdə iş üzrə 64 manat ekspertiza xərcinin təqsirləndirilən şəxs Şahid1 tutulması göstərilmişdir. Məhkəmə hazırki cinayət işinin ********* nömrəli cinayət işindən, yəni Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan cinayət işindən ayrılmasını və ekspertiza xərcini təşkil edən 128 manat pulun yarısının, yəni 64 manat pulun Şahid1 tutulmasını nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrini rəhbər tutaraq hesab edir ki, ekspertiza xərcinin yarısı, yəni 64 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olan “VAZ-2107” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin olunmuş 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 64 (altımış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut olan “VAZ-2107” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar