Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-32/2024 02.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində dörd nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Alxanov X4 rayonunun Yuxarı Qiyaməddinli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı "xxxx" MMC-nin Ağcabədi Pambıq zavoduna direktor vəzifəsinə bərpa etdirəcəyi adı ilə yalan vəd verməklə etibarından sui-istifadə edib aldadaraq 2021-ci ilin yanvar ayının ortalarında dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq sarayının qarşısında 5000 manat pulu nağd şəkildə, 2021-ci ilin yanvar ayında dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq sarayının qarşısında 5000 manat pulu nağd şəkildə, 2021-ci ilin yanvar ayının sonlarında, dəqiq günü və saatı məlum olmayan tarixdə Beyləqan rayon ərazisində yerləşən “Görüş” kafesinin yaxınlığında 7000 manat pulu nağd şəkildə, 2021-ci ilin fevral ayının əvvəllərində dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Ağgöl” Milli Parkının qarşısında olan kafedə 3000 manat pulu nağd şəkildə və 2021-ci ilin fevral ayının ortalarında, dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq sarayının qarşısında 1000 manat pulu nağd şəkildə alaraq, ümumilikdə vahid niyyətlə 21000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 21000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər pambıq əkini ilə məşğul olmuş və həmin vaxtlarda Ağcabədi rayonunda pambıq zavodunun direktoru işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. 2020-ci ildə Zərərçəkmiş şəxs direktor vəzifəsindən azad edilmişdir. Zərərçəkmiş şəxs direktor vəzifəsindən azad edildikdən sonra onunla telefon əlaqəsi saxlayaraq onu işinə bərpa etdirə biləcəyini demişdir. Məqsədi Zərərçəkmiş şəxs pul almaq olmuşdur. Bu məqsədlə təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxslə Ağcabədi rayon ərazisində “Kral” şadlıq sarayının qarşısında görüşmüşlər. Söhbət əsnasında Nazimə tanışının olmasını, tanışının əli ilə onu keçmiş işinə bərpa etdirə biləcəyini demiş, Nazim əvvəlcə ona inanmaq istəməmiş, lakin Nazimə özünün cavabdeh olduğunu demiş və Nazimi işinə bərpa etdirəcəyinə inandırmışdır. Bundan sonra, Nazimə bu iş üçün 10000 manat pul lazım olmasını bildirmişdır. Bundan 2- 3 gündən sonra Nazimlə telefon əlaqəsi saxlayıb 5000 manat pulu əvvəlcədən verməsini, qalan 5000 manat pulu isə işə bərpa olunduqdan sonra verməsini demişdir. Nazim də onunla razılaşmış, 2021-ci ilin yanvar ayının təxminən ortalarında Nazimlə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq evinin qarşısında görüşmüş və Nazim ona 5000 manat pul vermişdir. Bundan 2 gün sonra Nazimlə əlaqə saxlayaraq tanışının qalan pulu da istəməsini demiş, təxminən bundan bir həftə sonra, yəni 2021-ci ilin yanvar ayının ortalarında Nazimlə yenə də Ağcabədi rayon ərazisində “Kral” şadlıq sarayının qarşısında görüşmüş və Nazim qalan 5000 manat pulu ona vermişdir. Nazimin artıq ona inandığını görüb Nazimdən artıq pul ala biləcəyini düşünmüş və bu məqsədlə iki gündən sonra Nazimə zəng edib 10000 manat pulun azlıq etməsini, 20000 manat lazım olmasını demişdir. Nazim əvvəlcə etiraz etsə də, sonradan onunla razılaşmış, təxminən 2021-ci ilin yanvar ayının sonlarında Nazimlə Beyləqan rayon ərazisində yelrəşən “Görüş” kafesinin yaxınlığında görüşmüşlər və Nazim ona 7000 manat pul vermişdir. Bundan sonra, təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Nazimə zəng edib qalan 3000 manatı istəmiş, Nazimlə Ağcabədi rayon ərazisində yerləşən “Ağgöl” milli parkının qarşısında görüşüb Nazimdən 3000 manat pulu almışdır. Bundan təxminən on gün sonra, yəni 2021ci ilin fevral ayının ortalarında Nazimə zəng edib 1000 manat hesab verdiyini bildirmiş, Nazim həmin pulu ona verəcəyini demiş və Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq evinin qarşısında Nazimlə görüşüb ondan 1000 manat pul almışdır. Ümumilikdə Nazimi işinə bərpa elətdirəcəyi adı ilə 21000 manat pulunu almışdır. Zərərçəkmiş şəxs aldığı pulun 7000 manatını ibtidai istintaq zamanı, 4000 manatını isə məhkəmə istintaqı zamanı ödəmiş, qalan 10000 manatı isə Nazimə hissə-hissə ödəməsi barədə öz aralarında razılaşmışlar. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. İ qrup əlil olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ağcabədi rayonunda pambıq zavodunun direktoru vəzifəsinə bərpa etdirəcəyini bidirib Zərərçəkmiş şəxs hissə-hissə ümumilikdə 21000 manat pul almışdır. Təqsirləndirilən şəxs həmin pulun 7000 manatını ibtidai istintaq zamanı, 4000 manatını isə məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəmiş, qalan 10000 manatı isə hissə-hissə ödəməsi barədə Ruslanla Nazim öz aralarında razılaşmışlar. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və onunla barışmışdır. Təqsirləndirilən şəxs köməklik olunmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Sonradan ona məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə 21000 manat pul almışdır. Həmin pulun 11000 manatını Zərərçəkmiş şəxs ödəmişlər və qalan pulu da 6 ay ərzində tam olaraq Zərərçəkmiş şəxs ödəməsi barədə öz aralarında razılaşmışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Beyləqan rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 30 noyabr 2023-cü il tarixli, 18-1-29/2-1399/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin psixiatriya kabinetində “Nevrasteniya” diqanozu ilə dispanser qeydiyyatındadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X2” publik hüquqi şəxsi X9 Şöbəsinin 22 yanvar 2024-cü il tarixli, 45 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Nevrasteniya” XBT 10 F48.0 xəstəliyi keçirməsinə baxmayaraq o, öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 28 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü X8, 2012-ci il təvəllüdlü X5, 2013-cü il təvəllüdlü X6 və 2019-cu il təvəllüdlü X7 adlı dörd nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İ qrup müddətsiz əlildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa vermiş olduğu ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş 21000 manat ziyandan 7000 manatı Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi qəbzdən və ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş ziyandan 4000 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, qalan məbləği hissə-hissə ödəməsi barədə öz aralarında razılaşmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və onunla barışmışdır. Təqsirləndirilən şəxs köməklik olunmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı "xxxx" MMC-nin Ağcabədi Pambıq zavoduna direktor vəzifəsinə bərpa etdirəcəyi adı ilə yalan vəd verməklə etibarından sui-istifadə edib aldadaraq 2021-ci ilin yanvar ayının ortalarında dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq sarayının qarşısında 5000 manat pulu nağd şəkildə, 2021-ci ilin yanvar ayında dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq sarayının qarşısında 5000 manat pulu nağd şəkildə, 2021-ci ilin yanvar ayının sonlarında, dəqiq günü və saatı məlum olmayan tarixdə Beyləqan rayon ərazisində yerləşən “Görüş” kafesinin yaxınlığında 7000 manat pulu nağd şəkildə, 2021-ci ilin fevral ayının əvvəllərində dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Ağgöl” Milli Parkının qarşısında olan kafedə 3000 manat pulu nağd şəkildə və 2021-ci ilin fevral ayının ortalarında, dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq sarayının qarşısında 1000 manat pulu nağd şəkildə alaraq, ümumilikdə vahid niyyətlə 21000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 21000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, “Nevrasteniya” xəstəliyindən əziyyət çəkməsini, İ qrup əlil olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 18 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 dekabr 2023-cü il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 21000 manat maddi ziyan dəymiş, həmin ziyandan 7000 ibtidai istintaq zamanı, 4000 manat məhkəmə istintaqı zamanı ödənilmiş və 10000 manat ziyan ödənilməmiş qalmışdır. Həmin ziyanla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınmış və həmçinin də məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddia ilə bağlı göstərdi ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu ziyandan 11000 manat ödəmiş, 10000 manatı da hissəhissə ödəyəcəkdir. Ona görə də mülki iddianı qəbul edir və təmin edilməsinə heç bir etitazı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, mülki iddia təmin edilərək Təqsirləndirilən şəxs 10000 manat maddi ziyan və ödənilmiş 123 manat dövlət rüsumu, cəmi 10123 manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 10000 manat maddi ziyan və ödənilmiş 123 manat dövlət rüsumu cəmi 10123 (on min bir yüz iyirmi üç) manat alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 60 (altımış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-32/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-32/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver