Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-32/2023 23.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, hazırki cinayət əməlini törədən zaman məhkum olunmamış, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində yerləşən otaqdan Rusiya Federasiyasında istehsal olunmuş sedan modelli, minik tipli, VAZ markalı avtomobillərə məxsus, bir ədədi 18 manat olan 360 manat dəyərində 20 ədəd oynaqlını (şaravoyu), bir ədədi 95 manat olan 285 manat dəyərində 3 ədəd dartqını (tiyaqanı), bir ədədi 70 manat olan 1050 manat dəyərində 15 ədəd valın boynunu (şestırnanı), ümumi dəyəri 1695 manat məbləğində, iki gün keçdikdən sonra, yəni 2022-ci ilin iyul ayında saat 01 radələrində vahid niyyətlə cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində yerləşən otaqdan Rusiya Federasiyasında istehsal olunmuş sedan modelli, minik tipli, VAZ markalı avtomobillərə məxsus, bir ədədi 18 manat olan 180 manat dəyərində 10 ədəd oynaqlını (şaravoyu), bir ədədi 95 manat olan 190 manat dəyərində 2 ədəd dartqını (tiyaqanı), bir ədədi 70 manat olan 350 manat dəyərində 5 ədəd valın boynunu (şestırnanı), bir ədədi 50 manat olan 1500 manat dəyərində 30 ədəd qabıq qovşağını (stupisa paçemniki), bir ədədi 120 manat olan 240 manat dəyərində 2 ədəd avtomobil generatorunu (dinamonu), bir ədədi 17 manat olan 34 dəyərində 2 ədəd alışma sarğısını (babini), bir ədədi 80 manat olan 320 manat dəyərində 4 ədəd yarım mili (poluosu), ümumilikdə 2814 manat məbləğində, səhəri gün, yəni 2022-ci ilin iyul ayında saat 01 radələrində vahid niyyətlə cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən digər otağına qanunsuz daxil olaraq oradan 6000 manat dəyərində bir ədəd svetofor adlanan, brilliant qaşlı, 10 qram çəkidə sırğa-üzük dəstini, 1000 manat dəyərində bir ədəd 10 qram çəkidə, tor şəkilli qızıl üzüyü, 800 manat dəyərində bir ədəd 7 qram çəkidə, çəhrayı qaşlı, paxlava görnüşlü qızıl üzüyü, 1200 manat dəyərində bir ədəd 10 qram çəkidə, qızıl qolbağını, 1000 manat dəyərində 6 ədəd qızıl dişi, 2000 manat dəyərində bir ədəd qızıl onluğu, bir ədədi 80 manat olan 160 manat dəyərində, yuxarı hissəsində, ölçüləri olan, bir gözlü, 30-40 il əvvəl keçmiş SSRİ-də istehsal olunmuş iki ədəd tərəzini, 500 manat dəyərində 100 metr uzunluğunda, mis materialdan elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 17169 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əjdər qızı onunla qonşu yaşayır. Təxminən 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs Bakı şəhərində olduğunu bilib pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə tarixini dəqiq xatırlamasa da, 2022-ci ilin iyul ayında saat 01 radələrində Sonanın həyətinə hasardan daxil olaraq evin arxa tərəfinə getmiş və orada alt mərtəbədəki otağın qapısındakı qıfılı çəkib qapını açaraq otağa daxil olmuşdur. Otaqdan təxminən 50 metr uzunluğunda mis materialdan olan elektrik naqilini və çəkisi 110 kq olan tiyaqanı, şaravoy, müxtəlif ölçülü şestırna adlanan ehtiyyat hissələri götürüb hasardan yola çıxarmış və oradan da öz evlərinə aparmışdır. Elektrik kabelini yandırmış və içərisində 3 naqildən ibarət, bir-birinə dolanmış mis naqil çıxmış, səhər saatlarında Hindarx qəsəbəsindən Quzanlı qəsəbəsinə gedən yola çıxmış, tanımadığı bir motosikletçinin getdiyini görüb onu saxlatdıraraq yaşadığı evin həyətinə gətirmişdir. Həmin şəxs naqili çəkmişlər və naqillə dəmir hissələrini həmin şəxsdən 70 manat pul alıb həmin şəxsə satmışdır. Bundan təxminən iki gün sonra yenə də saat 01 radələrində hasardan Zərərçəkmiş şəxs həyətinə daxil olmuş, oradan əşyalar olan otağa gəlmiş, qıfılı çəkib açaraq otaqdan dəqiq sayını bilmədiyi qədər dəmir şestırnalar, tiyaqa, şaravoy, palos, babinləri sintetik kisələrə yığıb üç dəfəyə öz evlərinə aparmışdır. Səhəri gün, yenə də yolun kənarına çıxıb oradan keçən motosikleti saxladıb həyətə gətirmiş, dəmirlərin çəkisi təxminən 250 kq olmuş və həmin şəxsə 105 manata satmışdır. Bundan təxminən bir neçə gün sonra yenə də saat 01 radələrində hasardan Zərərçəkmiş şəxs həyətinə daxil olmuş, evin alt mərtəbəsində olan digər otağa içəri qapıdan daxil olmuşdur. Otaqda çoxlu elektrik naqili olduğunu görmüş, otağı axtararkən divarın küncündə olan qutuda pul qabı kimi bükülü görmüşdür. Həmin bükülünü açıb baxarkən içərisində müxtəlif qızıllar olduğunu görüb bükülünü, elektrik naqilini və bir ədəd köhnə tərəzini də götürüb öz yaşadığı evə aparmışdır. Oğurladığı əşyaları yaşadığı evin həyətində gizlətmiş, səhəri gün günorta saatlaırnda qızılları götürüb Ağcabədi rayon bazarına gedərək bazarda qızıl alveri ilə məşğul olan sonradan adını bildiyi Şahid2 mağazasına yaxınlaşaraq oğurladığı bir ədəd onluq, iki ədəd üzük, bir ədəd qızıl-üzük dəsti, bir ədəd qolbağını Şahid2 göstərib qızıl onluğu 620 manata, iki ədəd üzüyü 320 manata, sırğanı isə 125 manata Şahid2 satmışdır. Şahid2 qolbağıya baxıb mis olduğunu demiş, ona görə pul verməmişdir. Həmçinin sırğa və üzüyün üzərində brilliant qaşları olmuş, Samir qaşları söküb qızılı lom halında almışdır. Səhəri gün isə qaşları gətirib başqa bir tanımadığı şəxsə 80 manata satmış, qolbağını isə Samir almadığı üçün tullamışdır. Bundan bir neçə gün keçdikdən sonra elektrik naqilini motosikletdə dəmir alan tanımadığı şəxsə 45 manata satmışdır. Təxminən 10 gün keçdikdən sonra tərəzini də əzib dəmir alan tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Oğurluğu tək etmiş, oğurladığı əşyaları satarkən onları alan şəxslər həmin əşyaların oğurluq olmasını bilməmişdir. Hazırda əməlindən peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əri Elxan Ələkbərov 2009-cu ildə vəfat etmiş və həmin vaxtdan evdə tək yaşayır. Evi iki mərtəbədən ibarətdir. Evin ikinci mərtəbəsi yaşayış üçün, birinci mərtəbəsi isə zirzəmi kimi istifadə etmişdir. Özünə məxsus qızıl-zinət əşyalarını evdə döşəklərin arasında saxlamışdır. 18 may 2022-ci il tarixdə istirahət üçün Bakı şəhərinə Günəşli sanatoriyasına getmiş və 04 iyun 2022-ci il tarixdə evinə qayıtmışdır. 23 iyun 2022-ci il tarixdə evin ikinci mərtəbəsini təmizlətmiş və ona görə də qızıllarını zirzəmidə qutuların içərisində gizlətmişdir. Həmin zirzəmidə taxıl yığmış, taxıla qurd düşməsin deyə zirzəmiyə dərman vurdurmuş, ona görə də qapısını qıfılla bağlamışdır və sonradan qızlları həmin zirzəmidə gizlətməsi də yadından çıxmışdır. 13 iyul 2022-ci il tarixdə Bakı şəhərinə getmiş, 15 iyul 2022-ci il tarixdə yenidən evinə qayıtmışdır. 01 oktyabr 2022-ci il tarixdə onunla qonşu yaşayan Təqsirləndirilən şəxs evində səs-küy gəldiyini eşitmiş, lakin əhəmiyyət verməmişdir. 02 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində onunla qonşu yaşayan bacısı oğlu Tofiq Kərimovun evinə getmiş, söhbət edən zaman Tofiq axşam səs-küy gəldiyini və evinə baxmasını ona demişdir. Bundan sonra evinə qayıdıb zirzəmiyə baxarkən qızılların yerində olmadığını görmüş və qızıl əşyalarının oğurlanması barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, zirzəmidə olan iki ədəd köhnə tərəzin, elektrik naqili, evin arxa tərəfində olan otaqdan avtomobil ehtiyyat hissələri də oğurlanmışdır. Həmin vaxt bacısı qızı Çimnaz Ağayeva hadisə ilə əlaqədar onlara gəlmiş və Çimnaz Qalibin tərəzi satdığını gördüyünü ona demişdir. Onun evindən 23 iyun 2022-ci il tarixdən 02 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində oğurluq edilmişdir. Oğurlanmış həmin qızıllardan bir ədəd svetofor adlanan, brilliant qaşlı, 10 qram çəkidə sırğa-üzük dəsti 6000 manat, bir ədəd 10 qram çəkidə tor şəkilli qızıl üzük 1000 manat, bir ədəd 7 qram çəkidə çəhrayı qaşlı, paxlava görünüşlü qızıl üzük 800 manat, bir ədəd 10 qram çəkidə qızıl qolbağı 1200 manat, 6 ədəd qızıl diş 1000 manat, bir ədəd qızıl onluq 2000 manat dəyərində olmuş, ümumilikdə 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamış, oğurlanmış həmin ehtiyyat hissələrini hər biri 18 manata 30 ədəd şaravoy, 95 manata 5 ədəd tiyaqa, 14 manata 30 ədəd stupisa paçemniki, 5 manata 20 ədəd şestırna, 78 manata 2 ədəd dinamo, 17 manata 2 ədəd babin, 80 manata 4 ədəd palos olmuş, cəmi dəyəri 2045 manat olmuş, oğurlanmış elektrik naqili 100 metr uzunluğunda, mis materialdan, dəyəri 500 manat olmuş, oğurlanmış iki ədəd tərəzi bir gözlü, yuxarı hissəsində ölçüləri göstərilən, hər biri 40 manat olmaqla cəmi 80 manat olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 17169 manat maddi ziyan dəymişdir. İstintaq zamanı ona 5000 manat dəyərində qızıl əşyaları təklif olunsa da, qəbul etməmişdir. Çünki, evindən oğurlanmış qızıl əşyaları qədimi qızıl olmaqla mərhum ərindən ona yadigar qalmışdır. Hazırda həmin əşyaları Təqsirləndirilən şəxs oğurlamasını etiraf etsə də, o Təqsirləndirilən şəxs inanmır və hesab edir ki, Qalib həmin oğurluğu tək etməmişdir. Ona görə də, hesab edir ki, Təqsirləndirilən şəxs düzgün ifadə vermir, başqa şəxslərin adlarını çəkmək istəmir. Hazırda da ona dəymiş ziyan ödənilməmiş qalmış və həmin ziyanı da tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalasıdır və onlar qonşu yaşayırlar. 07 sentyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxan zaman onlarla qonşu yaşayan Təqsirləndirilən şəxs evinin qarşısında motosikletlə dəmir alan şəxsin dayandığını və Təqsirləndirilən şəxs həmin şəxsə bir ədəd köhnə tərəzini çəkib satdığını görmüşdür. 02 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq olduğunu eşitmiş və ona görə də Sonanın evinə getmişdir. Həmin vaxt Sona evindən qızıl, avtomobil ehtiyyat hissələri, elektrik naqili və köhnə tərəzi oğurlandığını bildirərkən Sonadan tərəzinin əlamətlərini soruşmuş, Sona da ona tərəzinin bir gözlü, yuxarı hissəsində çəki ölçülərinin olduğunu demişdir. O, da həmin tərəzinin qonşuları Təqsirləndirilən şəxs tanımadığı şəxsə satmasını görməsi barədə Zərərçəkmiş şəxs demişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evindən oğurlanan qızıl, avtomobil ehtiyyat hissələri, elektrik naqili və köhnə tərəzini Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi rayon bazarında qızıl-zinət əşyalarının alış-satışı ilə məşğul olur. Tarixini dəqiq xatırlamasa da, 2022-ci ilin iyul ayında günorta saatlarında mağazada olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs mağazaya gələrək avtomaşınını əzdiyi üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O, da qızıllara baxıb qiymətdə razılaşarlarsa alacağını demiş və Qalibin gətirdiyi bir komplekt svetofor adlanan üzük-sırğa dəsti, bir ədəd onluq qızıl, iki ədəd üzük və bir ədəd qolbağıya baxıb qramını 55 manata ala biləcəyini demişdir. Həmin zinət əşyalarından komplekt və üzüklərdən birində brilliant qaşlar olmuş, onu da almaq istədiyini demiş, Qalib isə brilliant qaşların özünə lazım olduğunu deyib qaşları sökməyi bildirdiyi üçün o, qaşları söküb Qalibə vermişdir. O, qızıları çəkmiş, onluğu 620 manata, sırğanı 125 manata və üzükləri də 320 manata almışdır. Qalibin gətirdiyi zinət əşyalarından bir ədəd qolbağı isə qızıl olması şübhəli olduğu üçün almamışdır. Qalib də həmin qolbağını oraya atıb getmişdir. Qalibdən aldığı qızıl onluğu bir neçə gün sonra tanımadığı şəxsə satmış, qalan qızıl-zinət əşyalarını isə lom halında əridilməsi üçün Bakı şəhərindən gəlib topdan qızıl alan şəxslərə satmışdır. Təxminən bundan bir ay sonra Qalib yenidən mağazaya gəlib brilliant qaşları da satmaq istədiyini demiş, lakin qiymətdə razılaşmadıqları üçün almamışdır. Sonradan polis əməkdaşları mağazaya gələrkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı qızıl əşyaları oğurluq olmuşdur. Qalib qızılları satmağa tək gəlmiş, onun yanında heç kim olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2022-ci il tarixli, 9/8887 saylı rəyindən görünür ki, qərarda göstərilən 12 adda malların 2022-ci ilin iyul ayına olan orta bazar qıyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 7425 manat müəyyən edilir. Digər 03 adda mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(017)-104/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 noyabr 2021-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək beş ay həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından on ay çıxılaraq üzərində qəti olaraq bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 13 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Musayev X4 Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(017)-104/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm və hökmün icrasına dair göstəriş 26 sentyabr 2022-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, Təqsirləndirilən şəxs bildiriş göndərilsə də, çağırışa gəlməmiş və qeydiyyata götürülməmişdir. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 dekabr 2022-ci il tarixli, 446 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü X5 və 2021-ci il təvəllüdlü X3 adlı iki nəfər azyaşlı uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, 2022-ci ilin iyul ayında saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində yerləşən otaqdan Rusiya Federasiyasında istehsal olunmuş sedan modelli, minik tipli, VAZ markalı avtomobillərə məxsus, bir ədədi 18 manat olan 360 manat dəyərində 20 ədəd oynaqlını (şaravoyu), bir ədədi 95 manat olan 285 manat dəyərində 3 ədəd dartqını (tiyaqanı), bir ədədi 70 manat olan 1050 manat dəyərində 15 ədəd valın boynunu (şestırnanı), ümumi dəyəri 1695 manat məbləğində, iki gün keçdikdən sonra, yəni 2022-ci ilin iyul ayında saat 01 radələrində vahid niyyətlə cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində yerləşən otaqdan Rusiya Federasiyasında istehsal olunmuş sedan modelli, minik tipli, VAZ markalı avtomobillərə məxsus, bir ədədi 18 manat olan 180 manat dəyərində 10 ədəd oynaqlını (şaravoyu), bir ədədi 95 manat olan 190 manat dəyərində 2 ədəd dartqını (tiyaqanı), bir ədədi 70 manat olan 350 manat dəyərində 5 ədəd valın boynunu (şestırnanı), bir ədədi 50 manat olan 1500 manat dəyərində 30 ədəd qabıq qovşağını (stupisa paçemniki), bir ədədi 120 manat olan 240 manat dəyərində 2 ədəd avtomobil generatorunu (dinamonu), bir ədədi 17 manat olan 34 dəyərində 2 ədəd alışma sarğısını (babini), bir ədədi 80 manat olan 320 manat dəyərində 4 ədəd yarım mili (poluosu), ümumilikdə 2814 manat məbləğində, səhəri gün, yəni 2022-ci ilin iyul ayında saat 01 radələrində vahid niyyətlə cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən digər otağına qanunsuz daxil olaraq oradan 6000 manat dəyərində bir ədəd svetofor adlanan, brilliant qaşlı, 10 qram çəkidə sırğa-üzük dəstini, 1000 manat dəyərində bir ədəd 10 qram çəkidə, tor şəkilli qızıl üzüyü, 800 manat dəyərində bir ədəd 7 qram çəkidə, çəhrayı qaşlı, paxlava görnüşlü qızıl üzüyü, 1200 manat dəyərində bir ədəd 10 qram çəkidə, qızıl qolbağını, 1000 manat dəyərində 6 ədəd qızıl dişi, 2000 manat dəyərində bir ədəd qızıl onluğu, bir ədədi 80 manat olan 160 manat dəyərində, yuxarı hissəsində, ölçüləri olan, bir gözlü, 30-40 il əvvəl keçmiş SSRİ-də istehsal olunmuş iki ədəd tərəzini, 500 manat dəyərində 100 metr uzunluğunda, mis materialdan elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 17169 manat ziyan vurmaqla oğurluq etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinin dispozisiyasına görə məsuliyyət yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsinin 1 və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Musayev X4 Rayon Məhkəməsinin 17 avqust 2022ci il tarixli 1(017)-104/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 noyabr 2021-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək beş ay həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından on ay çıxılaraq üzərində qəti olaraq bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 13 oktyabr 2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(017)-104/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Həmçinin Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinin tələbinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(017)-104/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanaraq qismən toplanılmaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 oktyabr 2022-ci il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş materiallarından görünür ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş 17169 manat ziyan ödənilməmiş qalmış və Zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxs göstərilən qanuna riayət etmədiyi üçün ona izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İşdə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(017)-104/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanaraq yeni hökmlə təyin olunmuş üç il müddətə azadlıqdan məhrum etmə cəza ilə qismən toplamaq yolu ilə toplanılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq üç il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 oktyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-32/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-32/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver